______________Milli Kitabxana_____________
356
öyrənmişlər. Lidiyalılardan pul kəsməyi öyrənmiş, finikiyalılardan
əlifbanı götürmüş, sonralar onu təkmilləşdirmişlər. Yunanlarda
elmin, xüsusilə astronomiya və həndəsənin inkişafı Misir və
Babilistanın təsiri altında olmuşdur. Yunan incəsənətinə Misir və
Yaxın Şərq memarlıq və heykəltəraşlığı böyük təsir göstərmişdir.
Arxaik dövrdə ibtidai icma cəmiyyəti dağılmış, antik polis "şəhər-
dövlətləri" yaranmışdır. Vətəndaş icması-şəhərətrafı kənd
təsərrüfatı ərazisi ona aiddir. Bu dövrdə ən böyük polislər Afina,
Sparta, Korinf, Arqos, Fivada yaranmışdı. Bütün yunan dünyası
Ellada adlanırdı. Qədim Şərq dinləri kimi Yunanıstanda da
politeizm-çoxallahlılıq hökm sürürdü. Yunanlara görə əvvəllər
əbədi, hüdudsuz, qaranlıq, xaos mövcud idi. Dünyanın həyat
mənbəyi onda idi. Hər şey-bütün dünya və ölməz allahlar xaosdan
yarandı. Yer ilahəsi Geya da xaosdan yaranmışdır. Həyat mənbəyi
olan xaosdan qüdrətli, hər şeyi canlandıran məhəbbət - Eros
yüksəlmişdir. Hüdudsuz xaos əbədi qaranlıq - Erebi və qaranlıq
gecə - Nyuktu doğurmuşdur. Gecə və qaranlıqdan isə əbədi İşıq-
Efir və şən işıqlı Gün - Gemera yaranmışdır. Qüdrətli, bərəkətli
torpaq (Yer), hüdudsuz, mavi səma - Uran yaranmış və səma Yer
üzünü örtmüşdür. Geyadan yeraltı dünya Tərtər, səma (Uran)
doğulmuşdur. Allahların ikinci nəsli Geya və Uranın uşaqları-
titanlar olmuşdur. Uşaqlarının onun əlindən hakimiyyəti
alacaqlarından qorxan Uran titanları yerin altında saxlamışdır.
Lakin titanlar azad ola bilmiş, atalarmı devirmiş, onlardan biri
Kron dünya üzərində ağalıq etməyə başlamışdır. Onun özünü də
kiçik oğlu Zevs devirmişdir. Onun qardaşı Poseydon dəniz allahı,
Aid - yeraltı dünyanın allahı, işıq və poeziya allahı Apollon (onu
doqquz muza-incəsənət və elmin hamisi müşayiət edir), Afrodita -
gözəllik allahı, od və dəmirçilik allahı Hefest, Ares müharibə
allahı, Afina-müdriklik allahı, Demetr - əkinçilik hamisi, Afina-
toxuculuq hamisi, üzümçülük hamisi - Dionisi, ticarət hamisi
Hermes və s. idi. 776 - cı ildən başlayaraq hər dörd ildən bir
Zevsin şərəfinə Olimpiya oyunları keçirilirdi. Antik dövrün ilk
fəlsəfi sistemi - naturfəlsəfə həmin dövrdə yaranmışdır. Həmin
sistemin filosoflarından Fales suyu bütün şeylərin əsası,
Anaksimandr - apeyronu ilk materiya, Anaksimen - havanı ilkin
|