______________Milli Kitabxana_____________
353
İncəsənətin əsas mərkəzi Afina şəhəri idi. Fidi Afinada Akropolu
inşa etmişdi.
Olimpiya oyunları. Peloponnes vadisindəki Olimpdə
keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 ildən bir keçirilən
Olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış
daha təhlükəli idi. 12 dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər
qalib idmançıları zeytun ağacının budaqlarından düzəldilmiş
çələnglə mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar
iştirak edə bilirdilər, çünki yoxsulların bu yarışa hazırlaşmaq
imkanları olmurdu. Spartalı qadınlar istisna olmaqla qadınlar
yarışlarda iştirak etmirdilər. Olimpiya oyunlarına on minlərlə
adam gəlirdi. Buraya koloniyalardan da tamaşaçılar və iştirakçılar
gəlirdilər. Olimpiya oyunları keçirilən dövrdə Yunanıstanda
müharibələr dayandırılırdı.
Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun
mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin nəhəng heykəli
yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri sayılırdı. İlk
Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdi. Yunanların il
hesabı həmin ildən başlanırdı. 1896-cı ildə Fransanın ictimai
xadimi baron Pyer de Kubertenin (1863-1937) təşəbbüsü ilə
Olimpiya oyunlarının keçirilməsi bərpa edildi. İndi hər dörd ildən
bir Olimpiya oyunları keçirilir. Oyunların harada keçirilməsindən
asılı olmayaraq onun məşəli Olimpiyada günəşdən yandırılmış
alovla yandırılır.
Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz
əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar üçün əsas olmuş,
onlar elmin inkişafında nailiyyətlər qazanmış, onların əsərləri
müasir dövrdə əksər xalqların dillərinə tərcümə edilmiş, onların
yaratdıqları heykəllər və tikililər sonrakı dövr üçün nümunə
olmuşdur.
Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə
məşğul olmasına şərait yaratdı və bu da dünyada elmin və
incəsənətin tərəqqisinə təkan verdi. Yunanlar ellin mədəniyyətini
yaratmaqla başqa xalqların da elm və mədəniyyətini
mənimsəyirdilər.
Qədim Yunanıstan ərazisində ən qədim sivilizasiya Krit-
|