______________Milli Kitabxana_____________
326
tanımırdılar.
Dərin sosial gərginlik və ziddiyyətlər güclü ideoloji
mübarizə ilə müşayiət olunurdu. Elə buna görə də sosial-siyasi
çaxnaşmalar dövründə belə Çində mədəniyyət və fəlsəfənin
inkişafı dayanmır, əksinə daha da tərəqqi edirdi.
Zadəganlar və məmurlar «Səma», «Tale» ideyasını daha da
inkişaf etdirməyə cəhd edirdilər. Bu da təsadüfi deyildir. Çünki
həmin ideya onların hakimiyyətinin saxlanılması üçün zəmanət
verirdi.
Aristokratiyaya qarşı müxalifət kimi formalaşan yeni sosial
qruplar öz baxışlarını irəli sürərək səmaya etiqad ideyasına qarşı
çıxırdılar. Onlar səma ideyasına tamamilə yeni bir məna və
məzmun verməyə çalışırdılar. Həmin təlimlərdə tarixi təcrübənin
düzgün anlaşılmasına cəhd edilir, idarəçiliyin «ideal qanunu»
axtarılır, müxtəlif sosial qruplar arasında qarşılıqlı münasibətlərin
yeni qaydaları irəli sürülür, ayrı-ayrı adamların və ölkələrin
dünyada yeri müəyyənləşdirilir, insanın təbiətlə, (səma ilə),
dövlətlə və digər adamlarla münasibətlərini aşkarlamağa səy
göstərilirdi.
«Şi Tszin», «Şu Tszin» kimi ədəbi-tarixi abidələrdə
bilavasitə adamların əmək və ictimai tarixi praktikasını
ümumiləşdirən müəyyən fəlsəfi ideyalara rast gəlmək
mümkündür. Lakin Çin fəlsəfəsi və mədəniyyətinin çiçəklənməsi
e.ə. VI-III əsrlərə təsadüf edir. Ona görə də həmin dövrün Çin
fəlsəfəsinin «qızıl dövrü» adlanması tamamilə həqiqətə uyğundur.
Əslində elə həmin dövrdə fəlsəfi və sosioloji fikir haqqında
mühüm əsərlər o cümlədən, «Dao-de tszin», «Lun yuy», «Mo-
tszı», «Men-tszı», «Çjuan-tszı», «Quan-tszı», «Li-Tszi» və s.
əsərlər yaranmışdır. Elə həmin dövrdə öz konsepsiyası və
ideyaları ilə Lao-tszı, Konfusi, Mo-tszı, Çjuan-tszı, Men-tszı,
Syun-tszı, Şan-Yan və Xan Feyt-tszı kimi mütəfəkkirlər yaşayıb
yaratmışlar. Elə həmin dövrdə Çin fəlsəfə məktəbləri - daosizm,
konfusiçilik, moizm, legizm, naturfilosoflar yaranıb inkişaf
etmişlər.
Qeyd etmək lazımdır ki, Şan və Çjou sülalələri dövründə
siyasi sistem getdikcə daha da təkmilləşdirilmişdir. Quldarlıq
|