______________Milli Kitabxana_____________
328
Həmin fikir bir daha sübut edirdi ki, söhbət gedən dövrdə fəlsəfə
din və əxlaq bir-biri ilə qırılmaz tellərlə bağlı idi.
İn hakimi Pan-gen xalqı xəbərdar edirdi ki, mənim üçün
yaxım və uzaq fikri yoxdur. Kim cinayət törədirsə, ölümə
məhkum olunacaq, kim xeyirxahlıq (yaxşılıq) edərsə, öz əməlinə
görə şöhrətləndiriləcəkdir. Deməli, burada hakimlik, yüksək
nəsildən olmaq, qohumluq və s. əsas yerdə durmur, əsas yerdə
əxlaqi normalar durur. Bütün bunlar bir daha göstərir ki, Şan
sülaləsi xüsusilə Çjou sülaləsi dövründə artıq ibtidai, siyasi, əxlaqi
fəlsəfə yaranmağa başlamışdır ki, bu barədə də Çin
mifologiyasında material tapmaq mümkündür. Öz məzmununa
görə quldarlıq sinfinin əxlaqi etik normaları sürətlə
mürəkkəbləşməyə başladı. Nəticədə həmin normalarda hakim
sülalənin mənafeyi ön plana çıxarıldı. Yəni Pan-Genin və sonrakı
bir sıra hökmdarların dedikləri tezliklə unudulmağa başladı.
Həmin xüsusiyyətlər təkcə Şan və Çjou dövrünün
fəlsəfəsinə xas olan cəhət deyildir. Təxminən bütün qədim Çin
fəlsəfəsi siyasi-əxlaqi baxışlarla sıx əlaqədar olmuş, həmin əlaqə
nəsli-iyerarxiya sistemi ilə bağlı olmuşdur. Bu əlaqə təkcə
quldarlıq dövründə deyil, feodal münasibətlərin dövründə də
mövcud olmuşdur. Mifoloji bazaya əsaslanan qədim Çin fəlsəfəsi
elə əvvəldən siyasi-əxlaqi xarakter daşımışdır.
Qədim Çin mədəniyyəti əski dövrlərdən yazılı mənbələrlə
zəngin olmuşdur. Hələ e.ə. XV əsrdə Çində heroqlifik yazı sistemi
mövcud olmuşdur. Burada 2 min-dən çox heroqlifdən istifadə
olunmuşdur. Çinlilər uzun əsrlər boyu ipək üzərində natural
rənglərlə yazmışlar. Bizim eraya yaxın onlar mürəkkəb və kağızı
kəşf etdilər. Bu dövrdə heroqliflərin sayı üç mini ötdü. Bizim
eranın ikinci əsrində 10 minə, III əsrdə isə on səkkiz minə çatdı.
Rəssamlıq, sənətkarlıq və s. geniş inkişaf etmişdir. İki-üç
mərtəbəli evlərin tikilişi, büllur qablar istehsalı və s. bu
qəbildəndir. Məbədlər və qəsrlərin tikilişi davam etdirildi. E.ə. III
əsrdə Çində külli miqdarda imperator sarayı tikilmişdir.
Riyaziyyat, astronomiya, ulduz kataloqu, təbabət, musiqi
alətləri və s. böyük inkişaf yolu keçmişdir. Qədim çinlilər oxlu
texniki kəşflər etmişlər. Maqnit cihazı, kompasın ilk nümunəsi, su
|