______________Milli Kitabxana_____________
122
hesab edilirdi. O, allahlar şurasının üzvləri Nuskunu və Enkini
özünə ən yaxın köməkçi təyin etmişdi. Nusku odu və qızmar istini
təmsil edirdi. Enki su və müdriklik allahı hesab olunurdu. Səma
allahı An, habelə Enlil və Enki şumer panteonunda allahların ali
üçlüyünü təşkil edirdilər. Onların xidmətində kiçik allahlar
dayanırdılar. Bunlar Anennak və İqiqi adlanırdılar. «Anunnak»
Anu allahının adından əmələ gəlmişdir. Anunnaklar Anunun
törəməsi kimi yer üzünün ruhları olmaqla allahların tapşırıqlarını
yerinə yetirirmişlər. İqiqilər göy üzünün ruhları idilər və eyni
vəzifəni icra edirdilər.
Şumer panteonunda hava allahı Enlil mühüm yer tuturdu. O,
allahların atası, göy və yerin hökmdarı, bütün dünyanın hökmdarı
adlandırılırdı. Göyün yerdən ayrılması onun əməli kimi qələmə
verilirdi. Əsatir bu əməli belə şərh etmişdi: «Allahlar ailəsi
getdikcə çoxalırdı. Bir nəslin ardınca o birisi gəlirdi. Allah və
ilahələr böyüyür, nikah bağlayır, uşaq doğurdular. Onlar göyün
atası Anın və Yerin anası Kinin darısqal ağuşunda sıxılırdılar və
sərbəstliyə can atırdılar. Onlar böyük qardaşları Enlildən kömək
diləyirdilər. Enlil günlə yox, saatla böyüyür, daha da zorbalaşır və
ipə-sapa yatmırdı. Enlil böyük bir əməli həyata keçirməyə cəsarət
etdi. O, mis bıçaqla göy qübbəsinin qırağını kəsdi. Səma allahı An
zarıya-zarıya yer ilahəsi, arvadı Kidən qopdu. Dünyəvi böyük
yastı lövhə onun qıraqlarını əhatə edən ibtidai okeanın səthində
qaldı, dünyanın əzəmətli yarımkürə örtüyü havada asılı qaldı».
İbtidai təfəkkür dünyanın əmələ gəlməsini qeyri-təbii qüvvələrin
əməli ilə bağlayırdı.
Eyni zamanda şumerlər insan cəmiyyətində mövcud olan
nikahı, doğum-görümü və həyat tərzini allahlara da şamil
edirdilər.
Ninhursaq (yaxud Ninmah, Nintu) Şumer panteonuna yer
səthi, məhəbbət və məhsuldarlıq ilahəsi kimi daxil olmuşdu.
Nanna (yaxud Nannar) ay allahı, Utu - günəş allahı, İnanna -
məhsuldarlıq və məhəbbət ilahəsi, onun əri Dumuzi (Tövratda
Tammuz) çoban allahı, Nerqal - yeraltı dünyanın allahı, onun
arvadı Ereşkiqal - yeraltı dünyanın ilahə hökmdarı, Ninurta -
cənub küləyi və müharibə allahı, Martu - köçərilər allahı və
|