______________Milli Kitabxana_____________
124
falabaxanlar da bəzən uyğun üsullara əl atırlar.
Qədim İkiçayarasının mühüm dini mərkəzləri məbədlər idi.
Məbədin xeyli xidmətçisi, qul və azad icmalardan ibarət işçi
qüvvəsi, kahin və kahinəsi vardı. Məbədlər böyük torpaq
sahələrinə malik idilər. Burada sənətkarlıq emalatxanaları
işləyirdi. Məbəd iqtisadi cəhətdən qüdrətli təşkilat idi. Məbəd
müstəqil qaydada ticarət və sələmçilikdə məşğul olurdu.
İkiçayarası məbəd təsərrüfatı hökmdarın qayğısı sayəsində
əhalinin nəzir-qurbanı hesabına əlavə qazanca sahib olurdu. Eyni
zamanda məbəd təhsil mərkəzi olmaqla elmi biliklərin
yayılmasına imkan yaradırdı. Məbədlər müxtəlif bayram şənlikləri
təşkil edirdi. Burada yeni il bayramı xüsusi təntənə ilə keçirilirdi.
Yeni il əkin işlərinin başlanması dövrünə, bahar aylarına düşürdü.
Müasir bahar bayramları qədim əkinçilərin yazda keçirdikləri yeni
il şənlikləri ilə tarixi köklərlə bağlıdır. Bayram ziyafəti allah
Marduka həsr edilirdi. Adətə uyğun olaraq bayram şənliyi
hökmdarın və kahinənin nikahı ilə başa çatırdı. Yay və qış
gündönümü zamanı (22 iyun və 22 dekabr) ölən və dirilən allah
Dumuzinin şərəfinə də bayram ziyafəti keçirilirdi.
İkiçayarası əfsanələri şifahi xalq yaradıcılığı məhsulu
olmaqla şumerlər və akkadlar tərəfindən yazıya köçürülmüşdür.
Şumer və Akkad əsatirlərində dünyanın və insanın yaranması
əfsanəsi, bununla əlaqədar allahların əməlləri əks olunmuşdur.
Əfsanələrdən biri dünyanın yaradılmasını ali allah Enlilin
əməli kimi şərh etmişdir. Guya o, biri-birinə bitişik yaşayan ər-
arvad An və Ki allahlarını ayırmış, bununla da Göyü və Yeri
yaratmışdır. Sonra o, Nippur şəhərini inşa etmiş və allahları orada
məskunlaşdırmışdı. Müdrik Enki torpaqları suvarmış, hər yerdə ot
və ağaclar göyərmişdi. Lakin dünyada nə heyvan, nə də insan
varmış. Allahlar yoxsul həyat sürürmüşlər, çörəyin dadını belə
bilmirmişlər. Belə halda allahlar ilahi Laharı və Aşnanı gildən
yoğurub yaradırlar. Lahar qoyun-quzu saxlayırmış, Aşnan isə taxıl
becərərmiş. Enki Aşnan üçün toxa icad etmiş, o da yeri şumlayıb,
arpa və buğda əkərmiş. Sonra isə Enki xış düzəltmişdi. Aşnan ilk
məhsuldan allahlar üçün kökələr bişirirmiş. Lahar isə allahları
süd, ət və yunla təmin edirmiş. Lakin buna baxmayaraq göydə və
|