______________Milli Kitabxana_____________
184
hücumların qarşısını almaq üçün qalalar və qala-şəhərlər
tikilmişdi. Mannanın paytaxtı İzirtu və başqa şəhərlər əzəmətli
qala divarları ilə əhatə olunmuşdu. Həsənli qala-şəhərində iki-üç
mərtəbəli binalar, məbədlər tikilmişdi.
Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil
və naxışlar Manna təsviri sənətinin gözəl nümunələridir. Həsənli
qızıl camının üzərində çox maraqlı əfsanəvi səhnə təsvir
olunmuşdur.
Ziyiyənin qızıl və gümüş qədəhləri dağkeçisi, yaxud ceyran
başı formasında hazırlanmışdır. Müxtəlif əşyaların üzərində şiri
yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı
ətrafında keçi və qanadlı öküz təsvir edilmişdir.
Mannalılar allahlara sitayiş etmişlər. İbadət üçün tikilən
xüsusi binalarda-məbədlərdə allahların heykəli qoyulurdu.
Müxtəlif əşyalar üzərində Manna əfsanələri ilə bağlı səhnələr
təsvir olunmuşdur. Manna əsatirlərində müxtəlif əfsanəvi varlıqlar
(qrifon, buynuzvarı yay kimi əyilmiş qanadlı qoç, insan sifətli
öküz, qanadlı sfinks və s.) mühüm yer tuturdu.
Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər
mannalıların dini görüşləri ilə bağlı idi. Camın yuxarı hissəsində
döyüş arabası üstündə üç allah təsvir olunmuşdur. Mannalılar dini
təsəvvürlərinə uyğun olaraq allahları qanadlı çəkmişlər.
Təsvirlərdə günəş, ay və külək-yağış allahlarını ayırd etmək
mümkün olur.
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı
ilə tanış idi. Mannada yerli yazı növü də olmuşdur. Ziviyədən
tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu
işarələr heroqlif yazı növünə aiddir. İşarələrin çoxluğu və
müxtəlifliyi göstərir ki, bunların müəyyən oxunuşu olmuşdur.
Mannada türk, hürri, İran və s. dillər işlənmişdir. Manna ilə
bağlı yer və şəxs adları burada qədim türk tayfalarının yaşadığına
dəlalət edir. Turukki adı türk tayfa adının ilkin forması hesab
edilir.
Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunur.
Aza adı türk mənşəli aca - “böyük qardaş” sözünü bildirir.
Ullusunu adı türk dillərində işlənən ul-lu-ulu- “böyük, ulu,
|