______________Milli Kitabxana_____________
310
sütun üzərində 4 şir heykəli qoyulmuşdu. Onların hər biri müxtəlif
tərəfə baxır. Bu təsvir indi Hindistan Respublikasının gerbidir.
Hindistanda isə vəziyyət başqadır. Bu ölkəyə gələn ilk
avropalılar yerli sakinlərin öz keçmişlərini əla bildiklərinin şahidi
olmuşlar. Sakinlər onlara izah edirdilər ki, mövcud ənənələr min
illərlə heç bir ciddi dəyişikliyə məruz qalmamışdır. Hər bir sıravi
hindliyə bu gün də məlum olan əfsanə və miflərdə adları çəkilən
rəhbər və qəhrəmanlar min il bundan qabaqkı hindliyə necə
məlum idisə, eləcə də öz varlığını saxlamışdır. Hazırda gündəlik
ibadətlə məşğul olan Brəhmən 3 min il əvvəl yaradılmış himnləri
yenidən təkrar etməkdə davam edir. Faktiki olaraq Hindistan
dünyada ən qədim mədəni ənənələrlə zəngin olan bir ölkə kimi
məlumdur. XVIII əsrin ikinci yarısına kimi avropalılar
Hindistanın keçmişini o qədər də ciddi şəkildə öyrənməyə
çalışmırdılar. Onun qədim tarixi isə yunan və Roma müəlliflərinin
əsərlərində adda-budda qalmış fraqmentlərdən məlum idi. Ölkəyə
gəlib çıxmış bir sıra fərasətli missionerlər isə Hindistanın həmin
dövrdəki həyatı ilə dərindən tanış olmuş, xalq dillərini dərindən
öyrənmişdilər. Lakin bütün bunlara baxmayaraq, içərisində
yaşadıqları xalqın əsil tarixi keçmişini və mədəniyyətini başa
düşmək istəmirdilər. Onlar bu mədəniyyəti qədim hesab etsələr
də, onları dərindən öyrənməyə cəhd etmirdilər. Hindistanın qədim
tarixinə dair həmin missionerlərin tədqiqatları əsaslandırılmamış
uydurmalarla zəngindir. Çünki onlar hindliləri Nuhun nəsli ilə və
qeyb olmuş Bibliya çarlıqları ilə əlaqələndirirdilər. Bu isə, sözün
həqiqi mənasında, uydurmadan başqa bir şey deyildir. Bunu
müəyyən mənada Hind mədəniyyətinə də aid etmək olar. Lakin
sonralar haqq öz yerini tutmağa başladı. Dünyanın görkəmli
tədqiqatçıları Hindistanın tarixi, mədəniyyəti və mifologiyası
haqqında obyektiv fikirlər söyləmişlər. Bəzi müəlliflər
Hindistanda yaranmış mədəni sistemi üç əsas tipə bölmüşdür.
Həmin müəlliflərdən Braunun fikrincə, birinci tip mədəni sistem
induist mədəniyyətin təsirinə məruz qalmayan, hələ indiyə qədər
öz yazısı olmayan qəbilə, tayfa mədəniyyətidir. Bu, induist
mədəniyyəti ilə mifologiyanın ünsiyyətin ilkin mərhələsində
durur. Onlar özlərinin xüsusi yerli allahlarına etiqad edirlər,
|