______________Milli Kitabxana_____________
309
yazıda əks olunmuşdu. Brahmi yazı növündən istifadə edirdilər.
Hindistanda arami və yunan yazı sistemi də tətbiq olunurdu.
Qədim Hindistanda səhnə tamaşası qoyulurdu. Daimi
tamaşa göstərən dəstələrdə ixtisaslı xanəndələr, musiqiçilər,
aktyor və rəqqaslar iştirak edirdilər. Qədim hind memarlıq
abidələri cərgəsinə qülləli tikintilər, mağara məbədləri daxildir.
Qədim hind incəsənətinə Haxamaniş və yunan mədəniyyətin təsir
göstərmişdi. Riyaziyyat və astronomiya sahəsində nailiyyətlər
barədə erkən məlumat qalmamışdır. Nisbətən son vaxtların
məlumatları göstərir ki, qədim hindlilər Pifaqorun adını daşıyan
teoremi bilirdilər. "Sıfır" rəqəmi ilk dəfə Hindistanda işlədilmişdi.
Onluq say sistemi mövcud idi. "Ərəb rəqəmləri" qədim
Hindistanda məlum idi. Bu rəqəmləri ərəblər hindlilərdən
mənimsəmiş, Şərqdə və Avropada yaymışdılar. Riyaziyyat
sahəsində dördbucaq və kub kökləri çıxara bilirdilər, dördbucaq
müstəvini hesablayırdılar. Yer kürəsini şar şəklində təsəvvür
edirdilər. Qədim hindlilər şəmsi təqvimi yaratmışdılar, lakin aylar
qəməri təqviminə uyğunlaşdırılmışdı. 12 qəməri ayı belə halda
354 günə bərabər olurdu. Qəməri ili şəmsi ilə uyğunlaşdırmaq
üçün əlavə aydan istifadə edirdilər. Fəlsəfə sahəsində materialist
müddəalar irəli sürülürdü. Biliyin yeganə mənbəyi təcrübə hesab
olunurdu. Ruhun yerdəyişməsi, yenidən törəməsi inkar edilirdi.
Ruh bədənin bir hissəsi kimi qəbul edilirdi. Hind mədəniyyətinin
özünəməxsus inkişaf yolu ölkəni qədim dünyanın mədəniyyət
mərkəzlərindən biri səviyyəsinə qaldırmışdı. Hindistan
mədəniyyəti Şərqi Asiya və dünya ölkələrinə böyük təsir
göstərmişdi.
Qədim hindlilər “Mahabharata” və “Ramayana” dastanlarını
yaratmışlar. Onlar Finikiya əlifbası ilə tanış idilər. Onlar özləri
üçün əlifba tərtib etmişdilər. Rəqəmləri ilk dəfə hindlilər
yaratmışlar. Ərəblər bu rəqəmləri qəbul etmiş, avropalılar da
həmin rəqəmləri ərəblərdən götürmüşlər. Onlar bu rəqəmləri ərəb
rəqəmləri adlandırmışlar. Hindistan şahmat oyununun vətənidir.
Padşah Aşoka dövründə Hindistanda abidələr əsasən möhtəşəm
sütunlardan ibarət idi. Daş sütunların yuxarısında möhtəşəm
heyvan, insan heykəlləri qoyulurdu. Aşoka dövründə möhtəşəm
|