______________Milli Kitabxana_____________
312
etmişdir: adam öldürmə, yalan danışma, oğurluq etmə, dünyəvi
şeylərə bağlanma, bakirəliyini saxla (rahiblər üçün). Çaynizm
Brəhmənizmin bir sıra ünsürlərini-ruhların şəkildən şəklə
düşməsinə etiqadı, karma haqqında, peyğəmbərlərin vaxtaşırı
zühur etmələri haqqında təlimi saxlamışdır. Çaynizm, habelə
buddizm Brəhmənizmin kasta quruluşunu və ayinlərini,
iztirablardan fərdi şəkildə xilas olunması haqqında təlimi, Vedin
müqəddəsliyini inkar edirdilər. Çaynizm ayinlərində allah kimi
Cinaya, həmçinin onun şagirdlərinə sitayiş edilməsi, müqəddəs
mətnlərin oxunması, camaat qarşısında tövbə etmək daxildir.
Bütövlükdə Çaynizm mifologiyası o qədər dəqiq formalaşmışdır
ki, orta əsrdə yaşayan rahib Hema Çandra (1089-1173) onu böyük
bir kitabda ümumiləşdirə bilmişdir. Onun əsəri «Trişaş-
tişalakapuruşaçarita» və yaxud «altmış üç görkəmli insanın
həyatının təsviri» adlanır.
Nisbətən vahid şəklə salınmış, dəqiq formalaşdırılmış
buddist və çaynist mifologiyalarının əksi olaraq Hind mədəniyyət
sisteminin üçüncü tipi hinduizm mədəniyyəti hesab olunur.
Hinduizm dinə nisbətən daha geniş anlayışdır. O, özünün tam
məzmunu ilə həyat tərzi olub, adət və ənənələri, etiqadı, əxlaq,
davranış normalarını, müxtəlif xalqlarda tarixən ən qədim
dövrlərdən formalaşmış ictimai institutları özünə daxil edir.
Hinduizm e.ə. VI-IV əsrlərdə buddizmin və çaynizmin
yayılmasına cavab olaraq meydana gəlmişdir. Hinduizm
Hindistanda quldarlıq münasibətlərinin cəmiyyətin kastalar üzrə
bölgüsünü təsdiq etmiş feodal münasibətləri ilə əvəz olunması
dövründə (IV-VI əsrlərdə) möhkəmlənmişdir. Hinduizm yekcins
din deyildir, onda vahid ehkamçılıq və ayinçilik, mütəşəkkil
məbəd sistemi yoxdur.
Brəhmənizm ünsürlərindən başqa hinduizmə ved və yerli
dinlərin ünsürləri, ibtidai dini etiqadlar: suya (məsələn, Qanq
çayına), heyvanlara (ilanlara, meymunlara, fillərə, inəyə) sitayiş,
əcdadlar ayini daxildir. Eyni zamanda hinduizm bütlərə sitayiş
ünsürlərinə malik olan dindir. Bütün hinduizm cərəyanları üçün
ümumi cəhət Vedin müqəddəs kitablar kimi qəbul edilməsi,
sansara haqqında, öləndən sonra Karma qanunlarına uyğun olaraq
|