______________Milli Kitabxana_____________
320
Qədim Çin mədəniyyəti müxtəlif sahələrdə inkişaf etmİşdİ.
Din ilə bağlı təsəvvürlər öz əksini əfsanələrdə tapmışdı.
Qədim Çin əfsanələri e.ə. VI əsrdən başlayaraq yazıya
köçürülmüşdü. Əfsanələrə görə, ilk əvvəl qarma-qarışıq Aləm
(materiya) mövcud imiş. Sonra bu aləmdən işıq və qaranlıq
bildirən ünsürlər ayrılmışdı. Birinci kişi, ikinci qadın xəttini təmsil
edirmiş. Dünyanın möcüzə yolu ilə də yaranması əfsanələrdə əks
olunmuşdur. Quraqlıq göydə yeddi günəşin peyda olması ilə
əlaqələndirilir. Əfsanədə ilahə tərəfindən insanın gildən
yaradılması aşılanır. Daşqın və onun faciəvi nəticəsi, quraqlıq və
ondan doğan aclıq, qəhrəman adamlar və onların cəsurluğu
əfsanələrin başlıca mövzusunu təşkil edir. Digər qədim Şərq
əfsanələrində olduğu kimi, daşqın allahın qəzəbi kimi qələmə
verilir.
Qədim çinlilər əcdadlara və axirət dünyasına inanırdılar
Konfusi təliminin yayılması əcdadlara sitayişi möhkəmləndirdi
və səmaya sitayişi genişləndirdi. Səma allahı təcəssüm edirdi.
Allaha (di) inam tədricən səma ibadətinə çevrilmişdi. II-III
əsrlərdə Çində Buddizm yayıldı. Qədim çinlilərin təsəvvürünə
görə ilk Budda sutraları Çinə ağ at üstündə gətirilmişdi.
Qədim Çin erkən yazı növləri "fal kitabələrində" əks
olunmuşdur. İn dövründə inkişaf etmiş heroqlif yazı forması
mövcud idi. İn dövrünün yazı növü müasir Çin heroqliflərindən
o qədər də fərqlənmir. Xan dövründə yazı daha da təkmilləşir.
Ən qədim Çin nəzm ədəbiyyatı e.ə. XI-VI əsrlərə aid tunc
qablar üzərində əks olunmuşdur. "Şiszin" əsəri 305 poetik
hissədən ibarətdir. Bu, qədim Çin poeziyasının qiymətli əsəridir.
Qədim Çində musiqi, memarlıq, təsviri incəsənət geniş inkişaf
tapmışdı. Elmi biliklərin meydana gəlməsi praktiki tələbatdan
doğurdu. Xüsusilə riyaziyyat inkişaf etmişdi. E.ə. II əsrdə
"Doqquz kitablı riyaziyyat" adlı traktat tərtib olunmuşdu. Bu
kitab torpaqölçənlər, astronomlar, məmurlar və b. üçün zəruri
vəsait idi. Astronomiya və təqvim sahəsində irəliləyiş vardı. II
əsr astronomu və riyaziyyatçısı Çjan Xenin əsərində 124 ulduz
|