______________Milli Kitabxana_____________
323
bu da miflərin tarixiləşməsi kimi başa düşülməlidir. Mifoloji
əfsanələri öz təlimlərinə uyğunlaşdırmağa cəhd edən konfusiçilər
ruhların insanlara çevrilməsinə çox səylə girişmiş, miflərin və
əfsanələrin rasional izahı üçün də az iş görməmişlər.
Burada miflər ənənəvi tarixin bir hissəsinə çevrilmişdir.
Bambuk lövhələrə mifləri köçürərkən onun ilkin mənası təhrif
edildiyindən, insanlar ancaq yazılanlara inanmağa başladılar.
Tədricən isə ağızdan-ağıza keçən miflər unudulmağa başladı.
Nəticədə səmərələşdirilmiş miflər fəlsəfi ideya və təlimlərin
tərkib hissəsinə çevrilmiş, miflərin personajları isə konfusi
təlimlərinin təbliğində istifadə edilən tarixi şəxsiyyətlər kimi çıxış
etmişlər. Xüsusilə mifik padşahlar Yao Şun, Yuy qədim dövrün
ideal hakimlərinə çevrildilər. Onların hakimlik dövrü isə Çin
tarixinin «Qızıl əsri» elan edildi. Amansız və qəddar hökmdarlar
Tsze, Çjou obrazları da uyğun şəkildəyişməyə məruz qalıbdır.
Onlar Yao, Şun və Yuyun antipoduna - tiranlara çevrilmişlər.
Bütün bunlar miflərdə öz əksini tapmış, xalq ənənələrindən hakim
sinfin mənafeyinə uyğun şəkildə istifadə etmək məqsədinə xidmət
etmişdir. Qədim dövrün bütün fəlsəfələrinin tarixi sübut edir ki,
qəbilə-tayfa quruluşunun mifoloji baxışları elmi biliklərin
yaranması prosesinə böyük təsir göstərmişdir. Fəlsəfə öz
bünövrəsini mifoloji təsəvvürlər zəminindən götürmüş, onun
materialından əsaslı şəkildə istifadə etmişdir. Bu mənada qədim
Çin fəlsəfəsi Çin mifologiyasından geniş şəkildə bəhrələnmişdir.
Başqa xalqların fəlsəfəsi kimi mifologiya ilə sıx bağlı olan Çin
fəlsəfəsi bir sıra spesifik xüsusiyyətlərə malik olmuşdur. Bu
spesifik xüsusiyyətlər Çin mifologiyasının öz spesifikasından
doğur. Çünki Çin mifləri, hər şeydən əvvəl, keçmiş sülalələr
haqqında, «Qızıl əsr» haqqında tarixi əfsanələrin məcmusundan
ibarətdir. «Şi tszin» «Dəyişikliklər kitabı», «Şi tszin» «Nəğmələr
kitabı», «Şu tszin» «Tarix kitabı» və s. əksər hissələri qədim
miflərə əsaslanır. Bu əsaslanma isə bir sıra kitablar «Şi tszin»
sübutu üçün ən nüfuzlu arqumentlər hesab olunur. Çin mifləri
qədim çinlilərin dünya baxışmı əks etdirən materiallarla o qədər
də zəngin deyildir. Ona görə Çin fəlsəfəsində naturfəlsəfə
ideyaları mühüm yer tutmamışdır. Lakin başlanğıc haqqında,
|