______________Milli Kitabxana_____________
325
ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə
triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və
64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər bir
heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfqi xətlərdən
fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci
heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə)
müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin
müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan
müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın
nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə
dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə işıq və qaranlıq
qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir.
«Dəyişikliklər kitabı»nın fikrincə, bir vəziyyətdən digərinə
keçid varlığın dinamikasını açmalı idi. «Dəyişikliklər kitabı» Çin
mədəniyyəti tarixində böyük bir hadisə olub, qədim şamanlar,
saray adamları və mirzələr dairəsində yaradılıb yayılmışdır.
«Dəyişikliklər kitabı»nın məzmunu və əhəmiyyəti haqqında
müxtəlif baxışlar mövcuddur. Bir qrup «Dəyişikliklər kitabı»nı
romantik kitab hesab edir; ikinci qrup o qədər də əsassız
olmayaraq belə hesab edir ki, burada mühüm fəlsəfi fikirlər
tapmaq mümkündür. Üçüncü qrup bu kitabı məntiq dərsliyi sayır,
dördüncü qrup mənəviyyatsız kitab hesab edir, beşinci qrup isə
bunu fallik kosmoqoniya hesab edir və s.
E.ə. VI-III əsrlərdə qədim Çinin ideya həyatında keyfiyyətcə
yeni hadisələr meydana gəlməyə başladı. Həmin dövrdə Çinin
iqtisadi və ictimai həyatında mühüm dəyişikliklər baş vermişdir.
Torpaq üzərində xüsusi mülkiyyət bərqərar olur, yeni sənət
sahələri yaranır, kənd təsərrüfatında yeni dəmir alət və əşyalardan
istifadə olunur. Torpaqdan istifadə edilməsi üsulları
təkmilləşdirilir.
O dövrdə siyasi həyatda da mürəkkəb hadisələr baş
vermişdir. Tsin, Çu, Tsi, Vey, Tszin, Çjao, Xan dövlətləri arasında
müharibələrin ardı-arası kəsilmir, dövlətlərin öz daxilində sosial
partlayışlar baş verir. Vahid Çjou dövləti faktiki olaraq dağılır və
bir sıra yerli hakimlər özlərini müstəqil elan etməyə çalışdılar.
Onlar özlərini müstəqil elan edib, çox vaxt mərkəzi hakimiyyəti
|