______________Milli Kitabxana_____________
322
idi.
Miflərdə əcdadlar kultunda və totemizmdə cəmiyyətin
qəbilə-tayfa təşkilinin əlaqələri öz əksini tapmışdır. Mifologiyada
dünyanın, təbiətin yaranmasının öz izahı, şərhi mövcud olmuşdur.
Ən qədim dövrlərdə, nə səmanın, nə də yerin olmadığı dövrdə
kainat formasız qaranlıq xaos kimi təsəvvür edilirdi. Bir mifə
görə, həmin formasız qaranlıqda iki ruh (yaxud allah) - İn və Yan
yarandı və onlar dünyanı qaydaya salmağa başladılar. Sonralar, bu
ruhlar bir-birindən ayrıldılar. Yan ruhu səmanı, İn ruhu isə yeri
idarə etməyə başladı. Belə hesab edilir ki, onlar qaranlığın kobud
hissəciklərindən heyvanları, quşları, balıqları və digər canlıları,
yüngül hissəciklərdən isə insanları yaratmışlar. Digər mifə görə
isə insanlar allah Fu-si ilahə Nyuyva tərəfindən yaradılmışdır.
Üçüncü bir mifə görə isə ilk mifik insan Panqu balta ilə qaranlığa
zərbə endirir və nəticədə bütün yüngül və təmiz olanlar yuxarı
qalxan səmanı yaradırlar, ağır və çirkli şeylər isə aşağı enərək yeri
yaradır.
Kainatın mənşəyi haqqımda miflərdə naturfəlsəfənin ilk,
qaranlıq və bəsit də olsa belə rüşeymləri görünür. Hakim mifoloji
şüur (təfəkkür) e.ə. birinci minilliyə qədər hökm sürmüşdür.
İbtidai icma cəmiyyətinin dağılıb öz yerini yeni bir
cəmiyyətə verməsi nəticəsində belə miflər aradan çıxmadı. Bir
sıra miflər qədim Çin kosmoqonik konsepsiyalarının tərkib
hissəsinə çevrilmişdir. Bu, hər şeydən əvvəl, İn və Yan ruhlarına
dair yayılmış miflərə aiddir. Artıq İn və Yan kainatın yaranması
və inkişafında mühüm rol oynayan qüvvələrə çevrilirlər.
Bir sıra mifoloji obrazların sonrakı fəlsəfi traktatlarda
mühüm yer tutması heç də təsadüfi deyildir. E.ə. V-III əsrlərdə
yaşayan filosoflar tez-tez miflərə müraciət edirdilər. Onlar həqiqi
idarəçilik və insanın düzgün davranış normaları haqqında öz
konsepsiyalarmı yaratmaq üçün miflərdən istifadə edirdilər.
Bununla yanaşı, konfusiçilər miflərin tarixiləşməsini həyata
keçirirlər. Buraya qədim miflərin süjet və obrazlarım mifdən azad
edib, tarixi don geydirmək də daxildir. «Qədim Çin mifləri»
kitabının müəllifi Yuan Ke yazırdı ki, konfusiçilərin əsas məqsədi
bütün mifoloji personajların hərəkətlərini insaniləşdirmək idi ki,
|