______________Milli Kitabxana_____________
349
əsrdə Sparta Peloponnes ittifaqına daxil oldu. 30 il davam edən
Peloponnes müharibəsində (e.ə. 431-404) qalib gəlmiş, bütün
Yunanıstana hakim olmuşdu. E.ə. 146-cı ildə Romadan asılı
vəziyyətə düşdü.
Yunan koloniyalari. Yunan şəhərlərində sənətkarlıq və
ticarət inkişaf edirdi Tacirlər sənətkarlıq məmulatlarını Aralıq
dənizi və ona bitişik olan dənizlərin sahillərində satırdılar. Kiçik
Asiyadakı Milet şəhərində yun parça, Korinf şəhərində ən yaxşı
silah, Afinada əla dulusçuluq məhsulu istehsal olunurdu. Yunanlar
keyfiyyətli şərab və zeytun hazırlayır və xaricə göndərirdilər.
Yunanıstanda demosun artması ilə aristokratlarla demos
arasında mübarizə gücləndi. Aristokratlar qalib gəldikdə demos,
demos qalib gəldikdə aristokratlar ölkədən qovulurdu. Qovulmuş
aristokrat demişdi: “Mən öz dəbdəbəli evimi qaçqın gəmisinə
dəyişdim”. Yunanıstanın ticarət şəhərləri Aralıq dənizi və Qara
dəniz sahillərində daimi koloniyalarını yaratdılar. Hər bir şəhər öz
koloniyalarına hərbi və ticarət gəmilərindən ibarət donanma
göndərirdi. Köçüb gələnlər Yunanıstanın müxtəlif vilayətlərindən
idilər, onlar kolonistlər adlanırdılar. Koloniyalara tacirlər,
sənətkarlar, doğma yerlərini tərk edən, adamlar gəlirdilər. Qara
dəniz sahillərində Pantikapey, Olviya, Xersones, Feodosiya, Fasis,
Sinop və başqa yunan şəhər-dövlətləri yarandı. Onlar yerli əhali
ilə alver edir, bəzən onları qula çevirir, qulların bir hissəsini
Yunanıstana göndərirdilər. Beləliklə, e.ə. VIII-VI əsrlərdə
Qafqazdan tutmuş İspaniyaya qədər dəniz sahillərində çoxlu
yunan koloniyaları əmələ cəldi. Bu koloniyalar yunan şəhərləri ilə
əlaqə yaradır və əlaqə saxladıqları həmin şəhərləri ana şəhər
adlandırırdılar.
Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin
inkişafına təkan verdi. E.ə. VIII-VI əsrlərdə Yunanıstanın bütün
şəhərlərində və koloniyalarında şəhər quldarlıq dövlətləri yarandı,
Hər bir şəhər-dövlətinin qoşunu, hökuməti, xəzinəsi, pulu var idi.
Onların bəzisini demos, bəzisini isə aristokratlar idarə edirdilər.
Qədim yunanlar yad ölkələrdə məskunlaşsalar da, özlərini
vahid xalq hesab edirdilər. Onlar özlərini ellinlər, vətənlərini
Ellada adlandırırdılar. Harada yaşadıqlarından asılı olmayaraq,
|