Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə81/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   328
______________Milli Kitabxana_____________ 

 103


Atasının rolu artdıqca oğlunun da rolu artırdı. Nabu mirzələr, 

müdriklik və elm hamisi idi. Mardukun mirzəsi olan Nabi atası 

üçün tale cədvəlləri hazırlayırdı. Nabunun simvolu yazı üçün 

qələm ağacı idi. Nusku işıq və od allahı, arvadı Qula - müalicə 

ilahəsi idi. 

İkiçayarası  ərazisində yaşayan xalqlar elmlərin  əsasının 

yaranmasında mühüm rol oynamışlar. E.ə. II minillikdən 

başlayaraq onlar təbabət sahəsində bir sıra nailiyyətlər  əldə 

etmişdir. Bəzi tədqiqatçılar bunu təbabət deyil, magiya ilə 

əlaqələndirirlər. Lakin bu magiya deyil, elmlərin ilkin rüşeymləri 

hesab olunmalıdır. Həmin dövrlərdən bizə gəlib çatan sənədlər bir 

ixtisas sahəsi kimi təbabətdə çalışan həkimlərin fəaliyyətindən 

söhbət açır. Hammurapinin qanunlar toplusunda elə maddələr 

vardır ki, onlar cərrahlığa həsr olunmuşdur. Orada hər əməliyyat 

üçün cərraha veriləcək haqdan söhbət gedir. Həkimin vurduğu 

zərər üçün cərimə  və  cəza da nəzərdə tutulurdu. Müəllimlər 

haqqında da maraqlı fikirlər vardır. Riyaziyyat və digər elm 

sahələrinin inkişaf etməsi haqqında bəzi sənədlər zəmanəmizə 

qədər gəlib çatmışdır. 

Babilistanlılar astronomiya və astrologiyanı yüksək 

qiymətləndirir, onların allahları isə  səma cisimlərini təcəssüm 

etdirirdilər. Məsələn, Sin və  Şamaşa Ay və Günəş, Marduka - 

Yupiter, Nerqala - Mars, İştara - Venera, Nabuya - Merkuri 

müvafiq gəlirdi. Çox vaxt astral simvollar, allahların simvolları 

allahların özlərini ifadə edirdi. Şumer, sonralar isə Babil kahinləri 

sirli elmlərlə  məşğul olurdular. Buraya sayların manipulyasiyası 

da daxildir. Allahlar rəqəmlərlə ifadə olunurdu. Ən yüksək sayda 

ifadə olunan allah Anu idi. Onun müqəddəs sayı (rəqəmi) 60 idi. 

Eni-50, Eya-40, Sin-30, sonralar baş allahlar sırasına daxil olmuş 

Mardukun rəqəmi ən aşağı - 10 idi. Adad özü 10 rəqəmi ilə ifadə 

olunurdu. 

Şumerlər, sonralar isə Babillər allahları insan surəti təsəvvür 

edirdilər. Onlara qeyri-adi ölçüdə, fövqəladə malik, hər nəfəs 

alanda ağızdan od püskürən qabiliyyəti cəhətlər aid edilirdi. 

Allahlar fövqəladə güc və qabiliyyətə malik olduqlarından onlara 

qarşı heç kim çıxa bilməzdi.  Şəkil də  və heykəllərdə allahlar 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin