Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə168/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   328
______________Milli Kitabxana_____________ 

 203


digəri onu dağıdırmış. Onların arasında "nə fikir, nə  təlim, nə 

arzu, nə əqidə, nə söz, nə əməl, nə inam, nə ruh uyğun gəlmirdi". 

Təlimə görə, son məqamda yalançılar,  şər qüvvələr zülmət 

padşahlığına, həqiqət tərəfdarları, xeyirxah qüvvələr işıqlı 

padşahlığa düşəcəkdilər. Qatlarda sinfi cəmiyyətdə mülki 

bərabərsizliyin, haqsızlığın törətdiyi ziddiyyətlər dini boyalarla və 

fəlsəfi mühakimələrlə öz əksini tapmışdır. 

Zərdüşt bu ziddiyyətlərdən özü üçün çıxış yolu tapır. O, 

özünü Ahuramazdanın pərəstişkarı elan edir, bu məsləkə sahib 

olan kəndlərin talanmasını, mal-qaranın oğurlanmasını  və 

aparılmasını pisləyir. Yasnada deyilir: "Mən bu torpaqda mal-qara 

saxlayan hər bir sahibkara sərbəst hərəkət və azad həyat təmin 

edirəm... Mal-qaranı tutub aparmaqdan, Mazda məsləkli kəndlərə 

ziyan vurub talamaqdan imtina edirəm... Mən alçaq, ziyankar, 

yalançı, bədxah divlərlə birgə olmaqdan imtina edirəm, divlərdən 

və onların tərəfdarlarından, cadugərlərdən və onların 

tərəfdarlarından, canlı  məxluqa zorakılıq işlədənlərdən imtina 

edirəm". Nəhayət, Zərdüşt öz təliminə uyğun olaraq yeni 

əməllərinə sadiq qalacağına and içməli olur: "Mən Mazda inamına 

sadiq olmağa and içirəm, çünki o, hərbi basqınlara son qoymağa, 

silahı yerə qoymağa, özününkülər ilə nikah bağlamağa çağırır". 

Çox güman ki, Zərdüşt təlimi Midiya irandilli tayfalarının 

siyasi yüksəlişi zamanı, e.ə. VII əsrdə meydana gəlmiş  və 

formalaşmışdı. Bu təlim yerli (div, dayva) dini dünyagörüşü 

saxlayan etnoslara qarşı yönəldilmişdi, onlar dinsiz qələmə 

verilirdi, bütün bəd  əməllər onların adına çıxılırdı. Zərdüştün 

təlimini qəbul etməyənlər, yalançı  və  şər qüvvə  tərəfdarı elan 

edilirdi. Ahuramazdaya sitayiş edənə axirət dünyasında işıqlı 

həyat vədi verilirdi. Zərdüşt qədim dini dünyagörüşündən imtina 

edərək yeni siyasi şəraitə uyğun olaraq Ahuramazdaya inamı  və 

ibadəti seçmişdi. 

Avestanın digər bölməsi "Yaşt" adlanır. Burada ayrı-ayrı 

ilahələrə həsr olunmuş himn və mahnılar toplanmışdı. Biri Mitra 

allahıdır. Qədim hind-Avropa tayfaları Mitraya sitayiş edirdilər. 

Lakin yaştlar Mitranın yaradılmasını Ahuramazdanın  əməli kimi 

qələmə verirlər. Mitra çoxlu otlaqlara malik olan ilahi adlandırılır. 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin