Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə165/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   328
______________Milli Kitabxana_____________ 

 200


aslanın geniş açılmış ağzına yapışdırılmış, əl tutacağının sonu isə 

vəhşi qaban fiquru formasında qızıldan tökülmüşdü. Bununla 

əlaqədar Luristan tunc əşyalarının kökünü Elam metallurgiya 

sənətində axtarırlar. 

Memarlıq sahəsində  də Elam sənətkarları öz üslubları ilə 

fərqlənirdilər. Dur-Untaş  məbədi özünün əzəməti ilə, inşaat 

texnikası ilə İkiçayarası məbədlərinə oxşamırdı. Bu qülləli məbəd 

(zikkurat) beş  mərtəbədən ibarət idi. Tikintidə çiy və bişmiş 

kərpicdən  istifadə olunmuşdu.   Minlərlə işçi qüvvəsi,  bənna və 

memar tikintidə çalışırdı. Məbəd ətrafına qala divarı hörülmüşdü. 

Divarın yeddi darvazası vardı. Bəzi darvazaların önündə müxtəlif 

Elam allahlarına mənsub kiçik məbədlər tikilmişdi. Elam qonşu 

xalqlar mədəniyyətinə xeyli təsir göstərmişdi. 

 Qədim fars təqvimi isə Babil qəməri-şəmsi (günəş-ay) 

təqvim sisteminə uyğun tərtib olunmuşdur. Təqvim 12 və bir 

əlavə aydan ibarət idi. İranda Zərdüşt təqvimi də  işlədilirdi. Bu 

təqvim, adətən, ayları allahların adı ilə bildirirdi. İl 365 gündən 

ibarət idi. Babilistanda olduğu kimi, il 12 aya, hər ay 30 günə 

bölünürdü. İlə 5 gün əlavə edirdilər. 

Haxamaniş dövlətinin yaranması və yüksəlişi dövründə İran 

mədəniyyəti imperiyaya daxil olan xalqlara güclü təsir 

göstərmişdi və eyni zamanda, əks təsirə də məruz qalmışdı. 

İranın  ən qədim  əhalisi müxtəlif allahlara sitayiş edirdi. 

Elamda artıq müəyyən panteon sistemi yaradılmışdı. Qaynaqlar 

Urmiyyə gölü hövzəsi sakinlərinin dini dünyagörüşü barədə çox 

cüzi təsəvvür yaradırlar. Burada çoxallahlılıq, bütlərə sitayiş 

mövcud olmuşdur. Assurilər dəfələrlə Manna allahlarını 

(təsvirlərini) qənimət kimi aparmışdılar. 

İranın cənubunda farslar arasında zərdüştlük təlimi 

yayılmışdı. Herodotun verdiyi məlumata görə, farslar məbəd 

tikməzdilər, ibadəti açıq havada keçirirdilər. Onlar müxtəlif təbiət 

qüvvələrinə sitayiş edirdilər. Günəş, su, ay, külək və s. sitayiş 

obyektinə çevrilmişdi. 

Ehtimala görə, zərdüştlük e.ə. VII əsrdə meydana gəlmişdir. 

Zərdüştlüyün müqəddəs kitabı Avesta hesab edilir. Avestanın 

mətnlərindən göründüyü kimi, bu dinin banisi Zərdüşt (Avestada 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin