Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə162/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   328
______________Milli Kitabxana_____________ 

 197


buraya sami tayfaları yol açmışdı. Ola bilsin ki, Elamın cənub-

qərbində  şumerlər də  məskən salmışdılar.  Şimaldan Elam 

ərazisinə turukkilər (prototürklər), kassilər və  bəlkə  də subir və 

hurrilər yayılmağa başlamışdılar. Bu tayfaların heç biri əhalinin 

elam mənşəli tərkibində  dəyişiklik edə bilmədi. Son dövrlərdə 

Elam ərazisinə irandilli tayfalar yol açdılar. Onlar əvvəlcə Anşan 

vilayətində, sonra da Elamın başqa vilayətlərində  məskən 

salmışdılar. Müxtəlif tayfaların Elamda məskunlaşmasına 

baxmayaraq Elam mədəniyyəti özünəməxsus  əlamətləri 

saxlayırdı. Minilliklər  ərzində elamların mənəvi aləmi, qədim 

ayinləri və dini görüşləri öz varlığını saxladı. 

Din Elam əhalisi arasında, onun gündəlik həyatında mühüm 

yer tuturdu. Elamlılara məxsus allahlar panteonu yaradılmışdı. 

"Narm-Suenlə müqavilə"  şahid kimi 37 allah adını sadalamışdı. 

Burada Elam allahları ilə yanaşı Akkad allahlarının da adları 

çəkilmişdi. Elam panteonunda Akkad və  bəlkə  də başqa mənşəli 

allahlar da təmsil olunmuşdu. Qarışıq panteon qədim Şərqin digər 

ölkələrinə  də xas idi. E.ə. III minillikdə Elam panteonuna ana 

ilahə Pinenkir başçılıq edirdi. Bu da Elam cəmiyyətində ana nəsli 

qaydalarının saxlanılmasını göstərən amil hesab edilər bilər. Elam 

vilayətlərinin hərəsinin özünəməxsus ana ilahəsi vardı. Pinenkir 

Suz şəhər icmasının ilahəsi sayılırdı. O, "səma hökmdarəsi" kimi 

məlum idi. İkiçayarası əhalisi Pinenkiri özlərinin İştar (məhəbbət 

və məhsuldar ilahəsi) ilahəsi ilə eyniləşdirirdilər. Pinenkir böyük 

ana ilahə hesab edilirdi. Elamın Liyan (İran körfəzi sahili) vilayəti 

əhalisi Kiririşa ("Böyük ilahə") ilahəsinə sitayiş edirdi. Anşan 

vilayətində isə ilahə Partiyə ibadət yayılmışdı. Kiririşaya ibadət 

ümum Elam səviyyəsinə qalxmışdı. E.ə. III minillikdə allah 

Humpan Elam panteonunda ikinci yer tuturdu, lakin II minilliyin 

ortalananda o artıq panteona başçılıq edirdi. Elam cəmiyyətində 

baş vermiş  və  dərinləşmiş sosial-iqtisadi və ictimai dəyişikliklər 

dini təsəvvürlərə  də  təsir göstərmişdi. Elamlıların mənəvi 

aləmində ata nəsli hüququ üstünlük qazanmışdı. Humpan da 

"Səma hökmdarı" hesab edilirdi. Bu allah Pinenkirin və 

Kiririşanın  əri kimi təsəvvür olunurdu. Humpan və Kiririşanın 

nikahından allah Humpan yaranmışdı. 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin