Türkiyə Respublikası ilə münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər 2009-cu
ilin aprelində çox çətin bir sınaqla üzləşdi. Dünyanın super dövləti ABŞ və bəzi
Avropa ölkələrinin təzyiqləri altında Türkiyənin Dağlıq Qarabağ münaqişəsi
həll olunmadan Ermənistanla münasibətlər yaradılması və sərhədlərin açılması
haqqında protokolları imzalaması Azərbaycan və Türkiyə ictimaiyyətinin ciddi
narazılığı ilə qarşılandı. Çünki Türkiyə Ermənistanla münasibətlərinin
normallaşdırılması üçün Qarabağ münaqişəsinin nizamlanması şərtindən imtina
etmək ərəfəsində idi. ABŞ prezidenti Barak Obamanm və Türkiyənin
liderlərinin dəstək istəyinə mənfi cavab verən
Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını təhlükə atında qoyan bu addımın qarşısını bütün
diplomatik vasitələrlə ala bildi. Türkiyə - Ermənistan razılaşması təsdiq
olunmadı. Türkiyə Azərbaycanın milli maraqlanna qarşı yönələn heç bir addım
atmayacağına dair öz qəti mövqeyini ortaya qoydu.
Prezident İlham Əliyev 2004-cü ildə xarici ölkələrdə çalışan
Azərbaycan səfirləri qarşısında Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın
haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya sahəsində
“hücum diplomatiyası” aparmaq vəzifəsi qoymuşdur. Məhz “hücum
diplomatiyası” nəticəsində Azərbaycana qarşı bütün dünyada informasiya
müharibəsi aparan erməni lobbisi və onların havadarlan son illərdə müdafiə
taktikası seçməyə məcbur olmuşlar. ATƏT-in vasitəçiliyi ilə Dağlıq Qarabağ
münaqişəsinə dair Azərbaycanla Ermənistan arasında aparılan uzunmüddətli
sülh danışıqları heç bir müsbət nəticə verməmişdir.
Azərbaycamn xarici siyasətində
Amerika Birləşmiş Ştatları ilə
münasibətlər strateji əməkdaşlıq prinsipinə əsaslanır.
Prezident İlham Əliyevin 2006-
cı il aprel ayında ABŞ-a ilk rəsmi dövlət səfəri ölkələrimiz arasında
qarşılıqlı əlaqələrin genişlənməsində mühüm rol oynamışdır. Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyən Amerika Birləşmiş Ştatlarının beynəlxalq
terrorizmə qarşı apardığı qlobal mübarizədə respublikamız bu dövlətin ən
etibarlı tərəfdaşlarından birinə çevrilmişdir.
2004-cü ildə Azərbaycan Respublikası Avropa Birliyinin