Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə285/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   281   282   283   284   285   286   287   288   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

“Yeni 
qon
şuluq” siyasətinə qoşulmuşdur. Respublikamız Cənubi Qafqaz bölgəsində 
və strateji əhəmiyyətli Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasında və 
regionun hərtərəfli şəkildə inkişafı naminə əməkdaşlığın genişləndirilməsində 
maraqlı olan Avropa dövlətləri ilə daha geniş münasibətlər qurulması üçün 
gərəkən bütün addımları atmışdır. 
Azərbaycan Respublikası 
xaricdə yaşayan soydaşlarımızla əlaqələrin 
ildən - ilə daha da genişləndirilməsinə və onlann arasmda birlik və həmrəyliyin 
təmin edilməsinə xüsusi diqqət yetirir. 2006-cı ilin mart ayında Bakıda keçirilən 
Dünya Azərbaycanlılarının 
II 
qurultayı 
bu məqsədin həyata keçirilməsində 
irəliyə doğru atılmış mühüm bir addrnı oldu. 
383 


2011-ci il iyulun 5-də Bakıda Dünya azərbaycanlılarının III qurultayı 
keçirildi. 42 ölkədən 1272 nümayəndənin iştirak etdiyi qurultayda Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycan- lılarımn 
Əlaqələndirmə Şurasının sədri seçilmişdir. 
2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin üzvü 
olan 155 ölkənin səsini toplayaraq tarixində ilk dəfə olaraq bu nüfuzlu 
beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü seçildi. 
2012-
ci ilin yanvanndan Respublikamız iki il müddətinə BMT-nin 
Təhlükəsizlik Şurasmm 10 qeyri - daimi üzvlərindən biri kimi ona verilmiş 
səlahiyyətləri uğurla icra etmişdir. 
Azərbaycan Prezidenti ilham Əliyev 2014-cü və 2015-ci ilin yanvar 
ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak 
etmişdir. 
2014-cü il sentyabr ayının 29-da Xəzəryanı ölkələrin (Azərbaycan, 
Rusiya, Türkmənistan, Qazaxıstan, İran) Həştərxanda keçirilən sammiti Xəzər 
dənizinin statusunun müəyyən edilməsində mühüm addımlardan biri kimi 
qiymətləndirilir. 
XXI
əsrin ilk onilliklərində Azərbaycan Respublikası hərbi - siyasi 
qüdrətinə və sosial - iqtisadi inkişaf səviyyəsinə görə Cənubi Qafqazın aparıcı 
və lider dövlətinə çevrilmişdir. Respublikamızın əhali resurslanna görə bir çox 
bölgə dövlətlərindən qat - qat üstün olması, yüksək səviyyədə inkişaf etmiş 
iqtisadiyyata və güclü orduya malik olması Ermənistanm işğal etdiyi 
Azərbaycan torpaqlarının istənilən yolla azad edilməsini artıq tarixi zərurətə 
çevirmişdir. 
384 


Tarixi yaddaşımız xəritələrdə 
Kitabın bu bölümündə yalnız tarixi xəritələr danışır. 
Əziz oxucu! Tariximizin bu qara səhifələrini unutmayaq! 
1.1828-ci il Türkmənçay müqaviləsi və Azərbaycanın 
iki hissəyə bölünməsi 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin