Xocavənd yaxınlığında düşmənə ağır zərbə vurdular. Oktyabr əməliyyatları zamanı iki
Azərbaycan briqadası arasında Laçın dəhlizi istiqamətində azad edilməmiş cəmi
6 km-lik məsafə qalırdı. Lakin
Qarabağ savaşında bu qələbələr nəticəsində əldə
edilən mövqelər və strateji məntəqələr orduda gedən təxribatlar nəticəsində
tədricən itirilməyə başladı.
Xalq Cəbhəsinin hakimiyyəti dövründə
dövlət quruculuğu, sosial - iqtisadi və
mədəni həyat sahəsində bir sıra mühüm tədbirlər görülmüşdü.
1992-ci il may ayının 27-də Cümhuriyyət dövrünün Milli marşı
Dövlət Himni kimi qəbul olundu. 1993-cü ilin fevralında
Azərbaycan Respublikasının Dövlət
Gerbi təsdiq edildi. 1992-ci ilin avqust ayının 15-də
Azərbaycanın Milli Valyutası olan
manat dövriyyəyə buraxıldı. 1992-ci ildə respublikamızda
Ali məktəblərə tələbə qəbulu keçmiş sovet məkanında ilk dəfə olaraq və Türkiyə
təcrübəsi əsasında
test üsulu ilə keçirildi. Test üsulimun tətbiqi qəbul
imtahanlarında olan qanunsuzluq və rüşvətxorluq hallarının qarşısının
alınmasında mühüm rol oynadı. 1992-ci il iyunun 3-də o dövr üçün demokratik
olan
Siyasi partiyalar haqqında qanun qəbul edildi. 1993-cü ilin ortalarında
artıq respublikada 30-a qədər siyasi partiya və təşkilat fəaliyyət göstərirdi.
Dini etiqad azadlığı, milli bayramlar, yeni milli orden və medalların
təsis edilməsi və s. haqqında da qanunlar qəbul edildi.
Azad bazar iqtisadiyyatına keçidlə bağlı
dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlıq fəaliyyəti, qiymətli kağızlar və fond birjaları haqqında iqtisadi xarakterli qanunlar qəbul olunmuşdu.
Xarici siyasət sahəsində də bir sıra mühüm addımlar atıldı. 1992-ci il
iyulun 10-da Azərbaycan