Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


parlamentin, teleradionun binalarını, Prezident



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə257/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   253   254   255   256   257   258   259   260   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

parlamentin, teleradionun binalarını, Prezident 
sarayını 
və başqa strateji obyektləri ələ keçirdi. Parlamentin 1992- ci il 18 may 
sessiyasında Xalq Cəbhəsinin liderlərindən biri olan 
İsa Qəmbərov 
Respublika 
Ali Sovetinin sədri 
seçildi və yeni seçkilərə qədər prezident səlahiyyətlərinin 
icrası da ona tapşırıldı. Respublika Ali Sovetinin Milli Şurası "Milli Məclis" 
adlandınidı və parlamentin bütün səlahiyyətləri 
Milli Məclisə 
verildi. Yeni 
təşkil olunmuş iqtidar komandası Xalq Cəbhəsi və keçmiş kommunistlərdən 
təşkil olundu. Siyasi hakimiyyət dəyişikliyi şəraitində Ermənistan silahlı 
qüvvələri tərəfindən mayın 18-də 
Laçın 
işğal olundu. 
Laçının işğalı 
Qarabağda 
Azərbaycanın strateji mövqeyinə çox ağır bir zərbə oldu. Çünki Laçının işğalı 
ilə 
Ermənistanla Dağlıq Qarabağ separatçıları arasında birbaşa əlaqəni 
təmin edən dəhliz yarandı.
1992-
ci il iyunun 7-də Respublikada Prezident seçkiləri keçirildi. 
Azərbaycan Xalq Cəbhəsinin sədri 
Əbülfəz Elçibəy Azərbaycan 
Respublikasının Prezidenti 
seçildi. Ermənistanın təcavüzünün genişləndiyi bir 
şəraitdə Xalq Cəbhəsi hökumətinin qarşısında duran birinci dərəcəli vəzifə 
ordu 
quruculuğu 
məsələsi idi. SSRİ-nin hərbi əmlakının bölüşdürülməsi haqqında 
1992-ci il may ayının 15-də bağlanmış 
Daşkənd müqaviləsinə 
əsasən sovet 
ordusu və hərbi - dəniz donanma qüvvələrinin silah və texnikasının bir 
hissəsinin respublikaya verilməsi Azərbaycan milli ordu hissələrinin təşkili və 
silah - sursatla təminatında mühüm rol oynadı. 1992-ci ilin iyununda 
Azərbaycanın özünə məxsus 
ilk aviasiya polku 
yaradıldı. Xəzər dənizində olan 
sovet hərbi donanmasının 25 faizinin respublikaya təhvil verilməsi Azərbaycana 
öz 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin