vəzifələrdən azad etsə də, onların təsiri altında olan hərbi hissələr Müdafiə
Nazirliyinə tabe olmaqdan imtina edirdilər. Ermənistan yaranmış vəziyyətdən
məharətlə istifadə edərək Kəlbəcər istiqamətində hücum əməliyyatlarım
genişləndirdi və martın 31-də düşmən çox mühüm strateji əhəmiyyət daşıyan
Kəlbəcəri mühasirəyə aldı. Aprelin 3-də Kəlbəcər Ermənistan tərəfindən işğal
edildi. Kəlbəcər uğrunda döyüşlərdə 217 nəfər şəhid oldu. Milli ordu qüvvələri
geri çəkilərkən respublika rəhbərliyi lazımi təbirlər görmədiyindən əhalinin
böyük hissəsini bölgədən çıxartmaq mümkün olmadı və nəticədə minlərlə sakin
ermənilər tərəfindən əsir götürüldü.
Kəlbəcərin işğalı Azərbaycan Xalq Cəbhəsi hökumətinə xalqın inamının
qırılmasına və respublikada dərin siyasi böhranın başlamasına səbəb oldu. Heç
də təsadüfi deyil ki, ölkədə hərbi müxalifəti təmsil edən bir qrup zabit məhz
Kəlbəcərin işğalı günü - aprelin 3-də Gəncədə S.Hüseynovun başçılığı ilə "Hərbi
birlik" adlandırılan bədnam hərbi - siyasi təşkilat yaratmışdı. Bu təşkilatın təsiri
altında olan Gəncədəki 709 saylı hərbi hissə Ali baş komandana və müdafiə
nazirinə tabe olmurdu. 1993-cü il iyunun əvvəllərində Surət Hüseynovun
başçılığı ilə Gəncədə hərbi qiyam başladı. Xalq Cəbhəsi hökuməti 709 saylı
hərbi hissənin tərki - silah olunaraq ləğv edilməsi haqqında əmri yerinə yetirmək
üçün 1993-cü il iyunun 4-də qiyamçılara qarşı hərbi əməliyyata başladı.
Əməliyyat tamamilə iflasa uğradı və hökumət qüvvələri məğlub oldular. Surət
Hüseynovım başçılığı ilə qiyamçılar Bakıya doğru hərəkətə başladılar və iyunun
14-də artıq onlar Bakının ətrafında yerləşən qəsəbələrə qədər irəliləyə
bilmişdilər. Yaranmış böhranlı vəziyyətlə əlaqədar hökumət qiyamçılarla
danışıqlara getməyə məcbur oldu. Parlamentin sədrinin. Baş nazir və 3 güc
nazirinin istefaya göndərilməsi də bir nəticə vermədi və dövlətimizin
qiyamçıların əlinə keçməsi təhlükəsi yarandı.
Respublikada siyasi böhranın dərinləşdiyi şəraitdə Rusiyamn Dağıstan
bölgəsində yaratdığı və məqsədi Azərbaycanın şimalında yaşayan ləzgiləri
Azərbaycan hökumətinə qarşı qaldırmaq olan "Sadval" təşkilatımn silahlı quldur
dəstəsi sərhədlərimizə soxulmuşdu. 1993-cü ilin iyununda bir qrup sadvalçı
Qusarda təxribatlar törədərək Azərbaycan dövlətçiliyinə qarşı mitinqlər təşkil
etmişdi. Cəbhə bölgələrindən çıxardığı hərbi hissələrlə respublikamızın cənub
bölgəsini ələ keçirməyə çalışan Əlikram Hümbətov da S.Hüseynovla birlikdə və
sıx əlaqədə hərəkət edərək 1993-cü il iyunun 15-də Lənkəranda qanuni
hakimiyyəti devirdi. Beləliklə, 1993-cü ilin iyununda respublikada tam bir xaos
və hakimiyyət boşluğu yaranmışdı.
Dostları ilə paylaş: