Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə6/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

erkən dövlət 
qurumlarının 
yaranması prosesi də bu dövrdə başlamışdı. 
Tunc dövrü 
erkən, orta 
və 
son 
adlanan üç mərhələdən keçmişdir. 
Azərbaycan türkləri onunla öyünməlidirlər ki, Cənubi Qafqazın əsas 
eneolit və tunc dövrü mədəniyyətini onlar yaratmışlar. 
Cənubi Qafqazda 
tapılmış 150-dən çox eneolit və tunç dövrünə aid abidənin 
üçdə ikisindən çoxu 
Azərbaycanın payına düşür.
 
Erkən tunc dövründə 
(e. ə. IV minilliyin sonlan - e. ə. III minilliyi 
əhatə edir və arxeoloji baxımdan 
“Kür - Araz mədəniyyəti” 
adlanır.) insanlar 
sıx yaşayış yerlərindən əkinçilik və maldarlıq üçün daha əlverişli olan vadilərə, 
dağ ətəklərinə yayılıb məskunlaşırdılar. Artıq e. ə. III minilliyin birinci yarısında 
toxa əkinçiliyi öz yerini 
xış əkinçiliyinə 
verməyə başlamışdı. Bununla bağlı 
olaraq iribuynuzlu heyvanlardan qoşqu vasitəsi kimi istifadə olunurdu. Xış 
əkinçiliyi dağətəyi bölgələrdə əkinçiliyin inkişafına yeni imkanlar açaraq əmək 
məhsuldarlığının yüksəlməsinə şərait yaradırdı. Düzən yerlərdə 
süni suvarma 
əkinçiliyi, 
dağətəyi və dağlıq yerlərdə isə 
dəmyə əkinçiliyi 
geniş yayılmışdı. Bu 
zaman buğdanın yumşaq növü, arpa, dan, noxud və kətan əkinləri üstün yer 
tuturdu. 
Azərbaycanda erkən tunc dövründə ev maldarlığından 
köçmə, yaylaq 
maldarlığına 
keçid baş vermişdir. Əhalinin Alp çəmənliklərinin bol olduğu 
ərazilərə yayılması xüsusilə qoyunçuluğun inkişafı ilə bağlı idi. 
Köçmə (yaylaq) maldarlığına keçilməsi ilə əlaqədar yalmz heyvan- 
darhqla məşğul olan qəbilələr meydana çıxırdı. Əkinçiliyin və maldarlığın bir 
birindən ayrılaraq müstəqil sahələr kimi fəaliyyət göstərməsi ibtidai icma 
cəmiyyətinin tarixində 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin