Lullubi dövləti, E. ə. III minilliyin II yarısında Azərbaycan ərazisində
mövcud olan etno-siyasi birliklərdən biri də lullubilər tərəfindən yaradılmışdır.
Lullubilər haqqında ilk məlumat Akkad mənbələrində verilmişdir. Akkad
kitabələrində «Lullubum dağlılarını öz hakimiyyəti altında birləşdirmiş
hökmdar Sidurru» haqqında danışılır. Lullubi siyasi birliyi Urmiya gölü
hövzəsində meydana çıxmışdı. Lullubilər Diyala çayının yuxan axarından
Urmiya gölünədək olan torpaqlarda kutilərdən cənubda və şərqdə yaşayırdılar.
Lullubilərin təsərrüfatında maldarlıq üstün yer tutmuşdur. Onlar
Mesopotomiyadakı şəhərlərlə ticarət əlaqələri saxlayır, qaramalı taxıla
dəyişirdilər. Qonşu hurri və hetlər lullubilər! öz dövlət idarələrində işə cəlb edir
və döyüşkən lullubilər! muzdla hərbi xidmətə çağmrdılar.
Lullubi hökmdarı Anubanininin e. ə. XXII əsrə aid kitabəsində Akkad
dilində yazılmışdır: «Anubanini, qüdrətli çar, Lullubum çan öz təsvirini və İştar
ilahəsinin təsvirini Batir dağında həkk etdirdi». Bu yazı əsasında müəyyən
olunmuşdur ki, Lullubi hökmdan Anubaniniyə tabe olan torpaqlar Urmiya
gölündən Diyala çayının orta axannadək uzanırdı. Yazıda «Yuxarı Dəniz» və
«Aşağı Dəniz» in qeyd olunması göstərir ki, hökmdar Anubanini Urmiya
gölündən İran körfəzinə qədər olan əreızilərə iddia ilə çıxış edirdi. Vaxtilə
kutilərə məxsus olan torpaqlann böyük hissəsi indi Lullubi hökmdarının əlinə
keçmişdi.
E. ə. XXI əsrdə şumerlər lullubilər üzərinə tez - tez talanedici yürüşlər
edirdilər. Lullubilər də kutilərlə birlikdə İkiçayarasmda yaşayan xalqlar üzərinə
işğalçı yürüşlərə çıxırdılar. Lullubilər təxminən 1500 il ərzində Azərbaycan və
qonşu ərazilərin tarixində mühüm rol oynadılar. Lullubi tayfalan Ön Asiyada öz
qoçaqlığı və döyüşkənliyi ilə seçilirdilər və adlan bir sıra qonşu xalqlar arasında
vahimə ilə çəkilirdi. Təsadüfi deyil ki, hurrilər və urartulular lullu etnonimini
daha çox «yadelli», «düşmən» mənasında işlədirdilər. E. ə. II minilliyin
əvvəllərində lullu sülaləsi, hətta Aşşur taxt-tacım ələ keçirmişdi.
E. ə. XIV - XIII əsrlərdə Assuriya və Yeni Babil hökmdarlarının
kitabələrində Lullume ölkəsi və onlarla apanlan savaşlar haqqında məlumatlar
verilir. Lullubi torpaqları e. ə. I minilliyin başlanğıcında Zamua ölkəsi kimi
13
tanınırdı. Manna dövlətinin tərkibinə daxil olan İç Zamuanın şimal hissəsi yazılı
mətnlərdə bəzən Lullume adlandırılır.
Kuti və Lullubi dövlətləri e. ə. III minilliyin sonlannda süquta
uğramışdı.
Turukki etno -
sivasi birlivL Azərbaycanın cənubunda yaşayan əhalinin
tərkibinə turukki (dünyada türk etnik adının ilk forması hesab edilir) adlı etnik
birlik də daxil idi. Turukki tayfa birliyi tarix səhnəsinə kutilər və lullubilərlə
eyni vaxtda çıxmışdılar. E. ə. III minilliyin II yarısında turukkilərin kutilər və
lullubilərlə bir müttəfiq kimi xatırlanması onların bir - biri ilə qonşuluqda
yaşadığını göstərir. E. ə. XXIV əsrə aid yazılarda akkadh Sarqonun dövründə
onun dövlətinin ərazisində yaşayanlar içərisində turukki tayfa adı da
çəkilmişdir. Akkad hökmdan Naram-Suenə qarşı kutilərin və digər tayfaların
birləşdiyi hərbi ittifaqa turukkilər də qoşulmuşdular. E. ə. XVIII - XIII əsrlərə
aid Assur yazılarında turukkilərin adma tez-tez rast gəlinir. Bir Assur mətnində
onlar «Turukku ölkəsinin adamları» kimi verilmişlər və bu ərazidə kutilərin də
yaşadığı göstərilmişdir. Lullubi kimi turukkilər də Zaqros dağlanndan Raniyə
düzənliyinə keçərək hurrilərlə əlaqə saxlayır və Mesopotomiya hüdudlarına
daxil olurdular.
Assur hölondarı I Şamşi-Adadın (e. ə. 1813-1783) yürüşlərinə qədər
turukkilər qərb qonşuları ilə dinc əlaqələr saxlayır və Aşşurun ticarət
əlaqələrində vasitəçi kimi iştirak edirdilər. Turukkilər e. ə. XVIII əsrdə
assurlarla dəfələrlə müharibə aparmışdılar. Mari məktublannda turukki
hökmdarı Lidayanın adı assurlara qarşı vuruşan turukkilərin başçısı kimi
xatırlanmışdır. Turukkilər assurların Dəclədən şərqdəki əraziləri ələ keçirmək
cəhdinə qarşı duran ciddi bir qüvvə kimi çıxış edirdilər. Lidayanın başçılığı ilə
turukkilər Assur hökmdarı İşme Daqana (e. ə. 1797-1757) qarşı uğurlu hərbi
əməliyyat keçirərək Şuşarra ölkəsini assurlardan azad etmişdilər. Assur
mənbələrindən birində yazılmışdır: «Turukku Lidaya və Şuşaradakı turukkular
bizə düşmənçilik etdilər və iki şəhəri viran qoydular». Turukkilər Dəclədən
şərqdə öz vətənlərindən uzaqlarda Assurun nəzarəti altında olan torpaqlarda
kifayət qədər sərbəst hərəkət edir və elə bir ciddi müqavimətlə üzləşmirdilər.
Qədim yazılı mənbələri araşdıran istedadlı alimimiz Mirheydər
Mirzəyevin fikrinə görə Babil hökmdan Hammurapinin dövründə (e. ə. 1792 -
1750) turukkilər bölgədə kifayət qədər güclü toplum kimi tanınırdılar və Assurla
mübarizənin gedişində vahid hakimiyyət altında birləşmişdilər. Hətta güclü
Babil şahı Hammurapi öz rəqiblərinə qarşı müharibəyə hazırlaşarkən Turukki
hökmdarı Zaziyaya müraciət etmişdi. Zaziya öz qoşunu ilə yardıma gələcəyini
bildirsə də, xeyli müddət keçməsinə baxmayaraq vədinə əməl etməmişdi.
Görünür, Zaziya ikili siyasət yeridirdi. Hammurapiyə qarşı Elam, qonşu Kuti və
digər ölkələrdən təşkil olunmuş ilk iki koalisiyada iştirak etməməklə yanaşı, o,
Hammurapiyə də kömək etməyə tələsmirdi. Bunun nəticəsidir ki. Babil şahı
Hammurapi hakimiyyətinin 35-ci
14
ilində Marini darmadağın etdikdən sonra əsas diqqətini turukkilərin də daxil
olduğu koalisiyaya yönəltmiş, hakimiyyətinin 37-ci ilində