köç arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədən (Qazax) tapılmış
qablar üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə
iki at qoşulmuş döyüş arabası təsvir edilmişdir.
E. ə. II minilliyin sonunda Azərbaycanda soyuqüfurmə texnikasına
əsaslanan dəmir istehsalına başlanmışdı. Metallurgiya və metalişləmə sənəti
yüksəliş keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön - dəri), toxuculuq sahələri də
mühüm yer tuturdu. Mingəçevirdə tapılmış boyanmış yun və kətan parça
qalıqları toxuculuğun və boyaqçıhğın yüksək inkişafından xəbər verir. Saxsı qab
istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxının geniş tətbiqi istehsalın
həcmini və məhsulun keyfiyyətini artırmışdı. Vətənimizin Gəncə bölgəsində
qara və boz rəngli qab - qacaq, Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qab
hazırlanması üstünlük təşkil edirdi. Naxçıvan və Urmiya bölgələrində insan,
heyvan, quş təsvirləri olan birrəngli və çoxrəngli boyalı qablar geniş yayılmışdı.
Saxsı nehrələrə də rast gəlinir.
Son tunc - erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin
inkişafı tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi. Alqı - satqı
davar, qaramal, yun, əkinçilik, maldarlıq və sənətkarlıq məhsullan ilə apanhrdı.
Davarla yanaşı, müəyyən çəkisi olan metal parçalan, silah və s. pul kimi
işlənilirdi. Azərbaycamn Ön Asiya, xüsusilə Mesopotamiya (İkiça- yarası)
ölkələri ilə müntəzəm ticarət əlaqələri var idi. E. ə. II -1 minilliklərdə
Assuriyadan Azərbaycana silah və bəzək şeyləri gətirilirdi. Urmiya gölünün
cənubunda yerləşən Həsənli abidəsində Assuriyadan gətirilmiş və üzərində e. ə.
XIV əsrə aid yazı olan toppuzun, Xocalıda üzərində Assur hökmdannm adı
yazılmış muncuğun, Qarabağda və digər yerlərdə assur tipli şirli qabların
tapılması Azərbaycan - Assuriya ticarət əlaqələrindən xəbər verir. Qərbi
Azərbaycanda hazırlanmış tunc kəmər və qalxan döşlüyü Kiyevədək, balta və
yabalar isə Tehran və Kaşana qədər gedib çıxmışdır.
Beləliklə, ibtidai cənüyyət daxilində xüsusi mülkiyyətin, mülki
bərabərsizliyin, ictimai təbəqələşmənin yaranması və sənətkarlığın müstəqil
peşəyə çevrilməsi icma daxilində birgə əmək, birgə əmlak və birgəyaşayış
qaydalannm pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və
icma təsərrüfat formasımn dağılması prosesi e. ə. II minilliyin sonu - I minilliyin
başlanğıcında başa çatmışdır.
Dostları ilə paylaş: