Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə67/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Gürcüstan və Abxaz
5 milyon
1 milyon 202 min
“Ərməniyyət əl-Əkbər”
2 milyon
390 min
Cədvəlin təhlili göstərir ki, monqol basqınlarından qabaq (XII əsrdə) 
Azərbaycan dövlət gəlirlərinin ölçüsünə görə Şərqin iqtisadi baxımdan iki ən 
böyük ölkəsi olan İraqi - Əcəm və İraqi - Ərəb ilə eyni səviyyədə dururdu. Bu üç 
böyük ölkənin iqtisadi yüksəlişinin əsasını oturaq əkinçilik, yüksək sənətkarlıq 
və inkişaf etmiş şəhər həyatı təşkil edirdi. Cədvəldən göründüyü kimi, monqol 
yürüşləri və Hülakü ağalığı nəticəsində ən böyük iqtisadi ziyan 
101 


da bu üç ölkəyə dəymiş, onların gəlirləri min faiz (on dəfə) azalmışdı. Həm- 
dullah Qəzvininin “Nüzhət-ül-qülub” (“Ürəklərin əyləncəsi”) əsərində verilən 
məlumatlara əsasən, 1220-ci və 1340-cı illər arasındakı dövrdə Cənubi 
Azərbaycandan (Naxçıvan bölgəsi daxil olmaqla) dövlət xəzinəsinə daxil olan 
gəlir 20 milyon dinardan 2 milyon 160 min dinara. Arandan və Muğandan 
yığılan dövlət gəliri 3 milyon dinardan 303 minə, Şirvandan götürülən gəlir isə 
1 milyondan 113 min dinara düşmüşdü. Beləliklə, Azərbaycanın dövlət gəliri 
1220-ci ildə 25 milyon dinardan XIV əsrin 40-cı illərində 2 milyon 694 min 
dinara enərək, on dəfəyədək azalmışdı. Bu rəqəmlər monqol ağalığının çox ağır 
iqtisadi nəticələrini əyani şəkildə sübut edir. 
Torpaq və ver
2
İ siyasəti
Monqolların Azərbaycanda həyata 
keçirtdikləri torpaq və vergi siyasətinin əsas məqsədi ölkənin sərvətlərini talan 
edib aparmaqdan, yerli əyanların iqtisadi və siyasi gücünü sarsıtmaqdan ibarət 
idi. Yerli hakimlərə və əyanlara məxsus torpaqlar müsadirə edilirdi. Monqollar 
müsəlman olmadıqlarından vəqf torpaqları da müsadirə olunurdu. 
1258-ci ildə Azərbaycan monqolların beşinci ulusuna - Hülakü 
dövlətinin tərkibinə daxil edilmişdi. Hülakülər dövründə sülalə torpaqları incu, 
hökmdarın özünə məxsus torpaqlar isə xass - incu adlanırdı. Geniş müsadirələr 
hesabına dövlətə məxsus divan və sülalə - incu torpaqlan xeyli çoxalmışdı. XIII 
əsrin 90-cı illərində divan torpaqlarının ayrı-ayrı məmurlara və əyanlara iqta 
kimi bağışlanması geniş şəkil almışdı. Bu dövrdə yerli əyanlara məxsus mülk və 
dini idarələrə məxsus vəqf torpaqlannın azalması Hülakü hökmdarı Qazan xan 
İslamı dövlət dini kimi qəbul edənədək davam etmişdi. Bundan sonra müsadirə 
olunmuş torpaqların vəqflərə qaytarılmasına başlanılmışdı. Kənd icmalarının 
ixtiyarında olan camaat torpaqları dövlət xəzinəsinin mülkiyyəti sayılırdı. 
Monqol ağalığı dövründə əhali üzərinə qoyulan vergi və 
mükəlləfiyyətlərin sayı 40-a çatmışdı. XIII əsrin 30 - 40-cı illərində əsas vergi 
xərac olub, məhsulun 70%-ni təşkil edirdi. 1254-cü ildə Münkə xaqanın əmri ilə 
keçirilən siyahıyaalma əsasında 10 yaşından 60 yaşma kimi bütün kişilər vergi 
dəftərlərinə salınmışdı. Bu zaman vergi verənin torpağının və ya təsərrüfatının 
olub •*- olmaması nəzərə alınmırdı. Vergi ödəyə bilməyəni ailəliklə qul edib 
aparırdılar. Monqol ordusunun saxlanılması üçün tağar (40 kq buğda) adlanan 
hərbi vergi yığılırdı. Sənətkarlar və tacirlər bazara çıxanlan məhsula görə tamğa 
vergisi və başqa vilayətlərə apardıqları mala görə isə bac adlı gömrük haqqı 
ödəyirdilər. 1340-cı il məlumatına görə, Təbriz şəhərindən toplanan tamğa 
vergisinin miqdarı 1 milyon 150 min dinara çatmışdı. O vaxtkı rəsmi kursla (1 
dinar = 13,8 qr gümüş) hesablansa, bu məbləğ 3,5 milyon Fransa frankına 
bərabər idi. 1311-ci ildə Fransanın bütün dövlət büdcəsi 3 milyon frankdan çox 
deyildi. 
Monqollar dövründə meyvə bağları üzərinə bağşümari vergisi (natural 
və pul) qoyulmuşdu. Saray xidmətçilərinin saxlanması xərclərini ödəmək üçün 
əhalidən ixracat və rüsum toplanırdı. 
102 


Bu dövrdə əhali üzərinə bir sıra ağır mükəlləfiyyətlər də qoyulmuşdu. 
Ən ağır mükəlləfiyyətlərdən biri tərx idi. Belə ki, monqol qoşunu üçün zəruri 
olan taxıl məhsullan əhalidən icbari qaydada bazar qiymətindən qat-qat aşağı 
satın alınır və xəzinə təsərrüfatlarından toplanan, ancaq dövlətin ehtiyac 
duymadığı məhsullar (xurma, düyü və s.) bazar məzənnəsindən çox baha 
qiymətə əhaliyə zorla satılırdı. 
Saraylar, qalalar tikmək, yol və körpülər salmaq üçün kəndli və 
sənətkarlar məcburi qaydada biyar mükəlləfiyyətinə cəlb olunurdular. 
Monqol ağalığı dövründə vergi yığılmasını baskaklar həyata 
keçirirdilər. Bu zaman heç bir qayda - qanun gözlənilmirdi. Vergi və gəlirlərin 
toplanması bir çox hallarda ayrı-ayrı şəxslərə iltizama (icarəyə) verilirdi. 
Xəzinəyə verginin dəyərini qabaqcadan ödəyən iltizamçı hərbi dəstənin köməyi 
ilə kəndliləri soyub talamaqla əlavə böyük gəlir əldə edirdi. 
Hərbçi monqol əyanlarının yeritdiyi iqtisadi siyasət Azərbaycanda kənd 
təsərrüfatı, sənətkarlıq və ticarətin tamamilə tənəzzülə uğramasına və dövlət 
gəlirlərinin azalmasına gətirib çıxarmışdı. Dövlət xəzinəsinin boşalması 
şəraitində XllI yüzilliyin sonlannda, hətta dövlətin əsas dayağı olan ordunu 
saxlamaq belə mümkün deyildi. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin