Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə69/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

106 


21 
km) bir rabitə dayanacaqları olan 
yamlar 
təşkil olundu. Hər bir yama əmir 
təyin edilərək onların ixtiyarına lazımi sayda işçi (çapar, qasid və xidmətçi), 
minik heyvanları (at və s.) və qoşqu vasitələri verildi. Rabitə (poçt) islahatının 
ən mühüm cəhəti onda idi ki, bundan sonra əhali üzərindən yam (yüklərin 
əhalinin hesabına daşınması) və poçt mükəlləfiyyəti götürüldü və yam xidməti 
dövlətin vəsaiti hesabına həyata keçirilirdi. Dövlət məmurları və elçilər yol 
xərcini rəiyyətdən deyil, xəzinədən almalı idilər. İslahatla yol - gömrük xidməti 
də yenidən təşkil olundu. Gömrük rüsumlarının miqdarı və gömrükxanalarm 
dəqiq yerləri müəyyən olundu. Yolların qorunması və təhlükəsizliyi 
məsələlərinin həlli gömrük rüsumu yığan məmurlara tapşırıldı. 
Qazan xan ticarətin inkişafını təmin etmək üçün ölkədə 
vahid pul, sabit 
çəki və ölçü sistemi 
yaratdı. Pul dövriyyəsində olan dirhəmin gümüş dəyəri 
3,072 qramdan azaldılaraq 2,304 qram saf gümüşə bərabər tutuldu. Daha böyük 
pul vahidi olan dinar isə dirhəmin 6 mislinə (13,827 qr. saf gümüş) bərabər oldu. 
Saxta pul kəsilməsinin qarşısını almaq üçün pulun üzərində 3 gizli hərf 
işarəsi qeyd olunurdu.
Qazan xanın islahatları Hülakülərin nəzarət etdiyi Azərbaycanda və 
digər ərazilərdə uzun müddət davam edən böhrandan xilas olmaq üçün atılan 
çox mühüm tədbirlər sistemi kimi qiymətləndirilməlidir. Bu tədbirlər əhalinin, 
xüsusilə rəiyyətin vəziyyətinin nisbətən yaxşılaşmasına, ölkəmizin iqtisadi 
həyatının müəyyən qədər dirçəlməsinə gətirib çıxartdı. İslahatlar məmurların bir 
sıra qanunsuz hərəkətlərinin qarşısının alınmasında mühüm rol oynadı. 
Xəzinənin mədaxili artdı. Dövlətin maliyyə vəziyyəti nisbətən yaxşılaşdı. 
Dövlət gəlirləri 17 milyon dinardan artaraq 21 milyon dinara yüksəldi.
Qazan xanın ölümündən sonra (1304) yeni iqtisadi xətti onun baş vəziri 
Rəşidəddin 
davam etdirirdi. 1318-ci ildə islahatın əsas ideoloqu olan baş vəzir 
F.Rəşidəddinin hərbi - köçəri əyanlar tərəfindən yalançı “dövlətə xəyanət” 
ittihamı ilə öldürülməsindən sonra islahatın əleyhinə olan qüvvələr dövlət 
siyasətini dəyişdirməyə nail oldular. Onlar Qazan xandan əvvəlki soyğunçuluq 
siyasətinə qayıdaraq əməkçi zümrələrə divan tutmağa başladılar. Bunun 
nəticəsində də Hülakü dövləti özünün sonuncu tənəzzül mərhələsinə daxil oldu 
və 1357-ci ildə Qızıl Ordanun zərbələrinə davam gətirməyərək çökdü. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin