Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 15. Azərbaycan dövləti Qara Yusif Baharlı və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə72/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   68   69   70   71   72   73   74   75   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 15. Azərbaycan dövləti Qara Yusif Baharlı və 
onun varislərinin hakimiyyəti dövründə (1410 - 1468-ci illər) 
Azərbaycanın XV əsr tarixi qədimdən Azərbaycanda yaşayan oğuz türk 
boylarından olub, tariximizdə daha çox Baharlı və Bayandurlu kimi tanınan iki 
böyük nəslin siyasi hakimiyyət uğrunda mübarizəyə qoşularaq uğur qazanması, 
yarı türk, yan monqol dövləti kimi tanınmış Hülakülərdən sonra Azərbaycanda 
tam bir türk dövlətçiliyinin bərpa olunması və inkişaf etdirilməsi ilə 
əlamətdardır, özlərini türk və ya türkmən (mən türkəm deməkdir - Red.) 
adlandıran bu iki nəslin kökü bir olub. Oğuz xana gedib çıxır. Bu boylann bir - 
birinə çox yaxın qohum olması Əbu Bəkr Tehraninin “Kitabi Diyarbəkriyyə” 
əsərində verilmiş məlumatlarla bir daha təsdiqlənir. 1406-cı ildə Qara (Böyük) 
Yusif Baharlı ilə Qara Yuluq Osman Bayandurlu arasında tərəflərdən heç birinin 
üstün gələ bilmədiyi Mardin döyüşündən sonra sülh sazişi bağlayan Qara Yusif 
Qara Yuluq Osmana belə müraciət etmişdi: ^'Biz hər ikimiz türkmənik (türkük) 
və bundan sonra bir - birimizə qarşı vuruşmamalıyıq. Daha düzgün və məqsədə 
uyğun olardı ki, sən, düşmənlərimiz olan Şam (Suriya) və Rum (Osmanlı) 
üzərinə get, mən isə Cığataylann (Teymurilərin) üstünə gedim.’' 
Hələ XIV əsrdə Hülakü dövlətini idarə edən Çobanilərlə Cəlairilər 
arasında Azərbaycan taxtı uğrunda mübarizə gedərkən Van gölü ətrafında və 
Ərcişdə yığcam şəkildə yaşayan Baharlı oymağına Bayram Xoca rəhbərlik 
edirdi. O, Şərqi və Cənub - Şərqi Anadolunun üç bölgəsində öz hakimiyyətini 
qurmuşdu və 1380-ci ildə onun ölümü ilə yerinə keçən oğlu Qara Məhəmmədin 
dövründə (1380 - 1389) mərkəzi Van şəhəri olan bu türk bəyliyinin siyasi 
fəaliyyət dairəsinə Azərbaycan da daxil edilmişdi. Qara Məhəmməd 1387-ci 
ildə Çapaqçur döyüşündə əmir Teymuru məğlubiyyətə uğratmış və bir il sonra 
Təbriz şəhərinə yiyələnmişdi. 1389-cu ildə Van hakimliyinin başına keçən Qara 
Yusif Sultan Əhməd Cəlairi ilə birlikdə Əmir Teymura qarşı mübarizəyə başlasa 
da, 1394-cü il Bağdad döyüşündə məğlubiyyətə uğramışdı. Qara Yusif (1389 - 
1420) Sultan Əhmədlə birlikdə əvvəl Osmanlı dövlətinə sığınsa da, 1402-ci il 
Ankara döyüşündən sonra Misir məmlük dövlətinə pənah aparmışdı. Misir 
sultanı Fərəc Teymurun təhdidi ilə Sultan Əhməd və Qara Yusifi həbsxanaya 
saldırmışdı. Həbsxanada müttəfiqlər “əbədi dostluğa” and içərək azad olandan 
sonra Azərbaycanın Yusifə çatacağı. Ərəb İraqının isə Sultan Əhmədə qalacağı 
ilə bağlı razılığa gəlmişdilər. Sultan Əhməd Yusifin yenicə doğulmuş oğlu 
Pirbudağı “oğulluğa” götürmüşdü. 1405-ci ildə Teymurun ölümündən sonra 
həbsdən azad edilən Sultan Əhməd Bağdadda, Qara Yusif isə Van şəhərində 
hərbi qüvvə toplayaraq Təbrizə yürüş etməyə qərar vermişdilər. Ancaq 
andlaşmanı pozan Sultan Əhməd 1406-cı ildə Təbrizə daxil olmuşdu. Əhaliyə 
zülm edən Sul 
112 


tan Əhməd Teymuri Əbu Bəkrin yeni hücumu qarşısında şəhəri tərk etmişdi. 
Azərbaycan taxtı uğrunda çox böyük əzmlə siyasi mübarizəyə qoşulan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin