Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə74/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   70   71   72   73   74   75   76   77   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

ilk böyük türk hakimi 
kimi 
qiymətləndirirlər. Hər zaman bir türk olmağı ilə qürur duymuş bu Azərbaycan 
hökmdarının qurduğu dövlətin 
saray və idarəetmə işlərində türk dili 
işlənməkdə idi. O, hətta Quranı türkcəyə tərcümə etdirmişdi və özü də bu 
müqəddəs kitabı türkcə oxuyurdu. Qara Yusif döyüşdə nə qədər amansız olsa 
da, dinc əhaliyə qarşı çox rəhmli idi. O, Gürcüstan bölgəsini hakimiyyəti altına 
alandan sonra buradakı xristian əhaliyə öz təbəəsi kimi hörmətlə yanaşması 
xristian mənbələrində dəfələrlə təsdiq edilmişdir. 
Qara Yusif 
Şirvanşahlığın 
yeni yaratdığı dövlətdən kənarda qalması ilə 
heç cürə barışmaq istəmirdi. Şirvanşah I İbrahimin 1406-cı ildə iki aylıq 
Təbrizdə öz hakimiyyətini qurması. Sultan Əhməd Cəlairini qanuni hökmdar 
kimi tanıması və 1410-cu ildə oğlu Kəyumərsi Sultan Əhmədə köməyə 
göndərməsi onlar arasındakı münasibətləri savaş həddinə çatdırdı. 
Şirvanşah I 
İbrahim 
yaşının bu ahıl çağında Şirvanı heç kimə boyun əymədən idarə etmək 
fikrində idi. 1412-ci ilin dekabnnda 
Kür çayı sahilində baş vermiş döyüşdə 
Qara Yusif qalib gəlmiş, 60 yaşında olan İbrahim qardaşı və yeddi oğlu, eyni 
zamanda, müttəfiqləri 
Şəki hakimi Seydi Əhməd və Kaxet çan
113 


II
Konstantin ilə birlikdə əsir düşmüşdü. Maraqlıdır ki. Qara Yusif Kaxet çannı 
130 gürcü əyanı ilə birlikdə dərhal edam etdirmiş, Şirvanşahın bütün 
döyüşçülərini heç bir ödənc almadan əsirlikdən azad etmişdi. Təbriz əhalisinin 
topladığı kifayət qədər böyük məbləğdə - 1200 tümən pul ödəməklə sərbəst 
qalan I İbrahim Qara Yusifin Şirvan üzərində ali hakimiyyətini tanımağa 
məcbur olmuşdu. Əslində bu aslılıq formal xarakter daşıyırdı və I İbrahim 
ömrünün sonuna qədər Şirvanı müstəqil idarə etmişdi. I İbrahimin oğlu I 
Xəlilullah (1417 - 1462) taxta çıxan kimi Baharlılardan formal asılılığa son 
qoyaraq Teymurilərlə yaxınlaşmış və onlarla müttəfiqlik etməyə başlamışdı. 
Teymurilər də Azərbaycana olan iddialarından əl çəkməmişdilər. 
Teymurun varisi Xorasan hakimi Sultan Şahrux 1420-ci ildə Azərbaycana 
hücum etmiş, bu zaman müttəfiqi Şirvanşah Xəlilullah da ona köməklik 
göstərmişdi. 
Teymurilərlə döyüşə qərar verən Qara Yusifin 1420-ci ildə qəflətən 
ölümü iri əmirlər arasında böyük qarışıqlıq yaratdı və Sultan Şahrux döyüşsüz 
Təbrizi ələ keçirdi. Atasının yerinə hakimiyyətə gələn Qara İsgəndər 
(1420-1435) 1421-ci ildə Alaşkerd yaxınlığında Teymurilərlə döyüşə girsə də, 
məğlub oldu. Şahrux Azərbaycanın idarəsini oğlanlarına təklif etdi, lakin 
Azərbaycan türklərindən ehtiyatlanan övladları bundan imtina etdilər. Şahrux 
Bayandurlu Əli bəyi Təbriz hakimi təyin edərək Azərbaycanı tərk etdi. Az sonra 
Qara İsgəndər Təbrizi geri qaytararaq yenidən Azərbaycanda öz hakimiyyətini 
bərpa etdi. Teymurilər Azərbaycanda qoşun saxlamadığından Qara İsgəndər 
əsas diqqətini Şahruxun müttəfiqi Şirvanşahlığa yönəltmiş, 1428-ci və 1434-cü 
illərdə Şirvana dağıdıcı yürüşlər etmişdi. Hər iki basqın zamanı Şahrux 
müttəfiqi I Xəlilullaha köməyə gəlmiş və İsgəndər məğlubiyyətə uğradılmışdı. 
1435-ci il Təbriz məğlubiyyətindən sonra İsgəndər taxtdan salınmış və 
Şahruxun razılığı ilə hakimiyyətə Qara Yusifin digər oğlu Cahanşah (1435 - 
1467) gəlmişdi. Cahanşahın hakimiyyət illəri Azərbaycanda nisbi siyasi 
sabitlik, iqtisadi və mədəni dirçəliş dövrü kimi göstərilir. Teymurilərin köməyi 
ilə hakimiyyətə gəlsə də, 1447-ci ildə sultan Şahruxun ölümündən sonra 
onlardan aslılığı qətiyyətlə rədd edən Cahanşah müstəqil hökmdar kimi öz adına 
xütbə oxutduraraq, pul kəsdirirdi. Şirvan- şahlıqla münasibətlərdəki gərginliyi 
aradan qaldıran Cahanşah iqtisadi və hərbi islahat yolu ilə Azərbaycan dövlətini 
daha da gücləndirmişdi. Cahanşah atasından və qardaşından fərqli olaraq yaxşı 
təhsil almışdı və bilikli adam idi. Xarici siyasətdə və diplomatiyada tədbirli 
davranırdı. O, Azərbaycanda mədrəsələr açdırmış, dövlətimizin paytaxtı 
Təbrizdə möhtəşəm binalar tikdirmişdi. Təbrizdəki dünya şöhrətli Göy 
məscidin tikintisində çinidən və rəngarəng mərmərlərdən istifadə edilmişdir. 
Cahanşah sarayda təşkil etdiyi ədəbi məclislərə məşhur şair və ədibləri toplayır, 
özü də dövrünün tanınmış şairi olub. Həqiqi təxəllüsü ilə şeirlər yazırdı. 
Cahanşah 1456-cı ildə Bağdadı da ələ keçirərək Ərəb İraqını və 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin