Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə70/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   66   67   68   69   70   71   72   73   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

§ 14. Toxtamış və Teymurun 
Azərbaycana yürüşləri. Şirvanşah I İbrahim 
Hülakü dövlətinin süqutundan sonra Azərbaycanın cənub hissəsi 
1359-cu ildə 
Cəlairilər 
tərəfindən ələ keçirilmiş, 1367-ci ildə isə Şirvan- şahhq 
onlardan asılı vəziyyətə düşmüşdü. Lakin Cəlairilər Azərbaycanda tam 
möhkəmlənə bilmədilər. 1385-ci ildə Qızıl Orda xanı 
Toxtamış 
100 minlik 
qoşunla yürüşə başlayıb, 
Dərbəndi 
və 
Şirvan 
vilayətini 
ələ 
keçirdikdən 
107 


sonra Təbriz şəhərini mühasirəyə aldı. Təbriz əhalisindən 250 qızıl tümən bac 
alsa da, onun vədinə aldanan əhalinin silahı yerə qoymasından istifadə edib 
şəhərə soxuldu. Toxtamış 8 gün ərzində Təbrizdə əhalini qırdı və var - dövlətini 
talan etdi. Marağa, Mərənd və Naxçıvanı da qarət edən Toxtamış 200 min nəfər 
əsirlə Qızıl Ordaya qayıtdı. 
1386-cı ildə isə Azərbaycan Şərqin ən böyük fatehlərindən biri olan 
Əmir Teymurun hücumuna məruz qaldı. Birinci yürüş zamanı (1386- 1388) 
Sultaniyyə, Təbriz, Naxçıvan və digər şəhərləri ələ keçirən Teymur Toxta- 
mışdan fərqli olaraq kütləvi qırğınlar törətməmiş, şəhərləri dağıdıb yerlə - 
yeksan etməmişdi. Əksinə o, Dərbəndin qala divarlarını təmir etdirmiş və 
Beyləqanda abadlıq işləri gördürmüş, Araz çayından bura su çəkdirmişdi. 
Teymur Azərbaycanın və ona qonşu olan vilayətlərin idarəsini oğlu Miran- şaha 
tapşırmışdı. Atasından fərqli olaraq Miranşah əyləncə düşkünü olduğundan 
dövlət işlərində və idarəetmə sahəsində bacanqsızlığı ilə ad çıxartmışdı. Onun 
idarəçiliyi dövründə Azərbaycanda heç bir qayda - qanuna əməl olunmurdu. 
Mənbələrə görə bir bina belə ucaltmayan Miranşah tərəfindən Sultaniyyə 
şəhərində dünyanın ən gözəl binaları yerlə - yeksan edilmişdi. Təsadüfi deyil ki, 
1399-cu ildə Əmir Teymurun üçüncü yürüşü zamanı onun fəaliyyətini xüsusi 
komissiya vasitəsi ilə yoxlatdırmış, üzə çıxarılan dəhşətli faktlar əsasında oğlu 
Miranşahı cəzalandırmasa da, onun əyləncə dostlarının hamısına edam cəzası 
vermiş, Miranşahdan bol-bol hədiyyələr almış əyanların malını - mülkünü 
müsadirə etdirmişdi. 
Əmir Teymur Azərbaycanı və ona qonşu olan bölgələri əldə saxlamaq 
məqsədilə təşkil etdiyi ikinci yürüş zamanı, 1392-ci ildə Təbriz şəhərinə yenidən 
yiyələnmişdi. Sultan Əhməd Cəlairinin xəzinəsinin saxlandığı Əlin- cə qalasını 
isə 14 illik ağır mühasirə şəraitindən sonra Teymur yalnız üçüncü yürüş zamanı, 
1400-cü ildə ələ keçirə bilmişdi. Azərbaycan Əmir Teymurun Toxtamışa qarşı 
apardığı mübarizədə əsas strateji məntəqə rolunu oynayırdı. Bu işdə onun ən 
yaxın müttəfiqi isə Şirvanşah I İbrahim idi. 
Şirvanşah I İbrahim 
Çobani və Cəlairi hakimiyyəti dövründə Şirvanşah Huşəngin yeritdiyi 
yarıtmaz siyasət, xalqın dinc həyatının pozulması və Cəlairilərdən asılılıq 
Şirvanda üsyana səbəb olmuş və Şirvanşah Huşəng öldürülmüşdü. Nəticədə 
1382-ci ildə Şirvanşahlar sülaləsinin Dərbənd qolundan olan İbrahim taxta 
çıxarılmışdı. Beləliklə, Şirvanda Dərbəndilər sülaləsinin hakimiyyət dövrü 
(1382 - 1538) başlamışdı. Şirvanşah I İbrahim (1382 - 1417) Teymur və 
Toxtamış arasında bölgə uğrunda gedən amansız rəqabətdən Vətənimiz 
Azərbaycanın şimal torpaqlarını böyük dağıntılardan xilas etmək və Şirvan taxt 
- tacım qoruyub saxlamaq üçün istifadə etməyə çalışırdı. Əmir Teymurun 
birinci yürüşü başlayanda öz baş vəzirindən “nə edək?”- sualına belə cavab 
almışdı: “Görünür qaçıb dağda gizlənməkdən başqa çarəmiz qalmamışdır. ” 
Ancaq I İbrahim ilk öncə Şamaxıda Teymurun adma xütbə oxutdur 
108 


du, pul kəsdirdi və hədiyyələrlə Qarabağda onun görüşünə getdi. Bu görüşün 
böyük tarixi əhəmiyyəti oldu. Teymur onu Şirvanın hakimi kimi tanıdı, şimal 
sərhədlərinin təhlükəsizliyinin qorunması kimi mühüm vəzifəni də ona həvalə 
etdi. Bu addımla Əmir Teymur Toxtamışa qarşı mübarizədə sədaqətli müttəfiq, 
I İbrahim isə Əmir Teymur kimi güclü dayaq qazandı. I İbrahim bu yolla 
Şirvanşahlığın ərazisinin toxunulmazlığına nail oldu, ölkəsinin iqtisadiyyatını 
və əhalisinin asayişini qoruyub saxlaya bildi. Tarixi sənədlərin təhlili göstərir ki. 
Əmir Teymurla Şirvanşah arasında vassallıq münasibətlərindən daha çox 
müttəfiqlik olmuşdur. Çünki Şirvanşahlığın Əmir Teymura bir vassal kimi bac 
ödəməsi haqqında tarixdə heç bir məlumata rast gəlinmir. I İbrahimə çox böyük 
rəğbətlə yanaşan Əmir Teymur hətta ayrıca bir fərmanla (qızıl yasa) övladlanna 
da Şirvanşahın və onun varislərinin hakimiyyətini qoruyub saxlamağı 
tapşırmışdı. Maraqlıdır ki, Əmir Teymur I İbrahimə övladlanndan başqa bir 
kimsəyə layiq bilmədiyi “oğlum” - deyə müraciət edirdi. Öz dikbaşlığı və 
özbaşına qərarlar verməsi ilə tanınan Miranşah (onu Şərqdə “ilanşah” 
adlandırırdılar.) atasının böyük müttəfiqi olan Şeyx İbrahimlə yola getməsə də, 
heç zaman onunla münasibətləri pozmağa cəsarət etmirdi. 
1 İbrahim 1387-ci ildə Miranşahla, 1395-ci ildə isə Teymurla birlikdə 
Toxtamışa qarşı yürüşlərdə öz qoşunu ilə iştirak etmiş və qələbə nəticəsində 
əsas düşməni olan Toxtamış sıradan çıxanimışdı. I İbrahim Əmir Teymurun 
1399 - 1402-ci illərdə Osmanlı Sultam Bəyazid üzərinə Kiçik Asiya 
yürüşlərində də iştirak etmişdi. 1 İbrahimin Cənubi Qafqaz bölgəsində böyük 
siyasi nüfuza sahib olması və yeganə liderə çevrilməsi onunla sübut olunur ki. 
Əmir Teymur Əlincə qalasının müdafiəsində ona qarşı vuruşan Seydi Əlinin 
oğlu Seydi Əhmədi I İbrahimin xahişi ilə Şəki vilayətinə hakim təyin etmişdi. O, 
Əmir Teymurun əsas düşmənlərindən biri olan Gürcü çarı VII Georginin 
bağışlanmasına da nail olmuş və Əmir Teymur onu öz vassalı kimi tanımışdı. 
Şirvanşah I İbrahim əlverişli tarixi şəraitdən bacanqla istifadə edərək 
Gəncəni və Qarabağı öz şahlığına birləşdirmişdi. Teymurun ölümünə qədər 
onunla müttəfiqliyə sadiq qalan I İbrahim Teymur öləndən sonra siyasətini 
dərhal dəyişmişdi. O, 1405-ci ildə öz müttəfiqləri ilə Teymuri Ömərin qoşununu 
Kür çayı sahilindəki döyüşdə məğlubiyyətə uğratmışdı. 1406-cı ildə Təbriz 
əhalisinin Teymurilərə qarşı üsyanından istifadə edərək Təbrizə daxil olmuş və 
əhali onu hörmətlə qarşılayaraq Təbriz hakimi kimi tammışdı. Lakin Cəlairi 
Sultan Əhməd və Baharlı Qara Yusifin Təbrizə yaxınlaşması xəbərini alıb, 
şəhəri tərk etmişdi. 
XIII • XIV əsrlərdə Azərbaycan mədəniyyəti Dil 
intibahı.XIII-XIV əsrlərdə mədəniyyətimizin əsas_cəhətlərindən biri 
Azərbaycan türk dilinin intibahı sayılır. Çünki islam yayılandan sonra əksər 
ölkələrin, o cümlədən Azərbaycanın elm və sənət adamları öz ana 
109 


dillərinə yuxandan aşağı baxır, Quranın dili olan ərəb dilini öz dillərindən üstün 
tuturdular. Lakin artıq XIV əsrdə alim və mütəfəkkirlərimiz etnik kimliyin əsas 
göstəricisi kimi türk dilinə üz tutur, ona yüksək qiymət verib, bu dildə əsərlər 
yazırdılar. Ana dilində şerlər yazmış böyük şairimiz İmadəddin Nəsimi türk 
dilini bütün dillərdən yüksək tutaraq ustadı Nəimiyə belə müraciət etmişdi; 
«Sənin ana türk dilin qarşısında ərəb dili sarsılıb susmalı olur.» Dilimizin 
intibahı XV əsrdən Azərbaycan türkcəsinin dövlət və yazı dili kimi işlənməsinə 
təkan vermişdir. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin