BMT-nin Nyu-Yorkdakı binası
Avropada, ABŞ-da, Yaponiyada və dünyanın bir sıra inkişaf etmiş ölkələrində
informasiya və kommunikasiya vasitələrinin inkişafı əsasında əmək məhsuldarlığı
artmış, nəticədə təhsildə, məişətdə, səhiyyədə, ticarətdə, istehsalda həyat səviyyəsi
yüksəlmişdir.
Ölkəmizin inkişafı dünya birliyinə inteqrasiyanı sürətləndirdi. Bu isə Azərbaycan
Respublikasının Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası kimi təşkilatların üzv
olmasına şərait yaratdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra
ölkəmiz Avropaya inteqrasiya yolu tutaraq Avropanın böyük dövlətlərindən olan
Fransa, İtaliya, Böyük Britaniya və digər ölkələrlə əlaqələrini genişləndirməyə
başladı. Azərbaycanın beynəlxalq təşkilatlara, Avropaya inteqrasiya prosesinin
sürətləndirilməsi istiqamətində böyük işlər görüldü. Ölkəmiz ATƏT, Avropa Şurası,
Avropa İttifaqı və digər təşkilatlarla yanaşı, Avropada təhlükəsizliyin təmin olunması
sahəsində ən nüfuzlu təşkilat olan NATO ilə əməkdaşlıq etməyə başladı.
Ermənistanın Azərbaycana təcavüz etməsi ərazilərimizin böyük bir qisminin
itirilməsinə səbəb oldu. Belə bir vaxtda işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik
rayonların tarixi Azərbaycan torpaqları olmasını, yüz minlərlə soydaşımızın qaçqın
və məcburi köçkün vəziyyətinə düşməsi faktlarını beynəlxalq ictimaiyyətə çatdırmaq
ölkə başçısının üzərinə düşən mühüm vəzifə idi. Bu vəzifəni Heydər Əliyev yerinə
yetirdi. Onun qısa zaman ərzində dünyanın bir çox dövlət və hökumət başçıları ilə
keçirdiyi görüşlər beynəlxalq aləmdə Azərbaycanı sülhsevər ölkə kimi tanıtdı.
Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 4 may 1994-cü il
tarixində “Sülh naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədi”nin imzalanması ilə
başlandı.
Azə rbaycan Respublikası siyasi inteqrasiyanı inkişaf etdirirmi? Bu inteqrasiyaya aid
digə r faktlar sadalayın.
Avropaya inteqrasiya, beynəlxalq təşkilatlara üzvolma, dünyada mövcud olan
təhlükələrə qarşı birgə fəaliyyət, bir çox layihələrin həyata keçirilməsi istiqamətində
əldə edilən uğurlar onu göstərir ki, Azərbaycan və Qərb dövlətləri arasında iqtisadi-
siyasi inteqrasiya davam etməkdədir.
Mədəniyyət və təhsil sahəsində UNESCO ilə əməkdaşlıq Azərbaycan təhsilinin
inkişafına səbəb oldu. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla: Avropa Birliyi,
Avropa Şurası, o cümlədən Avropa Şurası Parlament Assambleyası, Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə sıx əməkdaşlıq edir.
Azərbaycanın dünya ölkələrinə inteqrasiyasını cəmiyyətin inkişafina kimi dəyərləndirin.
Ümumiyyətlə, XX əsrin son on illiyindən başlayaraq inteqrasiya, İKT-nin tətbiqi
cəmiyyətin inkişafına təsir edən ən vacib amillərdən birinə çevrildi.
Gördüyünüz kimi, cəmiyyətin inkişafında inteqrasiyanın rolu əvəzsizdir. Sahələrarası
əlaqələr, münasibətlər cəmiyyətin inkişafına təkan verir, yeni kəşflərin yaranmasına
şərait yaradır.
1. Cəmiyyətin inkişafında beynəlxaq təşkilatların rolunu izah edin.
2. İqtisadi əlaqələr inkişafa yol açır fikrini əsaslandırın.
3. Mədəniyyətlərarası inteqrasiyaya aid nümunələr göstərin.
4. Sahələrarası inteqrasiyanın cəmiyyətin inkişafına təsirini şərh edin.
5. İKT-ni inteqrasiya imkanlarına yol açan və cəmiyyətin həyatına təsir edən vasitə
kimi əsaslandırın.
2. DÖVLƏT HAKİMİYYƏTİ
Qədim Misir dövlətinin hökmdarı firon adlanırdı. Ölkədə aparılan ən mühüm hərbi,
dini və inşaat tədbirləri fironun adından həyata keçirilirdi. Fironun ən yaxın
köməkçisi olan ali məmur çati adlanırdı. Çati ölkənin təsərrüfat həyatını və
məhkəmə orqanlarını idarə edirdi. Adətən, firon bu vəzifəyə övladlarını təyin edirdi.
Misirdə dövlət idarəçiliyi kimə məxsus idi?
Verilən faktlara əsasən Misirin idarəçiliyini demokratik idarəçilik hesab etmək olarmı?
Yəqin ki, siz tarix və həyat bilgisi dərslərindən əvvəlki illərdə öyrəndiyiniz bu faktları
xatırlayırsınız.
Hər hansı bir qrupun, toplumun idarə olunmağa ehtiyacı vardır. Bu baxımdan
cəmiyyətin də idarə olunması zəruridir. Cəmiyyətin idarə edilməsi, əslində,
mürəkkəb bir prosesdir və böyük səriştə tələb edir. Cəmiyyətdə baş verən
konfliktlərin nizamlanmasını, onun hüquqi baxımdan qaydaya salınmasını
hakimiyyət üzərinə götürür.
Siz hakimiyyə t anlayışını necə izah edə rdiniz?
Hakimiyyət insan cəmiyyətinin meydana gəlməsi ilə birlikdə yaranıb. Onun
meydana gəlməsinə tayfa və qəbilələrdə insanlar arasındakı münasibətlərin
qaydaya salınması, müxtəlif növ işlərin icrası: qidanın bölünməsi, ailə-nikah
münasibətlərinin nizamlanması, əməyin bölünməsi və s. zərurətlərin yaranması
səbəb olmuşdur. Yığmcağın qərarı, ağsaqqallar şurası, qəbilə başçısı və s. ictimai
hakimiyyətin nüfuzuna söykənməklə mövcud olmuşdur.
Tarix dərslərindən idarəçiliyə aid yadınızda qalan hər hansı faktları söyləyib
münasibət bildirin.
İbtidai icma dövründə insanlar yaşamaq uğrunda mübarizə aparmışlar. Zaman
keçdikcə dövlətlər yaranmağa başladı. Bu dövlətlərdə müəyyən qayda və qanunların
tətbiqi insanların həyatının hüquqi cəhətdən tənzimlənməsinə şərait yaratdı.
Müəyyən olunmuş qaydalar dövlət hakimiyyəti bölgüsü prinsipinin yaranmasına
gətirib çıxartdı.
Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas prinsipi olan
“hakimiyyət bölgüsü” əsasında təşkil edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü və 4-cü
hissələrində göstərilir:
III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin
bölünməsi prinsipi əsasında təşkil edilir:
IV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə
hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində
müstəqildirlər.
Konstitusiyamızın 7-ci maddə sinin 3-cü və 4-cü hissə lə rində verilmiş prinsiplə ri
müzakirə edin.
Dövlət hakimiyyətinə aşağıdakılar aiddir:
dövlə t hakimiyyə tinin universallığı, yə ni qə rarların hamıya şamil olunması;
dövlə t hakimiyyə tinin xüsusi aparat vasitə silə hə yata keçirilmə si;
dövlə t hakimiyyə tinin cə miyyə tdə mə cburiyyə t monopoliyasına malik olması;
dövlə t hakimiyyə tinin suverenliyi*.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən həyata keçirilir. Milli Məclis əhali tərəfindən seçki yolu ilə
formalaşdırılır. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə yolu
ilə seçilirlər. Yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Respublikasının
vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli
qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata
keçirir;
icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata
keçirir.
Məclisinin deputatı seçilə bilər. Azərbaycan Respublikasının Milli Məclisi ümumi və
birbaşa seçkilər əsasında 5 il müddətinə seçilmiş, 125 millət vəkilinin daxil olduğu
təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən əlavə, Milli Məclis dövlət
büdcəsini təsdiq
* Suverenlik (fr. souverainete - ali hakimiyyə t) - öz daxili və xarici funksiyalarını azad və
sərbəst şəkildə dövlətin Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla
tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst
və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
etməklə yanaşı, ona nəzarət işini də həyata keçirir. Azərbaycan Respublikasının Milli
Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul edir.
Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra
hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
Azərbaycan Respublikasının Milli Məclisi Baş nazirin təyin edilməsinə razılıq verir və
Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsinə baxır. Azərbaycan
Respublikasının Milli Məclisi Prezidentin təqdimatına əsasən Konstitusiya
Məhkəməsi, Ali Məhkəmə, apelyasiya məhkəmələri hakimlərini təyin edir.
Azərbaycan Respublikasının Milli Məclisi öz işini ildə iki dəfə çağırılan yaz və payız
sessiyaları vasitəsilə həyata keçirir.
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının
Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan
Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək
hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa
dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan
Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə
bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki
hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından
çoxunun səs çoxluğu ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını
təmin etmək məqsədilə Prezident Administrasiyasını təşkil edir və onun rəhbərini
təyin edir. Prezident Administrasiyası Milli Məclisə təqdim olunan qanun layihələrini,
prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərini, habelə digər sənədlərin
layihələrini hazırlayır. Prezident Administrasiyası qəbul olunmuş qanunların,
prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir,
yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. Prezident
Administrasiyasında ümumi rəhbərliyi prezident həyata keçirir. Azərbaycan
Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili
məqsədilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra
orqanıdır, prezidentə tabedir və onun qarşısında cavabdehdir. Nazirlər Kabinetinin
tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri daxildirlər.
Rayon (şəhər) icra hakimiyyətləri də prezidentə tabe olmaqla icraedici funksiyanı
həyata keçirir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən hansı nazirlikləri tanıyırsınız?
Tanıdığınız nazirlik haqqında məlumat verin.
Azərbaycan Respublikasında nazirliklər, komitələr, Azərbaycan Respublikasının
Mərkəzi Bankı və bu kimi dövlət təşkilatlan da fəaliyyət göstərir.
Yaşadığınız rayonun İcra Hakimiyyə ti haqqında mə lumat verin.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasında
məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata
keçirirlər.
Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya
məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər
ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq
təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası
vətəndaşları hakim ola bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci
maddəsinin birinci hissəsində qeyd edilir:
Hakimlə r müstə qildir, yalnız Azə rbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına tabedirlə r və sə lahiyyə tlə ri müddə tində də yişilmə zdirlə r.
Digər hakimiyyət qolları ilə yanaşı, məhkəmə hakimiyyəti bir sıra müəyyən
funksiyalar yerinə yetirir. Məhkəmə hakimiyyətinin əsas və həmişə mövcud olan
funksiyası ədalət mühakiməsinin həyata keçirilməsidir. Bu, “Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsində də
təsbit olunur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının məhkəmələrinin
fəaliyyəti yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmişdir.
Konstitusiyamızda qeyd edildiyi kimi məhkəmənin qəbul etdiyi qərarlar dövlətin
adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması
qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət
qurmağı əsas götürən Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiya
Məhkəməsi barədə maddə də öz əksini tapmışdır. 130-cu maddədə göstərilir ki, hər
kəs onun hüquq və azadlıqlarını pozan orqanlar barədə, eləcə də pozulmuş insan
hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Həmçinin məhkəmələr də Azərbaycan
Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında müraciət edə
bilərlər.
Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Bu məhkəmənin hakimlərini
Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının
Milli Məclisi təyin edir.
1. Cəmiyyətin idarə olunmasında məhkəmə hakimiyyətinin rolunu əsaslandırın.
2. İcra hakimiyyəti haqqında fikirlərinizi bildirin.
3. Prezident İlham Əliyevin icraedici hakimiyyətin əsas səlahiyyətlisi kimi gördüyü
işlər barədə esse yazın.
4. Milli Məclisin səlahiyyətlərinə aid işlərə münasibət bildirin.
5. Hakimiyyət bölgüsünün sxemini çəkin.
6. Azərbaycan Respublikasının dövlət idarəçilik formasının, eləcə də hakimiyyət
bölgüsünün demokratik bölgü olduğunu əsaslandırın.
7. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında məlumat
toplayıb təqdim edin.
3. İNSAN HÜQUQLARI
Hal-hazırda insan hüquq və azadlıqlarına aid 70-dən artıq beynəlxalq müqavilə
mövcuddur. Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatı çərçivəsində çoxsaylı
konvensiyalar qəbul olunmuşdur.
Qə bul olunmuş müqavilə və konvensiyaların ə hə miyyə ti nə də n ibarə tdir?
Hansı insan hüquq və azadlıqlarını qoruyan sə nə dlə ri tanıyırsınız?
İnsan doğulduğu andan ayrılmaz müəyyən hüquqlara malikdir. Dövlət heç bir ayrı-
seçkilik olmadan bu hüquqları təmin etməlidir. Beynəlxalq hüquq insanların hüquq
və azadlıqlarını nizamlayan normaların inkişaf etməsində böyük əhəmiyyət kəsb
edir. Bu normaların məcmusunu beynəlxalq insan hüquqları təşkil edir.
Sizcə, insan hüquq və azadlıqlarının qorunması üçün beynəlxalq hüququn rolu nədən
ibarətdir?
Beynəlxalq insan hüquqlarının tarixi ilk dəfə BMT Nizamnaməsində əks
olunmuşdur. Bundan əvvəl ayrı-ayrı aktlar mövcud olsa da (məsələn, köləliyin ləğvi,
milli azlıqların müdafiəsi və s. ilə bağlı), insan hüquqlarının müdafiəsi ilk dəfə bu
Nizamnamədən başlamışdır. Burada “irqinə, cinsinə, dilinə və ya dini
mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına
hörmətin dəstəklənməsi və həvəsləndirilməsi” bəyan edilir.
* Pakt - Böyük siyasi əhəmiyyəti olan beynəlxalq müqavilə.
** Xartiya - ictimai-siyasi sənəd.
10 dekabr 1948-ci il tarixində BMT Baş Assambleyasının 217 saylı qətnaməsi ilə
Ümumdünya İnsan Hüquqları Bə yannamə si qəbul edildi. 30 maddədən ibarət olan bu
sənəddə vətəndaş və siyasi hüquqlardan başqa, bir sıra iqtisadi, sosial və mədəni
hüquqlar da (məsələn, işləmək hüququ, təhsil hüququ, istirahət hüququ və s.) təsbit
olunmuşdur. Bəyannamə beynəlxalq insan hüquqlarının qorunmasında, habelə
bütövlükdə beynəlxalq hüququn inkişafında misilsiz rol oynamışdır.
İnsan hüquq və azadlıqlarını hüquqi sənəd çərçivəsində təsbit etmək məqsədilə
1966-cı ildə iki müqavilə imzalandı - İqtisadi, sosial və mədəni hüquqlar haqqında
Beynəlxalq Pakt* və Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt.
Adlarından göründüyü kimi, birinci paktda iqtisadi, sosial və mədəni hüquqlar, ikinci
paktda isə vətəndaş və siyasi hüquqlar öz əksini tapmışdır. Vətəndaş və siyasi
hüquqlar haqqında pakt iştirakçı dövlətlər üçün müəyyən olunmuş öhdəliklər
nəzərdə tutur. Paktda nəzərdə tutulmuş əsas öhdəlik ondan ibarətdir ki, dövlət öz
ərazi çərçivəsində olan hər bir şəxsin hüquqlarına hörmət etməli və onları təmin
etmə lidir. Paktdan irəli gələn öhdəliklərini həyata keçirmək üçün dövlət zəruri
qanunvericilik, inzibati və digər tədbirlər görməlidir.
İnsan hüquqları sahəsindəki mövcud beynəlxalq müqavilələri dörd
kateqoriyaya bölmək olar:
Ümumi müqavilələr
Bu müqavilələrdə, demək olar ki, bütün əsas insan hüquqları və ya onların böyük bir
hissəsi təsbit olunur. Ümumi müqavilələr həm universal, həm də regional səviyyədə
mövcuddur. Universal müqavilələrə “İqtisadi, sosial və mədəni hüquqlar haqqında”
və “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq pakt aiddir.
Ümumi regional müqavilələr aşağıdakılardır:
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası
(Avropa İnsan Hüquqları Konvensiyası); İnsan və xalqların hüquqları haqqmda 1981-
ci il Afrika Xartiyası** və s.
Xüsusi müqavilələr
İşgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınmasına
dair 1987-ci il Avropa Konvensiyası; İşgəncənin qarşısının alınması və
cəzalandırılmasına dair 1985-ci il Amerika Konvensiyası və s.
Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr
Qadınların siyasi hüquqları haqqında 1952-ci il Konvensiyası; Uşaq hüquqları
haqqında 1989-cu il Konvensiyası; Milli azlıqların müdafiəsinə dair 1995-ci il Çərçivə
Konvensiyası və s.
Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq
Konvensiyası; Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi
haqqında
1979-cu il Konvensiyası və s.
İnsan hüquqlarının müəyyən hissəsi artıq ümumi beynəlxalq hüququn bir hissəsinə
çevrilmişdir və hər hansı bir müqavilənin iştirakçısı olub-olmamaqdan asılı
olmayaraq, bütün dövlətlər üçün məcburidir. BMT Baş Assambleyasının
qətnamələri, o cümlədən bu qətnamələrlə qəbul olunmuş aktlar, beynəlxalq
konfransların aktları çərçivəsində qəbul olunmuş və özündə siyasi öhdəliklər ehtiva
edən sənədlər və s.
Bu sənədlərdə həm bütövlükdə insan hüquqlannm müdafiəsi, həm də konkret
insan hüquqlannm həyata keçirilməsi ilə bağlı tövsiyə xarakterli standartlar
müəyyən olunur. Adətən, dövlətlər bu standartlara riayət etməyə çalışır, bəzi
hallarda isə onlan hətta öz qanunvericiliyinə daxil edirlər.
Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında
təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması səlahiyyətli dövlət
qurumlarının vəzifəsidir. İnsan hüquq və azadlıqlarının qorunması məqsədilə
ölkəmizdə müxtəlif hüquq müdafiə mexanizmləri mövcuddur. Ölkəmizdə yeni,
məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı yaradılmışdır. 28 dekabr
2001-ci il tarixində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) haqqında” Konstitusiya qanunu qəbul edilmişdir. Ombudsman (o,
ayrıca bir şəxs və ya şəxslər qrupu ola bilər), bir qayda olaraq, öz Konstitusiya
səlahiyyətlərinə uyğun olaraq və ya xüsusi qanun əsasında parlament tərəfindən
təyin olunur. Bu institutun əsas funksiyası özlərini dövlət idarələrinin ədalətsiz
hərəkətlərinin qurbanları sayan ayrı-ayn şəxslərin hüquqlarını qorumaqdan
ibarətdir. Buna müvafiq olaraq, Ombudsman çox zaman zərərçəkən şəxslə
hökumət arasında tərəfsiz vasitəçi kimi fəaliyyət göstərir.
Həmçinin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı da təsdiq edilmişdir.
Hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından,
milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallardan asılı
olmayaraq, təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.
1. Hüquqlarınızın qorunmasına aid sənədləri müzakirə edib münasibət bildirin.
2. Uşaq hüquqlarının qorunması üzrə hansı konvensiya və qərarlar qəbul edilib?
Onun icrasını ölkəmizdə necə həyata keçirirlər? Sualların cavabını faktlarla
əsaslandırın.
3. İnsan hüquqlarının qorunmasının beynəlxalq səviyyədə reallaşmasına aid
dəlillər gətirin.
4. “İnsan hüquqları qorunur” başlığı altında esse yazın
5. Azərbaycan Respublikası insan hüquqlarının qoruyucusudur fikrini əsaslandırın.
4. İNSAN HÜQUQLARININ POZULMASI
Siz müstəqilliyi 18 oktyabr 1991-ci ildə bərpa olunan müstəqil Azərbaycan
Respublikasında yaşayırsınız. 12 noyabr 1995-ci ildə müstəqil dövlətimizin ilk milli
Konstitusiyası qəbul olunmuşdur ki, onun 158 maddəsindən 48-i mənim, sənin, hər
bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını təsbit edir.
Konstitusiyanın hə r hansı bir bə ndinin pozulmasını və insanlara qarşı hə r hansı bir
ədalətsizliyi necə qiymətləndirirsiniz?
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəs doğulduğu andan
toxunulmaz, pozulmaz, ayrılmaz hüquq və azadlıqlara malikdir. Bu hüquq və
azadlıqların təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyamız hər kəsin
qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqları ilə azadlıqlarını
müdafiə etmək hüququnu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və
azadlıqlarının müdafiəsinə təminat verir.
Azə rbaycan Respublikasının Konstitusiyasına ə sasə n ölkə mizdə insan hüquq və
azadlıqlarının qorunmasını faktlarla göstə rin.
Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar.
Onlara ağıl və vicdan bəxş edilib. İnsanlar bir-birinə münasibətdə tolerant
davranmalıdırlar.
İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir.
İnsanların hüquq və azadlıqlarının pozulmaması üçün tədbirlər görülür.
Siz insanların hüquq və azadlıqlarının qorunmaması faktını misallarla göstərin.
Tarixdə elə hallar olub ki, insanlar sosial mənşəyinə görə, irqinə və dərisinin rənginə,
cinsinə, milli və dini mənsubiyyətinə görə bərabərhüquqlu olmamışlar. İnsanlar
arasında ayrı-seçkiliyin qoyulması insan hüquqlarının pozulması deməkdir.
İnsan hüquqlarının pozulması bəşəriyyəti düşündürən və narahat edən
məsələlərdən biri olmuşdur. (Biz tarixə nəzər salsaq, görərik ki, quldarlıq
quruluşundan başlayaraq cəmiyyətdə mübarizələr baş vermiş, yoxsulların, qulların,
qadınların hüquqları pozulmuşdur. İnsanlar kölə, qul halına salınmış, alçaldılmışdır.)
Köləliyin tarixi qədimdir. Tarixi mənbələrdən əldə olunan məlumatları nəzərdən
keçirsək, görərik ki, insanlar təbəqələrə bölünmüş, güclülər zəifləri əzmiş, borc
müqabilində və ya hər hansı bir səbəbə görə insanlar kölə olmağa məcbur
edilmişdir. Tarixən qul kimi məhkum edilmiş insanları müxtəlif adlarla “danışan
alət”, “gözünü yuxarı qaldırmayanlar” və s. adlarla adlandırıb istismar etmişlər.
Qədim Misirdə hətta qulları firon ölərkən onunla bərabər basdırırdılar. Onların
inanclarına görə, firon axirətdə öz həyatına davam edərkən ona qullar lazım
olacaqdır. Mesopotamiyada qulu “gözünü yuxarı qaldırmayanlar” adlandırırdılar.
Babil hökmdarı Hamurapi özünün qanunlarını verərkən qulun nüfuz sahibi
olmamasını bir daha hüquqi cəhətdən təsdiqləmişdi. Hamurapi qanununun
maddələrində qeyd olunur: Əgər qul öz sahibinə “sən mənim sahibim deyilsən”
deyərsə, qul sahibi onun yalan dediyini sübut etməlidir; əgər istəyərsə, qul sahibi
bunun cəzası olaraq öz qulunun qulağını kəsə bilər.
Tarixdə insan hüquqlarının pozulması faktlarından biri də Varfolomey faciəsidir.
Tarix də rslə rinizdə n araşdırdığınız Varfolomey gecə sinin başvermə sə bə bi nə idi? Bu
faciə ni insan hüquqlarının pozulması faktı kimi necə də yə rlə ndirirsiniz?
Birinci Dünya müharibəsi (28 iyul 1914 - 11 noyabr 1918) dövründə 10 milyona yaxın
əsgər öldü. Minlərlə insan yurd-yuvasından didərgin düşdü, rahat həyatından
məhrum oldu. 1939-cu ildə başlamış ikinci Dünya müharibəsi isə milyonlarla insanın
ölümünə səbəb oldu. Bu müharibə milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə
çevrildi. Belə ki öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran nasistlər milyonlarla
yəhudinin həyatına son qoydular.
Tarixi faktlara əsasən insanların hüquq və azadlıqlarının
pozulmasını sübut edən dəlillər göstərin.
Hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi zəminində baş verən
hadisələr insan hüquqlarının pozulmasına nümunədir və bu proses bu günə qədər
davam etməkdədir. Azərbaycanlılara qarşı təşkil edilən deportasiya* və soyqırımın
tarixi qədim olsa da, XX əsrin 80-ci illərinin axırlarından bu proseslər yenidən
başlandı. Ermənistan Respublikasının ərazisindən iki yüz mindən çox azərbaycanlı
öz daimi yaşayış
* Deportasiya - insanların öz yaşayış yerindən zorla köçürülməsi.
yerlərindən, tarixən onlara məxsus olan qədim torpaqlarından zorla
köçürülmüşdür. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzü nəticəsində bir
milyondan artıq azərbaycanlı öz ata-baba torpaqlarından didərgin düşmüş, iyirmi
mindən artıq azərbaycanlı həlak olmuş, minlərlə adam itkin düşmüş, yüz minlərlə
insan yaralanmışdır. Eləcə də təcavüz nəticəsində kənd təsərrüfatının yararlı torpaq
sahələri işğal altında qalmış, yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı
obyektləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri və s. dağıdılmışdır. Ermənilərin
Xocalıda törətdikləri soyqırım insan hüquqlarının pozulmasının ən bariz
nümunəsidir. Münaqişə ilə bağlı hətta BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 822,
853, 874 və 884 nömrəli qətnamələrin qəbul edilməsinə baxmayaraq, onların heç
biri indiyə qədər icra olunmamışdır.
Qarabağ müharibəsini insan hüquqlarının pozulması faktı kimi dəyərləndirmək
olarmı?
İnsan hüquqlarının və azadlıqlarının boğulması faktı tarixən olmuş və davam
etməkdədir. Bütün bunların qarşısını almaq üçün beynəlxalq hüquq və qanunlar
müəyyən edilmişdir.
1. Xocalı faciəsini insan hüquqlarının pozulması faktı kimi dəyərləndirərək
təqdimat hazırlayın
2. İnsan hüquqlarının pozulmasını faktlara əsasən şərh edin.
3. Oxuduğunuz əsərlərdən, yaxud baxdığınız filmlərdən insan hüquqlarının
pozulmasına dair nümunələr göstərin.
4. “İnsanların hüquq və azadlıqları bəzən boğulur” adlı təqdimat hazırlayın.
5. MALİYYƏ
Əziz dost, sənin də hər kəs kimi məqsədlərin var. Bu baxımdan öz şəxsi məqsədlərin
haqqında düşün. Lakin bunların içərisində maliyyə məqsədlərini unutma. Şəxsi
məqsədinə daha yaxşı oxumaq, ali məktəbə daxil olmaq, maliyyə məqsədlərinə isə
kompüter, kitab, geyim və s. almaq üçün pul yığmaq aid ola bilər.
Sizcə, maliyyənin həyatımızda hansı rolu vardır?
Aşağıda verilmiş cədvəldən istifadə etməklə məqsədlərinizi sadalayın və onları sizin
üçün əhəmiyyətlilik dərəcəsinə görə düzün.
Şəxsi məqsədlər
Maliyyə məqsədləri
Tarixdən bəllidir ki, ibtidai dövrlərdə pul olmamışdır: insanlar barter (əvəzlənmə,
dəyişmə) üsulundan istifadə etmişlər. Heyvandarlıqla məşğul olan maldar əti, yunu,
südü taxıl, tərəvəz və s. kimi lazım olan tələbatlarına dəyişirdi. Bu dolaşıq və çətin
prosesdən çıxış yolu tapmaq istəyən insanlar pulu kəşf etdilər. Beləliklə, hər kəsin
yaşamaq üçün pula ehtiyacı oldu.
Bəzi insanlar daha çox pul qazanır, bəziləri isə daha az. Bir qisim insanlar daha çox
pul xərcləyir, digərləri isə daha qənaətcildirlər. Bəzi insanlar gəlirlərinin bir qisminə
qənaət edir, bəziləri isə bədxərc olur, hətta borc pul da alırlar. Bəs siz necə, maliyyə
xərclərinizi düzgün hesablaya bilirsinizmi?
Cədvəli doldurun və öz maliyyə xərclərinizi müəyyən edin.
Tarix
Gəlirin mənbəyi və
miqdarı
Mən nə
aldım?
Neçəyə
idi?
Bu, istək, yoxsa
ehtiyac idi?
Cəm
Siz gündəlik həyatınızda belə hesablamalar etməklə böyük qənaətlər etmiş olarsınız.
Belə liklə , maliyyə çə tinliklə rinin öhdə sində n gə lmə yolunu hə lə mə ktə bli ikə n kə şf edin.
Maliyyə nə demə kdir?
Maliyyə sisteminin hə yata keçirilmə si deyə rkə n nə başa düşürsünüz?
Maliyyə iqtisadiyyatın bir qolu sayılır. Maliyyə pul yığımı, pulun borc verilməsi, pulun
xərclənməsi, büdcənin hazırlanması və s. prosesləri əhatə edir. Bu proses, əsasən,
şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə həyata keçirilir. Bank pulu digər
fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya* məqsədilə kredit (borc) olaraq
verir və onlardan faiz tələb edir. Bank sektoru kredit təmin etməklə çıxış edir.
Maliyyə müxtəlif növ qiymətli kağızların birjalarda** alınıb satılmasına imkan
yaradır. Mərkəzi bank isə pul kütləsinə nəzarət edir.
Dövlətin idarəçilik, müdafiə və s. kimi çoxsaylı funksiyaları vardır. Cəmiyyətin inkişafı
və idarəetmənin mürəkkəbləşməsi ilə əlaqədar dövlət gəlirləri, xərcləri, maliyyə
münasibətləri meydana gəlməyə başladı. Azərbaycan Respublikası öz xərclərini və
maliyyə münasibətlərini tənzimləmək üçün bu işi Maliyyə Nazirliyi vasitəsilə həyata
keçirir.
Maliyyə Nazirliyi haqqında mə lumat toplayaraq tə qdimat hazırlayın.
Maliyyə müxtəlif pul vəsaitləri fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar
olan iqtisadi münasibətləri əhatə edir. Bu pul vəsaitləri fondları
mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş fondlara ayrılır.
Mərkəzləşdirilməmiş pul fondları müəssisələrin fondlarıdır. Onlara yığım fondu,
istehlak və ehtiyat fondları daxildir. Yığım fondunun vəsaitləri kapital qoyuluşunun
maliyyələşdirilməsinə
və s. xərclərə sərf edilir. İstehlak fondu zəruri və izafi məhsulun dəyəri hesabına
formalaşır.
Ehtiyat fondu məhsulun dəyəri hesabına təşkil olunur. Lazım olan ehtiyaclar həmin
fondun vəsaiti hesabına ödənilir.
Mərkəzləşdirilmiş pul vəsaitləri fondları dövlət səviyyəsində formalaşdırılır. Onlara
müxtəlif hakimiyyət orqanlarının büdcələri və büdcədənkənar fondlar daxildir.
Maliyyə münasibətləri çox vaxt pul formasında ifadə olunur. Bu baxımdan gəlirin
bölgü və yenidən bölgüsünün mürəkkəbliyi maliyyə ilə yanaşı, başqa iqtisadi
kateqoriyaların da iştirakını zəruri edir. Məsələn, qiymət, əməkhaqqı, vergi, faiz və s.
Gördüyünüz kimi, həyatımızı maliyyəsiz təsəvvür etmək çətindir. Buna baxmayaraq,
çalışın, həyatınızda lazımsız maliyyə xərclərinə yol verməyin.
1. Maliyyə anlayışı haqqında fikirlərinizi bildirin.
2. Pulun tarixi haqqında təqdimat hazırlayın.
3. Öz həftəlik maliyyə xərclərinizin siyahısını tutun və xərclərinizi hesablayın.
4. “Mən maliyyə naziri olsaydım” adlı esse yazın.
* İnvestisiya - gəlir və ya səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət
növləri obyektlərinə qoyulan maliyyə vəsaiti, habelə maddi sərvətlərdən ibarətdir.
** Birja - əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan topdan
bazardır.
6. SIĞORTA
Həyat bəzən bizi gözləmədiyimiz təhlükələrlə üz-üzə qoyur. Bu təhlükələr bizim
sağlamlığımıza, malımıza, mülkümüzə ziyan vura bilər. Dəyən zərərləri aradan
qaldırmaq çox çətin olur. Dost-tanışdan yardım istəmək isə problemi həll etməyə də
bilər. Bu ziyanları aradan qaldırmaq üçün bizə hər hansı bir kömək lazımdır.
Şəkillərdə gördüyünüz bu kimi hadisələrdən daha az ziyanla çıxmaq üçün bizə ən
yaxşı köməkçi vasitə nə ola bilər?
İnsanlar həmişə həyatlarını təhlükəsiz keçirmək, gözlənilməz hadisələrin ziyanını
azaltmaq istəyi ilə yaşamışlar. Bundan çıxış yolları tapmaq üçün isə sığorta anlayışı
həyatımıza daxil oldu.
Sizcə , hə yatın bu cür gözlə nilmə z sürprizlə rini az zə rə rlə ötüşdürmə k üçün nə etmə k
olar? Bizim hansı çıxış yollarımız vardır? Belə bir öhdə liyi üzə rinə götürə n qurumun
fə aliyyə ti haqqında nə lə ri bilirsiniz?
Maliyyə sisteminin tərkib hissəsi olan sığorta dəyən ziyanın aradan qaldırılması
üçün məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi prosesidir.
Hələ XIV əsrin əvvəllərində Almaniyanın Brugge şəhərində əmlakın sığorta edilməsi
üçün “Sığorta” palatası yaradılmışdı. İlk sığorta şirkəti isə 1424-cü ildə Genuya
şəhərində təşkil edilmişdi.
Sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin
maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edir. Gözlənilməz və
fövqəladə hadisələr əmlak mənafelərinin qorunmasına, dövlətin maliyyə sisteminin
möhkəmləndirilməsinə təsir göstərir. O nəinki sığorta hadisələri zamanı büdcəni
dəyən zərərlərin ödənilməsindən azad edir, hətta uzunmüddətli investisiyaların
mənbəyinə çevrilir.
Şə klə ə sasə n fikirlə rinizi bildirin.
Sığorta münasibətləri icbari və könüllü formalarda həyata keçirilir, icbari (yəni
məcburi) sığorta dövlət tərəfindən qanunvericilik əsasında həyata keçirilməklə
cəmiyyətin maraqlarının təmin edilməsi üçündür. Sığortanın icbari forması
sığortaçını müdafiə edir. Ona görə də sosial sığorta, hərbi xidmətçilərin sığortası və
digər bir neçə sığorta forması bizim ölkədə icbari sığortadır. Hər bir ölkədə icbari
sığorta obyektləri müxtəlifdir. İcbari sığortada obyektlərin siyahısı, sığorta
ödənişlərinin aparılması dövrü, sığorta edənlə sığorta olunanın əsas hüquq və
vəzifələri və s. nəzərdə tutulur. İcbari sığorta, bir qayda olaraq, dövlət sığorta
orqanlarına tapşırılır. Bunun üçün sığorta orqanları hər il bütün ölkə üzrə
sığortalanmış obyektlərin qeydiyyatım aparır, sığorta ödənişlərinin hesablanmasını
və müəyyən olunmuş müddətə yığılmasını həyata keçirir.
İcbari sığortadan fərqli olaraq, sığortanın könüllü formasında sığortaçılarla sığorta
olunanlar arasında müqavilə könüllü olaraq bağlanılır. Qanunvericiliyə uyğun
olaraq, könüllü sığortanın hər bir növü üzrə qaydalar müəyyənləşdirilir. Bir qayda
olaraq, könüllü sığorta müqaviləsi əvvəlcədən müəyyən edilmiş sığorta müddəti
üçün bağlanılır. Könüllü sığorta könüllü əsaslarla fəaliyyət göstərir. Qanun könüllü
sığortaya aid olan bütün obyektləri müəyyənləşdirir. Konkret şərait sığorta qaydaları
vasitəsilə tənzimlənir.
Sığorta şərtlərinə uyğun olaraq, sığorta müqaviləsinin bağlanması üçün bəzi
məhdudiyyətlər mövcuddur. Belə ki könüllü sığorta həmişə sığorta müddəti ilə
məhdudlaşdırılır. Müqavilədə müddətin başlama və sona çatma vaxtı xüsusi olaraq
müəyyənləşdirilir. Könüllü sığortada fasiləsizlik yalnız müddət bit-
məmişdən qabaq təkrar müqavilənin bağlanması yolu ilə müəyyən edilir.
“Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta iki əsas
sahədən: həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir. Sığortaçılar bu
sahələrdən biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər.
Hə yat sığortası - sığortalanan şəxsin sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud
əlilliyə görə tamamilə və ya qismən itirilməsi hallan üçün apanlan sığortadır. Həyat
sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta
məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortaçıya və
ya onun varisinə ödənilir. Həyat sığortası müqavilələri uzun müddətə bağlanılır.
Qeyri-həyat sığortası sığorta hadisəsi baş verdiyi zaman sığortaçıya vurulan zərər
ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin
sığortasıdır.
Milli Məclisin 25 iyun 1999-cu il qərarı ilə respublikamızda ilk dəfə “Sığorta haqqında”
qanun qəbul edilmişdir. Bu qanunla ölkəmizdə sığorta işi hüquqi bazaya malik
olmuş, milli sığorta bazarının yaranmasına şərait yaradılmışdır.
1. Könüllü və icbari sığortanın oxşar və fərqli cəhətlərini izah edin.
2. Sizcə, qəbul edilmiş “Sığorta haqqında” qanunun əhəmiyyəti nədir?
3. Hansı sığorta şirkətini tanıyırsınız? Tanıdığınız sığorta şirkəti haqqında təqdimat
hazırlayın.
4. Sığortalar haqqında məlumat yazmaqla cədvəli tamamlayın.
Tibbi sığorta
Hə yat sığortası
Əmlakın yanğından və riskdən sığortası
Bə dbə xt hadisə lə rdə n sığorta
5. Genuya şəhərində yaradılmış ilk sığorta şirkəti haqqında məlumat toplayın.
7. VERGİ
Bəlli olan ilk vergi sistemi Qədim Misirdə olub. Mənbələrdə qeyd olunur ki, firon
əhalidən ildə iki dəfə vergi yığdırırdı. Sonralar Əhəmənilər imperiyası dövründə, e.ə.
500-cü ildə I Dara tərəfindən sabit vergi sistemi həyata keçirilmişdir.
Sizcə , vergilə rin yığılması nə üçün vacibdir?
Tarix də rslə rində n öyrə ndiyiniz hə r hansı bir dövlə tin vergi sistemi haqqında mə lumat
verin.
Vergini dövlətin güc mənbəyi hesab etmək olar. Hər bir dövlət öz əhalisinin yaxşı
yaşamasını təmin etməlidir. Dövlətin gəlir və xərcləri dövlət büdcəsini təşkil edir.
Dövlət büdcənin doldurulmasında maraqlıdır. Büdcə gəlirinin bir hissəsini də
vergilər təşkil edir və ölkənin maliyyə xərclərinin təminatı üçün istifadə olunur. Vergi
sistemi müəyyən edilmiş qaydalara əsasən vergi növlərinə görə müxtəlif faiz
dərəcələrindən ibarətdir. Vergilər iqtisadi münasibətlərin təkmilləşməsinə və
ölkənin inkişafına kömək etməlidir. Vergi qanunvericiliyinə və dövlət qiymət
intizamına riayət olunması üçün 1991-ci ildə Azərbaycan Respublikası Baş Dövlət
Vergi Müfəttişliyi fəaliyyət göstərməyə başladı. Azərbaycan Respublikası
Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv
edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini,
dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını
təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti
orqanı - Vergilər Nazirliyi yaradılmışdır.
Dostları ilə paylaş: |