Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:
— Dövlət vergiləri;
— Muxtar Respublika vergiləri;
— Yerli vergilər (bələdiyyə vergiləri).
Dövlət vergiləri dedikdə Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan
Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.
Muxtar Respublika vergilə ri dedikdə Naxçıvan Muxtar Respublikasının Vergi
Məcəlləsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən
edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə Vergi Məcəlləsində və müvafiq qanunla
müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin
ərazilərində ödənilən vergilər nəzərdə tutulur.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən xüsusi vergi rejimi tətbiq edilə
bilər. Xüsusi vergi rejimi dedikdə müəyyən dövr ərzində vergilərin hesablanması və
ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.
Vergilərin ödənilməsi Azərbaycan vətəndaşlarının konstitusiya öhdəliyidir.
Azərbaycan Respublikasında vergilər pul vahidimiz olan manatla hesablanır və
ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən
qanunla müəyyən olunmuş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və
vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar
olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri
ödəməyə məcbur edilə bilməz.
Dövlət vergilərinə aşağıdakılar aiddir:
— Fiziki şə xslə rin gə lir vergisi;
— Hüquqi şə xslə rin mə nfəə t vergisi;
— Hüquqi şə xslə rin ə mlak vergisi;
— Hüquqi şə xslə rin torpaq vergisi və s.
1. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vergilərin ödənilməsinin
vacib olmasını əsaslandırın.
2. “Vergi dövlətin gəlir mənbəyidir” adlı təqdimat hazırlayın.
3. Vergidən yayınma hallarının mənfi tərəflərini izah edin.
4. Vergi iqtisadiyyatın tərkib hissəsidir fikrini əsaslandırın.
5. Vergilər Nazirliyinin gördüyü işlər barədə araşdırma aparın.
1. MÜNASİBƏTİ NECƏ QURURUQ
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Bunların içərisində sual-cavab və
mülahizələr xüsusi yer tutur.
Bəs insanlar nəyin naminə ünsiyyət yaradırlar?
İnsanlararası münasibətlərdə ümumi cəhətlər hansılardır?
Ünsiyyət insanlar arasında qarşılıqlı münasibətlərin olmasını nəzərdə tutur.
İnsanlararası münasibətlər ünsiyyət prosesində yaranmaqla yanaşı, məhz bu
prosesdə də formalaşır.
Psixoloqlar qarşılıqlı münasibətləri formal və qeyri-formal olmaqla 2 yerə bölürlər.
Formal ünsiyyət müəyyən rəsmi qaydalarla məhdudlaşır. “Müəllim - müəllim”,
“direktor - müəllim”, “baş həkim - tibb bacısı”, “şöbə müdiri - elmi işçi” və s.
arasındakı münasibətlər formal xarakter daşıyır. Qeyri-formal münasibətlər rəsmi
qaydalarla məhdudlaşmır. Bu cür münasibətlər dostlar, yoldaşlar, qohumlar,
valideynlər və s. arasındakı münasibətlərdir. Lakin bununla belə, istənilən
müəssisədə formal münasibətlər qeyri-formal münasibətlərə keçə bilər. Çox vaxt
bu cür münasibətlər simpatiya* üzərində qurulur.
Sinifdə ə n çox kimlə rlə ünsiyyə t qurursunuz? Buna sə bə b nə dir?
Ünsiyyə t qurduğunuz şə xslə rlə ümumi cə hə tlə rinizi nə də görürsünüz?
İnsanların tələbatları, fəaliyyət növləri, maraqları, istəkləri, sosial yönümləri,
potensial imkanları, dünyaya baxışları, əqidələri, əməksevərliyi, ünsiyyət
mədəniyyəti və s. onları bir-birinə yaxınlaşdırır.
* Simpatiya - bir adama və ya bir şeyə qarşı rəğbət, meyil və cazibədir.
Psixoloqlar hesab edirlər ki, bəzən temperament tipləri və xarakterləri müxtəlif olan
uşaqlar daha yaxşı münasibət qura bilirlər.
Psixoloqların fikrincə , 4 temperament tipi var: sanqvinik, xolerik, fleqmatik və
melanxolik. Bu temperament tiplə rini qrup daxilində araşdıraraq yoldaşlarınızın
temperament tipini müə yyə nlə şdirin və aşağıdakı sualı cavablandırın:
- Hansı temperament tiplə rinə aid olan uşaqlar bir-biri ilə daha yaxşı ünsiyyə t
qururlar? Fikirlə rinizi qruplarda müzakirə edib ə saslandırın.
Sanqvinik
Bu tipə aid insanlar zirə k və diribaş olurlar. Tə lə skə ndirlə r. Oturaq işi
sevmə diklə rində n daim hə rə kə tdə dirlə r. Ə trafda baş verə nlə r onların diqqə tində n
kə narda qalmır. Hə r şeyə maraq göstə rirlə r və onların maraq obyektlə ri tez-tez də yişir.
Böyük hə və slə başladıqları işi asanlıqla yarımçıq qoya bilirlə r. İstə nilə n şə raitə ,
və ziyyə tə tez uyğunlaşa bilirlə r. Son də rə cə emosionaldırlar. Onlar tez sevinib, tez də
kə də rlə nirlə r. Bu tip insanlar tə sir altına tez düşürlə r.
Xolerik
Bu tipə aid insanlar son də rə cə coşqun və kə mhövsə lə dirlə r. İstə nilə n mə sə lə yə də rhal
reaksiya verirlə r. Bu xasiyyə tlə rinə görə ə trafdakılarla yola getmir, tez-tez münaqişə yə
girirlə r. Adə tə n, sə birsiz, tündmə caz insanlardır. İnadkardırlar. Sanqvinikdə n fə rqli
olaraq, maraqları sabit və davamlıdır, başladıqları işi sona çatdırırlar. İstə nilə n
problemlə üzlə şdikdə özlə rini itirmir, asanlıqla və ziyyə tdə n çıxış yolu tapırlar. Bu tipə
aid olan insanlar sadiqdirlə r, yaxınlarına son də rə cə bağlı olduqlarına görə onlar üçün
mühiti də yişmə k çox çə tindir. Düşdüklə ri yeni mühitə uzun müddə t alışa bilmirlə r.
Fleqmatik
Bu tip insanlar qaradinmə z, sakit, tə mkinli olurlar. Söhbə tcil deyillə r. Çox çə tinliklə
söhbə tə qoşulurlar. Heç bir tip fleqmatik qə də r tə mkinli deyildir. Onları
hə yə canlandırmaq və yaxud hirslə ndirmə k elə də asan mə sə lə deyil. Bu tip istə nilə n
halda hadisə lə rə hamıdan gec reaksiya verir. Bu xüsusiyyə tlə rinə baxmayaraq,
psixoloqların fikrincə , fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadə cə , onları
yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqə tli və
mehriban olurlar. Hə mişə rə fiqə lə rini, dostlarını arayan bu qə bildə n olan insanlar
vaxtilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar.
Melanxolik
Bu tip insanlar sakit, ancaq hə ssasdırlar. Onlar heç nə yə biganə qalmırlar. Elə bu
sə bə bdə n onlara münasibə tdə ə n kiçik diqqə tsizlikdə n belə tez inciyirlə r. Kiçik bir
qanqaraldıcı hadisə ni uzun müddə t unuda bilmirlə r. Dönə -dönə bu hadisə ni xatırlayır,
kə də rlə nir, öz alə mlə rində ölçüb-biçirlə r. Heç bir tip onlar qə də r "yüz ölç, bir biç"
mə sə linə riayə t etmir. Ə n çox özlə rində n narazı olduqlarından heç bir bacarıqlarını
də yə rlə ndirmirlə r. Özlə rinə tə nqidi yanaşırlar. Elə bu sə bə bdə n də bacardıqları işin
belə öhdə sində n gə lə bilmirlə r. Bə dbin fikirlə r onları tez ruhdan salır. Bir qayda
olaraq, başladıqları iş yarımçıq qalır.
Siz artıq ömrünüzün ən gözəl çağını - yeniyetməlik dövrünü yaşayırsınız. Bu dövrdə
həyatın ən önəmli məqamlarından birini ünsiyyət prosesi təşkil edir. Buna görə də
yeniyetmələr daha fəal ünsiyyətə can atır, müəyyən məlumatları ötürür və qəbul
edirlər.
Lakin onu da unutmaq olmaz ki, bu yaş dövründə sizin hələ maraqlarınız tam
formalaşmayıb və ona görə də müxtəlif insanlarla münasibətlərinizdə daha ehtiyatlı
davranaraq təsir altına düşməməlisiniz.
Unutmayın ki, böyüklərlə münasibətdə təmkinli davranıb, onlarla əməkdaşlığa hazır
olduğunuz kimi, öz yaşıdlarınızla münasibətlərdə də xoşagəlməz davranışlara yol
verməməlisiniz.
Özünüz özünüzlə dost olmaq istəyirsinizsə, vaxtaşırı öz hərəkətlərinizi təhlil
edin.
Ünsiyyət mədəniyyətinin özü də insanlar arasındakı münasibətlərdə başlıca rol
oynayır. Xeyirxahlıq, dinləmə mədəniyyəti, təmkinlilik, mehribanlıq, hörmətcillik,
nəzakətlilik, empatiya* bacarığı ünsiyyət mədəniyyətinin əsasını təşkil edir.
İnsanlararası münasibətlər, əsasən, bir-birini tamamlayır, bəzi hallarda isə
konfliktlərə, münaqişələrə səbəb olur.
Münaqişə lə rin yaranma sə bə blə rini və bu zaman ə mə l etmə li olduğunuz davranış
qaydalarını yadınıza salın.
Yalnız məktəb direktoru, sinif rəhbəri, valideynlərinizlə deyil, sinif yoldaşlarınız, yaxın
qohumlarınız, yaşıdlarınızla da münasibətdə ünsiyyət mədəniyyəti gözlənilməlidir.
1. İnsanlar arasında yaranan münaqişələrin idarə olunması üçün göstərilən
yollardan biri də mübahisənin genişlənməsinə yol verməməkdir. Mübahisələr
hansı səbəblərdən yarana bilər və bu mübahisələrin yaranmaması üçün nələrə
diqqət edilməlidir?
2. Zaur və Həsən mübahisə edirdi. Onların mübahisəsi davaya çevrildi. Həsənin
atası hadisə yerinə gəlib Zauru tutub saxlamağa çalışdı. Sizcə, o, düzgün hərəkət
etdimi? Fikrinizi açıqlayın.
* Empatiya - özünü başqa insanın və ya canlının yerində hissetmə bacarığı,
başqasının dərdinə şərikolma hissi.
2. İNSANLARARASI MÜNASİBƏTLƏR
Mütəxəssislərin bir qismi belə hesab edir ki, insanlar dünyaya gələndə onların
beyinləri ağ kağıza bənzəyir. Ancaq vaxt keçdikcə hətta eyni valideynlərin övladları
belə müxtəlif xasiyyətli olur, insanlara münasibətlərinə görə bir-birindən
fərqlənirlər. Hətta onların bir qismi dahi, bir qismi isə cani olur.
Sizcə, buna səbəb nədir?
İnsanlararası münasibətlərdə ümumi cəhətlər nə üçün əhəmiyyətlidir?
Bildiyiniz kimi, insanlar xarakterlərinə görə bir-birilərindən fərqlənirlər. “Yaxşı adam”
və ya “pis adam” adlandırdığımız insanlar da xarakterlərinə görə fərqlənirlər.
İnsanların bir-birinə uyğun xarakterləri onlar arasında dostluq, yoldaşlıq, sevgi,
rəğbət kimi hislərin yaranmasına səbəb olur.
İnsanların xarakterləri fərqləndiyi kimi onların digər insanlara qarşı münasibətləri də
fərqlidir.
İnsanların bəzi xüsusiyyətlərini nəzərə alaraq onları qruplaşdırmaq mümkün
olmuşdur.
Kollektivə və digər insanlarla münasibətə görə
məsuliyyətli, qayğıkeş, laqeyd, təvazökar
Əməyə münasibətə görə
əməksevər, zəhmətkeş, tənbəl, zirək
Özünə münasibətə görə
lovğa, şöhrətpərəst, eqoist
Əşyalara münasibətə görə
səliqəli, pinti
Bu əlamətlər bir-biri ilə üzvi surətdə bağlıdır. Xarakterik əlamətlər, nəinki uşaq
yaşlarında, bütün ömür boyu inkişaf edir.
Kiçik yaşdan hazırkı yaşa qə də r xarakterinizdə və insanlara qarşı münasibə tinizdə baş
verə n də yişikliklə ri müzakirə edin.
İnsanların bir-birinə münasibətlərinin formalaşmasında ailənin, bağçanın, məktəbin,
ümumiyyətlə, cəmiyyətin rolu danılmazdır.
İnsanların hisləri çox müxtəlif və rəngarəngdir. Bu da onların ətrafdakı insanlara
münasibətlərinin müxtəlif olmasına imkan yaradır.
Ali hislər insanın yüksək inkişafının məhsuludur. Bu hislər məzmunca ən zəngin
hislərdir. Bura əxlaqi, zehni və estetik hislər daxildir.
İnsanlararası münasibətlərdə hər kəs öz məsuliyyətini hiss etməlidir. “Məsuliyyət”
dedikdə öz qərarlarına, hərəkətlərinə və əməllərinə görə cavabdehlik başa düşülür.
Əgər dostlar, yoldaşlar arasında soyuq münasibət yaranarsa, onu həll etməyə
çalışın.
Problemli məsələnin həllinə doğru 6 addım:
Ehtiyac və tələbatları müəyyən edin
Siz nə istəyirsiniz? Nəyə həqiqətən ehtiyacınız var?
Problemi müəyyən edin.
Problem nədən ibarətdir?
Problemin müxtəlif həlli yollarının müəyyən
edilməsinə dair düşünün.
Problemi hansı yolla həll etmək olar?
Qərarı qiymətləndirin.
Nəyə nail olacağam?
Qərarın ən yaxşı həlli yolunu tapın.
Problem həll olundu. Qərar səni razı saldımı?
Qərarın nə ilə nəticələndiyini yoxlayın.
Deyə bilərik ki, problem həll olunub?
Daim mədəni ünsiyyətə çalışın. Çünki mədəni ünsiyyət zamanı heç kəs alçalmır,
incimir, nüfuzdan düşmür.
1. Sinif yoldaşlarınızı xasiyyətlərinə görə qruplaşdırın və cütlüklər yaradın.
2. Dost seçərkən hansı ümumi cəhətlərin olmasına önəm verirsiniz?
Ümumi cəhət
Nə üçün əhəmiyyətlidir?
3. VƏZİFƏLƏRİMİZ VƏ MƏSULİYYƏTİMİZ
Hər gün səhər tezdən məktəbə tələsirsiniz. Ev tapşırıqlarım hazırlamayanda, demək
olar ki, bütün gün narahat olursunuz. Təbii ki, bu çox vaxt sizin məsuliyyətinizdən
irəli gəlir. Bir şagird kimi dərslərinizi yaxşı oxumaqla yanaşı, sizin bir çox vəzifələriniz
və məsuliyyətləriniz də vardır.
Sizcə, vəzifə və məsuliyyətin insanın həyatında hansı mühüm rolu vardır?
Bildiyimiz kimi, ayrı-ayrı insanlar bir-birinin köməyi ilə işləyirlər. Bunun nəticəsində
bir-birinin iş və fəaliyyətindən istifadə edərək öz həyat və məişət ehtiyaclarını təmin
edirlər. Müşahidə aparsanız, görərsiniz ki, insan bədəninin hər bir üzvü
özünəməxsus bir işi yerinə yetirir, eyni zamanda başqa üzvlərin fəaliyyətindən də
bəhrələnir. Yəni bir üzv digər üzvün fəaliyyətinə kömək edir. Əgər insan
orqanizmində hər bir üzv yalnız özü üçün çalışsa, qanunauyğunluq pozular.
Təsəvvür edin ki, cəmiyyətin ayrı-ayrı üzvlərinin fəaliyyəti cəmiyyətin birgə
fəaliyyətinə kömək edir. Bu zaman hər bir kəs öz vəzifə və məsuliyyətini dərk edir.
Yəni insan öz vəzifəsini cəmiyyətin mənfəəti ilə yanaşı istəməli və öz işi və
fəaliyyətlərindən cəmiyyətin faydalanmasını nəzərə almalıdır. İnsan zəhmətindən
bəhrələnsin ki, hamıya faydalı olsun, özü də bu cəmiyyətdən fayda əldə edə bilsin. O
həmçinin hamının hüququnu müdafiə etməlidir ki, öz hüquqlarını da müdafiə edə
bilsin.
Vəzifə insanın zəruri olan haqlı davranışıdır. İnsanın davranış normaları cəmiyyətin
və başqa insanların maraqlarına uyğun olmalıdır. Cəmiyyət, əsasən, insanlar
arasında yaranan davranış qaydaları ilə idarə olunur. Davranış qaydalarının bir
qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların
pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə
əxlaq normalarına əsaslanır.
Yol hə rə kə ti qaydalarına uyğun davranışlara aid nümunə lə r göstə rmə klə cə miyyə tdə
bu qaydaların zə ruri olmasını ə saslandırın.
Dövlət tərəfindən müəyyən olunan qaydalar, əsasən, səlahiyyətli orqanlar
tərəfindən icra edilir.
Vətəndaşların konstitusiya ilə müəyyən edilmiş vəzifələri vardır. Hər bir şəxs
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa
şəxslərin hüquq və azadlıqlarına hörmət etməli, qanunla müəyyən edilmiş vəzifələri
yerinə yetirməlidir.
Azə rbaycan Respublikasının Konstitusiyasına ə sasə n hansı və zifə lə rimiz var?
Hüquqsuz vəzifə, vəzifəsiz hüquq yoxdur. Hüquq və vəzifələr bir-birindən
ayrılmazdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların vəzifələri
müəyyən edilmişdir. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs hüquq və
azadlıqlarından irəli gələn vəzifələr daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyasında vətənin müdafiəsi vətəndaşın
vəzifələrindən biri kimi nəzərdən keçirilir. Vətənin müdafiəsi vəzifəsi məcburi hərbi
xidməti və ya onu əvəz edən alternativ xidmətlə əvəz olunmasını nəzərdə tutur.
Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsi vətəndaşın
vəzifələri sırasına Vətənin müdafiəsini aid edir:
1. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada
və tə ndaşlar hə rbi xidmə t keçirlə r.
2. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən
edilmiş hallarda hə qiqi hə rbi xidmə tin alternativ xidmə tlə ə və z olunmasına yol
verilir.
Sağlam yaşamaq üçün ətraf mühitin qorunması bəşəriyyətin ən mühüm
vəzifələrindən biridir.
Təbiəti qorumaq, onu mühafizə etmək, sağlam nəsil böyütmək üçün ətraf mühiti
qorumaq borclarımızdan biridir. Bu baxımdan Azərbaycan Respublikasının
Konstitusiyasının 78-ci maddəsində göstərilir ki, ətraf mühitin qorunması hər bir
şəxsin borcudur.
Digər bir borc isə vergilərlə bağlıdır. Bu, Azərbaycan Respublikasının
Konstitusiyasının 73-cü maddəsində öz əksini tapmışdır.
Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və
vaxtında ödəmək hər kəsin borcudur.
Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən
əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz.
Əxlaq normalarına aid olan davranış qaydaları isə illər boyu cəmiyyət inkişaf etdikcə
yaşayış mühitindən və həmçinin dindən asılı olaraq formalaşmışdır.
İnsan daim öz fikirlərinə nəzarət etməli, cəmiyyətə, ətraf mühit üçün faydalı
olmalıdır. Bu faydalılığın nəticəsində normal cəmiyyət yaranır ki, bu da insanın
ətrafındakılara qarşı olan vəzifələrinin əhəmiyyətini artırır. Həmçinin insan öz
sağlamlığına daim fikir verməli, digər insanlara kömək etməlidir.
İnsanın özü qarşısındakı vəzifələrindən başqa, ailəsi, qohumları və digər insanlar
qarşısında olan mühüm mənəvi vəzifələri də vardır. Bunlardan ən başlıcası ata və
ana, həmçinin ailə qarşısında duran vəzifələrdir. Ata və ana övladı dünyaya gətirən,
onu böyüdüb boya-başa yetirən və tərbiyə verən şəxslərdir. Biz bütün həyatımız və
uğurlarımız üçün valideynlərimizə borcluyuq. Ata və anaya qarşı olan fədakarlıq və
sevgi hisləri bütün insanlara qarşı olmalıdır.
İnsanın ailəsi qarşısındakı vəzifələri ilə yanaşı, onun mənafeyini daim düşünən
dövləti qarşısında da vəzifələri vardır. İnsan ailəsini sevdiyi kimi, millətinə də xidmət
etməli, millətini sevməli və onun mənafeyini qorumalıdır. Millətin, ölkənin tərəqqisi,
inkişafı üçün daim çalışmalıdır.
1. Vəzifələrimizə aid nümunələr göstərməklə təqdimat hazırlayın.
2. İnsan mənəviyyatının formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini
qiymətləndirin.
3. İnsanın mənəviyyatına təsir edən amillərdən biri olan məsuliyyətin əhəmiyyətini
faktlara əsasən əsaslandırın.
4. “Vəzifə və məsuliyyətimiz mənəviyyatımızı formalaşdırır” başlığı altında esse
yazın.
4. MƏNİM MƏNƏVİ BORCUM
Sultan Hüseyn Bayqara Şah İsmayıl Xətaiyə bir məktub yazır və onu əyləncə məclisi
təşkil etməyə çağırır. Şah İsmayıl əyləncələrdən imtina edir və deyir: “Mənim buna
vaxtım yoxdur. Çünki Vətən torpağı dardadır. Gərək rahatlanmadan məmləkətimin
ətrafında at cövlan etdirəm”.
Şah İsmayıl Xətainin bu sözləri sizdə hansı hisslər oyadır?
Vətən müqəddəs və əbədidir. Vətənin müqəddəsliyi hər birimizin qəlbinə, ruhuna
ana laylası, ana zümzüməsi ilə daxil olur.
Ana vətənimiz Azərbaycan Cavanşir, Babək, Koroğlu, Qafur Məmmədov, Çingiz
Mustafayev, Mübariz İbrahimov kimi igidlər yurdudur. Azərbaycanın bu qəhrəman
övladı vətənin azadlığı naminə mübarizə aparmış, canlarını bu yolda qurban
vermişlər.
Öz xalqı, milləti üçün canından, qanından keçən, şərəfli həyat yolu ilə başqalarına
nümunə olan yüzlərlə vətən övladları vardır ki, onlar öz mənəvi borclarını vətən və
dövlət qarşısında ləyaqətlə yerinə yetirmişdir.
Öz xalqı və və tə ni naminə mübarizə aparan qə hrə manların və şə xslə rin timsalında
mə nə vi tə rbiyə anlayışı haqqında fikir yürüdün.
İnsanın şəxsiyyət kimi inkişafına, formalaşmasına, müəyyən baxışlarının
yaranmasına təsir edən əsas amil tərbiyədir. İnsanın dəyişməz inkişafını təmin
edən, həyati dəyərləndirməni formalaşdıran isə mənəvi tərbiyədir. Mənəvi tərbiyə
insanlara, onun düşüncə və əməllərinə müsbət təsir göstərir və müsbət keyfiyyətlər
yaradır.
Sizcə , hə min keyfiyyə tlə r hansılardır? Müə yyə nlə şdirin.
Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi əsas
vəzifələrimizdən biridir. Hər bir insanın mənəvi aləmi vardır. Vətənə, xalqa sevgi və
s. mənəvi hislər insanın mənəvi borcunun formalaşmasına gətirib çıxarır. Mənəvi
borc bir şəxsin deyil, xalqın, hətta dövlətin üzərinə düşən vəzifə olmalıdır. Bu
baxımdan Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir
tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dini və
milli- mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Müstəqilliyimizin əldə
olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi
dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük
zəmin yaradır.
Heydər Əliyev iqtisadiyyat və siyasətlə yanaşı, elmə, mədəniyyətə, maarifə və sənətə
də qayğı göstərir, ziyalılarla daim dostluq edir, onların əməyini vaxtaşırı yüksək
qiymətləndirirdi. Ulu öndər milli-mənəvi dəyər olan ana dilinə daha böyük önəm
verirdi. Onun təşəbbüsü sayəsində “Müasir Azərbaycan dili” dərsliyinin Dövlət
mükafatına layiq görülməsi təkcə elmə yox, həm də ana dilinin inkişafına dövlət
qayğısının təzahürü idi. 1978-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul
edilərkən Əsas Qanuna Azərbaycan dilinin dövlət dili olduğunu bəyan edən xüsusi
maddənin salınması həmin dövr üçün çox böyük cəsarət sayılırdı.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” -
söyləyən Ulu öndər öz mənəvi borcunu yerinə yetirməklə Azərbaycan adını zirvələrə
qaldırmışdır.
Mətndə verilmiş Ulu öndər Heydər Əliyevin fikrini şərh edin.
Konstitusiyamızda demokratik, hüquqi, dünyəvi və unitar respublika qurulduğu
bəyan edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqın milli-mənəvi
dəyərlərinə, o cümlədən dininə böyük hörmət və ehtiramla yanaşmışdır. Ulu öndər
sovet dövründə vəhşicəsinə sökülərək ləğv edilmiş
Bibiheybət məscidini yenidən bərpa etdirərək tikdirmişdir. Heydər Əliyev siyasətini
layiqincə davam etdirən Prezident İlham Əliyev də vətən qarşısında mənəvi borcunu
layiqincə həyata keçirir. Dinə hörmətlə yanaşan Prezident İlham Əliyevin təşəbbüsü
ilə ölkəmizdə dini bayramlar da digər bayramlar səviyyəsində qeyd olunur.
Mənəvi borcun bir hissəsi olan xeyriyyəçilik vətənə və xalqa olan sevginin
nümunəsidir.
Tarixən xalq və vətən qarşısında mənəvi borcunu yerinə yetirənlərdən biri də Hacı
Zeynalabdin Tağıyev olmuşdur. Xeyriyyəçiliklə məşğul olan bu şəxs 1901-ci ildə 300
min manat dəyərində vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbini tikdirir. Bu
bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Onun maarifpərvər xidmətləri
sayəsində ölkəmizdə qəzet və jurnallar çap edilməyə başladı. H.Z.Tağıyevin
köməkliyi ilə 1905-ci ildə yaradılmış Müsəlman Xeyriyyə Cəmiyyəti - ilk xeyriyyə
cəmiyyəti idi.
Daha hansı xeyriyyə çilə ri tanıyırsınız? Onların gördüyü işlə ri nümunə gə tirmə klə
mə nə vi borcu izah edin.
Bu gün hər bir kəsin dövlət, vətən qarşısında öz vətənpərvərlik borcu var. Vətəni
qorumaq, sevmək hər birimizin mənəvi borcudur. Bu gün hər biriniz oxumaqla,
sabah Azərbaycanın müstəqilliyini qorumaqla, müxtəlif sahələrdə çalışmaqla vətənə
borcunuzu verəcəksiniz.
Vətənpərvərliyi hər bir insan öz əməlində, öz sahəsində göstərə bilər. Musiqiçi yalnız
öz ifası ilə, bəstəkar öz bəstələri ilə, müəllim yetişdirdiyi şəxsiyyətlərlə, həkim şəfa
verdiyi insanlarla qane olmamalı, vətənini, dövlətini, millətini sevməli, ona xələl
gətirməməlidir. Dünyanın hansı ölkəsinə getsək, vətənimizi layiqincə təmsil etməyi
bacarmalıyıq.
“Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq,
saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır. ”
İlham ƏLİYEV
1. Xarici ölkədə keçirilən hər hansı bir tədbirdə iştirak etsəniz, doğma diyarımızı
necə tanıdardınız? Fikirlərinizi qrup daxilində müzakirə edərək çıxış hazırlayın və
təqdim edin.
2. ”Mənim mənəvi borcum” mövzusunda esse yazın.
5. DİNİ-ƏXLAQİ DƏYƏRLƏR
Hər xalqın öz adət-ənənəsi, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-
mənəvi, dini dəyərlərimizə və adət-ənənələrimizlə fəxr edirik.
Heydər ƏLİYEV
Sizcə , ə xlaqın formalaşmasında dinin rolu nə də n ibarə tdir? Müzakirə edin.
Xalqın mədəniyyətinin inkişafında və formalaşmasında tarixən yaranmış milli-
mənəvi dəyərlər mühüm rol oynayır. Hər bir xalqın mənəvi aləminin
formalaşmasına milli-mənəvi dəyərləri şərtləndirən dil, din və adət-ənənə kimi
amillər həlledici təsir göstərir.
Əxlaqi dəyərlər insanların bir-birinə sevgisi, məhəbbəti, şəfqəti, mərhəməti,
qarşılıqlı qayğı və yardımetmə hissidir. Əxlaqi dəyərlərin milli və ya coğrafi bölgüsü,
sərhədi yoxdur. Dünyada elə bir xalq, millət yoxdur ki, onlarda valideynə ehtiram,
böyüklərə hörmət, kiçiklərə, xəstə və kimsəsizlərə qayğı,
dövlətə, yaxınlara sevgi hissi tərbiyə edilməsin. Bu cür əxlaqi dəyərlərin təbliği
gələcəyin sağlam əxlaqlı cəmiyyətinə işarədir. Əxlaq insanlararası münasibətlər,
eləcə də insanların mənəvi həyat və fəaliyyətinin birliyindən formalaşmışdır.
Əxlaqi mədəniyyətin əsasını insanların maraqları, tələbat və xarakterdən ibarət
dəyərlər təşkil edir. Cəmiyyətin mədəniyyəti insanlann irsi keyfiyyət və
tərbiyələrindən, eləcə də bütövlükdə cəmiyyətin maddi rifahından asılıdır.
Biz lap kiçik yaşlanmızdan böyüklərdən, ata-anamızdan, müəllimlərimizdən “düz ol”,
“doğru hərəkət et”, “yalan danışma”, “insanlara hörmət et”, “başqalarının haqqını
əlindən alma”, “darda olan insanlara kömək et”, “sinif yoldaşlarına qarşı diqqətli ol”
və s. bu kimi əxlaqlı olmağımıza xidmət edən sözlər eşidirik. Müsbət cəhətlərə malik
olan insanlar əxlaqlı, namuslu, ləyaqətli insanlar hesab olunur.
Cəmiyyət qarşılıqlı hörmətə və ehtirama söykənərək inkişaf edir. Hər kəsin digərinə
hörmətlə yanaşması, ətrafındakılara tolerant münasibət göstərməsi əxlaqi dəyərlər
kimi qiymətləndirilir. İnsan azad olsa da, cəmiyyətdə özünüidarəetmə bacarığına
malik olmalı, əxlaqlı davranmaqla ətrafındakılara hörmət etməlidir.
Gündəlik həyatınızda (evdə, küçədə və məktəbdə) əməl etməli olduğunuz davranış
qaydalarına aid nümunələr göstərin.
İnsanların əxlaqlı davranışı iradəyə əsaslanır. İradəli insanlar daim əxlaq qaydalarına
riayət etməklə başqalanna, əsas da gənclərə nümunə göstərirlər. Bəzən siz hər
hansı pis vərdişlərinizi özünüzdən uzaqlaşdırmaqda çətinlik çəkirsiniz. Lakin əxlaqlı
və tərbiyəli olmaq üçün böyük iradə sərf etməklə mənfi xüsusiyyətlərinizi aradan
qaldıra bilərsiniz. Müsbət əxlaqi keyfiyyətləri: əməksevərlik, təvazökarlıq, nəzakət,
xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf etmək,
başqasının halına yanmaq və s. kimi müsbət xüsusiyyətləri özünüzdə
formalaşdırmağa çalışın. Mənfi əxlaqi keyfiyyətləri: xainlik, yalançılıq, yaltaqlıq,
namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük,
riyakarlıq, şöhrətpərəstlik və s. kimi pis vərdişlərdən uzaq olun.
Əxlaqi hislər şəxsiyyətin mənəvi tələbatları və maraqları ilə bağlıdır. Bu hislər
insanların düzgün addım atmasına və düzgün hərəkət etməsinə kömək edir. Bəzən
hər hansı bir hadisəni qiymətləndirmək məcburiyyətində oluruq. Bu zaman məhz
əxlaqi hislərin köməyi ilə qərarlar veririk. Vicdanımız ədalətsiz qərar çıxarmağımıza
mane olur.
İctimai nə qliyyatda ə xlaq qaydalarına zidd olan hansı hadisə lə rlə qarşılaşmısınız? Bu
və ziyyə tdə siz necə hə rə kə t edə rdiniz?
Əxlaq normaları böyük bir tarixi dövr ərzində formalaşır. İnsanların tələbat və həyati
maraqlarını, eləcə də bir çox nəsillərin dini və dünyəvi təcrübəsini əxlaqi dəyərlər
özündə əks etdirir. Əxlaqi dəyərlərin formalaşmasında bütün digər amillər kimi
dinin də rolu danılmazdır. Din insanları daim əxlaqlı yaşamağa çağırır. Ona görə də
dinə belə tərif verilir: “Din insanların səadətə çatmaq üçün inanaraq həyatlarına
tətbiq etdikləri əxlaqi dəyərlərin cəmidir”.
Əxlaq anlayışının dində yeri çox böyükdür. Dinlərin təməli əxlaqdır. Həm çoxallahlı
dinlərin, həm də səmavi dinlərin əsasını əxlaq təşkil edir.
Zərdüşt dininin müqəddəs kitabı olan “Avesta”da tərbiyə insan üçün zəruri bilinən
ən mühüm həyati tələbat kimi nəzərdə tutulur. Hamının tərbiyəyə möhtac olduğu və
cəmiyyətin hər bir üzvünə ədəb-ərkan, yaxşı adətlər, davranış və rəftar tərzi
öyrədilməsi vacib bilinir. Zərdüşt peyğəmbər deyirdi: “İnsan kamilləşməyə
möhtacdır. O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız, cəfəng ideyalara
deyil, torpağa, vətənə fəda edirlər. Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb
insan kimi də ölənləri sevirəm. O adamları sevirəm ki, canına cəfa verir, özündən
sonra bir iz qoymaq istəyir. Fədakar adamları sevirəm, indi qədir-qiymətləri
bilinməsə də, sabaha tək onlar üzüağ çıxacaqlar. Gözü, könlü tox, mənəmlik
buxovundan azad adamları sevirəm”.
Göründüyü kimi, “Avesta” öz çağırışları ilə insanları mənəvi kamilliyə, əxlaqi saflığa
səsləyir. Zərdüşt peyğəmbər ailə və birgəyaşayış qaydalarına da çox mühüm dəyər
vermişdir. O bu barədə deyirdi: “Ey ərlik qızlar və ey yeznələr! Təmizkar dolanışıq
uğrunda qeyrətlə çalışmaqda bir-birinizdən qabağa düşün! Bu həyat gücü ilə
özünüzü xoş və şad edərsiniz”.
“Avesta ”dan verilmiş nümunə ni tə hlil edin və nə ticə çıxarın.
“Musa hökmləri” kitabında göstərilir ki, Allah qorxusu insanları bəd əməllərdən,
cinayətkarlıqdan çəkindirir, vicdanlı işləməyə istiqamətləndirir. Digər dinlərdə
olduğu kimi, xristianlıqda da “öldürmə!”, “oğurlama!”, “tərbiyəsizlik etmə!” ifadələri
insanın mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır.
İslam dini elmin bir çox sahələrini - fəlsəfəni, siyasəti, hüququ, etikanı, məntiqi,
psixologiyanı, pedaqogikanı və s. birləşdirir. İslam dininin özüllərinin, xüsusən də
Qurani-Kərim və peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) hədislərinin zəngin
tərbiyəedici imkanları vardır. Valideynə hörmət, əxlaq,
vətən, məhəbbət, vicdan, təmkinli olmaq, mülayimlik, yaxşılıq, təvazökarlıq,
qonaqpərvərlik, həya, elm, şərəf və s. barədə Məhəmməd peyğəmbər (s.ə.s.)
qiymətli fikirlər irəli sürmüşdür. Qurani-Kərim bəşər övladma münasibətdə diqqətli
olmağı və onun qayğısına qalmağı, günahı bağışlamağı əsas cəhət, müsbət keyfiyyət
sayır: “Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən
yaxşıdır”.
Məhəmməd peyğəmbər (s.ə.s.) hədislərinin tərbiyəedici imkanları da genişdir.
Həzrəti Məhəmməd (s.ə.s.), hər şeydən əvvəl, beşikdən qəbrədək elm öyrənməyi
tövsiyə edirdi. İnsanın təşəkkül tapıb formalaşmasından danışarkən Məhəmməd
peyğəmbər (s.ə.s.) tərbiyəyə daha çox əhəmiyyət verirdi: “Heç bir ata öz övladına
gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz”. Peyğəmbərin (s.ə.s.) həmin fikri bu
gün də öz dəyərini saxlayır. Həzrəti Məhəmməd (s.ə.s.) oğul və qızlarına layiqli
tərbiyə verməyi, öz övladlarının əxlaqının saflaşdırılmasının qayğısına qalmağı ata-
anaların borcu saymaqla yanaşı, eyni zamanda övladlardan tələb edirdi ki,
valideynlərinə hörmət və ehtiram göstərsinlər, ehtiyac duyduqda kömək əllərini
onlara uzatsınlar (“Ömrün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyninə
ehtiram etsin”, “Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar”).
Məhəmməd peyğəmbər (s.ə.s.) gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd-
nəsihətlərini eşitməyə çağırırdı. Həzrəti Məhəmməd (s.ə.s.) mərhəmət və
yaxşılıqdan söz açarkən məzlumlara əl tutmağın vacibliyini göstərir; qeyd edir ki,
Allahın ən çox sevdiyi ev yetimə hörmət bəslənilən evdir.
Həmçinin belə bir fikir irəli sürülür ki, mərhəmət edənlərə Allah da mərhəmət edir.
Bu o deməkdir ki, insan xeyirxahlıq göstərirsə, nə vaxtsa bu onun qarşısına çıxır,
yaxşılığının əvəzi verilir. Həzrəti Məhəmməd (s.ə.s.) insanlara
tədbirli olmağı, bir iş görmək istəyəndə həmin işin nəticəsini düşünməyi məsləhət
bilirdi (“Bir iş görmək istəsən, sonunu düşün, sonu xeyirdirsə, ondan yapış, şərdirsə,
fikrindən daşın”).
İslam dininin əxlaqi dəyərlərinə münasibətinizi bildirin.
Sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Ailə kiçik
bir dövlətdir. Hər bir dövlətin öz qayda-qanunu olduğu kimi, bir ailənin də öz
mövcudluğunu qoruyub saxlaması üçün əxlaqi dəyərlər əsasdır. Hər bir valideyn
övladma mükəmməl tərbiyə verməklə, onu əxlaqlı insan kimi yetişdirməyə çalışır.
Öz sevgisi, şəfqəti, mərhəməti və məhəbbəti ilə nümunə olmağa çalışır. Ehtiyacı
olan, qaçqın və məcburi köçkün ailələrinə yardım, böyüklərə hörmət və ehtiram,
kiçiklərə qayğının özü də əxlaqi dəyərlərin nümunəsidir.
Oxuduğunuz ə sə rlə rdə n nümunə gə tirmə klə insanlara edilə n müxtə lif yardımların
əxlaqi keyfiyyət olmasını əsaslandırın.
Din insan təfəkkürünün məhsuludur. Dini ideyaların təbliğ olunduğu bütün
kitablarda əsas təməl əxlaqi dəyərlərdir. Əxlaqi dəyərlərin isə daha çox qorunduğu
və saxlandığı məkan ailədir. Bu baxımdan birgəyaşayış qaydalan insanları əxlaqi
cəhətdən saflaşdıran ən önəmli ünsürdür. Din vasitəsilə insanların vəhdət halında
yaşamasını və kollektivçiliyi, birgəyaşayışın insan üçün əhəmiyyətini öyrənirik. Əxlaq
qaydaları insanların uzunmüddətli həyat təcrübəsindən qaynaqlanan davranış
kodeksləridir*. “Nəyi etmək olar, nəyi etmək olmaz?” suallarına verilən cavablar hər
bir xalqın milli əxlaqi ideyalarından doğan və mentaliteti təsdiq edən amillərdir.
Böyüyən gənclik də istər dinlə, istər elmlə birgəyaşayışın faydalanın və əxlaqi
dəyərlərin formalaşmasının mahiyyətini anlamalı və birgəyaşayış qaydalarına əməl
etməlidir.
1. Xristianlıqda əxlaqi normalara münasibət bildirin.
2. İslam dinində əxlaqi normalara münasibət bildirin.
3. Ailəyə və yaxınlara hörmət, ehtiram və qayğıkeşliyin dini-əxlaqi dəyərlərə
əsaslandığını izah edin.
4. Dində qadına, anaya hörmət əxlaqın bir hissəsidir fikrini faktlara əsasən şərh
edin.
* Kodeks — qanunların sistemə salınmış toplusu, məcəllə; digər bir mənası isə
əxlaq, əqidə, görüş, adət normaları məcmusu.
1. SAĞLAM HƏYAT - SAĞLAM AİLƏ
Sxemi necə tamamlamaq olar?
Reproduktiv sağlamlığın qorunması nə üçün sağlam hə yat tə rzinin ə sas şə rti hesab
olunur?
Gənclərimizin təhsili, məşğulluğu, sağlamlığı daim dövlətin diqqət mərkəzindədir.
Sağlamlığın şərtlərindən biri olan reproduktiv sağlamlıq yalnız tibbi anlayış olmayıb,
eyni zamanda özündə sosial, mənəvi və psixoloji komponentləri birləşdirir.
Reproduktiv sağlamlıq - insanın fiziki, mənəvi və sosial rifah halıdır. Gənclərin
reproduktiv sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindəndir. Bu
gün reproduktiv sağlamlıq qlobal məsələlərdən biri hesab olunur. Xüsusi ilə
gənclərin ailə qurarkən rastlaşdığı çətinliklər, maddi və mənəvi ehtiyaclar, onların
sosial müdafiəsi böyük həssaslıq tələb edir.
Sağlam ailənin qurulması üçün vacib olan amillər hansılardır? Fikirlərinizi
yoldaşlarınızla müzakirə edin.
Hər birimiz tərbiyəni ailədə aldığımızdan gigiyenik tərbiyənin ilk təməli də məhz
burada qoyulur. Bəzən gənc anaların buraxdıqları səhvlər müəyyən xoşagəlməz
hallara səbəb olur. Uşaqların fiziki sağlamlığının bir qolu olan reproduktiv
sağlamlığa laqeyd münasibət bir çox ağır xəstəliklərə və hətta sonsuzluğa səbəb
olur.
Reproduktiv sağlamlığın qorunub saxlanması aşağıda göstərilən şərtlər daxilində
mümkündür.
Siz ömrünüzün ən gözəl çağını, yeniyetməlik dövrünü yaşayırsınız. Bu dövr bir
tərəfdən arxayınçılıq, digər tərəfdən də inamsızlıq dövrüdür. Bu dövrün necə
keçməsi sizin bu yeniliklərə hazırlığınızdan asılıdır.
Reproduktiv sağlamlığın təməli uşaq yaşlarında qoyulur, yeniyetməlik dövründə
güclü inkişaf edir və həyat boyu qorunub saxlanılır.
Yeniyetməlik dövründə qızların və oğlanların orqanizmində aşağıdakı ümümi
dəyişikliklər baş verir:
Boyda və çəkidə artım, əzələ sistemində inkişaf;
Cinsi yetişkənlik;
Səsin dəyişməsi (qızlarda nisbətən az);
Dərinin piy vəzilərinin aktivliyi, bəzən sızanaqların əmələ gəlməsi;
Qoltuqaltı tər vəzilərinin inkişafı.
Cəmiyyətin sağlamlıq göstəricilərindən biri olan reproduktiv sağlamlığın
qorunmamasını təhlükə hesab etmək olar. Çünki reproduktiv sağlamlığın
qorunması baxımından vacib olan şərtlərə əməl olunmazsa, sağlam nəsillərin
yaranması mümkün deyil.
Dostları ilə paylaş: |