Ailə planlaşdırılması - nikah üçün
sərbəst seçimi təmin edir, ailədə
uşaqların sayını müəyyənləşdirir.
Ailədə uşaqların miqdarı valideynlərin
dini tərbiyəsi, həyat tərzi, təhsili,
mümkün olan imkanlarından asılıdır.
Zorakılığın olmaması - İnsanlar
cinsindən asılı olmayaraq, bərabər
hüquqlara malikdir. Ancaq çox vaxt
qadınlarin hüquqlarının pozulma
hallarının şahidi oluruq. Ailədə qadına
qarşı zorakılıq tam dözülməzdir. Qadın
ana, bacı, qız və ya həyat yoldaşıdır.
Ailəsini xoşbəxt, övladlarının nəcib
insanlar kimi böyüməsini istəyən hər
bir kəs qadınlara dayaq olmalıdır.
Cinslər arasında normal münasibət
- əks cinslərə hörmətlə yanaşmaq,
onlara dəyər verməyi, davranışda
məsuliyyət hiss etməyi nəzərdə tutur.
Yəni hər bir şəxs reproduktiv
sağlamlığı təmin edən kompleks rifah
hüququna malikdir.
Cinsi yolla yoluxan xəstəliklərin
(CYYX) olmaması - reproduktiv
sağlamlıq üçün vacib şərtlərdən
biridir. CYYX-yə QİÇS, Herpes və s. bu
kimi xəstəlikləri göstərmək olar.
Xəstəliklər içərisində ən
təhlükəlilərdən biri QİÇS-dir. O,
insanın immun sistemini tədricən
dağıdır və xəstənin ölümünə səbəb
olur.
Şəxsi gigiyena - dəri, saç və dırnaqlara, hərəkət və qamətə, geyimə,
qidalanmaya verilən gigiyenik tələblərin, reproduktiv orqanlara qulluq etməyin
kompleks vəhdətidir. Reproduktiv orqanlar, onların funksiyaları, onlara qulluq
qaydaları haqqında məlumatsızlıq qarşısıalınmaz xəstəliklərə səbəb ola bilər.
Çoxalma sistemi ifrazat sistemi ilə əlaqəli olduğuna görə onun gigiyenası
vacibdir. Bu üzvlər təmiz saxlanılmadıqda onlarda başlayan infeksiyalar yayılaraq
həm cinsiyyət orqanların, həm də ifrazat orqanlarını - böyrəkləri, sidik axarlarını,
sidik kisəsini və sidik kanalını zədələyir, müxtəlif xəstəliklər törədir.
1. Şəxsi gigiyena qaydalarına əməl etməməyin nəticələrinə dair təqdimat
hazırlayın.
2. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakı cədvəli
doldurun.
Qadınların hüquqları
Hüquqların qorunmasının əhəmiyyəti
3. Reproduktiv sağlamlığın qorunmasının qlobal problem hesab olunmasının
səbəbini araşdırın və həmin səbəbi 1-2 cümlə ilə ifadə edin.
2. TƏHLÜKƏSİZ HƏYAT
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “112 ” qaynar telefon xəttinə tez-
tez yanğın, liftdə köməksiz vəziyyətdə qalma, qazdan boğulma, kimyəvi yanıqlarla bağlı
məlumatlar daxil olur.
Bu kimi fövqəladə hadisələrin baş verməməsi üçün hansı təhlükəsizlik qaydalarına
əməl olunmalıdır?
Məişətdə ən çox rast gəlinən hadisələrdən biri məhz qaz cihazlarından törənən
yanğınlar, partlayışlar və zəhərlənmələrdir. Əsasən, buna qaz sızması səbəb olur.
Buna görə də mənzildə və digər yerlərdə qaz qoxusu hiss etdikdə kibrit, alışqan
yandırmaq, elektrik cihazlarını cərəyana qoşmaq olmaz. Bu, partlayış və yanğına
səbəb ola bilər.
Qazın sızması qaz cihazındaki kranın açıq qalması, qaz kəmərinin və ya qaz cihazının
zədələnməsi nəticəsində yarana bilər. Əgər sızma qaz cihazındaki kranın açıq
qalması nəticəsində baş verərsə, onu bağlamaq, mənzilin havasını təmizləmək üçün
qapı və pəncərələri açmaq lazımdır. Əgər qazın sızması qaz kəmərinin və ya qaz
cihazının zədələnməsi səbəbindən baş verərsə, onda qazdan istifadə etmək olmaz
və təcili Qaz idarəsinin qəza xidmətinə xəbər vermək lazımdır.
Qaz kəmərlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq
oddan istifadə etmək qəti qadağandır.
qaz cihazı olan otaqda
nə fə sliyi açıq saxlayın;
işlə k qaz cihazını
nə zarə tsiz qoymayın.
Suyun daşması alovun
sönmə sinə və qaz
sızmasına sə bə b olduğu
üçün çaydanda və
qazanda suyu
qaynadarkə n daşıb
tökülmə yə cə yi sə viyyə yə
qə də r doldurun;
qaz plitə si üzə rində
də smal və geyim
qurutmayın;
evi isitmə k mə qsə dilə
mə tbə xdə ki qaz
plitə sində n istifadə
etmə yin;
qaz cihazını işlə k
və ziyyə tdə qoyub
yatmayın;
mə nzilə girə rkə n yalnız
qaz sızmasının
olmadığına tam ə min
olduqdan sonra işığı
yandıra və elektrik
cihazlarından istifadə
edə bilə rsiniz.
Rauf 5-ci sinifdə oxuyur. O, həyətdə
oynamaq istəyir. Hava soyuq
olduğundan ana onu həyətə qoymur.
Rauf bu dəfə top oynamaq fikrinə
düşür. Topun saplarının çıxdığını
görüb qayçı ilə onları kəsmək istədi. O,
qayçını götürən zaman yıxıldı və qayçı
onun gözünü zədələdi.
Axı Rauf aşağı siniflərdə oxuyarkən
kəsici və deşici alətlərlə necə
davranmaq lazım olduğunu, hansı
təhlükəsizlik qaydalarına əməl etməli
olduğunu öyrənmişdi. Bəs necə oldu ki,
bə dbə xt hadisə baş verdi? Hə min
qaydaları siz də yada salıb suala cavab
verin.
Lalə elektrik lampalarını yanılı halda yaş
əsgi ilə təmizləmək istəyirdi. Anası ona
bə zi tövsiyə lə r verdi. Sizcə , ana hansı
tövsiyə lə ri verdi?
Bu ilkin yardım tə dbiri hansı qə zalar
zamanı göstə rilə bilə r? Bu hallar hansı
qaydalara ə mə l olunmaması
nə ticə sində baş verir?
1.
Asifə elektrik mişarı ilə ağac doğramaq tapşırılmışdı. O hansı təhlükəsizlik
qaydalarına əməl etməli idi?
2. Məktəb emalatxanasında rahat işləmək üçün lazım olan təhlükəsizlik
qaydalarının siyahısını tərtib edin.
3. Məişətdə işlədilən cihazların əksəriyyəti insan əməyini yüngülləşdirsə də,
onlarla düzgün davranmadıqda qəzalar baş verə bilər. Qəzaların baş
verməməsi üçün hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?
Gülə r evdə tə k idi. Də rsdə n gə lib
yuyunmalı, yemə yi isitmə li, çay
də mlə yib içmə li idi. Bu zaman bir anlıq
düşündü: mə n müə llimimin və
valideynlə rimin öyrə tdiyi hansı qaydalar
çə rçivə sində hə rə kə t etmə liyə m?
Bəs hansı təhlükə zamanı
valideynlərə və elektrik
mühəndisinə xəbər verilməlidir?
elektrik cihazına toxunarkə n arabir
sancma hiss olunarsa;
rozetkanın rə ngi də yişə rsə ;
elektrik cihazından və ya naqildə n
yanıq iyi gə lə rsə ;
rozetkadan cızıltı sə si gə lə rsə ;
qığılcım baş verə rsə .
3. TƏBİƏTİN CANLI TƏHLÜKƏLƏRİ
Hər hansı bir zədələnmə zamanı həkiməqədər ilk yardımın böyük əhəmiyyəti
olduğunu artıq bilirsiniz. Bunun üçün ilan sancması, burxulma və çıxıqlar, sınıqlar,
qanaxma, yanıqlar, ürəkgetmə, boğulma zamanı ilkin yardım tədbirlərini yadınıza
salın.
Bəs bu hadisələrin məsuliyyətsizlik nəticəsində yarandığını və yaxud təhlükəsizlik
qaydalarını bilməməkdən baş verdiyini bilirsinizmi? Heç özünüzə: “Belə etsəydim, bu
baş verməzdi” demisinizmi?
Dünyada, o cümlədən də bizdə zəhərli ilanların sancmasından hər il çoxlu adam
ziyan çəkir. Havaların həddən artıq isti keçdiyi yay aylarında bu təhlükə daha da artır.
Süleyman Sani Axundovun əsəri əsasında çəkilmiş “Qaraca qız” filmini yadınıza salın.
Ağca xanım Qaraca qızın çəpərin yanında oxuduğu mahnını dinləyərkən çəpərin
dibindəki zəhərli ilan atılıb onun çılpaq qolunu sancır. Qaraca qız Ağca xanımın
qolundan zəhəri sorub yerə tökməyə başlayır. Qaraca qızın dodağında çat yeri olduğu
üçün zəhər tüpürcəklə onun qanına yeriyir və onu xilas etmək olmur.
Hal-hazırda insanların istirahət etdiyi ictimai yerlərdə: dağların ətəklərində,
meşələrdə, çay kənarlarında daha çox salmır. Çünki təbiət qoynunda istirahət daha
maraqlı olur və orqanizm üçün daha faydalıdır. Xüsusən, yay aylarında belə istirahət
mərkəzlərinə daha çox insan axın edir. Ancaq yadda saxlayaq ki, belə yerlərdə də biz
bəzi təhlükələrlə rastlaşa bilərik. Belə təhlükələrin bir qismi də o yerlərdə olan
canlıların bəzilərinin verə biləcəyi təhlükədir. Gəzintilərə çıxarkən ilanlarla,
əqrəblərlə, zəhərli hörümçəklərlə, müxtəlif gənələrlə, yırtıcı məməlilərlə və s.
rastlaşmaq olar. Belə hallarda çox vaxt xoşagəlməz hadisələr baş verir.
İlan sancması zamanı hansı ilkin yardım tədbirlərinin görülməli olduğunu yadınıza
salın. Bəs ilanlara haralarda təsadüf olunur? Onlarla rastlaşan zaman nəyi bilmək
lazımdır?
Əhali sürünən heyvanların, xüsusilə ilanların həyat tərzləri, davranışları barədə
məlumatsız olduğundan tez-tez ilan sancmalarına məruz qalır. Zəhərli ilan sancması
hallarının 30 faizi ölümlə nəticələnir. Çünki ilan zəhərinin tərkibində əsəb sisteminə
təsir göstərib iflicə səbəb olan, qandakı qırmızı qan
hüceyrələrini, qan damarının divarlarını parçalayaraq qansızmaya səbəb olan, qanın
laxtalanma qabiliyyətini azaldan və ya artıran fermentlər vardır.
İlanlar, əsasən, ölçülərinə və növlərinə görə bir-birlərindən fərqlənirlər. Uzunluğu 12
metrə, çəkisi 120 kq-a çatan nəhəng anakondalardan tutmuş, 12 santimetr uzunluğu
olan soxulcanabənzər kor ilanlara kimi çox müxtəlif ölçülü ilanlar var.
İlanlar hücum etmir, yalnız bədənləri açılacaq qədər düşmənə tərəf tullanır və
sancmağa çalışaraq özünü müdafiə edir. Bu isə ilanı tutmaq, öldürmək istədikdə
baş verir. Əks halda, ilan insanla qarşılaşdıqda dərhal qaçmağa, gizlənməyə çalışır.
Onlar qıvrılmış bədənlərinin açılacağı qədər məsafəyə tullanır və ya sıçrayırlar. Ona
görə də ilanlara, xüsusilə də zəhərli ilanlara 1,5 metr məsafədən artıq yaxınlaşmaq
təhlükəlidir. İlanlar təsadüfən ona çox yaxınlaşdıqda, ayaq altında qaldıqda, əllə
toxunduqda özlərini müdafiə etmək məqsədilə sancırlar.
Ona görə də ilan olması ehtimal olunan ərazidə gəzərkən və ya işləyərkən ehtiyatlı,
diqqətli olmaq lazımdır. Belə halda hər hansı bir əşya ilə və ya ayaqla yeri, daşı,
kolluğu döyəcləmək, sonra sakitcə dayanıb diqqətlə qulaq asmaq lazımdır. Əgər ilan
varsa, bu səsdən qorxub fısıldayaraq özünü büruzə verəcəkdir.
Bütün ilanlar zəhərli deyil. Bir çox zəhərsiz ilanlar da, məsələn, qızıl ilan, şahmar,
təlxə, kələzlər düşmənlə rastlaşdıqda eyni ilə zəhərli ilanlar kimi davranırlar. Xalq
arasında qızıl ilan kimi tanınan zəhərsiz sarıqarın təlxə özünü daha aqressiv aparır.
Yaxınlaşdıqda adamın üstünə tullanmağa, hücum etməyə çalışır.
İlan sancması zamanı insana tibbi yardım tədbirləri
ilk saniyələrdən başlayır. Hər şeydən əvvəl, ilanın zəhərli və ya zəhərsiz olduğunu
müəyyən etmək lazımdır. Əgər zədələnən yerdə - ilan dişi batan hissədə iki iri qırmızı
nöqtə görünürsə, bu, zəhər dişlərinin yeridir və sancmış ilanın zəhərli olduğunu
göstərir. Əgər 2 cərgə çoxsaylı kiçik qırmızı nöqtələr görünürsə, bu xırda yem
dişlərinin yeridir və deməli, zəhərsiz ilan sancmışdır.
Zəhərli hörümçəklər: Hörümçəklər içərisində zəhərli növlər çox azdır.
Respublikamızda 2 zəhərli hörümçək növünə təsadüf edilir. Bunlar qaraqurd və
tarantuldur. Qaraqurdun zəhəri heyvanlar və insanlar üçün qorxuludur. Orta
Asiyada yayılan hörümçək növlərinin zəhəri atı, inəyi, hətta dəvələri belə öldürür.
Bizim respublikada yayılan növlərin zəhəri o qədər də güclü deyil. Hörümçəklərin
sancması zamanı baş və əzələ ağrıları, ürəkbulanma və zəiflik, tənəffüsün
çətinləşməsi, qızartı, şişkinlik, iltihab kimi əlamətlər müşahidə olunur.
Əqrəblər də insanlar üçün təhlükə törədə bilir. Onlar quyruqda yerləşən neştərlə
sancdıqda zəhər yaraya axır. Əqrəblər gündüzlər gizlənir, gecələr isə ov edir. Onlara
daş altında, divar daşları arasında, torpaqda rast gəlinir. Respublikamızda 3 növ
əqrəb yaşayır. Sarı və boz əqrəbin zəhəri zəif, qara əqrəbin zəhəri isə çox güclü
təsirə malikdir. Onun dişlədiyi insan 10-15 gün çox ağır xəstə olur.
1. İstirahət mərkəzlərinin birində istirahət edən zaman Aysel qaldığı evə doğru
gürzənin süründüyünü gördü. Bu zaman Aysel hansı təhlükəsiz davranış
qaydalanna əməl etməlidir?
2. Nurgün Naxçıvan şəhərində qara əqrəblərin yayıldığını bilir. O, Naxçıvanda
bibisigilin həyətində uşaqlarla top oynayanda top həyətdə yığılmış daşların
yanına düşdü. Nurgün topu götürmək istədikdə burada əqrəbin olduğunu
gördü. O hansı təhlükəsizlik qaydalarına əməl etməlidir?
3. Otlaq gənələri ensefalit xəstəliyinin keçiricisidir. Onlar haqqında məlumat
toplayın və onlardan qorunmaq yollarını müəyyən edin.
4. YOL HƏRƏKƏTİNİN NİZAMLANMASI
İllər öncə yolayrıcılarında hərəkəti nizamlayıcı şəxslər tənzimləyirdilər. Hal-hazırda
onların yerini işıqforların tutmasına baxmayaraq, yenə də nizamlayıcılar
yolayncılarının yanında növbə çəkir, hərəkətə nəzarət edir, ehtiyac olarsa, hərəkətə
müdaxilə edir.
Sizcə, nizamlayıcı şəxslərin müdaxiləsinə nə zaman ehtiyac duyulur?
Hansı situasiyalarda hansı qaydalara əməl olunmalıdır?
Statistika göstərir ki, yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyadaların,
xüsusilə də məktəblilərin yol hərəkəti qaydalarını ya bilməmələri, ya da bilərəkdən
əməl etməmələri üzündən baş verir.
Bu şə killə rdə ki insanlar hansı qaydaları pozurlar?
İntizamsız hərəkət iştirakçısı olmaqla biz həm özümüzü, həm də avtomobil
sürücülərinin həyatını təhlükə altına salmış oluruq. Bu azmış kimi yol-nəqliyyat
hadisələri dağıntıya, əmlakın sıradan çıxmasına da səbəb olur.
Gəlin görək hansı hallarda biz təhlükə ilə qarşılaşırıq?
- Dərsdən çıxıb evə gedərkən küçənin əks tərəfində yoldaşınızı görsəniz, özünüzü
unudub, nəqliyyat vasitələrinin qarşısına çıxaraq yolun o biri tərəfinə qaçmağa
çalışmayın. Bu çox təhlükəlidir. Çünki sürücü sizi görüb əyləci nə qədər tez basmağa
çalışsa da, avtomobili dərhal saxlaya bilməyəcək. Bu fizikanın qanunlarına görə
qeyri-mümkündür. Çünki sürücü əyləci basdıqdan sonra avtomobil ətalətlə
müəyyən məsafəni qət edir ki, bu, əyləc yoludur. Yol quru olduğu halda sürtünmə
qüvvəsi artır və əyləc yolu azalır, əksinə, yol yaşdırsa, sürtünmə qüvvəsi azalır və
əyləc yolu artır. Beləliklə, sürücünün təhlükəni gördüyü andan avtomobilin tam
dayandığı ana qədər getdiyi yol
əyləc yoludur. Bunu bilərək özünüzü və başqalarını təhlükə altına atmayın.
- Keçidlə keçərkən keçidi başa çatdıra bilməmisinizsə, nəqliyyat vasitələrinin əks-
istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləyin. Yalnız hərəkətin
təhlükəsizliyinə əmin olduqdan sonra və işıqforun (nizamlayıcının) siqnalını nəzərə
almaqla yolu keçməyə davam edə bilərsiniz.
- Yoldaşlarınızla yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət
hissəsinin sağ tərəfi ilə bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə
icazə verilir. Dəstənin qabağında və arxasında - sol tərəfdə müşayiətçilər
olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və
məhdudiyyətli görünmə şəraitində isə yandırılmış fənərlər: qabaqda ağ, arxada
qırmızı işıq fənəri tutmalıdırlar.
Yəqin ki, çoxunuz velosiped sürməyi sevirsiniz. Dənizkənarı Milli Parkda gəzintiyə
çıxmaq, bu nəqliyyat növü ilə istirahət mərkəzlərində dostlarınızla yarışmaq və s.
çox xoşdur. Lakin çox hallarda velosipedlə küçəyə çıxarkən avtomobil axını ilə
üzləşirsiniz. Beləliklə də, həm özünüzü, həm də başqalarını təhlükə qarşısında
qoyursunuz. Bunun üçün də aşağıdakıları bilmək və onlara əməl etmək vacib
şərtdir.
Yollarda velosiped sürməyə 14 yaşından sonra icazə verilir. 14 yaşına qədər isə
velosipedi yalnız qapalı həyətlərdə və parklarda sürə bilərsiniz.
Bu nişanın qoyulduğu yerdə velosiped sürməyə icazə verilmir.
Küçələrdə və yolayrıcılarında velosipedçiyə sola dönməyə və əks-istiqamətdə
hərəkət etmək üçün geriyə dönməyə icazə verilmir. Yolayrıcılarında velosipedi
ancaq düz istiqamətdə sürməyə icazə verilir. Çünki səkinin yaxınlığında hərəkət
edən velosiped dönərkən düz istiqamətdə hərəkət edən avtomobillərin
hərəkətinə mane olur.
Də stə halında velosiped sürə rkə n hansı qaydalara ə mə l olunduğunu müə yyə nlə şdirin.
Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində
velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol
verməlidirlər. Yolu keçmək üçün dəstənin rəhbəri yolun digər istiqamətindən
avtomobilin gəlmədiyinə əmin olmalı, qırmızı bayraqcığı yuxarı qaldıraraq
dəstənin üzvlərini yolayrıcından buraxdıqdan sonra onlara çataraq öz yerini
tutmalıdır.
Velosipedçilərin dəstə halında hərəkətinə günün yalnız işıqlı vaxtı icazə verilir.
Velosipedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol
nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir
cərgə ilə hərəkət etməlidirlər. Bəzən piyadalar üçün maneə yaratmamaq şərtilə
velosipedçilərin yolun sol çiyni ilə hərəkətinə icazə verilir. Velosipedçilər dəstəsi
yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan
qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq
üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.
Maneəsiz və təhlükəsiz hərəkət yalnız bütün hərəkət iştirakçıları müvafiq qaydaları
yaxşı bildikdə və bu qaydalara riayət etdikdə təmin olunur. Hərəkət qaydalarını
pozan piyadalar və velosipedçilər inzibati və ictimai qaydada məsuliyyətə cəlb oluna
bilər. İnzibati cəza pozuntunun xarakterindən asılı olaraq, şifahi xəbərdarlıq, qayda
pozuntusu haqqında məktəbə və valideynlərə məlumat verilir.
1. Şose ilə gedən velosipedçi nə etməlidir?
Yaxınlıqda heç bir nəqliyyat vasitəsi yoxdursa, əlini sükandan buraxıb sürə
bilər.
Heç bir halda sükanı buraxa bilməz.
Hər iki ayağı pedalda olarsa, sükanı buraxa bilər.
1. Piyada keçidinin yanında sürücü avtomobili saxlayaraq əli ilə yolu keçmək olar
işarəsini verərsə, necə etmək lazımdır?
Yolu keçmək olar.
Yolu keçmək olmaz.
Gözləmək lazımdır.
Digər nəqliyyat vasitələrinin dayanan bu avtomobili ötüb-keçməyəcəyindən
əmin olduqdan sonra yolu keçmək olar.
2. Yağış yağdıqdan sonra piyada yolu keçməyə hazırlaşır. Sürücü əyləc pedalını
basan kimi avtomobili dayandırmaq mümkündürmü? Bunun səbəbini izah edin.
3. Velosipedçi yol-nəqliyyat hadisəsi ilə qarşılaşmaması üçün hansı qaydalara
əməl etməlidir?
4. Velosipedçi hərəkət zamanı yolun sol çiyni ilə nə zaman gedə bilər?
Bütün hallarda;
Velosipedçi üçün rahatdırsa;
Yalnız kənd yerlərində;
Əgər piyadaların maneəsiz hərəkəti üçün təhlükə yaratmırsa.
5. BİR-BİRİMİZƏ DƏSTƏK OLAQ
Planetimizdə hər an müxtəlif fövqəladə hadisələr baş verir. Kütləvi informasiya
vasitələri ilə bu fövqəladə hadisələr nəticəsində yaralananların, qurbanların sayı,
eyni zamanda maddi ziyan barəsində hər birimiz məlumatlanırıq.
Bə s insanlar fövqə ladə hallar zamanı bir-birinə necə də stə k olmalıdır?
Bütün insanların yardım ehtiyacları necə ödə nilir?
İnsan cəmiyyətinin inkişaf tarixi təbii fəlakətlər, qəzalar, bədbəxt hadisələrlə qırılmaz
bağlıdır. Hər il təqribən 200 milyondan artıq insan quraqlıq, daşqın, siklon, zəlzələ,
meşə yanğınları, torpaq sürüşmələri və digər təbiət hadisələrindən zərər çəkir.
Əhalinin sayının artması, ətraf mühitin çirklənməsi və dağılması, qlobal istiləşmə
təbii fəlakətlərin sayını və təsirini daha da artırır, texnogen qəzalara yol açır. Buna
görə də dünya dövlətləri belə qəzalar zamanı bir-birlərinə dəstək olmaq üçün
müxtəlif addımlar atır.
2005-ci ildə Yaponiyada 168 ölkənin hökumət nümayəndələrinin iştirakı ilə
Fəlakətlərin azaldılması üzrə ümumdünya konfransında “Dünyada təbii fəlakətlərin
azaldılmasına yönəlmiş Fəaliyyət proqramı” qəbul edildi. Burada
məqsəd 2015-ci ilədək təbii fəlakətlər nəticəsində insan tələfatı, ölkə və icmaların
ictimai, iqtisadi və ekoloji zərərləri əhəmiyyətli dərəcədə azaltmaq idi. Hər bir
insanın təbii fəlakətə məruzqalma riski vardır. Hyoqo Fəaliyyət Proqramı
əməkdaşlığın inkişafını zəruri hesab edir, fəlakətlər zamanı ictimai, iqtisadi və ekoloji
cəhətdən dəyən zərərlərin aradan qaldırılması üçün vətəndaşları və bütövlükdə
icmaları cəlb etməyə çalışır. Belə olan halda insan tələfatı azalır, ictimai, iqtisadi və
ekoloji zərər minimuma enir.
İnsanları bu sahədə maarifləndirmək üçün məktəblərin də xüsusi yeri vardır.
Məktəb rəhbərləri, müəllimlər öz şagirdlərini maarifləndirməlidirlər.
Fəlakət zamanı siz nə edə bilərsiniz? Bu haqda fikirlərinizi yoldaşınızla müzakirə
edin.
Hər hansı bir fövqəladə hadisə zamanı itkinin az olması üçün müəssisələrin
evakuasiya planı tərtib olunur.
Verilmiş binanın evakuasiya (təxliyyə) planına əsasən öz məktəbiniz üçün bələ bir
plan hazırlayın.
Məktəblərdə təhlükəsizliyin artırılması və fəlakətlərə qarşı tədbirlərin görülməsi
üçün eyni zamanda məktəb planı hazırlanmalıdır. Bu plana əsasən məktəb
kollektivinin hər bir üzvünün şagirdlər də daxil olmaqla müəyyən bacarıqlara
yiyələnməsi vacibdir. İstənilən halda hər bir məktəb müəssisəsində risklərin idarə
olunması* üzrə məktəb komitəsi yaradılmalı və onun tərkibinə aşağıdakı şəxslər
daxil olmalıdır.
Hə r hansı bir fövqə ladə hadisə zamanı mə ktə b ictimaiyyə tinə kömə k etmə k üçün
aşağıdakı qrupların üzvlə rini müə yyə nlə şdirin. Onlara lazım ola bilə cə k lə vazimatı və
görə cə yi işlə ri planlaşdırın.
1. ‘Fə rdi mühafizə vasitə lə rinin paylanması və onlardan istifadə qaydalarına nə zarə t”
qrupu;
2. Tə xliyyə qrupu;
3. İlk tibbi yardım qrupu;
4. Kə şfiyyat qrupu.
* Risklərin idarə olunması - fəaliyyətə xas olan risklərin müəyyən edilməsi,
qiymətləndirilməsi, onlar barədə hesabatların hazırlanması, məqbul risk limitlərinin
müəyyən edilməsi vasitəsilə onlara nəzarət edilməsi və risklərin azaldılmasıdır.
1. Məktəbinizdə hər hansı fövqəladə hadisə zamanı görülən işləri araşdırın və
siyahısını tərtib edin.
2. “Fəlakət məktəbə gəlməyəcək” başlığı altında qaydalar hazırlayaraq sinfinizdə
asın.
3. “Yanğın zamanı ətrafdakılara necə yardım etməli” mövzusunda təbliğat
xarakterli divar qəzeti hazırlayın.
4. Təbii fəlakətlər zamanı risklərin azaldılmasına dair təkliflər hazırlayın.
5. Mətni oxuyun və bu tip hadisələr zamanı necə hərəkət edəcəyinizi
yoldaşlarınızla müzakirə edin.
Məktəb direktoru öz şagirdlərini xilas edir
Çində 12 may 2008-ci ildə baş vermiş zə lzə lə zamanı zə lzə lə də n ə n çox zə rə r
çə kə nlə rdə n biri olan Sanqzao mə ktə binin direktoru 2600 şagird və ə mə kdaşlarını
xilas etdiyi üçün mə şhurlaşdı. Bu onun nə ticə si idi ki, mə ktə bdə bu mə sə lə ilə bağlı
onun tə şə bbüsü ilə çoxlu tə lim və praktik mə şğə lə lə r keçirilmişdi. Hə r bir sinif rübdə
bir də fə fə lakə t zamanı evakuasiya qaydalarına uyğun tə lim keçmişdi. Bunun
nə ticə sində fə lakə t baş verə rsə , binadan hansı yolla çıxacağı müə yyə nlə şmişdi. Hə tta
hansı mə rtə bə də olanlar yavaş-yavaş, hansı mə rtə bə də olanlar pillə kə nlə ri sürə tlə
enmə li olduqlarını öyrə nmişdilə r ki, qarışıqlıq olmasın.
Şərq-Qərb Nəşriyyat Evi
www.eastwest.az
www.fb.com/eastwest.az
info@eastwest.az
Çapa imzalanmışdır: 30.06.2015. Format 70x100 1/16. Ofset çapı.
Fiziki çap vərəqi 5. Sifariş 14265. Tiraj 112500
"Şərq-Qərb" ASC-nin mətbəəsində çap olunmuşdur.
AZI 123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+99412) 374 83 43
(+99412)37473 84
sharq.qarb@gmail.com
Buraxılışa məsul:
Sevil İsmayılova
Dizayner:
Kərim Məhdəvi
Rəssam:
Mərziyə Tağiyeva
Texniki redaktor və korrektor:
Fəridə Səmədova
Baş redaktor:
Samirə Bektaşi
Texniki direktor:
Allahverdi Kərimov
Nəşriyyat Evinin direktoru:
Rasim Müzəffərli
Dostları ilə paylaş: |