Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


Avropada maarifçilik dövrü mədəniyyəti



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə42/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

2.4.5. Avropada maarifçilik dövrü mədəniyyəti 
 

 
291
Tarixin müxtəlif dövrlərində iqtisadi inkişaf kimi mədəniyyət və incəsənətin də  səviyyəsi rəngarəng və 
ziddiyyətli olub. Mədəniyyətin inkişaf səviyyəsi hər bir ictimai-iqtisadi formasiyanın tələbinə uyğun olsa da, 
eyni formasiyanın müxtəlif inkişaf mərhələlərində mədəniyyət və incəsənətin səviyyəsi müxtəlif olurdu. Hər bir 
ölkənin, eyni mənşəli xalqların iqtisadi və mədəni inkişafının xüsusilə seçilən, fərqlənən dövrləri olmuşdur. Bu 
baxımdan, XVII əsrin sonu - XVIII əsr Avropa mədəniyyətinin inkişafına nəzər salmaq maraqlıdır.  
Kapitalizmin inkişafı, burjua münasibətlərinin formalaşması  cəmiyyətin sosial - siyasi mahiyyətini 
anlamağa çalışan və təhlil edən Avropa materialistlərinin, həmçinin humanist pedaqoqların fəaliyyətinə də təsir 
etdi. Dövrün içtimai-siyasi hadisələrindəki dəyişikliklər özünü mədəniyyətin inkişaf axarında da göstərdi. XVIII 
əsrdə müasir Avropa millətlərinin formalaşması prosesi başa çatır. Bu proses milli Avropa dövlətlərinin 
formalaşması, tarixi inkişafın mühüm şərtləri kimi təhlil olunan böyük milli bədii məktəblərin yaranması, xüsusi 
bədii ənənələrin inkişafı ilə xarakterizə edilir.Bu da həmin dövrə dünya bədii mədəniyyətinin müstəqil inkişaf 
mərhələsi kimi baxmağa əsas verir. XVIII əsrin əvvəllərində Avropa sivilizasiyası güclü elmi – texniki inkişaf 
sürəti  əldə etdi. Fransada, İngiltərədə baş verən burjua inqilabları yeni mentalitetin formalaşmasının  əsasını 
qoyaraq yeni dünya quruculuğu prinsiplərini müəyyənləşdirdi,  şəxsiyyət aləminə maraq gücləndi. Məhz 
insanların Allah qarşısında, həmçinin dövlət qanunları qarşısında bərabərliyi fikri yaranmağa başladı. Dünyanı 
şüurlu surətdə  dəyişdirmək və yenidən qurmağın mümkünlüyünə istinad edən optimist dünyagörüş inkişaf 
etməyə başladı. Həmin dövrdə dini mübarizələr də genişləndi. Həm müxtəlif dinlər arasında, həm də dinlə elm 
arasında ziddiyyətli mübarizə davam edirdi. Mədəniyyətin digər sahələrində  də mürəkkəb dəyişikliklər baş 
verirdi. Həmin dövr milli mədəniyyətin formalaşması dövrü kimi tanındı. Həmin dövrdən başlayaraq 
mədəniyyət sahələrinin differensiasiyası, mədəniyyətin tərkib hissələrinə ayrılması, mədəniyyət sahələrinin 
özünü təsdiqləməsi, müstəqilliyi, özünüdərinləşdirməsi mərhələsi başlandı. Bu, həm də müstəqil bədii 
üslubların, formalaşmasına istiqamət verdi. Beləliklə, Avropa ölkələrində insanların mədəni həyatında dönüş 
yaradan yeni prinsiplər meydana gəldi. Bu dövrün mənəvi mədəniyyətinin əsas fundamental yeniliklərindən biri 
yeni fəaliyyət tipinin – dünyanın obyektiv mənzərəsini verən və elmi fəaliyyətə  əsaslanan təfəkkür tərzinin 
formalaşmasıdır. Elmi fəaliyyət səmərəli, sistemli, eksperimental təsdiqə  əsaslanma istiqamətində quruldu. 
Dünyanın elmi şəkildə dərk edilməsində insanın rolu və yeri müəyyən edildi. Ram edilməsi mümkün və zəruri 
olan dünya elmlərlə silahlanmış  ağıl  əsasında dərk edilməyə başladı. Dünyanın bu cür dərk edilməsi cəhdi 
rasionalizm adlandı. Bu, «dünyada insanın dərk edə biləcəyi qayda – qanunlar mövcuddur!» ideyasına 
əsaslanırdı. Bu ideyaya görə cəmiyyət, insanların münasibəti, əxlaq qaydaları, dövlət ağıllı və səmərəli əsaslar 
üzərində qurula bilər. Rasionalizmə əsasən ağıl insanlara doğularkən digər təbii imkanlar kimi verilir.  
XVII əsrdən fərqli olaraq XVIII əsr tarixə «Maarifləndirmə» əsri kimi daxil olmuşdur. Bu dövrə verilən 
addan həmin dövrün içtimai – siyasi, mənəvi xarakteri haqqında qənaətə gəlmək olar. Bu əsrin mədəni – mənəvi 
həyatı qarşısında insanların dinə  və siyasi birinciliyə  əsaslanan dünyagörüşünü dəyişdirmək, onu insan 
təfəkkürü və düşüncəsindən süzülən biliklərlə  əvəz etmək məqsədi qoyulmuşdur. Mədəni və sosial inkişafın 
əsas yolu maarifin yayılmasında görülürdü. 
Maarifçilərin fikrincə, xurafat, mövhumat, biliksizlik, ədəbsizlik, mədəniyyətsizlik insan bədbəxtliyinin 
əsas səbəbi; maarif, təhsil, elm, fəlsəfə və elmi yaradıcılıq, fikir azadlığı isə mədəni və sosial inkişaf vasitəsidir. 
Maarifçilər inanırdılar ki, xalqın maarifləndirilməsi,  əqlin inkişafı  cəmiyyətin həyatının bütün sahələrinin 
inkişafına nüfuzedici təsir göstərir.  
İçtimai bərabərsizlik və  şəxsi azadlıq ideyası  cəmiyyətin üçdə bir hissəsini  əhatə etmişdir, humanist 
maarifçilər də məhz həmin hissənin tərkibinə daxil idi. İnqilabi əhval - ruhiyyəli dünyagörüşə malik humanist 
maarifçilər öz təbliğatlarında insanları savadlandırmaq, onlarda fikir azadlığı formalaşdırmaq, müstəqil düşüncə 
tərzi, cəsarət tərbiyə etmək məqsədi güdürdülər. 
Bu məqsədlərdən çıxış edərək onlar hərtərəfli dünya və içtimai quruculuq ideyası yaratmağa çalışırdılar. 
Ona görə  də onların «həqiqi ruha» istinad edən «həqiqi sistemə» irad tutmaları təbii idi. Çox vaxt bu sistem, 
demək olar ki, həyatın bütün sahələrini  əhatə  və idarə edən qanunlar vasitəsilə ifadə olunurdu. Maarifçilər 
arasında isə müasir insan haqları, insan və  vətəndaş  cəmiyyəti, demokratik hüquqi dövlət, hakimiyyətin 
bölünməsi, fərdiyyətçilik etikası konsepsiyaları üzrə mübahisələr yaranırdı.  
XVIII  əsr, həmçinin dünyəvi mədəniyyətin hakimiyyətini hazırladı  və yaratdı. Dini ideologiya dövrü 
filosoflar, sosioloqlar, iqtisadçılar,  ədəbiyyatçılar zəmanəsi ilə  əvəz edildi. Yeni mədəniyyət tipi şəxsiyyət 
suverenliyinin və özünümövcudluğun dərk edilməsinə əsaslanırdı. Maarifçiliyin siyasi, iqtisadi, içtimai tələbləri 
və  şərtləri bədii yaradıcılığın status və xarakterini dəyişdirdi. Artıq  əsərlərini öz şəxsi zövqünə görə yaradan 
azad yaradıcı şəxslər yaranmağa başladı. Bu dövrdə İngiltərədə - c. Lokk, A. E. Şeftsberi; Almaniyada - H.E. 
Lessinq,  İ. H. Gerder, İ.V. Höte; Fransada - Volter, D. Didro, Y.Y. Russo; Çexiyada - Y.A. Komenski kimi 
mütəfəkkirlər yetişdi.  
XVIII əsr Avropa maarifçilik mədəniyyəti aşağıdakı spesifik xüsusiyyətləri ilə xarakterizə edilir: 
1. Bu dövr deizmlə  səciyyələnir. (Allahı dünyanın yaradıcısı hesab edir, dünya yarandıqdan sonra isə 
təbiət və cəmiyyətdə iştirakını rədd edir). Deizm baniləri xristian dünyası və rəvayətlərinə istehza ilə yanaşır, 

 
292
möcüzələrə etiraz edir, inamı əqlə qarşı qoyurdular. Bununla da, dini xurafatdan azad etmək və onu təbii dərk 
etməyə gətirmək kimi mədəni - maarifçilik meyyləri yarandı. 
2. Hər cür millətçiliyi pisləyən və bütün millətlərin bərabər imkanlara malik olduğunu iddia edən 
kosmopolitizm yayıldı. Bununla da vətənpərvərlik hisslərinə qarşı ruh düşkünlüyü yaranmağa başladı, 
vətənpərvərlik ictimai həyatda öz əhəmiyyətini itirməyə başladı.  
3. Maarifçilik mədəniyyəti öz elmliliyi ilə  fərqlənirdi. XVIII əsrin  əvvəllərində çoxsaylı görkəmli 
alimlərin əməyi sayəsində klassik elmi idrakın, elmi dünyagörüşün əsası qoyuldu. Alimlər arasında təbiəti dərk 
etmənin obyektiv qanunauyğunluqlarına inam yarandı. Təbiət hadisələrinin təbii baş vermə  səbəblərini izah 
etmək zərurəti dərk edildi.  
4. Maarifçilik mədəniyyəti dövrünün əsas  əlamətlərindən biri də rasionalizimdir. Məhz bu dövrdə 
rasionalizm dəqiq elmlərdən mədəniyyətin digər sahələrinə keçdi. Maarifçilər dərindən inanırdılar ki, insanlar 
məhz əqlin inkişafı, düşüncə vasitəsilə bəşəriyyət və təbiət haqqında əsl elmi həqiqətləri mənimsəyəcəklər. Ağıl 
idrak,  əxlaq və incəsənətin mənbəyi və  hərəkətverici qüvvəsidir: insan ağılla hərəkət edə bilər və etməlidir; 
cəmiyyət elmi şəkildə, ağılla, səmərəli qurula bilər və qurulmalıdır. 
5. Maarifçilik mədəniyyəti dövrünün mühüm xusisiyyətlərindən biri də «dərrakə» məfhumu ilə bilavasitə 
bağlı olan tərəqqi ideyasıdır. Məhz çoxsaylı müsbət və  mənfi nəticələrə malik olan Avropa sivilizasiyasını 
müəyyən edən maarifçilik dövründə «dərrakə vasitəsilə tərəqqiyə inam» anlayışı yaranmışdır. 
6.  İnsanın formalaşmasında tərbiyənin rolunun mütləqləşdirilməsi də maarifçilik dövrünün mühüm 
xüsusiyyətlərindən biridir. Bu dövrün yaradıcılarına elə  gəlirdi ki, uşaqların tərbiyəsinə  məqsədəuyğun, ağıllı 
şərait yaradılsa və bu səmərəli tərbiyə prosesi bir neçə nəsil davam etsə cəmiyyətdəki bütün problemləri aradan 
qaldırmaq olar. Onlar bütün keçmiş adət və  ənənələrdən ayrılmış, keçmişin pis adətlərindən uzaq olan yeni 
insan tərbiyə etməyi irəli sürmüşlər. 
Mədəniyyətin qeyd edilən bütün əlamətlərini özündə birləşdirən nəzəriyyəyə alman alimi Samuel 
Pufendorfun (1632-1694) yaradıcılığında rast gəlmək olar. Özünün mədəniyyətə aid tədqiqatlarında Pufendorf 
belə qənaətə gəlmişdir ki, mədəniyyət insanın fəaliyyəti nəticəsində təbiətin dəyişməsi və özünün daxili mənəvi 
aləminin təkmilləşdirilməsidir. Bu əsasda o, mədəniyyətə təkcə təkmilləşmə prosesi kimi deyl, həm də insanın 
və  cəmiyyətin inkişaf mərhələləri, vəziyyəti kimi də yanaşmışdır. Bu nöqteyi- nəzərdən mədəniyyət bir çox 
maarifçilərin, elm və  mədəniyyət xadimlərinin tədqiqat predmetinə çevrilmişdir ki, bu nəzəriyyəçilər də öz 
nəzəri konsepsiyalarında mədəniyyətin mahiyyətini açmağa, bəşəriyyətin mədəni inkişaf perspektivlərini 
müəyyən etməyə çalışmışlar. 
XVIII əsrin sonunda artıq «mədəniyyət» anlayışı bütün Avropa dillərində və elmi ədəbiyyatda vətəndaşlıq 
hüququ qazandı. Mədəniyyət anlayışı altında idraka istinad edən ictimai inkişafın müəyyən mərhələsi, təbii 
barbar vəziyyətindən mədəniyyətə keçidi yüksək inkişaf mərhələsi başa düşülür. Mədəniyyətin bu əsas 
mahiyyəti bu gün də öz aktuallığını saxlamaqdadır. 
Yan Amos Komenski (1592- 1670) XVII əsrin görkəmli maarifçi filosofu, humanist pedaqoqu olmuşdur. O 
özünün «Dünyanın dolaşıq yolları», «Dillərin açıq qapısı», «Böyük didaktika», «Fizika», «Didaktika», «Təbii 
üsulun qanunları», «Ümumi hikmətlərin müjdəçisi», «İşığın yolu», «Təbii istedadların mədəniyyəti haqqında», 
«Dirilmiş forsi» və s. əsərləri ilə dünya şöhrəti qazanmışdır. 
Komenskinin dünyagörüşünə din böyük təsir etmişdir. Onun dünyagörüşündə ziddiyyətlər mövcud olsa 
da fəaliyyət prinsipində realizmi üstün tutmuşdur. O, əfsanələri deyil, real varlığı, həyat üçün faydalı olan həqiqi 
bilikləri öyrənməyə üstünlük vermişdir. Komenski dünyagörüşünün  əsasını sensualizm təşkil edir. Onun 
fikirincə ölüun fikirincə ölüə  təbiətin canlı kitabları açılmalıdır. O, ətraf aləmin obyektiv varlığına inanırdı. 
Humanizm və demokratizm Komenski dünyagörüşünün mühüm ünsürü idi. Komenski nikbin baxışlı bir filosof- 
pedaqoq olub, insana, onun qüdrətinə, gözəl meyl və arzularına inanırdı. Onun fikirincə hamı  həqiqi insan 
olmaq üçün doğulmuşdur, bunun üçün də o mütləq təhsil almalıdır. 
Komenskiyə görə insan yalnız tərbiyə sayəsində insan olur. O istedadsız və  tənbəl uşaqların çox az 
olduğunu, bu istedadsızlığı  tərbiyə vasitəsilə aradan qaldırmağın mümkün olduğunu söyləyirdi. Tərbiyənin 
böyük gücünə  və imkanlarına inam Kominskinin maarifçilik mədəniyyətinə  və pedaqokika tarixinə  gətirdiyi 
yeni fikir idi. Kominskini bəzən təbiətşünas alim də adlandırırdılar. Çünki onun maarifçilik nəzəriyyəsi təbiətə-
müvafiqlik prinsipi üzərində qurulmuşdur. O, orta əsrin bir çox ənənələrini rədd etmiş, tərbiyənin yeni təbii 
qanunlarını axtarmışdır. Onun fikrincə insan təbiətin bir hissəsidir, ona görə də onun ümumi qanunlarına tabe 
olmalıdır, bu qanunları  tərbiyədə nümunə tutmalıdır. Komenski tarixdə ilk dəfə olaraq fərdi təlimin  əleyhinə 
çıxmış, dərs- sinif sistemini, birgə  təlimin zəruriyiliyini sübut etməyə çalışmışdır. Komenskinin dünyagö-
rüşündə  tərbiyə  məsələləri də xüsusi yer tutur. Onun fikirincə  tərbiyə insanları  əhatə edən hadisələri, xarici 
aləmi dərk etdirməli, insanın nə etməli olduğunu öyrətməlidir. O, qeyd edirdi ki, əxlaq tərbiyəsi, əsasən təlim 
prosesində verilməlidir. Təhsil, elm insanı  nəticə etibarılə müdrük etməli, onu mənəvi  əxlaqi cəhətdən 
yüksəltməli, mərd və alicənab etməlidir. Komenski müəllimlik sənətini yüksək qiymətləndirmiş, müəllimlik 
işini dünyada ən şərəfli və ləyaqətli bir peşə hesab etmişdir.  

 
293
Con Lokk (1632-1704) o zamankı  İngiltərə burjua cəmiyyətində  ləyaqətli yer tutmuşdur. O, İngiltərədə 
yeni burjua dövlət quruluşunu əsaslandırmağa çalışmışdır. «İnsan əqli haqqında təcrübə» əsərində sübut etmək 
istəmişdir ki, insan şüuru və təsəvvürlərində fitri ideyalar yoxdur, uşaq ruhu «ağ lövhəyə» bənzəyir. Bununla da 
o, insanların formalaşmasında tərbiyənin rolunu həddindən artıq şişirdirdi. Onun bu nəzəriyyəsi materializmin 
idealizm, xurafatla mübarizəsində əhəmiyyətli rol oynamışdır. Lokk bir çox məsələlərdə materialist sensualist 
kimi çıxış etmişdir. Əxlaq və mədəniyyətin digər sahələrində də o, fitri ideyaları inkar edirdi. Xeyirxahlıq həzz 
verir, iztirabı azaldır, insanı pislikdən mühafizə edir. Şər, pislik - bunun əksidir. Lokk «Tərbiyə  həqqında 
fikirlər» əsərində qeyd edir ki, tərbiyənin məqsəd və vəzifəsi öz işini ağılla və planla aparmağı bacaran centlmen 
yetişdirirməkdədəir. centlmen – mənşəyi etibarı ilə zadəgan, rəftarında nəzakətli, eyni zamanda burjua işbazının 
keyfiyyətinə malik olmalıdır. O, həmçinin fiziki tərbiyəyə üstünlük verərək qey edirdi ki, «sağlam bədəndə 
sağlam ruh olar». Əxlaq tərbiyəsi hər kəsin marağı və faydası üzərində qurulmalıdır. Adamlar müdrük olmalı, 
istəklərinə nail olmanın real imkanlarını müəyyənləşdirməyi bacarmalıdırlar.  İnsanların davranışı düşüncəli 
olmalı, ehtiraslarını cilovlamağı bacarmalı, əqli göstərişləri ilə hərəkət etməlidirlər. O, özünün fəlsəfi əsərləri ilə 
Fransa maarifçilərinə böyük təsir göstərmişdir. 
Jan Jak Russo (1712-1778) XVIII əsr fransız maarifçilərindən biridir. O, dövlətin mənşəyi həqqında 
c.Lokkun görüşlərinə  əsaslanıb sübut etməyə çalışmışdır ki, insan təbii halında həmişə azadlıq, bərabərlik, 
qardaşlıq üçün təbii hüquqlara malik olmuşdur. O, insanın formalaşması və dövlət quruculuğunda əqlin gücünə 
yüksək qiymət verirdi. O, möhkəm inanırdı ki, yeni, ağıllı insanlar tərbiyə edilsə onlar özləri dünyanı yenidən 
qura biləcəklər. «İnsanlar arasında bərabərsizliyin mənşəyi» adlı əsərində Russo sübut etmişdir ki, bərabərsizlik 
mədəniyyətlə yanaşı inkişaf edib. «İctimai müqavilə» əsərində deyilir ki, xalqın mənafeyini müdafiə etməyən 
hakimiyyət qanuni deyil. O, xüsusi mülkiyyəti bütün fəlakətlərin mənbəyi hesab edirdi. «Emil və yaxud tərbiyə 
haqqında» roman- traktatında yeni insan tərbiyə etməyin yollarını göstərmişdir. Bütün varlığı ilə demokrat olan 
Russo qeyd edirdi ki, dövlət başçıları xalqın iradəsi əleyhinə getdikdə, onların vəzifəsindən kənar etməyə xalqın 
haqqı vardır. O, bərabərsizliyin, ictimai zülmün səbəbini dövrün mədəniyyətində görürdü. Russo qeyd edirdi ki, 
insan pozulmuş  cəmiyyətdən və  mədəniyyətdən kənarda, təbiət qoynunda öz zəhməti ilə  tərbiyələnməli, öz 
zəhmətinin məhsulu ilə yaşamalı, azadlığı qiymətləndirməyi və müdafiə etməyi bacarmalıdır. Öz azadlığını 
qiymətləndirməyi bacaran adam özgələrinin də zəhmət üzərində qurulmuş azadlığına hörmət edəcəkdir. Russo 
azad tərbiyə tərafdarı idi.  
Klod Adrian Helvetsi «Ağıl haqqında» fəlsəfi əsərində dinə qarşı çıxaraq qeyd edirdi ki, keşişlərin vəzifəsi 
xalqı  cəhalətdə  və savadsızlıqda saxlamaqdır. «İnsan, onun əqli qabiliyyətləri və  tərbiyəsi» adlı  əsərində fitri 
ideyaları  rədd edərək tərbiyənin rolunu qiymətləndirir. Onun fikirincə  tərbiyə  hər  şeyi həll edir, tərbiyə 
vasitəsilə dahilər yetişdirmək mümkündür. Onun fikirincə insan həm fiziki, həm də mənəvi varlıqdır. Helvetsi 
qeyd edir ki, insan biliyi onun duyğularının məhsuludur. O, əbədi və mütləq  əxlaq normalarını inkar edir, 
əxlaqın nisbi xarakter daşıdığını, onun insanın ictimai mənafeyi ilə müəyyən edildiyini göstərirdi.  Əxlaqi 
davranışların əsas meyarı isə təcrübədən doğan şəxsi mənafedir. Bununla o, heç də ictimai mənafeyi rədd etmir, 
əksinə qeyd edir ki, ictimai mənafe şəxsi mənafeyi tamamlayır və onunla uzlaşır. Onun fİkirincə, insan tərbiyə 
prosesində  cəmiyyətin mənafeyini başa düşməli, ictimai xadim kimi yetişməlidir. O, ictimai tərbiyəni ailə 
tərbiyəsindən üstün tutur və məktəb tərbiyəsinə də böyük əhəmiyyət verirdi. Onun fikirincə, yeni məktəblər yeni 
insanlar tərbiyə edəcək, bu yeni insanlar isə vətənpərvər olmaqla şəxsi mənafeyini millətin xoşbəxtliyinə tabe 
edəcəkdir. 
Deni Didro (1713-1784) fransız materialist filosoflarının  ən görkəmli nümayəndələrindən biridir. O, 
«Fəlsəfi düşüncələr», «Korların məktubu və gözlülərə nəsihət» adlı əsərlərində feodal quruluşunu tənqid edirdi. 
Didro materiyanın məhv olması  və yaşaması ideyasını müdafiə edirdi. O, duyğuları yüksək 
qiymətləndirərək göstərirdi ki, ağıl hakim, duyğular isə onun şahidləridir. Ağıl həmin şahidlər vasitəsilə alınan 
məlumatları mühakimə edir. Ağıl həssasdır, o müşahidəni mühakimə etməlidir. O, ağılla hissləri eyniləşdirmir, 
onları dialektik vəhdətdə götürürdü. Didro da başqa filosoflar kimi tərbiyəyə yüksək qiymət verir, lakin onun 
rolunu həddindən artıq şişirtmirdi. Onun fikirincə cəmiyyət xalqa lazımi tərbiyə və təhsil vermədiyi üçün xalqın 
içərisindəki istedadlar məhv olur. Didro göstərirdi ki, tərbiyə və təhsil insanları əxlaqlı, ləyaqətli, mədəni, həssas 
şəxsiyyətlər kimi formalaşdırır. Tərbiyə  nəticəsində kölələr belə özlərini gözəl hiss edir, köləlik üçün 
doğulmadıqlarını dərk edirlər. O, məktəblərdə riyaziyyat, fizika, kimya, təbiət, astronomiya kimi real fənlərin 
tədris edilməsini tələb edirdi.  
İNCƏSƏNƏT. XVIII əsr Qərbi Avropa mədəniyyəti və incəsənətinin bütün sahələrində geniş irəliləyiş 
baş verdi. Yeni şəhərlər salınmağa, abidələr tikilməyə və s. abadlıq işləri aparılmağa başlandı. Məsələn, XVIII 
əsrin birinci yarısında Fransada şəhərsalma mədəniyyətində, vaxtilə Versal ansamblında nəzərdə tutulmuş 
dəbdəbəli planlaşdırma inkişaf etdirildi və  həyata keçirildi. 1753-cü ildə memar c.A. Qabrielin rəhbərliyi ilə 
Parisdə indiki «Razılıq meydanı»nın tikintisi başa çatdırılmışdır. 1758-90-cı illərdə Parisdə memar J. J. Suflo 
Sent-Jenevyev (indiki Panteon) kilsəsini, memar J. A. Qabriel Versalda kiçik Trianon sarayını, Borododa V. 
Luinin rəhbərliyi ilə Böyük teatr, Parisdə J.A. Qabriel Hərbi məktəb və s. kimi saraylar, binalar inşa etmişlər. 

 
294
XVIII əsrin ictimai- siyasi görüşləri təsviri sənətdə də öz əksini tapmışdı. A. Vato, F. Buşe, N. Lankre və 
b. yaradıcılığı buna misal ola bilər. Bu dövrün demokratik görüşləri xüsusən J. B. Şarden, M. K. Latur, J. B. 
Perronno, Q. de Sent- Oben və b. yaradıcılığında daha parlaq şəkildə  təzahür etmişdir.  İncəsənətdə  də 
sentimental-  əxlaqi ideyalar, istiqamətlər yaranmağa başladı, J. M. Vyen, J. L. David kimi rəssamlar öz 
əsərlərində qismən klassisizm ideyalarını  tərənnüm ediridilər. Bu istiqamət özünü müəyyən dərəcədə J. A. 
Qudon, J. B. Biqal, E. M. Falkone kimi heykəltaraşların əsərlərində də göstərirdi. Fransa inqilabı dövründə isə 
siyasi karikaturalar, luboklar, müxtəlif şənliklər və tədbirlərin bədii tərtibatı geniş yayılmışdı. Utopik filosof və 
cərəyanların təsiri ilə yeni memarlıq prinsipləri yaratmaq cəhdləri meydana gəldi. E. L. Bulle, K. N. Ledu, J. J. 
Lekon yeni fantastik layihələr yaratdılar. 
XVIII əsrdə həmçinin avropa incəsənəti özündə iki istiqaməti birləşdirmişdir: klassisizm və romantizm. 
Ədəbiyyat, musiqi, təsviri sənət və incəsənətin digər sahələrində klassisizm özünü məqsədyönlülük, yığcamlılıq 
məzmunla formanın uyğunluğu, simmetriklik kimi büruzə verirdi. Burada da antik Yunan və Roma incəsənəti 
prinsiplərinə istinad edilirdi. Romantizm isə  sənətkarın yaradıcılığına emosionallıq nöqteyı–nəzərindən 
yanaşmağı əsas götürürdü. Bu dövrdə incəsənətdəki klassisizm yeni formada yaranmağa başladı, klassisizmdə 
romantizm birləşdi, çuğlaşdı. 
XVIII əsr incəsənəti həmçinin yeni sentimentalizm cərəyanının başlanğıcı dövrü oldu. Bu cərəyanın xüsu-
si stilistik forması yox idi və onun işlənib müəyyən edilməsinə səy göstərilmirdi. Sentimentalizm (Fransız sözü 
olub – hissiyat deməkdir) özündə yeni doğulmuş insanın təmizliyi və yaxşılığını tərənnüm edir.  
Rəngkarlıq və heykəltəraşlıq. 
XVIII  əsrin I yarısında avropa, xüsusən də fransa incəsənətində aparıcı yeri rokoko üslubu tutmağa 
başladı. İncəsənətdə rokoko narahatlıq hissiyatı üzərində qurulmuş asimmetriyalar, dəyişmələrə əsaslanmışdır. 
Bu narahat dəyişmələr isə mürəkkəb qəribəlikləri, istehzaları, ibarələri əhatə edirdi. Təsadüfi deyil ki, «rokoko» 
termini fransız rokayl - balıqqulağından götürülmüş brilyant və bəzək şeyləri sözündən götürülmüşdür.  
Fransız rokoko sənətkarlığının görkəmli nümayəndələrindən biri Fransua Buşedir (1703 - 1770). Buşe o 
dövrdə akademiyanın direktoru «Kralın birinci rəssamı» idi. O, teatrlara dekorasiya qurur, kitablara illüstrasiya 
verir, varlı adamların evlərini bəzəyir, yelpiklərə  şəkillər çəkir, kostyumlara eskiz verir və s. Onun əsərlərinə 
nümunə olaraq «Veneranın qələbəsi» (triumfu), «Veneranın tualeti», «Venera Amurla», «Diananın çimməyi» və 
s. göstərmək olar. 
Fransız rəngkarlığının görkəmli nümayəndələrindən biri də Antuan Vattodur (1684–1721). O, öz 
dövründəki real həyatı  təsvir etmişdir. Yaradıcılığındakı gözəllik, zəriflik rokoko sənətkarlığının  əsas 
istiqamətini təşkil edirdi.  
Jan Batista Simon Şardenın (1699 - 1779) estetik ideyaların inkişafına istinad edən yaradıcılığında yeni 
məzmunlu rəngkarlıq sistemi yaradıldı. Şarden natürmortların təsvirindən başlayıb mətbəx əşyalarının təsvirinə, 
oradan da «Yeməkdən əvvəl dua», «Paltaryuyan» janrlarının təsvirinə, sonra isə portret təsvirinə keçmişdir.  
XVIII  əsr Fransız heykəltəraşlığı da təsviri sənətin keçdiyi mərhələləri keçmişdir. XVIII əsr Fransız 
heykəltəraşlığından Jan Batista Piqal (1714 - 1785) Jan Antuan Qudon (1741 - 1828) və başqalarını göstərmək 
olar. Jan Piqalın yaradıcılığında azadlıq, yüngüllük, cazibəlilik elementləri öz əksini tapmışdır.  
İngilis incəsənəti XVIII əsr rəssamı Uilyam Xoqartın (1697-1764) yaradıcılığı ilə başlanır. O , Avropada 
ilk maarifçi - rəssam hesab edilir.  
İngilis portret janrının görkəmli nümayəndələrindən biri də Tomas Geynsborodur (1727-1788). Onun 
yaradıcılıq üslubu Vattonun təsiri altında formalaşmışdır. Onun portret obrazları incə qəlbliliyi, şairanəliyi, ruh 
yüksəkliyi ilə səciyyələnir. Kəndli uşaqlarının yüksək insanı hissləri təsvir edilmişdir. 
İtalyan incəsənətinin inkşafı öz əksini XVIII əsrdə Venesiyanın simasında tapmışdır. Venesiyanın 
yaradılmasında covanni Battist Tyepolo xüsusi səy və  həvəslə çalışmışdır. Venesiyanın tikilməsi və 
bəzədilməsində  həmçinin Antonio Kanaletto (1697–1798), Fraçesko Qvardi (1712-1793) də xüsusi fəaliyyət 
göstərmişlər. 
 Teatr. XVIII əsri tez-tez «teatrın qızıl  əsri » adlandırırlar. Teatr bir çox məqsəd və  vəzifələrin yerinə 
yetirilməsi meydanına çevrilmişdir. P.O.Bomarşe hesab edirdi ki, dahilər öz zərbəsinin kimin üstünə yönəltsə, 
onu ölümcül yaralayırdı. Müəyyən  şəraitdə incidilmiş insanlardan yazmaq, eyni zamanda onları o vəziyyətə 
salmış zamanadək yazmaq demək idi.  
XVIII  əsrdə görkəmli ingilis dramaturglarından Riçard Brinsli Şeridonu göstərmək olar. Onun 
«Rəqiblər», «Skarobya səyahəti» kimi satirik komediyalarını göstərmək olar. Bu əsərlərdə yuxarı  təbəqələrin 
əxlaqsızlığı, burjuaziyanın ikiüzlülüyü tənqid edilirdi. 
XVIII əsrdə digər böyük imperiyalar kimi, Venesiya da iqtisadi cəhətdən iflas etsə də öz mədəniyyətini 
inkişaf etdirə bildi. O qədər də böyük olmayan bu şəhərdə yeddi teatr fəaliyyət göstərirdi. Halbuki, Paris və 
Londonun ikisində bir yerdə o qədər teatr yox idi. Venesiyada keçirilən karnavallara Avropanın hər yerindən 
tamaşaçılar axışıb gəlirdilər. Burada Karlo Qoldon (1707 -1799) 267 dram əsərləri yazmışdır. Onun «Aşxana 
sahibəsi» adlı komediyası Qoldona dünya şöhrəti gətirmişdir. 

 
295
Karlo Qoççini (1720 - 1806) hekayələrində folklor nümunələri və komik maskarad elementlərindən geniş 
istifadə etmişdir.  
Görkəmli Fransız dramaturqu Bomarşenin «Fiqaronun evlənməsi» komediyası yeni komediya janrının 
yüksək pilləsi oldu. Fiqaro ümumxalq qarşıdurmasının təcəssümünə çevrildi. Ona görə də bu komediyanı inqi-
labdan qorxan XIV Lüdovikin və öz imperiyasını inqilab xarabalıqları üzərində quran Napoleon Bonapartın 
görən gözü yox idi. 
Almaniyada teatr XVIII əsrin 50 – ci illərindən inkişaf etməyə başladı. İngilis və fransız təcrübəsindən 
istifadə edilməsi yüksək nəticələrə gətirib çıxardı. Bu dövr alman maarifçiləri içərisində görkəmli yeri Lessinq, 
Höte, Şiller tuturdu. 
 Musiqi sahəsində opera və balet sənəti yeni inkişaf səviyyəsinə qədəm qoydu. Simfonya janrı meydana 
gəldi. Onun yaradıcısı Fransada F. Qossek hesab olunur. XVIII əsrdə c. F. Ramonun operaları geniş  şöhrət 
tapmışdı. Bu dövrdə opera əsas musiqi janrı kimi qəbul edilirdi. E. Duni, F. Filidor, P. Monsinyi, A. Qretri yeni 
komik opera janrı yaratdılar. Ensiklopedistlər bu yeni musiqi janrının yaranmasında xüsüsi rol oynamışlar. 
Fransada burjua inqilabı musiqi həyatına da yeniliklər daxil etdi. E. Megül, F. Qossek, L.Kerubini yeni inqilabi 
marşlar, mahnılar yaratdılar və bunlar yeni musiqi janrı kimi musiqi aləminə daxil edildi. K. J. Ruje de Lil 1792 
– ci ildə «Marselyoza»nı yazdı. Sonralar bu, Fransanın dövlət himninə çevrildi. İnqilabi təbliğat xarakterli yeni 
tamaşalar meydana gəldi. Yeni musiqi təhsili sistemi yarandı. Kilsə xoru əvəzinə milli musiqi məktəbləri və 
institutları yarandı. 1795-ci ildə konservatoriya təşkil edildi. XVIII əsrin sonlarında balet musiqisində yeni 
romantik istiqamətlər yaranmağa başladı. XVIII əsrin sonu- XIX əsrin əvvəllərində artıq Fransa – Paris dünya 
musiqi mədəniyyətinin mərkəzinə çevrildi.  
XVIII əsrdə Fransız alimləri Azərbaycan mədəniyyyətinə də xüsusi maraq göstərmişlər. A. dü Perron, K. 
Planyol Azərbaycan folkloruna, «Avesta»ya, «Kitabi Dədə Qorqud», «Koroğlu» dastanlarına dair tədqiqatlar 
aparmışlar. Azərbaycan folkloru, ədəbiyyat nümunələri fransız dilinə tərcümə olunmağa başlamışdı. A. Brelye, 
İ. Klerembol, K. Barbye de Meynar, A. Silyer, L. Büvə, A. Masse və başqaları Azərbaycan  ədəbiyyatı  və 
folklorundan fransız dilinə tərcümələr etmişlər. D. Erblo, F. Şaruma, F. Erdman, A. Russo, S de Sasi, A. Masse, 
İ. Məlikova, L.Məlikova Səyyar və s. fransız alimləri Azərbaycan  ədəbiyyatına aid əsərlər yazmışlar. Fransız 
ədəbiyyatı və incəsənətinin Azərbaycan ədəbiyyatı və incənətinin inkişafına da təsiri olmuşdur. 
 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin