Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


V FƏSİL  XIX-XX ƏSRLƏR MƏDƏNİYYƏTİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

V FƏSİL 
XIX-XX ƏSRLƏR MƏDƏNİYYƏTİ 
 
2.5.1. XIX əsr Qərbi Avropa mədəniyyəti 
 
 
Maarifçilik dövrünün sonlarında Qərbi Avropa cəmiyyəti öz tarixi inkişafının yeni mərhələsinə daxil oldu. 
Bu inkişaf mərhələsinin hazırlığında sənaye inqilabının təsirini xüsusi qeyd etmək lazımdır. Kapitalizm təkcə 
maddi istehsalda deyil, ictimai həyatın bir çox sahələrində – siyasət, təcrübə, məişət ictimai şüurda radikal 
dəyişikliklərlə müşayiət olundu. 
Bu yenidənqurma və  dəyişikliklərin nəticəsində  Qərbi Avropa xalqlarının ictimai həyatında, onların 
maddi və mənəvi mədəniyyətində bir-birinə zidd tendensiyalar təzahür olunmaqla yanaşı, bir-birini tamamlayan 
hallar da özünü göstərirdi.  
Mədəni həyatdakı hadisə və nəticələr XIX yüzilliyin Yeni tarixi mərhələnin mədəni irsində özünəməxsus 
səciyyə kəsb etdiyini göstərdi. Maarifçilərin fəlsəfəsi öz müasirliyini itirməyə başladı.  
Siyasi, sosial və  mədəni həyatda baş verən hadisələr Katolik kilsəsinin fəallığını artırırdı. cəmiyyətlə 
vəhdətində o, insan, zaman, ictimai və mədəni dəyərlər haqqında yeni təsəvvürlərlə çıxış etməyə başlayır.  
XIX əsrdə Avropa mədəniyyətinin ən böyük nəşrlərindən biri insanın sosiallığı haqqında konsepsiya oldu 
ki, bu da başlıca sosial baza olan elmi dərnəklərdən tutmuş həmkarlar təşkilatları, siyasi partiyalarda daha geniş 
təzahür tapdı. Yeni sosial təlimlər əsasında cəmiyyətin ictimai həyatı formalaşmağa başladı.  
Ardı – arası kəsilməyən inqilabi dəyişikliklər həmin əsrdə elmdə də təzahür etdi. Bu tarixi mərhələdə elmi 
R. Mayer (1814-1878), c. coul (1819-1889), H. Helmols (1821-1894) kimi alimlər yüksəkliyə qaldırmış, 
enerjinin saxlanması  və  dəyişməsi qanununu kəşf edərək fizika və kimyanın bünövrəsinə müsbət təsir 
göstərdilər. T.Şvann (1810 - 1882) və M. Şleydenin bütün canlı orqanizmlərin vahid struktura malik olmasını 
göstərən toxuma nəzəriyyəsi dünyanın dərk edilməsində mühüm rol oynadı. Ç. Darvin (1804 - 1882) 
biologiyada təkamül nəzəriyyəsini yaradaraq təbiətşünaslığa çox böyük yenilik gətirdi. Dahi rus alimi D.İ. 
Mendeleyevin (1834 - 1907) kəşf etdiyi elementlərin dövrü sistemi şeylərin daxili əlaqələrinin mövcudluğunu 
bir daha sübut etdi. A. Eynşteynin (1879 - 1955) elektron, radiumun kəşfi, kimyəvi elementlərin çevrilməsi və 
nisbilik nəzəriyyəsi elmə böyük uğurlar bəxş etdi.  
XIX əsrdə fəlsəfi fikirin inkişafında da ciddi inkişaf müşahidə olunurdu. İ. Kant (1794 - 1804) və İ. Fixte 
(1762 - 1814) tərəfindən irəli sürülən fəlsəfi ideyalar cəmiyyət və  təbiət qanunlarının dəqiqləşdirilməsi üçün 
böyük əhəmiyyət kəsb etdi. Onların bu ideyalarından çıxış edərək F.V. Şellinq (1775 - 1854) özünün romantik 
nəzəriyyəsini yaratdı. Şellinq incəsənətdə şüurlu və şüursuz fəaliyyətin tam ahəngini qəbul edirdi. 
Obyektiv – idealist konsepsiya digər görkəmli filosof H.Hegelin (1770 – 1831) əsərlərində  də 
özünəməxsus yer tutdu. O, dialektikanın  əsas qanunlarına yekun vurdu. Hegel də  Şellinq kimi tarixilik 
prinsipinə üstünlük verirdi. Onun əsərlərində bu problem özünün daha tam həllini tapmışdır.  
Dialektika təkcə  fəlsəfi sistemlərdə deyil, həm də  mənəvi mədəniyyətin bir çox formalarının 
zənginləşdirilməsində özünəməxsus yer tutdu. Hegelin mövqeyinin əleyhinə olaraq F.R. de Şatobrian (1768 - 
1848) və A. Şopenhauer (1788 - 1860) tarixi tərəqqilik imkanları haqqındakı fikrə zidd çıxır və idealist 
konsepsiyalar irəli sürürdülər.  
XIX əsr dünyaya həm də materialist təlim gətirən K. Marks (1818 - 1883) və F. Engels (1820 - 1895) kimi 
şəxsiyyətlər bəxş etdi. Marks və Engels Hegel dialektikasından çıxış edərək materiyanın birinciliyi haqqında 
dialektik və tarixi materializm konsepsiyalarını işləyib hazırladılar. Onların bu təlimi, tarixdə «marksizm» kimi 
qəbul edildi.  
XIX əsrin elmi nailiyyətləri dilçilikdə (məsələn J.F. Şampalyon, (1790 - 1832) Misir heroqliflərini izah 
etməyə başladı) və arxeologiyada da yeniliklərə  səbəb oldu, elmi folklorşünaslıq, sənətşünaslıq, 
ədəbiyyatşünaslıq üçün bünövrə yaradıldı. Bir çox humanitar elmlərin fənlər kompleksi formalaşmağa, iqtisad 
elmi və sosiologiya təşəkkül tapmağa başlayır. cəmiyyətdə ateist tendensiyaların təsiri altında kilsə ciddi böhran 
keçirir.  
Beləliklə, XIX əsrdə fəlsəfə, elm, texnika, ədəbiyyat və incəsənət sahəsində böyük irəliləyişlər oldu.  
Bədii mədəniyyətdə bir-birinin ardınca yaranan üslub, məktəb və tendensiyalar yeni tarixi və  mənəvi 
şəraitin məhsulu kimi dəyərləndirilə bilər. Bədii mədəniyyətdəki belə vəziyyət hakimiyyətə gələn burjuaziyanın 
mədəni və estetik səviyyəsinin aşağı olmasının sübutu idi. Burjua nümayəndələrinin mənəvi və bədii tələbatları 
çox məhdud idi.  
XIX əsrin bədii mədəniyyətində iki başlıca mərhələni qeyd etmək olar: romantizm mərhələsi (yüzilliyin I 
yarısı) və dekadans mərhələsi (50-ci illərin sonundan I Dünya müharibəsinə qədər).  
«Romantizm» anlayışı  bədii cərəyan olmaqdan çox-çox əvvəl təşəkkül tapmışdı. XVIII əsrə  qədər 
«romantik» epiteti roman dillərində yazılmış bədii əsərlərin üslub xüsusiyyətlərini ifadə edirdi. Bunlar roman, 
romans, cəngavərlər haqqında poemalar idi.  

 
304
Romantizmin təşəkkülü mürtəce burjua həqiqətləri üzərində  ədalətli cəmiyyət qurmaq ideyalarını  təbliğ 
edən maarifçilik ideyalarının naümidliyi ilə bağlıdır.  
Romantizmin çiçəklənməsi XIX əsrin 20-30-cu illərinə  təsadüf edir. Romantizmin yaradıcı metodunu 
bütün incəlikləri ilə təzahür edən kinayə (yüngül və acı) təşkil edirdi. Sentimentalizmin xəttini davam etdirən 
romantizm hiss, həyəcan və ehtiraslara üstünlük verirdi. Bu ruhda yazılmış əsərlər öz parlaqlığı və orijinallığı ilə 
fərqlənirdi. Burada melanxoliya, «bəşəri kədər», gözəl keçmişə nastalgiya hisslərlə  zəngin olurdu. Əsərin 
qəhrəmanı ilə  ətraf mühit arasındakı faciəvi ziddiyyət  ədəbiyyat, musiqi və  rəngkarlıqda aparıcı mövzu idi. 
Tənhalıq motivi bir çox yazıçıların, Bayron, Heyne, Şelli, Stendalın yaradıcılığında başlıca yer tutub. Musiqi 
sənətində gözəlliyi duymağın sıxıntı, kədərlə  təzahürü  Şuman,  Şubert, Berlioz yaradıcılığında üstünlük təşkil 
edirdi.  
Romantizm.  Əvvəlcə Fransanı, daha sonralar Avropanı  lərzəyə salan nəhəng sosial çevrilişlər cəmiyyət 
tərəfindən sakit qarşılanmadı, inqilabdan ümidi boşa çıxan ictimai psixologiyaya güclü təsir göstərdi.  İnsanın 
zahiri həyatına olan maraq onun emosional, mənəvi aləminə olan maraqla əvəz olundu. Mədəniyyət və 
incəsənətdə insana, bir tərəfdən yanaşma yeni bir istiqamətlə  əvəz olundu. Bu özünü öncə romantizmdə daha 
sonralar realizmdə göstərdi. 
Romantik sənətə aşağıdakı xüsusiyyətlər xasdır: burjua gerçəkliyinə qarşı nifrət; burjua maarifçiliyinə və 
klassisizminin rasionalist prinsiplərindən qəti surətdə imtina edilməsi və s. idi.  
Romantizmin mənəvi – estetik pafosu insan ləyaqətinin təsdiqi, mənəvi – yaradıcı  həyatının 
özünüqiymətləndirilməsi ilə bağlı idi. Bütün bunlar sonra azadlığa can atan romantik qəhrəman obrazlarında öz 
əksini tapmışdır. 
Almaniyada təşəkkül tapan romantik dünyagörüşü və romantik estetikası tezliklə bütün Avropaya yayılır. 
O, mənəvi mədəniyyətin bütün sahələrini – ədəbiyyat, musiqi, teatr, humanitar elmlər, plastik incəsənəti əhatə 
edir. 
XIX əsrin I yarısında Avropada romantik fəlsəfə mövcud idi: İohann Qotlib Fixte (1762 - 1814), Fridrix 
Vilheim Şellinq (1775 - 1854), Artur Şopenhauer (1788 - 1860) və b. 
Ədəbiyyat. Alman romantizmini Jan Pol (1763 - 1825) və Henri Fon Kleyst (1777- 1811) kimi görkəmli 
yazıçılar tanıtmışlar. Henri fon Kleyst istedadlı dramaturq, novella ustası  və  şair olmuşdur. Onun yaradıcılığı 
Napoleonun azadlıq uğrunda müharibələri ilə  əlaqədardır. O, «Amfitrion», «Şentezileya» kimi əsərlərin 
müəllifidir. O, bu əsərlərində manyak ehtirası ilə çuğlamış tənha insanın faciəsini təsvir etmişdir. Bu əsərlərin 
qəhrəmanları üçün dünya əlçatmazdır və bu qəhrəmanlar daim ölümə doğru cəhd göstərirlər.  
Romantizmin zirvəsini Ernst Teodor Amadey Hofman (1776 - 1822) yaradıcılığı  təşkil edir. Alman 
romantizminin bu görkəmli yazıçısı həm də istedadlı musiqiçi, karikatura ustası idi. Onun əsərlərinə dramatizm 
və sarkazm, lirika və qrotesk kimi keyfiyyətlər xasdır. Həqiqət və fantastika aləmi ilə qarşılaşaraq Hofman 
fantastikanı kinayə ilə  təhlil edir. Onun gözəl nağıl  əsəri sayılan «Balaca Tsaxes»də (1819) satira 
elementlərindən ustalıqla istifadə etmişdir. O, 1821– 22- ci illərdə «Pişik Murranın qeydləri» adlı kitabını yazır. 
Bu müəllif, həm də romantik müsiqi estetikası  və  tənqidinin  əsasını qoyanlardandır. Onun «Undina» adlı 
operası ilk romantik operalardandır. 
XIX əsrin I yarısında Henri Heyne (1797 - 1856) Alman romantizmində romantika və kinayənin vəhdətini 
yaratmışdır. O, inqilabi demokratiya şairi idi. 1830- cu ilin iyul inqilabından sonra Heynenin Marksla tanışlığı 
yeni mübarizə ruhlu inqilabi notların səslənməsinə səbəb oldu. Görkəmli şairin «Müasir şerlər» (1839 - 1846) 
və «Almaniya. Qış nağılı» (1844) adlı poemaları onun ideya inkişafının zirvəsini təşkil etdi. «Müasir şerlər»ə 
daxil olan «Toxucular» şerində proletariatın tarixi missiya ideyası poetik formada təcəssüm olunur. Heyne «Qış 
nağılı»nda geridə qalan feodal dünyasını tənqid edərək vahid Almaniya uğrunda mübarizədə inqilabi hərəkatı 
müdafiyə edir. 
1848- ci il Almaniya inqilabının məğlub olması Heyne üçün mənəvi faciəyə çevrildi. Şairin burjua 
demokratiyasına olan rəğbəti heçə endi. O, əsas xilaskarlıq qüvvəsini fəhlə sinfində görməyə başladı.  
İngiltərədə lirik romantizmin görkəmli nümayəndəsi corc İoel Qordan Bayron (1766-1824) oldu. Bayron 
əsərlərinin mərkəzində qəmgin əhval- ruhiyyəli obraz sivil cəmiyyətindən Şərqə doğru cəhd göstərərək ehtiras 
və coşqun hisslər axtarır. Özünün şərq poemalarında, «Korslar», «Abidoslu gəlin», «Lara» əsərlərində Bayron 
zülmə qarşı  fəal mübarizə aparır. O, həm də  fəlsəfi poemaların müəllifidir. «Manfred», «Don Juan» məhz 
belələrindəndir. Bu əsərində o, öz idealını - siyasi azadlığa cəhd göstərən obrazı tərənnüm edir. Fəal humanizmi 
və peyğəmbərcəsinə uzaqgörənliyi onu bütün Avropada tanıtmışdır. 
İngilis romantizminin digər nümayəndəsi c. Kits və P. B. Şelli hesab edilir. con Kits patriarxal utopik 
idilliya olan «Endimion»un müəllifidir. Bu əsərdə o, puritan özbaşınalığına qarşı çıxış edir. «Alov», «Psixeya» 
adlı odalarında təbiətdəki gözəllik harmoniyasını tərənnüm edir. 
Persi Bişu  Şelli alleqork poema olan «Şahzadə Mab»ın müəllifidir. Burada o, müasiri olduğu cəmiyyətin 
nöqsanlarını ifşa edir. Özünün « Çençi», «Azad olmuş Prometey» adlı əsərlərində azadlıq və zülm problemlərini 
fəlsəfi aspektdə təhlil edir.  

 
305
XIX  əsrin I rübündə Fransada romantizm əsas  ədəbi cərəyanlardan olmuşdur. Onun ən parlaq 
nümunələrindən biri Fransua Reis de Şatobrian (1768-1848) hesab edilir. O, romantizmin mühafizəkar qanadını 
təmsil edirdi. «Xristianlıq ruhu» traktatında  Şatobrian katolizmi incəsənətin bünövrəsi və  məzmunu kimi 
qiymətləndirir.  
Liberal ideyaların nümayəndəsi Jermena de Stal (1766-1817) öz əsərlərində romantizm prinsiplərini 
əsaslandırmağa çalışır. «Delfina», «Korinna» adlı  əsərlərində yazıçı qadın hisslərinin azadlığına haqq 
qazandırır. 1803- cü ildə Napoleon yazıçını siyasi azadlıq ideyalarını tərənnüm etdiyinə görə Parisdən sürgün 
edir. 
XIX əsrdə Fransa ədəbiyyatında mütərəqqi romantizmin görkəmli nümayəndələri V. Hüqo və Jorj Sand 
hesab edilir. 
Viktor Hüqo (1802-1885) çox çətin və mürəkkəb inkişaf yolu keçmişdir. Hüqo yaradıcılığında azadlıq və 
təbiiliyi tərənnüm edirdi. O, faciəvilik ilə komikliyin vəhdətini mümkün hesab edirdi. Bütün bu tələblər Viktor 
Hüqonun «Kromvel» pyesində öz əksini tapıb. Onun məşhur romanlarından «Paris Notrdam kilsəsi», «Dəniz 
əməksevərləri», «Gülən adam», «Səfillər» bəşəri əhəmiyyət kəsb etdi. Çünkü burada XIX əsrin ən kəskin sosial 
problemləri əksini tapırdı. Yazıçının son romanı olan «Doxsan üçüncü il» Fransa inqilabına həsr edilir.  
Romantizmdə demokratik cərəyanın görkəmli nümayəndəsi Jorj Sanddır  (əsil adı Avrora Dyüdevandır, 
1804- 1876). Onun əsərlərinin  əsas motivi sosial məsələlərdir. «İndiana», «Valentina», «Leliya», «Jak» adlı 
romanlarında qadının ailə və cəmiyyətdəki vəziyyəti ilə əlaqədar problemlərə toxunulur. Onun bir çox əsərləri 
tərcümeyi – hal məzmunludur. 
Yazıçı qadının ən əhəmiyyətli romanları «Konsuelo» və «Oras»dır. «Konsuelo» əsərində sinfi cəmiyyətdə 
incəsənətin problem və taleyindən danışılır, «Oras»da isə, burjua fərdiyyətçiliyinin tipi ifşa edilir. 
Musiqi. Musiqidə romantizm cərəyanı çox nadir istedadlarla üzləşdi. Almaniyada romantizm estetikasının 
görkəmli nümayəndəsi, musiqi tənqidçisi, bəstəkar Robert Şuman (1810-1856) idi. Onun proqramlı fortepiano 
silsilələrinə «Kəpənəklər», «Karnaval», «Fantastik pyeslər» daxildir. 
Almaniyada romantik operanın ilk nümayəndəsi E.T.A. Hofman («Undina» operası) və K.M. Veber 
(1786-1826) idi. K.M. Veber alman milli opera sənəti uğrunda mübarizə apararaq bu xalqın azadlığı və ölkənin 
birləşməsini  əsərlərində  təcəssüm etdirirdi. Onun əsərlərində alman romantik operasının  əsas cərəyanları 
müəyyən edildi: xəlqi-əfsanəvi və nağıl opera («Azad atıcı», «Oberon»), orta əsr cəngavərlik sujeti əsasında 
yazılmış operalar («Evrianta»). 
Digər romantik opera müəlliflərindən R. Şuman, F. Flotov, O. Nikolainin adlarını çəkə bilərik. Bunların 
içərisində görkəmli alman bəstəkarı, drijor, musiqişünas, opera islahatçısı Rixard Vaqnerin (1813-1883) adını 
xüsusilə  çəkmək lazımdır. Onun ən məşhur  əsərləri aşağıdakılardır: «Uçan hollandlı», «Tanqeyzer», 
«Loenqrin», «Tristan və  İzolda», «Parsifal» misteryası  və s. Vaqnerin yaradıcılığı musiqi ifadəliliyi, 
dramaturgiyası baxımından dünya opera sənətini zənginləşdirmişdir. Onun operaları vokal- simfonik cəhətinə 
görə opera tarixində analoqu olmayan nəhəng səhnə əsərləridir. 
Fransanın musiqi sənətinə romantik cərəyanın nümayəndəsi bəstəkar və dirijor Hektor Berlioz (1803- 
1869) hesab edilir. Bu bəstəkara bir sıra gözəl  əsərlər məxsusdur. «Fantastik simfoniya», «Triumfal- matəm 
simfoniyası», «Romeo və cülyetta» dramatik simfoniyası  və s. Yaradıcılığının son mərhələsində yaradılan 
«Beatriçe və Benedikt» (Şekspirin «Heç nədən hay-küy» əsərinin sujeti əsasında) komik opera kimi əhəmiyyət 
kəsb edir. 
Fransız komik operasının digər nümayəndəsi D.F. Ober (1782-1871) hesab edilir. Dramaturq E. Skriblə 
birgə Ober komik operanın macəra sujeti əsasında yaradılmasının əsasını qoydu. Oberin musiqisi məlahəti, incə 
melodikliyi, canlılığı  və forma rəngarəngliyi ilə  fərqlənirdi. O, 36 operanın müəllifidir. Bu musiqiçi, həm də 
«böyük opera» janrının (qrand-opera) yaradıcılarından hesab edilir. Tarixi sujetə malik olan «Fenella» opera-
sında ideya xalq mahnıları, rəqsləri, musiqisi vasitəsilə açılır. Onun yaradıcılığı sonralar qəhrəmanlıq və 
romantik opera canrlarının sonrakı inkişafına kömək edir. 
Böyük opera janrının inkişafında c. Meyerber (1791-1864) əsərlərinin də rolu böyük olmuşdur. O, 
pianoçu, dirijor və bəstəkardır. Onun «Peyğəmbər», «Dinora», «Afrikalı qadın» adlı operalarında lirizm cizgiləri 
özünü göstərməkdə idi.  
İtaliya musiqi sənətində XIX əsrin I yarısı  məhsuldar bir dövrdür. c. Rossini (1792-1868) «Tankred», 
«İtalyan qadın Əlcəzairdə» kimi ilk opera əsərlərində opera sənətində islahatlar aparmağa çalışmışdır. O, «opera 
seria» ( italyanca ciddi opera deməkdir) və opera – buffanı (komik opera) inkişaf etdirərək onları  bədii 
ifadəlilik, realist məzmun və satirik elementlərlə zənginləşdirdi. 
Rossini Volter, Şekspir, V. Skott, Bomarşenin  əsərlərinə müraciət edirdi. Bəstəkar operanın bütün 
formalarını – ariya, ansambl, reçitaiv və s. inkişaf etdirdi. Orkest partiyası zənginləşdi. Onun dünya miqyasında 
tanınan məşhur əsəri «Sevilya bərbəri» operasıdır. 
XIX əsr İtalyan musiqi sənətinin romantik cərəyanı V. Bellinin və Q. Donisetti yaradıcılığı təşkil edirdi. 
Onlar c. Rossinin ardıcılları idi. V. Bellininin (1801-1835) ən yaxşı əsəri ölkəsinin azadlığı arzusu ilə yazdığı 

 
306
«Norma» operası və siyasi məna kəsb edən «Puritanlılar» operası idi. Bellininin əsərləri dərin lirizmi, ehtirası, 
ifa tərzi ilə seçilir. O, XVII əsrə xas xüsusi vokal üslub olan belkantonu inkişaf etdirmişdir. 
Q.Donisetti (1797-1848) də bir sıra operaların müəllifidir. Onun əsərlərinə «Lyuçiya di Lammermur», 
«Don Paskuale», «Favorit qadın», «Polk qızı», «Şamundlu Linda», «Sevgi içkisi» və s. aiddir. Bu əsərlər parlaq, 
teatral və orijinal ifa tərzilə zəngindir. Onun operaları V. Hüqo, V. Skott, C.Bayronun əsərlərinin sujeti əsasında 
yaradılmışdır. 
Romantizm ideyaları macar bəstəkar və pianoçusu, dirijor Ferents Listin (1811-1886) yaradıcılığında da 
təzahür edir. O, «Faust- simfoniya», 13 proqramlı simfonik poema, 19 rapsodiya, etüd, vals və s. əsərlərin 
müəllifidir. 
Romantizmin digər nümayəndəsi polyak bəstəkar və pianoçusu F. Şopendir (1810-1849). O, iki konsert, 
üç sonata, dörd ballada, etüd, vals və d. musiqi əsərləri yaratmışdır. 
Təsviri sənət. Romantizm tendensiyaları özünü rəngkarlıqda da göstərməkdə idi. Fransız rəngkarlığında 
romantizmin ilk nümayəndəsi Teodor Jeriko (1791-1824) idi. Onun ən məşhur  əsəri «Meduza qayığı» hesab 
edilir ki, bu əsərdə okeanda batan gəminin təsviri əks olunur. Bu rəsm əsəri rəngkarlıqda romantizmin manifesti 
hesab edilir. O, işıq-kölgə ziddiyyətlərinin intensivliyinə, sürətli ritmə xüsusi yer verirdi. 
Ömrünün axırlarında o, realist ustalıqla ruhi xəstə portretləri, məişət səhnələri, peyzajlar («Derbi 
Epsomda») yaratdı. T. Jerikonun yaradıcılığı XIX əsrin ortalarında digər realist rəssamların fəaliyyətinə 
əhəmiyyətli tərzdə təsir göstərdi.  
Romantizmin digər rəngkar rəssamı Ejen Delakrua (1797-1868) hesab edilir. Onun əsərlərinin çoxu 
Bayron poeziyasının motivlərinə  həsr olunmuşdur.  Ən məşhur  əsəri «Azadlıq» tablosudur. Əsər 1830- cu il 
inqilabına həsr edilmişdir. Onun Şərq, tarixi, klassik və müasir ədəbi mövzulara həsr olunmuş əsərlərinə güclü 
təxəyyül hakimlik edir. «Əlcəzair qadınları», «Konstantinopolun xaçpərəstlər tərəfindən alınması»  əsərləri 
belələrindəndir. Delakrua, həm də Yeni dövr tarixi rəngkarlığının əsasını qoyanlardandır. 
Romantik məktəbin nümayəndələrindən biri də böyük karikaturaçı  rəssam – qrafik Onore Domye (1808-
1879) hesab edilir. O, incəsənətə litoqrafiyanı (çap üsulu) tətbiq edərək bir sıra məşhur  əsərlərin müəllifidir: 
«Transnopen küçəsi», «Mətbuat azadlığının müdafiəsində duran nəşrçi» və s. O, akvareldə  də mü-vəffəqiyyətlə 
işləyən rəssamlardandır: «Burlak», «III dərəcəli vaqon», «Paltaryuyan qadın», «Üsyan» və s. əsərlərində  aşağı 
təbəqə nümayəndələrinin ağır və məşəqqətli həyat şəraitini təsvir edir. 
Memarlıq. XIX əsr memarlığında romantizmin xüsusi məktəbləri yaranmasa da o özünü, İngiltərədə 
sənaye arxitekturasında biruzə verməyə başladı. 30-40–cı illərdə tikilən vağzal, körpülər, zavodlar bunu sübut 
edirdi. Şəhərlərin sürətlə artımı və inkişafı köhnə küçə və kvartalların yenidən planlaşdırılması və tikilməsinə 
zəruri təkan oldu. Memarlıqda neoqotik üslub formalaşdı. XIX əsrin ortalarında memar Ç. Berri və O. Pyucini 
tərəfindən məşhur London Parlament ansamblı tikildi. Bu ansambla orta əsrlərə aid olan VII Henrixin kapellası 
da daxil edildi. 1861- ci ildə Londonda digər bina – Büllur saray adlanan romantik tikili yaradıldı (Ümumdünya 
sərgisinin baş pavilyonu). Onun layihəsinin müəllifi bağban c. Pakston idi. 1936- cı ildə saray yanğın 
nəticəsində məhv oldu.  
Teatr. Fransada mütərəqqi romantik teatrın təşəkkülü Stal, Stendal, Hüqo, Merime kimi yazıçıların 
yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərdi. Dramaturgiyanın zirvəsində Hüqonun dramları dururdu. Bu 
əsərlərdə ehtiraslı humanizm, sadə insanların dərdinə  şərik olma, tarixi həqiqətə  cəhd, yüksək poetiklik kimi 
mütərəqqi romantizm əlamətləri aydınca hiss edilməkdə idi. Onun ən yaxşı pyesləri «Marion de Lorm», 
«Ernani», «Mariya Tyüdor», «Ryün Blaz» və s. – dir. Teatrda müvəffəqiyyət  əldə etmiş aktyorlar Frederik 
Lemetr, Pyer Bokaj və Eliza Raşel idi.  
İngiltərədə ən məşhur aktyor E. Kin hesab edilirdi. 
Almaniyada XIX əsrin I rübündə teatr romantik zəmində inkişaf edirdi. Romantik yazıçılar A. V. və F. 
Şleqellər, L. Tik, Q. Kleyest, Hofman hesab edilirdi. Onlar teatr sənətinin sintetik xüsusiyyətini təsdiqləyərək bu 
sənətdə üslubçuluğu, məişətçiliyi tənqid edirdilər. Onlar daxili həqiqət, temperament əsasında yaradan aktyorları 
alqışlayırdılar. Həmin dövrün ən məşhur aktyorları İ. Flekk və L. Devriyent hesab edilirdi. 
Balet. Romantizm özünün parlaq təcəssümünü baletdə də tapmışdı. Romantik balet Fransada XIX əsrin II 
yarısında təcəssüm taparaq tezliklə bütün Avropada məşhur oldu. Tullanma texnikası  və  dırnaq üzərində 
dayanma (puant) texnikası təşəkkül tapdı.  
Puant rəqsini ilk dəfə italyan rəqqası Mariya Talyoni (1804-1884) tətbiq edib və bir çox surətlər yaradıb. 
Romantik balet ansambl rəqsləri üçün əsas oldu. Bu özünü 1841- ci ildə Parisdə qoyulmuş «Cizel» 
baletində (bəstəkar A. Adan) göstərdi. Baletmeysterlər c. Perro və c. Koralli idi. 
1848-ci il Fransa inqilabından sonra romantizmdə böhran hiss olunmağa başladı. Böhran özünü xalis 
sənət problemləri ilə  məşğul olan sənətkarların ictimai həyatdan uzaqlaşmasında təzahür edirdi. Burjua 
nümayəndələrini  şəxsi mənfəət maraqlandırır, tamaşaçı isə incəsənətə yalnız  əyləncə forması kimi yanaşırdı. 
Bundan irəli gələrək bədii mədəniyyətdə digər üslublar yer tutmağa başlayır. Realizm bunlardan biridir. XIX 
əsrdə romantizmdə olduğu kimi burjua cəmiyyətindən narazılıq edən tənqidi realizm yarandı. Lakin 
romantiklərdən fərqli olaraq realizm nümayəndələri bu cəmiyyəti tənqid edirdilər. Realizm məfhumu ilk dəfə 

 
307
XIX əsrin ortalarına aid bədii əsərlərə tətbiq edilmişdir. O zaman fransız ədəbi tənqidçisi Jan Şanfler romantizm 
və simvolizmə əks olan estetikanı səciyyələndirmək üçün bundan istifadə etmişdi. Geniş mənada bu söz bədii 
mədəniyyətin  ən aparıcı estetik mənbələrindən biridir. «İntibah realizmi», «maarifçilik realizmi» ifadələri də 
bununla bağlı idi. Lakin XIX əsrin 30-cu illərində realist sənət, həyatı olduğu kimi təsvir etmək cəhdindən irəli 
gələn «tənqidi realizm» adını aldı.  
Realizm reallığın düzgün, obyektiv və dərindən əks etdirilməsi vəzifəsini irəli sürdü. Bu mövqe olanın, 
mövcudluğun sadəcə olaraq əks etdirilməsi demək deyildi. Realizm yaradıcı metodu hadisələrin hərtərəfli 
təhlili, hadisə  və faktların mahiyyətinə  dərindən müdaxiləni, onların tipikləşdirilməsi, seçilməsi və 
qiymətləndirilməsini nəzərdə tuturdu. Buna görə də realizmin nümayəndələri maksimal obyektivliyin, konkret 
tarixi reallıqların inikasının tərəfində idi. Bu istiqamətin nümayəndələri bədii mədəniyyətə, insanın mahiyyətinə 
daha sayıq, sərt, analitik nəzərlərlə yanaşmanı gətirdilər. Romantizmə və sentimentalizmə xas olan mənəvi və 
zahiri aləmin bu və ya digər təzahürlərinin ideallaşdırılmasına üstünlük verdilər.  
XIX əsrdə bədii mədəniyyətin inkişafında realizmin başlıca xidməti sosial mühitdən asılı olan şəxsiyyətin 
taleyinin daha dərindən tətbiqinə  təsviri və musiqi sənətindən fərqli olaraq ədəbiyyatda daha çox üstünlük 
vermək idi. Ədəbiyyatda O. Balzak, Q. Flober, rəngkarlıqda O. Domye, Q. Kurbe, barbizonlar realizmi inkişaf 
etdirənlər idi.  
Realizm. XIX əsrin 30-40-cı illərində ictimai münasibətlərdəki dəyişikliklər dünyanın təcəssümünün yeni 
konsepsiyası ilə realizm tipinin yaranmasında özünü göstərdi. Həmin yüzilliyin ortalarında bu cərəyan Avropa 
mədəniyyətində hakim mövqe tutdu. Fransa və  İngiltərədə  təşəkkül taparaq realizm, sonralar digər Avropa 
ölkələrini əhatə etməyə başladı. Realist sənətçilər humanizm və sosial ədalətçilik ideyaları ilə çıxış edirdilər. 
Ədəbiyyat. Fransa realist poeziyasının görkəmli nümayəndəsi Pyer Jan de Beranje (1780- 1857) hesab 
edilir. Onun siyasi şer və mahnıları demokratizm və canlı milli yumor ilə zəngindir. «Kral İveto» mahnısında 
Napoleonun hərbi avantyurası tənqid olunur. 
Tənqidi realizmin ən parlaq nümayəndəsi Stendal (Anri Beyl 1783-1842) hesab edilir. Onun əsərlərində 
fəal, güclü xarakterli insanlar təcəssüm olunur. Ən məşhur romanı «Qırmızı  və qara»dır (1830). Əsərin 
qəhrəmanı Jülyen Sorel Napoleon dövrünün ehtiraslı pərəstişkarı olub, ülvi hisslərlə dolu ruhu ilə ətalətdə olan 
ictimai mühitə qalib gəlməyə cəhd göstərən şəxsiyyətdir. Onun «Parm monastırı» romanında zəkalı, istedadlı, 
dərin ruhlu insanların faciəsinə gətirib çıxaran irtica dövrü tənqid olunur. 
Qərbi Avropa realizminin zirvəsi Onere de Balzak (1799-1850) hesab edilir. Onun ən məşhur  əsəri – 
«Bəşəri komediya» adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün 
gücünü sərf edərək 90 roman və novvela yazdı. Bu epopeyaya «Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio 
ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və d. romanlar daxildir.  
Realizm dövrünün novella ustadı Prosper Merime (1803-1870) hesab edilir. Bu novellalarda güclü və 
parlaq xarakterli, orijinal naturalar, yüksək hisslərə xas insanlar təcəssüm olunur. Bunlara «Karmen» (Bizenin 
operası bu novella əsasında yazılmışdır), «Kolomba», «Falkone» aiddir. Mermme həm də pyeslər müəllifidir. 
Onun «Jakeriya» adlı pyes – xronikasında XVI əsrdəki kəndli hərəkatı təsvir edilir. Onun yeganə böyük romanı 
«IX Karl dövrünün xronikası» adlı  əsəridir. Bu əsərdə o, Varfolomey gecəsinin hadisələrinin, katoliklərlə 
protestantların mübarizəsinin bədii təsvirini verir. 
Realizmdə yeni mərhələnin görkəmli nümayən-dələrindən biri Qustav Flober (1821-1880) hesab edilir. 
Şairin sosial təbəqələrə münasibəti ziddiyyətlidir: o, ömrü boyu burjuaziyaya nifrət bəsləmiş, xalq kütlələrinə 
kinayə ilə yanaşmış, siyasi fəaliyyəti isə, mənasız hesab etmişdi. Onun məşhur  əsəri «Madam Bovari» adlı 
romanıdır. Əsərin mərkəzində burjua mühütünə məxsus qadın obrazı durur. Yazıçının «Hisslərin tərbiyəsi» adlı 
romanında Paris və onun əyalətlərinin adətləri, burjuaziyanın miskin əxlaqı  təsvir olunur, gənclərin mənəvi 
düşkünlüyü, ətaləti tənqid edilir. Onun tarixi sujetlər əsasında yazılan «Salambo», «İrodiada» və d. əsərlərində 
ayrı- ayrı dövrlərin elmi əsaslarla bədii təcəssümü verilib. 
Realizmin digər nümayəndəsi Gi de Mopassandır (1850 - 1893). Onun ən gözəl əsərləri «Həyat», «Əziz 
dost», «Mont - Oriol», «Pyer və Jan» adlı romanlarıdır. O, novella və hekayələr ustadı kimi də tanınır.  
İngiltərə. Realist nəslin görkəmli nümayəndəsi  Şotland yazıçısı Valter Skott hesab edilir. Onun 
«Veverley», «Rob Roy», «Ayvenqo», «Kventin Dorvard» adlı əsərlərində orta əsrlərin İngiltərə və Fransa həyatı 
təsvir olunursa, «Puritanlar» və «Monroza haqqında  əfsanə» adlı romanlarında XVII – XVIII əsrlərdə 
İngiltərədəki sinfi mübarizə qələmə alınıb. 
Dünya  ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens (1812 - 1870) ingilis 
ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun 
yaradıcılığının ilkin dövrünə aid olan «Pikkviks klubunun qeydləri» adlı  əsərində patriarxal İngiltərə  təsvir 
olunur. «Oliver Tvistin macəraları» adlı romanında yoxsulların həyatını  təsvir edərək  şəxsi səadət naminə öz 
qəhrəmanını maneələrin dəf olunmasına çağırır. 
Realist  İngilis  ədəbiyyatının digər nümayəndələrindən Vilyam Tekkerey (1811-1863), Con Qolsuorsi 
(1867-1933), corc Bernard Şou (1856-1950), Herbert corc Uells (1866-1946) və b. adlarını da çəkmək olar.  

 
308
Skandinaviya ölkələri. Bu ölkələrin nümayəndələri dünya realist ədəbiyyatının inkişafına güclü təsir edən 
yazıçı  və  şairlərdir. Xüsusilə, Norveç yazıçıları Henrix İbsen (1828-1906), Byernstyern Martinius Byernson 
(1832- 1910), Knut Qamsun (1859- 1952) və b. adlırını  çəkmək olar. B. İbsenin «Gəlincik evi», «Kabus», 
«Xalq düşməni» adlı əsərləri burjua əxlaqının ikiüzlülüyünə qarşı şəxsiyyət azadlığının təntənəsinə çağırır.  
K. Qamsun psixoloji romanlar olan «Aclıq», «Misteriya», «Viktoriya» əsərlərində burjua mühitini güclü 
tənqid edir. 
Təsviri sənət. İncəsənətin bu növündə realizm özünü insanın ictimai xarakterinin təntənəsində təcəssüm 
etdirir. Fransa rəngkarlığında bu özünü, xüsusilə, c. F. Millenin (1814- 1875) yaradıcılığında büruzə verir. Onun 
rəsmlərində fransa kəndlilərinin həyatı realistcəsinə təsvir olunub. Əsərlərindən «Taxıl yığanlar», «Ancelyus» 
və s. adlarını çəkmək olar. 
Q. Kurbe öz «realizmini» rəngkarlığa tətbiq edir. «Toxucular», «Daş yonanlar», «Ornanedə  dəfn», 
«Şopenin portreti» əsərlərinin müəllifidir. 
Mille və Kurbe impressionizmin sələfləri oldu. 
Edvard Mane (1832-1883) öz rəsmlərini Paris həyatına həsr edib. Xüsusilə «Emalatxanada nahar», 
«Mütaliə», «Qayıqda», «Nana» adlı əsərlərində o vaxtkı Fransa həyatı çılpaqlığı ilə və aydın obrazlarla təsvir 
edilmişdir. 
Bu dövrün rəngkarlığından danışarkən ispan rəssamı Fransisko Qoyya (1746-1828) yaradıcılığına xüsusi 
diqqət yetirmək lazımdır. O, ideyaca xalq kütlələrinin tərəfində dayanan və Napoleon müdaxiləsinə amansız 
yanaşan rəssamlardan idi. İspan xalqını tərənnüm edən «Dəmirçixana», «Dolçalı qız» rəsmlərini real səhnələr 
əsasında yaratmışdır. F.Qoyya «IV Karlın ailəsi» adlı tablosunda hakimiyyətə qarşı olan kinayəsini çox həyati 
şəkildə təsvir edə bilmişdir. Onun «Sarı şərfli qadın», «Çılpaq maxa», «Geyimli maxa» adlı əsərlərində ispan 
xalqının gözəlliyini, sağlamlığını və mənəvi gücünü tərənnüm etmişdir. 
Teatr. Realizmlə yanaşı Fransız teatr sənətində  tənqidi realizm də  təcəssümünü tapmışdır. Teatrda bu 
cərəyanı öz ifaları ilə möhtəşəm edən aktyorlar yetişmişdir ki, bunlardan Frederik Lemetr, Eliza Raşelin, Sara 
Bernarın adlarını çəkmək olar. 
İtaliya səhnəsinin aktyorlarından faciə ustadları E.Rossi, T. Salvini, A. Ristori ən məşhurları idi. 
Musiqi. XIX əsrdə teatr sənətinin ən demokratik və kütləvi janrı opera idi. Bu dövr İtaliyan realist opera 
sənətinin zirvəsi c. Verdi («Ernani», «Makbet», «Riqoletto», «Traviata», «Aida», «Trubadur», «Otello» və s.) 
idi. Puççini («çio-çio-san», «Bohema», «Toska») də bu dövrün məşhur bəstəkarıdır.  
Fransada lirik opera geniş yayılır (Ş. Quno- «Faust», «Romeo və cülyetta»). Fransada realist operanın 
zirvəsi J. Bizenin «Karmen» operası idi. XIX əsrin ortalarında yeni janr –operettalar yarandı. Vətəni Fransa olan 
operettanın baniləri Erve və Offenbax oldu. 
Avstriyada Vyana saray operası 1869- cu ildə  fəaliyyətə başladı. Zupper, İ.  Ştraus, Milekker məşhur 
bəstəkarlar idi. 
İngiltərədə 1856- cı ildə Kral operası yarandı. Bəstəkarlardan A. Sallivanı, U. Gilberti göstərmək olar. 
Balet. Müasir Avropa baletinin vətəni  İtaliya hesab edilir. Bu sənəti yayan ən məşhur məbəd isə «La 
Skala» teatrı idi. 1813-cü ildə bu teatrın nəzdində balet məktəbi yaradıldı. Bu yüzilliyin sonunda həmin 
məktəbin yetişdirmələri K. Briantsa, P. Lenyani, V. Tsukki təkcə yüksək texnikaları ilə deyil, həm də dramatik 
istedadları ilə seçilirdilər.  
Bu dövrdə mövcud olan cərəyanlardan biri də klassisizm idi.  
Klassisizm.  Bədii üslub kimi klassisizm (latınca – klassikus nümunəvi) özünü hələ XVII əsrin Avropa 
incəsənətində  təzahür etdirmişdir. Onun ən başlıca  əlamətləri antik sənətin prinsiplərinə qayıtmaqdır: 
rasionalizm, simmetriya, təmayülçülük, məzmun və formanın vəhdətinə ciddi riayət. Fransada bu üslub 
mütləqiyyətin qələbəsindən sonra möhkəmləndi. 
Klassisizmə utopizmin əlamətləri xas idi. XIX əsrdə klassisizm akademizm ilə əvəz olundu. 
Ədəbiyyat. Klassisizmin ədəbiyyat sahəsindəki nümayəndələrindən biri görkəmli  İohain Volfaiq Göte 
(1749 - 1832) yeni dövr alman ədəbiyyatının banisi hesab olunur. O, maarifçiliyin yeganə nümayəndəsidir ki, 
XIX əsrdə əvvəlki dövr idealarının dəyişməsini müşahidə edə bilmişdir. Göte öz ədəbi fəaliyyətinə 70- ci illərdə 
yazdığı romantik avtobioqrafik əsəri olan «Gənc Berterin iztirabları» adlı romanı ilə başlayıb. Onun qələminə, 
həmçinin «Roma elegiyası» (1790) adlı əsəri də aiddir. Götenin «Ernani» (1788) adlı dramı isə antifeodal və 
tiranlığa qarşı  kəskin mübarizə ruhunda yazılmışdır. Göte yaradıcılığının zirvəsi onun 1808- ci ildə yazdığı 
«Faust» faciəsidir. Bu əsərdə təkcə Almaniyadan deyil, bütün bəşəriyyətdən söhbət edərək həyat və şüurun ən 
yüksək formalarından bəhs edilir. Əsərdə Faust tarixdə  və  həyatda özünün mövcudluğunun, məqsədlərinin 
mənasını axtaran və bu yolda çox əzab-əziyyət çəkən tənha  şəxsiyyətin timsalında  əks etdirilir. Əsərdə orta 
əsrlərin zülmətindən işıqlığa cəhd göstərən tərəqqipərvər qüvvələr təcəssüm olunur. 
XIX əsrin ilk illərində öz yaradıcılıq fəaliyyəti ilə tanınan digər görkəmli şəxsiyyət İohani Fridrix Şiller 
(1750 - 1805) hesab edilir. O, maarifçilik dövrünün tanınmış alman şairi, dramaturqu və  sənətşünası hesab 
edilir. O da Göte kimi alman klassik ədəbiyyatının banilərindəndir. Şillerin Fransa inqilabına münasibəti heç də 
birmənalı olmamışdır. Belə ki, o bu inqilabı alqışlamaqla yanaşı, inqilabçıların amansızlıq və terrorçuluğunu 

 
309
tənqid edirdi. XIX əsrin  əvvəllərində  Şiller «Mariya Styüart», «Orleanlı  qız» faciələrini, «Vilhelm Tell» xalq 
dramını yazmışdır.  
Fransa klassisizmi M. Şenyenin (1764 - 1811) dramları ilə tanınır. O, həm də himn və inqilabi 
vətənpərvərlik faciəsi olan «Kay Qrakx»ın (1792) müəllifidir. Özünün «IX Karl və ya krallar üçün dərs» (1799) 
pyesində M.Şenye respublikaçı və vətənpərvərləri tənqid edirdi. Şenye alleqorik məzmunlu pyeslər də qələmə 
almışdır. Onun qardaşı Andre Şenye isə, inqilab dövründə Fransız lirikasının görkəmli nümayəndəsi hesab 
edilir. O, antik sənətdə xeyirxahlıq və azadlığın təcəssümünü, həmçinin hissi başlanığıcın təntənəsini görürdü. 
Həyati məhəbbət və  həyatdan alınan həzz elegiyalarda təcəssüm etdirilib. Onun «Yamblar» adlı siyasi odalar 
silsiləsi də mövcuddur.  
Təsviri incəsənət. XIX əsr dünya bədii sənətinin inkişafında Fransanın  rəngkarlıq, heykəltəraşlıq və 
qrafika sənəti xüsusi yer tutur. Rəngkarlıqda fransız klassisizminin görkəmli nümayəndəsi Jak Lui David (1748 
- 1825) hesab edilir. Bu rəssam antik ideyaları dirçəldərək onu vətəndaşın səviyyəsi kimi təbliğ etmişdir. 
"Horatsiyaların andı" adlı  əsər rəssamın  ən çox şöhrət tapmış  əsərlərindəndir. Bu əsərdə üç qardaş olan 
Horatsiyalar öz atalarından qılıncı alaraq and içir və  şəhərin müdafiəsinə yollanırlar. Bu könüllülük hər üç 
qardaş tərəfindən çağırış kimi səslənir. Onun digər məşhur əsərləri «Hektorun ölümünə ağlayan Andromaxa», 
«Maratın ölümü» və digərlərini göstərmək olar. Davidin portretlərində obrazların sosial mahiyyəti təcəssüm 
olunur ki, bu da insanın xarakteri və  fəaliyyəti haqqında konkret məlumat verir. «Həkim A.Lerua», «Qara 
şlyapalı qoca» və başqaları belələrindəndir.  
Davidin yetirməsi olan Jan Oqyust Enqr (1780 - 1867) gözəl kompozisiya, ciddi və incə rəsm ustası hesab 
edilirdi. O, fransız sənət tarixinə birinci dərəcəli realist portretçi kimi daxil olmuşdu. 
Heykəltəraşlıq. İncəsənətin bu növündə klassisistlər tərəfindən az sayda əsər yaradılmışdı. Almaniyada bu 
İ.Q. Şadovdur (1764 - 1850). O, monumental dekorativ əsərlərin, heykəl, portret büstlərinin müəllifidir.  
İtalyan heykəltəraşı A. Kanova (1757 - 1822) papa III Klimentin qəbirüstü daşının, habelə «Amur və 
Psixeya» mifoloji heykəlinin müəllifidir. 
Son klassisizmin nümayəndəsi B. Torvaldsenin (1768 - 1844) yaradıcılığına  ciddi ahəngdarlıq, plastik 
tamamlanma, soyuq təmkinlik və obrazların ideallaşması («Yanson») xüsusiyyətləri xasdır. 
Teatr. Fransız mədəniyyətində teatr ən öncül yerlərdən birini tutur. Bu teatrın tarixinə dünyanın tanınmış 
aktyor və dramaturuqlarının adı daxildir. Fransız  səhnəsində demək olar ki, bütün bədii  cərəyanlar öz 
təzahürünü tapmış, hətta ən kamil mərhələsinə qədəm qoymuşdur. Teatr işinin bir çox təşkilati formaları məhz 
burada öz inkişafını tapmışdır, məsələn, kommersiya teatrı, teatr sahibkarlığı və s.  
İnqilab dövründə  həm dramaturgiya, həm də  sənətdə kütlələrdə  qəhrəmanlıq və  vətənpərvərlik hissləri 
oyadan inqilabi klassisizm kimi yeni üslub formalaşmışdır. Səhnələrdə klassik faciələr üstünlük təşkil edirdi. 
İnqilab dövründə teatrda melodram, vodevil kimi janrlar yaranmağa başladı.  
XVIII əsrin sonu – XIX əsrin əvvəllərində fransız teatrının ən görkəmli simalarından biri F.Talma (1763 - 
1826) hesab edilirdi. O, inqilabi klassizmin məşhur aktyorlarından idi. Onun humanist inadkarlığı rəsmi sənət 
prinsiplərini kölgədə qoyaraq ona yeni cöşqunluq, inqilabi ruh gətirdi. O, ilk dəfə klassik aktyor texnikasının 
əsasını qoyaraq, əsil antik kostyum formasını səhnəyə gətirdi. Bununla da o, fransız teatrının romantizm yolu ilə 
ikişafına təkan verdi.  
Musiqi. Musiqi sahəsində klassisizm XVIII – XIX əsrlərdə yeni formalar əldə etdi ki, bu da Böyük 
Fransız inqilabı ilə əlaqədar idi. Bu formalar kütləvi auditoriyaya aid olaraq inqilabi ideallara qulluq edirdi. Bu 
üslubun bəstəkarları F.Qossek (1734 - 1829) və E. Megül (1763 - 1817) idi. Fransa inqilabı dövründə yaradılan 
operaların bir çoxuna zülmlə mübarizə ideyası xas idi. Məsələn, Kerubininin «Ladoiska», «İki gün» operaları və 
s. 
Bu ideallar öz kulminasiyasını L. Bethovenin əsərlərində tapmışdır. 
XIX  əsrin sonunda Qərbi Avropa ölkələrinin mədəni həyatında yeni cərəyanların meydana gəlməsi 
müşahidə olunur ki, bunlardan simvolizm, naturalizm, impressionizm, postimpressionizm başlıca yer tutur. 
Qərbi Avropa mədəniyyətində bu tarixi mərhələdə təşəkkül tapmış istiqamətlərdən biri də simvolizm idi. Bu 
istiqamət romantizmin əsas xəttini müdafiə edərək «sənət sənət üçündür!» prinsipinə uyğun xalis gözəllik, xalis 
estetizm axtarışında idi. Öz manifestlərində simvolistlər özlərini burjua dünyasının qürubu, ölümünün nəğməkarları 
adlandırırdılar. Onlar belə hesab edirdilər ki, nə düşüncə, nə də rasional məntiq «gizli reallıqlar», «əbədi gözəllik» 
aləminə nüfuz edə bilməz, bunu yalnız yaradıcı təxəyyül, poetik intuisiyaya əsaslanan incəsənət həyata keçirə bilər. 
XIX  əsrin sonu – XX əsrin  əvvəllərində yaranan simvolizm fransız  ədəbiyyatında daha çox müşahidə 
olunur: Pol Verlen (1844- 1896), Stefan Mallarme (1842- 1898), Artur Rembo (1854- 1891) və b. 
Simvolizmin əsasını fransız şairləri Stefan Mallarme və Şarl Bodler qoymuşlar.  
Bodler və onun ardıcıllarına görə müasir tarixi dövr Yer üzərində cəhənnəmi xatırladır və şər ümumbəşəri 
miqyas alır. Bundan çıxış edərək simvolistlər rasionalizmin iki mühüm postulatını inkar edirdilər: insanın əzəli 
xeyirxahlığına, ağıllı  cəmiyyət qurmaq imkanlarının  əminliyinə inamı. Simvolizm ədəbiyyat, rəngkarlıq, 
musiqinin dilindən, onun bədii ifadə formalarından istifadəyə daha çox yer verirdi. 

 
310
Fransız poeziyasında simvolizm daha geniş və beynəlxalq səciyyə kəsb etdi və digər ədəbi janr və sənət 
növlərində təzahür tapdı. Burada simvolizm sənəti intellektual məzmunda azad etməyə çalışır, hissləri daha çox 
qabardırdı. Ona görə bu istiqamətin nümayəndələri insanın  əqlinə, zəkasına deyil, onun intuisiyasına təsir 
göstərməyə  cəhd edir, onlarda xüsusi əhval-ruhiyyə oyatmağa çalışırdı. Simvolistlər fəaliyyətlərini 
romantiklərdən fərqli olaraq dünyanı nizama salan, onu təşkil edən naməlum substansiyanın üzə çıxarılmasına 
yönəlmişlər. Onların fikrincə simvollar formasında görünən aləmin ümumi mənasını ifadə etmək və bununla da 
sonsuzluğa nail olmaq mümkündür.  
Almaniyada simvolizm özünü Stefan Georq (1868- 1933), Avstriyada – Hüqo Hofmanstal (1874- 1923), 
Rayner Mariya Rilke (1875- 1926), Belçikada – Moris Meterlink (1862- 1949), J. Rodenbax (1855-1898) 
yaradıcılığında təcəssüm etdirmişdir. Onlardan M. Materlink 1911- ci ildə Nobel mükafatı laureatına layiq 
görülmüşdür. 
Naturalizm. Bu cərəyanın Fransa ədəbiyyatında nümayəndələri Emil Zolya (1840- 1902), Qonkur 
qardaşları (1830- 1876) hesab edilir. 
Alman  ədəbiyyatında Arno Hols (1863- 1929), Herhart Hauptman (1862- 1946), Belçikada Kamil 
Lemonye (1844-1919) hesab edilir. 
XIX  əsrdə  Qərbi Avropa mədəniyyətində  təşəkkül taparaq formalaşan istiqamətlərdən biri də 
impressionizm idi. Fransız sözündən götürülən impressionizm (impression – təəssürat) bədii üslub kimi ilk dəfə 
rəssam Klod Monenin (1810-1926) «Təəssürat. Günəşin çıxması» adlı  rəsmindən  əldə edilən təəssürat 
nəticəsində yarandı (1874-cü ildə sərgi salonunda). Rəsmi akademik sənətin bədii ideyalarına müxalif olan bir 
sıra müstəqil rəssam təsadüfən bu ad altında bir qrupda birləşdi. Bu bədii üslub 12 illik bir tarix yaşadı: I sərgi 
1874-cü ildə, sonuncusu isə, 1886-cı ildə  təşkil olundu. İmpressionizmin təşəkkülü ilə, xüsusilə, rəngkarlıqda 
yeni bir mərhələ başladı. Bu üslubun nümayəndələri sənətdə dönüş yaradaraq rəngkarlıq janrlarındakı köhnə 
iyerarxiyanı dağıtdılar. Onlar belə bir fikri qəti surətdə iddia edirdilər ki, rəsmin mövqe və süjeti görülənlərdən 
əldə olunan təəssüratlardan ibarət olmalıdır. Ona görə impressionistlər  ətraf aləmin hadisələrinə  əhəmiyyət 
verərək onlardan əldə etdikləri təəssürata başlıca diqqət verir, natura ilə canlı ünsiyyəti hər şeydən vacib hesab 
edirdilər. Daha çox açıq havada çəkməyə üstünlük verən impressionistlər təbiətin ani vəziyyət və halını ifadə 
etməyə cəhd göstərirdilər. Ani, təsadüfi təəssüratın estetik dəyərini qabartmaqdan daha çox naturalist təfəkkürə 
üstünlük verən bu istiqamətin nümayəndələri predmetin məkan-zaman məna  əlaqələrinin abstrakt formada 
ifadəsinə başlıca yer verirdilər. Bu üslubun ən görkəmli sənətkarları K. Mone ilə yanaşı, Kamil Pissarro, Eduard 
Mane, Edqar Deqa, Oqjust Renuardır.  
Heykəltaraşlardan O. Roden («Mütəfəkkir») məşhur idi. Musiqidə bu cərəyanın banisi K. Debüsi, 
davamçısı M. Ravel olub. 
1880-ci illərin ortalarında Fransız bədii mədəniyyətinin inkişafında dönüş yarandı. İmpressionizm böhran 
keçirtməyə başlayır, bu isə iki yeni cərəyanın – neoimpressionizm və postimpressionizmin təşəkkülü ilə izah 
edilir. Neoimpressionizmin nümayəndəsi Jorj Sera və Polem Sinyak hesab edilirdi. Onlar özlərini «elmi 
impressionistlər» adlandırırdılar. Özlərini belə adlandırmasının başlıca səbəbi elmin rəng haqqında yenilikləri 
ilə bağlı idi. Bədii və estetik cəhətlərə görə bu cərəyan o qədər də maraq doğurmurdu. Bunun əksinə olaraq, 
postmodernizm isə, bədiiliyinə görə daha məhsuldar və maraqlı hadisəyə çevrildi. Bu cərəyanın nümayəndələri 
Pol Sezann, Vinsent Van Qoq, Pol Qogen hesab edilirdi. Bu rəngkarlar yaradıcılıqlarının əvvələrində impres-
sionist kimi fəaliyyət göstərmiş, lakin sonra isə, yeni üslub axtarışında olmuşlar. Bu rəssamların fəaliyyətinin 
fərqləndirici xüsusiyyəti vahid estetik konsepsiyanın olmaması ilə izah edilirdi.  
Yüzilliyin sonlarında estetizmin paradoksal variantı olan dekadans  təşəkkül tapmağa başlayır. Bu 
istiqamətin nümayəndələri insan gözəlliyi və onun bütün dəyərlərini mənəviyyatsız, mənasız hallar kimi qəbul 
edir, ideal ahəngdarlığı, harmoniyanın dağılması prosesini mücərrədləşdirirdilər. Onların bədii təfəkkürünün 
başlıca anlayışlarını eybəcərlik təşkil edirdi. «Dekadans» anlayışı ilk dəfə fransız simvolisti P. Verlenin 
sonetində tətbiq edilmişdi.  
XIX əsrin bədii mədəniyyətinə həmin dövrdə elmi-texniki tərəqqidəki ilkin nəticələrin əldə olunması və 
bunların sənətin bütün sahələrində öz təzahürünü tapması güclü təsir göstərdi. 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin