Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   52
.  1848-ci il inqilabından sonra Dunay knyazlığının  ədəbiyyatı müəyyən müddətə  qədər təsir 
altında qalmışdı. Bu dövrün yazıçıları, xüsusən də mühacirət həyatı keçirənlər inqilab dövrünün qanunlarına 
daxil edilən bir çox ideyaları dəqiqləşdirmək və aydınlaşdırmağa çalışırdılar. 1850-ci ildə Belçeski (1819-1852) 
xaricdə «Rumın tarixində inqilabi hərəkat» və «Dunay knyazlığının iqtisadi problemi» əsərini çıxarır. Eyni ildə 
Parisdə fransızca Alek Russonun (1819-1859) məşhur «Rumın mahnıları» əsəri çıxır.  
İnqilabın məğlubiyyətindən sonra Dunay knyazlığında ictimai-siyasi atmosfer dəyişir. 
Tarixi hadisələrə yeni münasibəti daha çox Boqdan Petriçeyku Xaşdeunun yaradıcılığında görmək olar. 
Yazıçının vəkil atası gimnaziyada dərs deməklə yanaşı, həm də  ədəbiyyatçı idi. Atasının yolu ilə gedən oğlu 
Xarkov Universitetini bitirməmiş rus ordusunda qulluq etdi, 1857-ci ildə istefaya çıxıb Dunay knyazlığında 
yaşamağa gedir və elə o andan ədəbiyyatla fəal məşğul olur. Yazıçı, tarixçi və dilçi Xaşdeu özünün hərtərəfli 
fəaliyyətində nəinki mədəni inkişafın müxtəlif meyllərinin inqilabdan sonrakı fərqini, həm də «həyəcanlı fikir 
və hissləri», inqilabın müvəffəqiyyətsizliyini əsərlərində əks etdirir.  
Aleksandr Odobeski incəsənəti ictimai həyatın aparıcı rolu sayır. O daxili, mənəvi birliyin yaranmasına və 
ya inqilabın məğlubiyyəti ilə bağlı yatmış hisslərin oyanmasına kömək etməlidir: «incəsənət xalq hisslərinin 
ifadə vasitəsidir». Yazıçının fikrinə görə, incəsənət ictimai həyatda  əsas rol oynayır və  şairlə  vətən arasında 
əlaqəni dəyişir.  
İnqilabdan  əvvəlki poeziya bütünlükdə  vətənlə bağlı idi ki. Onun keçmişi, bu günü, sabahı milli 
problemlər  ətrafında cəmləşmişdi. «Düşüncə» (1850) şerində Konstantin Ariçeski (1823-1886) ilk dəfə  həyat 
haqqında fəlsəfi sualları önə  çəkir: bəşəriyyətin inkişaf tarixi, bir-birinin ardınca yaranan dövlətlər və dahi 
şəxsiyyətlər.  Şair bu düşüncəyə dalaraq belə  nəticəyə  gəlir ki, «Hər  şey yox olur, insanlar da, təbiət də». Bu 
problemi və həyatın mənasını romantiklər inqilabdan sonrakı dövrdə daim açmağa çalışacaqlar. 
Dmitri Bolintinyan (1819/25-1872) inqilabın fəal üzvlərindəndir. 1867-ci ildə «Konrad» poemasını nəşr 
etdirir. Onun da qəhrəmanının düşüncələri Ariçeski kimidir, lakin Bolintinyan lirik qəhrəmanına vətən haqda və 
müasirlik haqda düşüncələrini əlavə edir.  
İnqilabdan sonra şair Emineskinin yaradıcılığında dünyaya münasibət problemləri cəmlənir. Fəlsəfəyə, 
humanitar elmlərə maraq onun bədii təfəkküründə iz buraxır. Sağlığında bitirə  və  nəşr etdirə bilmədiyi «Mo-
mento mori» poemasında Ariçeskonun başladığı həyat haqqında düşüncələrdən danışılır. Böyük imperiyanın və 
dövlətin zəifləməsini əks etdirməklə Emineski bu xətti müasir dövrə gətirmək istəyir. «Mələk və iblis» (1873) 
poemasında sosial həyata, «İmperiya və proletar» (1874) poemasında Paris kommunasının məğlubiyyətindən 
sonra mövcud olan qanunlara qarşı çıxır. 
Emineski üçün dünya yalnız sosial problemlər ətrafında fırlanır. Bununla yanaşı poeziyasında məhəbbət 
problemi («Venera və Madonna») və rəssam yaradıcılığının cəmiyyətdə yeri sualı onu daim narahat edir. 
O, «Göndərilmiş» (Poslannıy) silsiləsində elmi fikirlər, poeziya, sevgi və gözəlliyi burjua cəmiyyətinə 
zidd sayır. Bu əsərdə Emineski kompozisiyada «heliosentirk sistem» yaradaraq mərkəzdə günəş kimi xalqı və 
onun  ətrafında «burjua cəmiyyətinin həbsxana və  dəlixanaları»nı yaradır. Emineski əlbəttə ki, sosial 
konfliktlərin real tarixi yolunu görmür burjua cəmiyyətinə qarşı bədii yollarla çıxırdı. 
Rumın ədəbiyyatında «filoloji oçerk» adlandırılan realizmin ilk impulslarını XIX əsrin 40-cı illərində ro-
mantik yazıçılar sayılan V.Aleksandr, A.Russo, M.Koqelniçan, K.Neqrutsi və b. yaradıcılığında görmək olar. 
Bu dövrdə inkişaf prosesi keçən məhz bu janra rumın ədəbiyyatında ehtiyac vardı. 
Ruhani ailəsindən çıxan Nikola Fihmon (1819-1865) kilsə ilə bağlı idi. O, öz əsərlərində burjua 
cəmiyyətinin eybəcərliyini gülüş hədəfinə çevirmişdi və pulla savadsız insanların rütbələr tutmasını açıq-aydın 
təsvir etmişdi. Belə əsərlər ölkədə tənqidi realizmin, komediya janrının formalaşmasına gətirmişdi. 
İctimai-siyasi komediyaya Vasili Aleksandrın əsərləri daxildir. O, Parisə oxumağa göndərilir, lakin teatra, 
poeziyaya böyük ehtiras onun həyat yolunu dəyişir. İnqilabdan sonra o, komediyalar yaradır («Xadim Kiritsa 
Yassaxda», 1850; «Kiritsa ədəbiyyatda», 1852). Sonralar o, psixoloji dram - «Ovidi» və siyasi komediya - «Sin-
zyana və Pepelya» əsərlərini yaradır. 
Komediya sənəti ilə tənqidi realizm İona Luki Karadjale (1852-1912) yaradıcılığında birləşdirir. Məişət 
janrından başlayaraq «Həyəcanlı gecə» məhəbbət komediyasını  və 1884-cü ildə  «İtmiş  məktub»  şah  əsərini 
yaradır. 1890-cı ildə Karadjale psixoloji dram olan «Böhran» əsərində milli kəndli xarakterini yaradır ki, bu xətt 
İon Kpyanqenin yaradıcılığında davam edir.  
İon Kpyanqe (1839-1889) ədəbiyyata hekayəçi kimi gəlir. Yaradıcılığına nağıl, bir neçə hekayə və avto-
bioqrafik «Uşaqlıq xatirələri» povesti daxildir. Bu əsərdə «Baba İon Roat və knyazlığın birləşməsi» (1880), 
«Baba İon Roat və Kuzə» (1883) hekayələri daxildir. Rum ədəbiyyatında Kpyange yaradıcılığı romantizmdən 
realizmə keçid dövrünü əks etdirir. 
XIX  əsrin II yarısında  ədəbiyyat mədəni dirçəliş dövrü keçir. Əgər knyazlığın birləşməsinə  qədər rumın 
mədəniyyəti və  ədəbiyyatının üç inkişaf mərkəzi – Valaxiy, Moldova və Transilbaniya knyazlığı idisə, 
birləşmədən sonra ədəbiyyat milli dirçəlişə Karadjale, Emineski, Kpyanqe, Koşvunun yaradıcılığı ilə başlayır. 

 
317
Musiqi.  Rumıniya musiqisinin taleyi XIX əsrə  qədər knyaz evlərində, saraylarda, monastırlarda və 
kilsələrdə həll olunardı. XIX əsrdə xarici opera truppalarının, orkestrlərin qastrolları sayəsində kübar səviyyəli 
professional musiqi mədəniyyəti formalaşır. Bəstəkarların yaradıcılığı klassik və erkən romantizm ənənələri 
üzərində qurulsa da musiqiçilərdə əsas maraq milli xalq folklorundan geniş istifadə idi. 
Hələ XIX əsrdə bəstəkarlar demokratik janrlarda işləyirdilər. Bu dövrün bəstəkarları vətənpərvərlikləri ilə 
fərqlənirdilər. Rumıniyanın böyük şəhərlərində musiqi ocaqları açılırdı. 
XX  əsrin birinci yarısında bəstəkarlıq məktəbi yaradılır. Məktəbin banisi XX əsrin məşhur musiqiçisi 
c.Eneskdir. Onun simfonik, kamera əsərləri və «Edip» (1931) operası rumın musiqisinin klassik nümunəsidir. 
Məşhur bəstəkarlardan M.Andrikin, D.Kuklinin, M.Joranın da adlarını çəkə bilərik. 
Çexoslovakiya. 
Təsviri sənət.  XIX  əsrin sonu-XX əsrin  əvvəlində Çexiya xalqının milli mədəniyyət yaratmaq cəhdi 
uğurla qarşılandı və bu istiqamətdə böyük uğurlar əldə edildi.  
XIX  əsrdə Çexiyada təsviri sənətin yaranması klassik və romantik ənənələrin sintezi, realist portretin, 
mənzərə janrının yaranması ilə  sıx bağlı olmuşdur. II mərhələ isə heykəltəraşlığın inkişafı ilə bağlı olan 
mərhələdir (XIX əsrin sonu). 
Təsviri sənətin bu ərazidə inkişafı Praqa Rəssamlıq Akademiyasının  əsasının qoyulması ilə  əlaqədardır 
(1799).  Əvvəllər xarici rəssamlar bu Akademiyada dərs desə  də, sonradan elə bu Akademiyanın məzunları 
xüsusi yerlər tutmağa başladılar. Onların yaradıcılığında əsas yeri klassisizmdən romantizmə keçid tuturdu. Bu 
dövrün görkəmli nümayəndələrindən biri Frantiliek Tkadlin olmuşdur. «Aqar və İzmail səhrada», «Enio» kimi 
alleqorik əsərləri var. Onun portret irsi daha diqqətəlayiqdir, ən məşhur portretlərindən biri «Yozef Dobrovski-
nin portreti»dir. «Qraf Otokar Çerninin portreti» də bu qəbildəndir. 
Onun müasiri olan Antonin Maxek məşhur portretçi olmuşdur. Kompozisiya sadəliyi, insan obrazının 
dəqiq təsviri, daxili hisslərin baxışlarda əks olunması onun bütün portretlərinə xas idi. «Heykəltəraş Malinskinin 
portreti» (Praqa Milli Qalereyası) və «Yozef Yunğmanın portreti» dövrün görkəmli  şəxsiyyətləridir. Peyzaj 
rəngkarlığında böyük nailiyyətləri rəngkar Karel Posta əldə etmişdir. «Körpü ilə peyzaj», «Dəniz mənzərəsi 
axşamçağı» onun məşhur peyzajlarıdır. 
Digər peyzajçı  rəssam Antonin Manes olmuşdur. «Pexiteyi qəsrinin görünüşü», «Palıd», «Buludlar» kimi 
mənzərələrin müəllifidir. 
Çex boyakarlarından danışarkən 2 rəssamı – Yozef Navratil və Yozef Manesin adlarını xüsusilə qeyd 
etmək lazımdır. 
Y.Navratil Mesenat Veyxin rezidensiyasını freskalarla bəzəmişdir. Onlar arasında xüsusi dekorativliyi ilə 
fərqlənən «Vlastla qızlarının döyüşü» freskasıdır. Bundan başqa o, şah Ferdinandın yay rezidensiyalarını da 
freskalarla bəzəməklə  məşğul olmuşdur. Yaradıcılığının digər tərəfini məişət janrında işlənmiş  əsərləri təşkil 
edir – «Musiqi məktəbi», «Beşik», «Küçə musiqiçiləri» məhz bu mövzulu əsərlərdəndir. Onun bir çox 
natürmortları vardır. Məs.: «Kəsilmiş portağallar», «Boşqabda balıqlar» və s. 
Y.Manes isə  əsasən dini-fəlsəfi və  ədəbi-tarixi mövzularda əsərlər yazmışdır. «Luka Leydenskinin 
ölümü», «Kannda məhəbbət» kimi əsərləri var (Milli qalereya, Praqa). «Səhər nəğməsi», «Beşik nəğməsi», «İlin 
fəsilləri» kimi romantik əhval-ruhiyyəli əsərləri böyük ustalıqla ifa olunmuşdur. Onun yaradıcılığında portretlər 
də xüsusi yer tutur. 
Onun qardaşı Kvido da tarixi mövzularda əsərlər yaratmışdır. Tarixi janrda işləyənlərdən biri Çerpak 
olub. «Quşçular aşırımı keçərkən»  əsərində quşçular hərəkatının nümayəndələrini təsvir etmişdir. «Əsirlər», 
«Dalmatın toyu» əsərləri də bu janrda işlənmişdir. 
Dövrün digər məşhur rəssamı Pikas olmuşdur. Onun «Rəssam emalatxanasında», «Kəndli daxması», 
«Qoca və ölüm» kimi realistik süjetli əsərləri var. Zadəgan təbəqədən olan Adolf Kosarekin yaradıcılığı üçün 
aşağı, sadə insanların həyatının təsviri xarakterikdir – «Külək dəyirmanı», «Kəndli toyu» adlı əsərlər bunu bir 
daha sübut edir. O tez vəfat etdiyindən  əsərlərinin sayı da azdır. Lakin buna baxmayaraq çex rəngkarlığında 
mənzərə janrının inkişafına onun böyük təsiri olmuşdur. 
Bundan başqa Y.Marjak öz əfsanəvi və realistik əsərləri, A.Xitussi isə təbiət mənzərələrinin mahir ustası 
kimi çex rəngkarlığına daxil olmuşlar. 
XIX əsrin sonu-XX əsrin əvvəllərində çex boyakarlığında rəngkar və qrafik kimi fəaliyyət göstərən Miko-
las Aleşin böyük rolu var. Əsərlərinin çoxu onun ev muzeyində saxlanılır. «Quşçunun qəbri üzərində» onun ən 
məşhur əsəridir. O, Praqa teatrının foyesi üçün karton üzərində olan eskizlərin müəllifidir. Onun əsərləri roman-
tiklik və ritorika ilə doludur. «Vətən» adlı eskiz foye üçün nəzərdə tutulmuşdur. 
Milli teatrın dekor tərtibatında rəssam Frantişisk Jeniliek də  iştirak etmişdir. Çex heykəltəraşlığı 
rəngkarlıqdan bir qədər arxa planda idi. Dövrün məşhur heykəltəraşlarından klassik üslubda işləyən heykəltəraş 
Vatalov Praxner olmuşdur. Onun ən məşhur işi Praqada Vatska meydanında yerləşən «Valtava» daşdan 
hazırlanmış heykəlidir. 
XIX əsrin 70-ci illərindən heykəltəraşlıq məktəbi dirçəlməyə başlayır. Salon akademizmindən uzaqlaşan 
heykəltəraşlar realistik üsluba meyl yönəldirlər. Bu dövrdə Yozef Vatelov Mıslbek fəaliyyətə başlayır. O, alle-

 
318
qorik heykəllər yaratmaqla məşğul idi. 80-cı illərldən Praqa körpüsü üçün heykəllər yaratmağa başlayır. Daha 
diqqətəlayiq heykəl milli teatrın foyesi üçün hazırlanmış, poetik ruhlu «Musiqi» kompozisiyasıdır. Bu dövrün 
memarlığı da klassik ənənələrlə bağlı surətdə inkişaf edirdi. Ansambl tikililərinin sayı artır. Şəxsi evlərin və ic-
timai binaların tikintisi çoxalır. Şəhər və şəhərdən kənar villaların tikintisi artır. Milli hərəkatla bağlı olaraq, mil-
li ruh oyanır və bu, 1867-1883-cü illərdə memar Y.Zitek tərəfindən milli teatr binasının tikilməsinə  gətirib 
çıxarır. 
Plan quruluşuna görə  fərqlənən tikililərdən Y.Zitekin rəhbərliyi ilə tikilən «Rudolfinium» binasını 
göstərmək olar. 
XIX-XX əsrlərdə Slovakiyada da Çexiyada olduğu kimi, milli mədəniyyət formalaşmağa başlayır. Ölkədə 
olan şərait ziyalıları xaricdə təhsil almağa vadar edirdi, bu da Slovak mədəniyyətinə digər ölkələrldən ənənələrin 
gəlməsinəsəbəb olurdu. Çoxları Macarıstanda təhsil alanlar idi. Buna görə də təsviri sənətin bütün sahələri ma-
car təsviri sənəti ilə bağlı inkişaf edirdi. 
Memarlıqda klassik üslub aparıcı üsluba çevrilmişdi. Məşhur klassisist memarlardan A.Povolnı, İ.Feyqler 
kimilərinin adını çəkmək olar.  
Heykəltəraşların fəaliyyəti Vyana və Budapeştlə bağlı idi. Vavritsa Dunayski yaradıcılığını Budapeştlə 
bağlamış heykəltəraşlardan idi. 
Boyakarlıq məktəblərinin inkişafı olduqca ləng gedirdi. Yerli boyakarlıq məktəbləri Bratislava və Kaint-
sada yerləşirdi. Bu cür məktəblərdən birinin banisi rəngkar Daniyalı Yan Yakub Stunder olmuşdur. 
Slovak rəngkarlığının inkişafında Y.B.Klemens, V.Klimoviç kimi rəngkarların böyük rolu olmuşdur. 
Y.B.Klemens məşhur portret ustası kimi tanınmışdır. 
V.Klimoviç portret janrında «Qocanın başı», «Qoca qarının başı» (Slovakiya Milli qalereyası) kimi 
portretləri işləmişdir. Əsasən kəndli obrazları yaradırdı.  
Məişət və portret janrını inkişaf etdirən rəssamlardan Kornel Boqun olmuşdur. Onun əsərlərinin bir çoxu 
Slovakiya Milli qalereyasında saxlanılır. 
Lirik və poetik əsərlərlə mənzərə janrını Slovakiyada inkişaf etdirən Lodislav Mednyaski olmuşdur. Onun 
poeziyası təkcə Polşada deyil, digər ölkələrdə də geniş yayılmışdır.  
Ədəbiyyat.  1848-ci il inqilabı yatırıldıqdan sonra bir çox siyasi dəyişikliklər baş verir, repressiyalar 
nəticəsində radikal demokratlar həbsə məruz qalırlar. 
İnqilabi, satirik, publisistik əsərlərin əhəmiyyəti olduqca artır. 
İ.V.Freç (1829-1890). Şerlərinin çoxu o, həbsdə olarkən yazılsa da, yalnız 25 il sonra çapa izn alır və 
«Qaladan məktublar» adı altında nəşr olunur. 
K.Y.Erben (1811-1862) XIX-XX əsrlərdə ballada janrının  ən görkəmli nümayəndəsidir. «Çələng» adlı 
kitabında milli ruh, vətənpərvərlik hissləri duyulur. B.Neletsova (1820-1862) çex ədəbiyyatında nəsrin banisi 
hesab edilir. Yazıçı olmaqla yanaşı o, görkəmli publisist, vətənpərvər və demokratik ideyaların müəllifi kimi də 
çıxış etmişdir. «Nənə» povestini yazmaqla o, ilk dəfə çex ədəbiyyatına monumental, lirik kəndli obrazı 
gətirmişdir. Bu obraz xalq müdrikliyinin simvoluna çevrilmişdir. 
XIX  əsrin 60-80-cı illərində çex ədəbiyyatında  realizm ünsürləri yaranmağa başlayır. Realizmin 
yaranması bir çox ideyaların açılmasına kömək etdi. Realizmin görkəmli nümayəndələri  İ.V.Siadeka (1845-
1912), S.Çexa, V.Qallepa, Y.Neruda olmuşlar. 
Y.Neruda (1834-1891) şair, dramaturq, publisist, ədəbi tənqidçi kimi fəaliyyət göstərmişdir. Çex teatrına, 
musiqisinə, təsviri sənətinə dair bir çox məqalə  və resenziyaların müəllifidir. Onun hekayələri «Arabeskalar» 
adı altında nəşr olunmuşdur. 
«Bosyaş» povestində ilk dəfə xalq kütləsinin alman təbəqəsini təsvir etmişdir.  
Poeziya janrında yazılmış əsərlərinə «Şerlər kitabı», «Kosmik nəğmələr», «Ballada və romanslar» aiddir. 
Nəsr inkişaf etməyə başlayır, onun aparıcı motivi burjua cəmiyyətində olan meşşanlığın ifşası olur: 
«Dünyanın mələyi», «Frantina». Nəsrin ilkin nümayəndələrindən biri A.İrasek olmuşdur (1851-1930). 
Romanlarının bir çoxu tarixdə baş vermiş hadisələrlə bağlıdır. Ən çox kəndli üsyanları təsvir olunmuş əsərləri: 
«Skalani» və «Psoxqlavbsi»dir. Bir çox əsərlərində isə o, quşçular hərəkatını  təsvir etmişdir: «Bizdə», 
«Qardaşlıq». 
XIX əsrin sonu-XX əsrdə çex poeziyası öz çiçəklənmə dövrünü keçirir. Bir çox yazıçılar da hərdən bu ja-
nra müraciət etmişlər. Qalena, Neruda, Sladena. Vixmetski kimi yazıçıların bu janrda şerlər kitabları  nəşr 
olunmuşdur. «Axşam nəğmələri», «Təbiət» buna nümunədir. 
Slovak ədəbiyyatı XIX-XX əsrlərdə buradakı tarixi şəraitlə əlaqədar digər mədəniyyət sahələri kimi ləng 
inkişaf edirdi. Yaranan əsərlərin çoxu romantizm cərəyanı ilə sıx əlaqədar idi. Romantizmin ən parlaq nümunəsi 
Y.Bottonun (1829-1881) yazdığı «Yanamkonun ölümü» əsəridir. Bu əsərdə müəllif slovak ədəbiyyatında ilk 
dəfə olaraq quldur obrazına müraciət etmişdir.  
Folklor janrını yaradıcılıqlarında inkişaf etdirən ədəbiyyatçılar A.Sladkoviç və S.Xalunka olmuşlar. 
Romantik nəsr az da olsa yayılmışdı. Y.Kalinçak bu janrı inkişaf etdirirdi. «Məhəbbət və qisas», «Rahib», 
«Serkilər» onun ən məşhur əsərləridir.  

 
319
Bədii zövqün formalaşmasına əcnəbi ədəbiyyat yaxından kömək etmişdir, çex xalqı alman, polyak, macar 
ədəbiyyatı ilə dərindən tanış olmuşlar. 
P.O.Qvezdoslov (1849-1921) poeziyasında romantizm və realizmin sintezindən istifadə etmişdir: «Yay 
qaçışları», «Sonetlər», «Psalm və himnlər». Xalqın mənəviyyatı onun üçün xüsusi əhəmiyyət kəsb etdiyindən 
əsərlərinin əsas ideyasına çevrilmişdir.  
S.Y.Vayanski (1847-1916) yaradıcılığının əsasını sosial-psixoloji povestlər təşkil edir. Bu povestlərin hər 
biri millilik, vətənpərvər, coşqun hisslərlə doludur: «Liliya», «Uçan kölgələr», «Quru budaq». 
S.V.Vayanski yaradıcılığının təsiri ilə yazıb-yaradan qadın şairə T.Vantsova olmuşdur (1857-1842). Ailə-
məişət mövzusunda bir çox əsərlərin müəllifidir. Bir ailənin dramatik faciəsini əks etdirən əsəri «Podramskilərin 
yetimi» romanıdır. 
MusiqiÇexoslovakiya musiqi mədəniyyəti Çex və Slovakiya vəhdətində formalaşmışdır. Burada profes-
sional musiqi yaradıcılarından bəstəkar B.Smetananın, A.Dvorjakın, İ.Fibixanın və b. adlarını çəkə bilərik. 
Polşa. 
 İncəsənət.  XIX  əsrdə Polşa incəsənəti-Polşa mədəniyyəti tarixində parlaq səhifədir. Bu dövrdə Polşa 
siyasi cəbhədə güclü bir dövlət deyildi. XIV əsr Polşa mədəniyyətində  vətənpərvərlik ideyaları ön plana 
çəkilirdi. Yazıçılar, şairlər, musiqiçilər, rəssamlar daim bu ideyalar üzərində işləyirdi. Belə ziyalılara misal ola-
raq F.Şopeni, Slavatskonu göstərmək olar. Milli vətənpərvərlik hissi Polşa incəsənətində ayrılmaz fikir idi. 
Polşanın bədii həyatı mürəkkəb şəkildə inkişaf edirdi. Bu elə bir dövr idi ki, Y.Norblii və A.Oraovski ölkədən 
çıxıb getmiş, M.Poqonski və K.Voynakovski vəfat etmişdilər. Bu çətin illərdə incəsənətin ən fəal ocağı Vilna 
(Vilnüs)  şəhəri idi. Universitetlər bu dövrdə  mədəniyyət mərkəzləri sayılırdı (Litva üçün), eyni zamanda bu 
şəhər Polşa mədəniyyətinin də  mərkəziidi. Krakovda Mixail Staxoviçi (1768-1825) kəndlilərin həyatından 
götürülmüş səhnələr maraqlandırırdı. 
Polşa tarixi üçün yeni dövr növbəti onillikdə – 1815-ci ildən sonra başlayır.  Əvvəllər olduğu kimi, 
Varşavaya mədəniyyətin mərkəzi rolu qaytarılır. Memarlar XVII əsr Polşa klassisizminə arxalanaraq yeni 
dövrdə memarlığı daha da inkişaf etdirməyə çalışırlar. Onlar bunu daha mürəkkəb monumental formalarda 
işləyirlər. 20-30-cu illərdə  şəhərsalma işi gücləndirilir. Bu dövrdə Varşavanın mərkəzi hissəsinin tam şəkildə 
formalaşdırılması başa çatır. 1824-1825-ci illərdə Bankov meydanı tikilir. Memarlıq həlli baxımından Bankov 
meydanına yaxın olan digər bir tikili Böyük Teatrın yerləşdiyi Teatr Meydanı kompleksi idi. Bu kompleks 
1825-33-cü illərdə Koratsinin layihəsi  əsasında tikilmişdir. Koratsinin işləri polyak klassisizminin inkişafında 
mühüm rol oynamışdır. XVIII əsr ənənələrinə Yakob Kubitski yaxın olmuşdur. O, 1818-1820-ci illərdə özünün 
ən yaxşı  əsərlərindən biri sayılan Varşava  şəhərində Belveder sarayını inşa edib. Klassisizm başqa ölkələrə 
nisbətən Polşa krallığında daha çox qalır. Məs., XIX əsrin ortalarında sırf klassik üslubda işləyən memar Henrix 
Markoni (1792-1863) Sakson bağında Potia məbədi Tivalini Xapifladan qüllə tikir. Burjuaziyanın Polşada 
çiçəklənməsi ilə  əlaqədar olaraq portret janrı Polşada çox geniş inkişaf etməyə başlayır. Bu dövrdə  fəaliyyət 
göstərən rəssamlardan biri Varenavalie, rəssam Antoni Brodovski (1784-1832) Paris şəhərində Jerarda təhsil 
almış, fransız tipik portretlərini çox gözəl öyrənmişdir. Bu rəssam öz əsərlərində insanın daxili aləmini, onun 
hisslərini  əks etdirməyə çalışır. Rəssamın  ən yaxşı  işlərinə misal olaraq Brodovskinin qardaşının portretini 
göstərmək olar. Brodovskinin qardaşı da rəssam idi. O, əsasən realistik məişət janrında işləyirdi. Brodovski eyni 
zamanda mifoloji kompozisiyalarda işləmişdir. Buna misal olaraq rəssamın «Edip və Antiqona» (1828) əsərini 
göstərmək olar. Bu əsərdə  rəssam akademik rəsm rəngkarlığına sadiq qalmışdır. Polyak mədəniyyəti üçün 
dəhşətli zərbə çarlığın Varşava və Vilen universitetlərinin bağlanması oldu. 30-40-cı illərdə I mədəniyyət 
mərkəzi Qalşaya və Krakov, II isə bir çox polyak ziyalılarının mühacirət etdiyi Paris olmuşdur. Parisdə bu 
illərdə yaşayan Mitskeviç öz mili epopeyası olan «Pon Todeuş»u yazmışdır. Bu illərdə  Şopenin də maraqlı 
əsərləri yaranır. Burada eyni zamanda rəngkarlardan Q.Rodkovski, P.Mixaylovski, P.Kaplin işləmişlər. Bu 
dövrdən Fetiks Pivarskinin ətrafında olan bir qrup rəssam çox fəal yaradıcılıqla məşğul olurdu. Pivarski öz 
əsərlərinin prototipini xalqın həyatından götürürdü. Pivarskinin yaradıcılığında romantik istiqamət üstünlük 
təşkil edirdi. Onun bir çox tələbələri var idi. Yaradıcılığı XIX əsrin 40-50-ci illərinə təsadüf etmiş rəssamlardan 
biri də Henrix Rodakevski (1823-1894) idi. Bu rəssam özünü mahir portretçi kimi göstərmişidr. Onun məşhur 
portretlərindən biri atasının portretidir. Parisdə yaşayarkən rəssam «General Q.Dembinski»nin portretini çəkir. 
Rəssam generalın obrazını çox kədərli, oturan tərzdə yaratmışdır. Bu portret çox sakit, zeytuni boz rəng 
qammasında çəkilmişdir. Polşa incəsənətindən danışanda P.Mixaylovskinin adını çəkməmək mümkün deyil. Bu 
rəssam  əsil-nəcabətinə görə aristokrat olub. Rəssamlıq təhsili almamışdır. O tez-tez Fransaya səyahət edir, 
oranın ziyalıları ilə görüşürdü. O, ispan rəssamlarından F.Qoyya və D.Velaskesin yaradıcılığını  dərindən 
öyrənmişdir. Onu rəngkarlıqda dinamik gərginlik cəlb edirdi. Uzun müddət atlar, atlılar və döyüşlər rəssamın 
yaradıcılığında sevimli mövzulardan idi. Sonralar rəssam portret janrına müraciət etmiş, bir çox realist portret 
əsərləri yaratmışdır. Onun sevimli rəng qamması boz, zeytuni-qəhvəyi, kül rəngi, göy-qırmızı rənglərdən ibarət 
idi. Yaradıcılığının daha da püxtələşdiyi dövrlərdə  rəssam daha çox azad manerada işləyirdi. Mixaylovski öz 
yaradıcılığında kəndli mövzusuna müraciət etmiş  və onun bu mövzuda çəkilmiş  əsərləri polyak incəsənətinin 
məşhur əsərlərindən sayılır (XIX əsr). 

 
320
Bu portretlərdə  rəssam xalqın xarakterini çox gözəl göstərə bilmişdir. O öz portretlərində  kəndlilərin 
obrazlarını realist manerada əks etdirə bilmişdir. O, təsvir olunmuş insanın daxili aləmini, fikirlərini inandırıcı 
göstərməyə çalışır. XIX əsrin II yarısından başlayaraq polyak incəsənətində romantik janr geniş inkişaf edir. 
Varşava sərgilərində, daha sonra isə Krakov sərgilərində 50-60-cı illərdə daha ciddi kompozisiya janrları 
üstün yer tuturdu. Burada yenilik ondan ibarət idi ki, rəssamlar xalq məişətinin real şərtlərini təsvir etməklə 
yanaşı  həm də onun sosial vəziyyətinə  də öz münasibətlərini bildirirdilər. Doğrudur, xalqa olan münasibət 
məhdud, sentimental xarakter daşımaqla kasıbın qəmli həyat  şəraitini  əhatə edirdi. Bu halda rəssamlar xalqla 
hesablaşmağa, onun öz hüquqlarına nail olmasına çalışmağa can atırdılar.  
Realist məişət janrının yüksəlişini  əsasən Polşanın Rusiyaya aid hissəsindəki rəssamlar edirdi. 1863-cü 
ildə baş vermiş üsyan kəndli mövzusunu irəli çıxarmışdı. Bu dövrdə Polşada rus əhval-ruhiyyəsinin geniş 
yayılması rus rəssamlarının əsərlərini xatırladırdı. Bu istiqamətdə bir sıra Varşava rəssamları çalışırdı. Bunlar-
dan F.Kostşevski (1826-1911) «Daşyonanlar» (1862, Milli Muzey), V.Qerson (1831-1901), «Kəndlinin atı ilə 
vidalaşması» (1856) və s. göstərmək olar. 
Yüzef Şertientovskinin (1833-1876) əsərləri daha tipik xarakter daşıyırdı. O, 60-cı illərin Varşava janrları 
arasında xüsusi yer tuturdu. Şertientovskinin yaradıcılığında «janr-mənzərə» kompozisiyası üstünlük təşkil edir-
di ki, burada da başlıca cəhət hərəkət və süjet deyil, ümumi əhval-ruhiyyə təşkil edirdi. Onun əsas xarakterik 
əsərlərindən biri «Kəndlisayağı  dəfn»  əsəridir (1862, Varşava Milli Muzeyi). Bu əsərin  əsas məzmununu öz 
yaxınını itirmiş iki kəndlinin təsviri təşkil edir. Kəndli mövzusuna Şertientevski həm də daha sonralar 
«Təhkimlilər» (1873) əsərində müraciət etmişdir. 
Polşanın Avstriyaya aid hissəsində məişət janrı heç də böyük üstünlüyə malik deyildi. Bu dövrün tanınmış 
rəssamlarından Aleksandr Kotsisa (1836-1877) xüsusi yer tutur. Bu rəssam öz əsərlərində Krakov yaxınlığında 
vaxtını keçirdiyi kəndlilərin təsvirinə üstünlük verirdi. Onun əsas  əsərini «Ananın ölümü» (1867, Lvov Şəkil 
qalereyası) təşkil edir. Əsərin təsvirində daxma həyatının kasıb görkəmi xüsusi yer tutur. Burada yataqda ölmüş 
kəndli qadının fiquru təsvir olunmuşdur. Üç uşaq isə çarpayının yanında ayaq üstə dayanmış  və özlərinin 
gələcək faciələrini dərk etmirlər. Onların ayaqları altında dovşanlar qaçışır. Rəssamın uğurlu yaradıcılıq 
nümunələrindən birini «Sonuncu yaxşılıq» (1870, Varşava Milli muzeyi) əsəri təşkil edir. Bu dövrdə 
özünəməxsus yer tutan rəssamlardan biri də Qalitsiyalı Artur Qratqer idi (1837-1867). O özünün bir sıra qrafik 
əsərləri ilə tanınmışdır. Onun əsərlərindən «Varşava» (1862), «Polşa»nı (1863) misal göstərmək olar. Bu 
əsərlərdə Polşa xalqının milli azadlıq mübarizəsi öz təsvirini tapmışdır. 1863-cü il üsyanı ərəfəsində və ondan 
sonrakı dövr Polşa incəsənətində əsaslı dönüş dövrü olmuşdur. Bu dövr artıq bütövlükdə demokratik realizmin 
inkişafı ilə xarakterizə olunurdu. İncəsənətin romantik dövrü artıq geridə qalmışdı. Buna baxmayaraq xalqın 
romantik əhval-ruhiyyəsi bu dövrün iri tarixi rəngkarlıq sənətkarı olan Mateynonun əsərlərində xüsusi yer tutur. 
Yan Mateyno (1838-1898) Polşa incəsənətinin və mədəniyyətinin xüsusi bir dövrünü təşkil edir. Mateynonun 
birinci yaradıcılıq dövrü XIX əsrin 60-70-ci illərini təşkil edir. Bu dövr onun əsərlərində  vətənpərvərlik 
hisslərinin üstünlük təşkil etməsi ilə xarakterizə olunurdu. Onun yaradıcılığının sonrakı dövrü isə XIX əsrin 80-
90-cı illərində daha çox ənənəvi-rəsmi xarakter daşıyırdı. Rəssamın sonuncu yaradıcılığı dövründə monumental 
dekorativ üslub üstünlük təşkil edirdi. Bunun özü də Polşa incəsənətində yenilik idi. XIX əsrin 70-80-cı illərində 
Polşa krallığının ərazisində fəaliyyət göstərən rəssamların yaradıcılığında xüsusilə demokratik realizmin inkişafı 
yüksəliş dövründə idi. 60-cı illərin islahatından sonra ölkədə kapitalizm sürətlə inkişaf edirdi. Bu da öz təsirini 
incəsənətdə göstərirdi. Bu zaman bədii prinsiplərin inkişafı ön plana keçirdi. Bu dövrdə tanınmış rəssamlardan 
biri Huzef Xelmonski idi (1849-1914). Onun əsərlərində Polşa kəndlisinin həyatı üstünlük mövzunu təşkil edir-
di. Həmçinin bu dövrdə tanınmış rəssamlardan biri də Maksimskyan Qerimski idi (1846-1874). Bu rəssam öz 
əsərlərində incə  və  dəqiq, aydın və musiqili təsvirlər yaradırdı. O özündə realist və  həqiqi  şair təəssüratı 
yaratmışdır. Onun əsərlərindən «Povstaşçesk patrul»u (1871, Varşava Milli muzeyi) göstərmək olar. Bu əsərdə 
1863-cü il üsyanından səhnə təsvir edilmişdir. Bu dövrdə daha yüksək ustalığı ilə seçilən realist rəngkarlıq sis-
teminin nümayəndələrindən sayılan Aleksandr Qerimski olmuşdur (1850-1901). Məhz onun yaradıcılığında 
Polşada ilk kapitalist şəhərinin təsviri öz ifadəsini tapmışdır. Onun Varşava silsiləsinə «Trompik» (1884, Kra-
kov Milli muzeyi), «Vislayanı qum karxanasında» (1887) əsərləri daxildir. Onun həm də Parisin təsvirinə həsr 
olunmuş  əsərləri vardır: «Parisin gecə operası» (1891, Poznan Milli muzeyi). Polşa xalqının milli azadlıq 
hərəkatının təsvirinə həsr olunmuş əsərlərin müəllifi kimi Yatek Malçevski özünəməxsus yer tutur (1854-1929). 
O öz əsərlərində sürgün həyatının təsvirini yaratmışdır. Bu əsərlərdən «Ölüm mərhələsi» (1891), «Şaxtada 
istirahət» (1882), «Siyasi sürgünlər» (1883) və sairə əsərləri göstərmək olar. 
Ədəbiyyat
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin