Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

Bədii  ədəbiyyat insanların dünyaya münasibətlərindəki dəyişikliyi daha yaxşı  əks etdirirdi. XV əsrin 
ortalarında  İspaniyada yaranan və tezliklə  Qərbi Avropa və Latın Amerikası ölkələrinə yayılaraq XVII əsrdə 
tam yetişən yeni janr orta əsrlərin ideallaşdırılmış qəhrəmanlarından ibarət cəngavər romanlarından fərqlənirdi. 
Plutov romanları adlanan bu janr mənfi qəhrəmanların – yalançıların və  fırıldaqçıların yaşadığı  sərt və 
məşəqqətli həyatı  təsvir edirdi. XVI əsrdə  İspaniyada özünəməxsus yoxsulluq hökm sürürdü. Okeanın o 
tayındakı yüngül qazanc imkanları ilə  şirnikmə  və halal zəhmətə nifrət bu yoxsulluğun  əsas xüsusiyyəti idi. 
Ümidsizlik və əxlaqsızlıq ispan cəmiyyətində xüsusi təbəqənin – pikaronun yaranmasına səbəb oldu ki, bu da 
keçmiş əsgərlərdən, oğrulardan, fahişələrdən, qumarbazlardan, təlxəklərdən, müflis olmuş zadəganlardan, bəxti 
gətirməyən tələbələrdən və b. ibarət idi. İspan cəmiyyətində kübar təbəqə tərəfindən nifrət olunan, özü isə sadə 
xalqa nifrət edən digər təbəqə də mövcud idi. Apikardo adlanan bu təbəqə burjuaziyadan ibarət olub çox vaxt 
pikaro ilə səhv salınırdı. Barokko dövrünün bu iki, sinfi simasını itirmiş təbəqəsinin etirazı rəsmi barokko ilə 
müqayisədə qeyri-mədəni fenomen olan plutov romanının yaranmasına səbəb oldu. N.Tomaşevski yazır ki, 
«İspan barokkosu yalnız  ədəbi fenomen yox, həm də siyasi və epik fenomendir. O, həyatın qavranması  və 
dərkedilməsi vasitəsi olub kontrreformasiyanın ideologiyası ilə sıx bağlıdır.» (Tomaşevski N.Plutovskiy roman. 
M., 1975, s.9). Plutov romanı  zəif janrlara aid edilən mövcud kübar qəhrəmanlığına qarşı öz plutov 
antiqəhrəmanını qoyurdu. Təxminən 1525-1526-cı illərdə yazılmış anonim müəllifə məxsus «Tormesli Lasariy-
lonun həyatı» povestinə  məhz belə ironik ziddiyyət xasdır. Lasarilyo haqqında bu kitab reallığı tanımayan, 
ibrətamiz  ədəbiyyata qarşı  çıxır. Bədbəxtlik və yalan içərisində «yaşamaq sənəti»nin bütün mərhələlərini 

 
281
öyrənən bu «avtobioqrafik» əsər borc və vicdan anlayaşlarının dərk edilməsi ilə bitir. Bu kitab tamahkarlığa, 
hörmətsizliyə, rəhmsizliyə biclik və yalan vasitəsilə qalib gəlməyi öyrədir.  
Bəzi İntibah mülayimliyi ilə fərqlənən «Lasarilyo»dan fərqli olaraq Mateo Alemanın «Alferaçeli qusman» 
(1599-1604) əsəri əsil plutov romanı olub, bu janrın ilk klassik nümunəsidir. Bu əsərdə ispan gerçəkliyi gülünc 
və  şişirdilmiş  şəkildə  təsvir edilir, dilənçilik, sutenyorluq (kapitalist cəmiyyətində öz aşnası fahişənin xərcilə 
yaşayan kişi) isə monumental miqyas alır.  
Plutov janrının ən görkəmli nümayəndələri Fransisko de Kevedo, Luis Keles de Qevara, Alonso Kastilyo 
de Solorsano və b.-dır.  
Əlbəttə, barokko ədəbiyyatı təkcə plutov romanlarından ibarət deyildi. XVII əsrin dahi yazıçılarından biri 
Hans Yakob Kristov Qrimmelshauzendir (1621-1676). 1668-ci ildə o, «Simplisissimus» əsərini yazır. Kitabda 
Almaniyanı və Şərqi Avropanı viran qoyan 30 illik (1618-1648) müharibənin dəhşət və fəlakətləri təsvir edilib. 
Qrimmelshauzen barokko ədəbiyyatının özünəməxsus xalq variantını yaratdı ki, burada mücərrədlik və 
məcazilik naturalist aşkarlığı  və  şairanə konkretliklə uzlaşır. Bu cür nəsr «qeyri-ədəbi» materialı udaraq 
böyüyürdü. «Simplisissimus» çoxlu müxtəlif elmi məlumatlarla doludur. Burada qədim tarixdən, antik 
yazıçıların gördüklərindən, təbabət, astrologiya kimi təbiət elmlərinin faktlarından misal gətirilir. Mətndə 
üstüörtülü sitatlar da çoxdur.  
XVII əsr ədəbiyyatı gerçəkliyin xaotik şəkildə parçalanmış mənzərəsini təsvir edərək onun ensiklopedik 
təsvir edilməsinə can atır. XVII əsrin plutov romanları gerçəkliyi nəzərdə tutulan şərait  əsasında daha 
mükəmməl əhatə edir. XVII əsrin tarixi romanları isə üstünlüyü şəraitə yox, elmi biliyə verərək şüurlu surətdə 
gerçəkliyin tam, ensiklopedik inikasına can atır.  
XVII  əsrin  ədəbi üslubu cisimləri onların real əlaqələrindən deyil, xüsusi kontekstdən, məşhur alleqorik 
mənadan izah edən özünəməxsus emblematik təfəkkür tərzi ilə xarakterizə edilir. XVII əsr ədəbiyyatı ənənəvi al-
leqorik mövzuları, obrazları, mənaları toplayaraq əxlaqi-ritorik biliklərin xüsusi forması  səviyyəsində 
sistemləşdirir və inkişaf etdirir. Poeziya məhz bu əsasda tərəqqi edir. Barokko yazıçısı  ənənəvi-ritorik sözün 
köməyilə XVII əsrin coşqun xaosunu dərk etməyə və onun qarşısını almağa çalışır. Barokko şairi ziddiyyətlərlə 
dolu olan gerçəkliyi  əsrlərdən bəri bilik, əxlaq, nəsihət funksiyaları  əldə etmiş soz sənəti  ənənələrinə 
yaxınlaşdırmağa çalışır. Bu zaman o, gerçəkliklə söz sənəti ənənələri əlaqələrinin bərpa edilməsi üçün fərdi üsullar 
axtarmalı olur.  
Memarlıq.  
Barokko memarları  İntibahın bir çox bədii  ənənələri ilə, xüsusən də onun harmonik və tarazlaşdırılmış 
həcm üsulları ilə vidalaşaraq bütöv memarlıq ansambllarına yalnız ayrı-ayrı tikililəri və meydanları deyil, 
küçələri də aid etməyə başladılar. Əgər erkən barokko üçün dekorativ elementlərin sayının artırılması xarakterik 
idisə, yetkin barokkoda plastik ifadəlilik güclənir. Barokko memarlığının  əsas xüsusiyyətlərindən biri – geniş 
məkanı təşkil edən ansambl yaratmaq idi. Heykəltəraşlıq memarlıqla bəzən elə əlaqələndirilir ki, çox vaxt me-
mar və heykəltəraşın işlərini bir-birindən ayırmaq çətin olurdu. Şəhər meydanları, saraylar, pillələr, fəvvarələr 
memarlıq və heykəltəraşlığın sintezi prinsipi üzrə tikilərək ümumi dekorativ tərtibata tabe edilirdi. Barokkoda 
sənətlərin sintezi zamanı heykəltəraşlıq və  rəngkarlıq memarlığa tabe edilərək onunla qarşılıqlı  əlaqədə olur. 
Gözəl divar rəsmləri gümbəzləri, plafonları (naxışlı, bəzəkli tavan) və divarları bəzəyərək geniş məkan illüziyası 
yaradırdı. Dinamika dolu heykəltəraşlıq gözəl olub, memarlıqla ayrılmazdır.  
İtaliya. Katolik Roma barokko memarlığının əsas mərkəzi oldu. Burada barokkonun təməli Vinyola, Pal-
ladno, xüsusən də Mikelancelonun yetkin yaradıcılığı ilə qoyulmuşdu. Barokko memarları yeni tikili tipləri 
tətbiq etməsələr də köhnə tipli tikililərə – kilsələrə, saraylara, villalara onların formasını  və arxitektura 
baxımından məzmununu dəyişən yeni konstruktiv kompozisiya və dekorativ üsullar tapırdılar. XVI əsrin sonun-
dan başlayaraq barokko cizgiləri artan məbəd tiplərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirirdilər. XVII 
əsrdə memarlıq formaları daha dinamik və gərgin olur. 
XVII  əsr italyan memarlığının daha xarakterik cizgiləri Roma abidələrində ifadə olunub. Barokkonun əsas 
xüsusiyyəti – ansambl yaratmaq cəhdi özünü məhz burada daha fəal göstərib. Bu üslub müxtəlif dövrlərin tikililərini 
memarlıq baxımından birləşdirdi.  
Barokko üslubunun ilk nümunəsi 1575-ci ildə memar Cakoto Barotsi da Vinyola (1507-1573) və Cakoto 
della Porta (təx.1537-1602) tərəfindən yezuitlərin (mürtəce katolik ruhaniləri cəmiyyətinin üzvü) monax ordeni 
(cəmiyyəti) üçün tikilmiş  İl-Cezu kilsəsidir. Layihənin  əsas hissəsinin müəllifi Vinyola Gümbəzli bazilika 
formasına müraciət etmişdi. Bu tipli əvvəlki tikililərə nisbətən kilsənin mərkəzi nefi daha qısa və genişdir, yan 
neflər əvəzinə isə hər iki tərəfdə kapellalar yerləşirdi. Məbədin qalın sütunlar və pilyastrlarla (bir tərəfi divara 
bitişmiş dördkənarlı sütun), çoxlu heykəllərlə bəzədilmiş interyeri çox təntənəli görünür. Kilsənin Cakoto della 
Porta tərəfindən ifa edilmiş fasadının kompozisiyası da maraqlıdır. Sənətkar divarın çox iri bir sahəsini iki üfqi 
yarusa bölərək, hər birini orderlə (memarlıq kompozisiyası) bəzəyir. Nisbətən dar olan üst yarus yanlardan 
spiralabənzər detallarla – volyutalarla (italyanca – «buruq, qıvrvm») çərçivəyə salınıb və sanki aşağı süzülür. 
Bu, fasada mürəkkəb və ifadəli görünüş verir. Sonralar belə tərtibat barokko üslublu bir çox kilsələr üçün tipik 
oldu. Bir qədər sonra isə bu tikililəri nəzərdə tutan «yezuit üslubu» termini də yarandı.  

 
282
Barokko kilsə memarlığına ən çox töhvə vermiş sənətkarlar Karlo Maderna, Françesko Barromini və Lo-
renso Berninidir.  
Karlo Madernanın  həyatında gördüyü əsas iş Müqəddəs Pyotr kilsəsinin yenidən tikilməsi idi (1607-
1617).  İntibah dövründə Mikelancelo tərəfindən inşa edilmiş  əsas binaya o, qərb tərəfdən böyük hissə  əlavə 
edərək bütün kilsəni sentrik formadan bazilikal formaya çevirib.  
Barokko memarlığında saray və villalar da mühüm yer tutur. XVII əsrdə İtaliyida çoxlu saray ansamblları 
da tikilirdi. Barokko sənətkarları bunlarda şəhər və şəhərkənarı tikililərin cizgilərini birləşdirməyə çalışırdılar. 
Məs. Barberinin sarayı (1625-1664). Onun tikintisini Maderna başlamış, Barromini və Bernini isə bitirmişlər. 
Madernanın  şagirdi olan Françesko Barromini (1599-1667) roma barokkosunun cadugəri sayılır. Onun 
inşa etdiyi tikililərin sayı çox deyil. Romada o, Navona meydanında Sant-Anyeza (1653-1661), Roma Universi-
tetinin həyətində Sant-İvo (1642-1660) və 4 fəvvarənin yanında San-Karlo alle Kuatro Fontane kilsəsini tikib.  
Lorenso Bernini (1598-1650) yetkin barokkonun banisi olub, İntibah sənətkarları kimi hərtərəfli inkişaf 
etmiş insan idi. Memar, heykəltəraş, rəssam, dekorçu olan Bernini italyan incəsənətinin rəsmi cərəyanına 
başçılıq edir və  əsasən roma papalarının, kardinallarının və yüksək roma aristokratiyasının sifarişlərini yerinə 
yetirirdi. Onun ən xarakterik tikililərindən biri Romadakı Sant-Andrea al Kvirinale kilsəsidir (1653-1658). Ber-
nininin nəhəng memarlıq işlərindən biri Romada müqəddəs Pyotr kilsəsinin çoxillik tikintisinin başa 
çatdırılması və onun qarşısındakı meydanın tərtibatı idi (1656-1667).  
İspaniya. XVI əsr  İspan memarlığı  əsasən orta əsr  ənənələrini davam etdirsə  də  İtaliya  İntibahının 
nailiyyətləri də diqqəti cəlb etməyə başladı. İspan memarları Romada və İtaliyanın digər şəhərlərində işləməyə 
başladılar, öz növbəsində italyanlar da İspaniyaya gəlməyə başladılar.  
XVII  əsrdə meydana gələn plateresko (ispanca – «naxışlı», «döyməli») termini XVI əsrin I yarısında 
zərgər dəqiqliyi ilə tikilən və gözəlliyi ilə fərqlənən ispan tikililərinə aid edilirdi. Plateresko üslubunda olan əsas 
işlər dini olmayan kübar tikililər – universitetlər, xəstəxanalar, xüsusi evlərdir. Kilsə memarlığı,  əsasən 
monastırlarla təmsil edilirdi. Mərkəzi  İspaniyaya aid olan Salamankada 1529-cu ildə yeni üslubda universitet 
inşa edildi. 1539-cu ildə burada Santyaqolu memar Rodriqo Xil de Ontanyon və qardaşı Martinin tikdikləri və 
başa çatdıra bilmədikləri Monterrey hersoqlarının sarayı plateresko üslubunda olan bir çox yaşayış evləri üçün 
nümunə oldu. Leon şəhərində 1514-1549-cu illərdə memar Xuan de Oroçko, Martin Villereal və Xuan de Be-
daxoz tərəfindən tikilmiş San-Marko monastırı plateresko üslubunda inşa edilmiş kilsə memarlığına misaldır. 
Plateresko üslubunun çiçəklənmə dövrü uzun sürmür. İspan memarlığına tədricən italyan barokkosunun cizgiləri 
daxil olmağa başlayır. Bu dövrdə Çurrigera ailəsinin, xüsusən Xose Benito Çurrigeranın tətbiq etdiyi üslub so-
nralar «çurrigeresk üslubu» adını aldı.  
 
Heykəltəraşlıq.  
İtaliya.  Əsasən Romada işləyən Lorenso Bernininin ilk yetkin heykəltəraşlıq işi 1623-cü ildə yapdığı 
«David»dir. Bibliyaya görə gələcəkdə İudey çarı olan gənc çoban David yəhudilərə qarşı müharibə aparan filis-
timli ordusunun ən güclü əsgərinə, pəhləvan Qoliafa təkbətək vuruşda qalib gəlir. İntibah dövründə Donatello və 
Mikelancelo bu bibliya qəhrəmanının ideal sayılan heykəlini yaratmışlar. Sələflərindən fərqli olaraq Bernini nə 
bu döyüşə hazırlığı, nə də onun nəticələrini göstərmir, o, Davidi Qoliafla bir yerdə təsvir edir. Bernini öz Davi-
dini dini ədavət simvoluna çevirir. David barokko çərçivəsindən kənara çıxır. Bernininin əsas heykəltərişlıq 
əsərlərindən biri – müqəddəs Pyotr kilsəsindəki ansambldır: imperator Konstantinin vestibüldəki atlı heykəli, 
müqəddəs Pylotrun 30 metrlik kafedrasındakı (1657-1666) müqəddəslər, mələklər və b.-nın heykəlləri çox gözəl 
işlənmişdir. Bernininin əsərlərində yeni tipli realizm cizgiləri də düyülür. Çox da böyük olmayan Santa Mariya 
della Vittoriya kilsəsindəki müqəddəs Terezanın mehrabı Bernininin sənətini daha dərindən açır. Bu əsər 2 fi-
qurdan ibarətdir: müq. Tereza və onun ürəyinə ox sancan mələk. Tereza mifik obraz yox, XVI əsrdə yaşamış 
tarixi  şəxsiyyətdir. Bu rahibə qadın onun ürəyinə  qızıl ox sancan mələyi yuxuda görüb və bunu kağıza yazıb 
qoyub. Sonralar kilsə onu müqəddəslər cərgəsinə aid edib. Bu əsər yalnız İtaliyada deyil, digər ölkələrdə də ba-
rokko heykəltəraşlığı üçün nümunə oldu. Bernininin digər əsərləri də, məsələn heykəl-büstlər də bu qəbildəndir. 
Bunlardan kardinal Borqezin portreti, fransızların «günəş kralı» adını almış XIV Lüdoviqinin portreti və s.  
İspaniya. XVII əsr ispan heykəltəraşlığı rəngkarlıq qədər yüksək zirvəyə çatmamışdı. Əsrin I yarısındı ən 
görkəmli ispan heykəltəraşı Qreqorio Ernandes (təx.1576-1636) hesab edilir. «Oxşama»  əsərində  İsa 
peyğəmbərin ölümü təsvir edilir. Əsrin II yarısının ən görkəmli sənətkarlarından Pedro da Mena (1628-1688) 
Qranadada işləmiş və yaratmışdır. Müq. Fransiska fiquru yaradıcılığının yetkin dövrünə aiddir. Hər iki sənətkar 
naturalizm üslubuna üstünlük verir. İspan heykəltəraşlığında naturalizm adətən barokko emosionallığı ilə 
birləşir.  
Rəngkarlıq.  
İnsanın  ətraf aləmə yeni münasibəti rəngkarlıqda da özünü göstərir. Barokko rəssamları artıq insan və 
dünyanın harmoniyasını deyil, onların arasındakı ziddiyyətləri göstərməyə çalışır. Böyük Dünyanı birdəfəyə 
qavramaq heç də hamı üçün asan olmadığından rəssamlar simvolik obrazlardan, işarə və eyhamlardan istifadə 
edərək əsərin hüdudlarından kənarda olan məkanın bədii izahını verirdi.  

 
283
İtaliya.  
Barokkonun XVII əsr italyan incəsənətində, xüsusən memarlıq və heykəltəraşlığında hakim mövqe 
tutmasına baxmayaraq, realist üslub da özünəməxsus yer tuturdu. Bu üslub daha çox Avropa realist 
rəngkarlığının inkişafına misilsiz təsir göstərən Mikelancelo Merizi da Karavaconun  əsərlərində öz ifadəsini 
tapırdı. İtaliyanın özündə Karavaconun çoxlu ardıcılları meydana gəldi ki, onları karavacoçular adlandırırdılar. 
Bununla bərabər, karavacopərəstlər  İtaliya sərhədlərindən uzaqlarda da mövcud idi. O dövrün dahi 
rəssamlarından heç biri Avropa realist sənətində əsas mərhələ təşkil edən Karavacodan yan keçə bilmədi. Kara-
vaconun sərt pealizmi onun müasirləri, «yüksək sənət» təpəfdarları sarıdan başa düşülmürdü.  Əsərlərinin 
bilavasitə  təsir obyekti olan naturaya müraciət və onun izahının doğruluğu Karavacoya çoxlu düşmən 
qazandırmışdı. Bunların içərisində  rəsmi  şəxslər və ruhanilər də var idi. Karavaco sənətinin formalaşmasına 
XVI  əsrin sonunda İtaliyada inkişaf edən parlaq və emosional ifadəli Venesiya rəngkarlığının  ənənələri, 
həmçinin yaradıcılıq azadlığına can atan manyerizm güclü təsir göstərmişdi.  
Karavaconın yaradıcılığında dini mövzular mühüm yer tutur. Məs. «Yudif və Olofern» (1599), «Fomanın 
inamı» (XVI əsrin 90-cı illərinin II yarısı), «Emmausda şam yeməyi» (1599). XVI-XVII əsrlər arasında Karava-
co apostolların həyatına aid süjetlər əsasında 2 silsilə rəsmlər yaradıb. Bu əsərlərdən 3-ü apostol Matveyə həsr 
edilərək Romada San Luici dei Françezi kilsəsinin Kontarelli kapellası üçün çəkilmişdi (1597-1600). 1945-ci 
ildə bu əsərlərdən biri məhv olur. Karavaco daim məbədlər üçün sifarişlər alırdı. Santa-Mariya della Skala 
kilsəsinin mehrabı üçün çəkdiyi «Məryəmin ölümü» əsəri buna misaldır (1605-1606). «Apostol Matveyin 
çağırışı» (1599-1600), «Savlın dönməsi» (1600-1601), «İsanın tabuta qoyulması» (1604) və s. əsərlər də maraq 
doğurur.  
Karavaco Avropa incəsənətində ilk dəfə olaraq dəzgah natürmortları yaratmağa başladı.  
Bütün bunlarla yanaşı, Karavaconu həmçinin rəngkarlıqda da barokkonun banisi hesab etmək olar, çünki 
barokko dili və barokkoya məxsus dünya duyumu ona yad deyil. 
Rəngkarlıqda barokko XVI-XVII əsrlərin 2 əsas bədii cərəyanın nəticəsi kimi yaranır. Bunlardan biri 
XVII əsrdə İtaliyanın ən məşhur rəssamı olan Karavaconun (1573-1610) sənəti ilə, digəri Karraççi qardaşlarının 
yaradıcılığı ilə bağlıdır.  
Annibale və Aqostino Karraççi qardaşları 1585-ci ildə Boloniyada yaratdıqları üçün onların adı ilə bağlı 
olan cərəyan «Boloniya akademizmi» adlanır. Burada rəssamlar xüsusi proqram üzrə dərs alırdılar, onlara yalnız 
praktik deyil, nəzəri dərslər də, məs. perspektiv (mənzərənin uzaqdan görünüşü), anatomiya, tarix, mifologiya, an-
tik rəsm və heykəllərin  şəklinin çəkilməsi və s. də keçilirdi. Annibale Karraççi «qəhrəmanlıq peyzajı» janrının 
yaradıcısıdır. Boloniyalılar hesab edirdi ki, təbiət özü-özlüyündə natamam, qeyri-kamil olduğu üçün incəsənətdə 
təmsil edilə bilməz, bunun üçün o, müəyyən səviyyəyə çatdırılmalıdır. Məhz bu məqsədlə Annibale Karraççi 
özünün uydurduğu, ideallaşdırılmış  təbiət yaradırdı. Beləliklə, Boloniya akademizminin əsas prinsipi naturanın 
patetizm və ideallaşdırma vasitəsilə təkmilləşdirilməsidir.  
Rəngkarlıqda akademist cərəyan manyerizmə cavab kimi yaranmışdı.  İtaliyada XVI əsrin 20-30-cu 
illərində yaranmış bu cərəyanın nəzəriyyəçiləri əsrin ortalarında olduqca böyük təsirə malik idilər. Onlar iddia 
edirdi ki, hamı üçün ümumi olan estetik ideal ola bilməz, sənətkar kortəbii şəkildə yalnız ilahi qüvvənin təsiri ilə 
yaradır. Bununla əlaqədar bədii təhsil də  gərəksiz sayılırdı. Akademiya bu baxışları inkar edirdi. Ədəbi sənət 
idealının mövcudluğunu təsdiq edən Karraççi qardaşları bunun mənbəyini Antik və İntibah dövründə axtarırdı. 
Onlar təhsilə və intellektə də xüsusi fikir verir və məhz buna görə də tədris proqramlarına dünyəvi elmləri daxil 
edilmişdi. 
Karavaco bir çox məsələlərdə Boloniya akademizminin antipodu olsa da bu iki müxtəlif üslubun əsasında 
italyan barokkosu yaranır.  
Beləliklə, italyan barokko sənətkarları dünyanın mürəkkəb və sirlərlə dolu olmasını hamıdan əvvəl duydu-
lar. Onlar insanın nə qədər aciz, təbiətinin mürəkkəb və ziddiyyətli olduğunu, ali mənəvi dəyərlərə çatmaq yo-
lunda onu hansı çətinlik və iztiradlar gözlədiyini göstərməkdən qorxmadılar.  
Mərkəzdə mövcud olan rəsmi barokko cərəyanı ilə yanaşı, XVII əsrdə  İtaliyanın ucqarlarında realizm 
ənənələrini davam etdirən rəssamlar da var idi. Bunlardan ən istedadlısı yaradıcılığı sonrakı dövrdə də davam 
edən boloniyalı Cüzeppe Mariya Krespi idi (1664-1747).  
 
İspaniya.  
XVI  əsrdə dünyaya ağalıq edərək Niderland, Almaniya, İtaliyanı öz təsiri aliında saxlayan, Amerika 
müstəmləkələrini zəbt edən  İspaniya özü heç nə istehsal etmədiyindən, tədricən artan yoxsulluq əhalinin 
qəzəbinə  səbəb olurdu. XVI əsrdə  Şimali Niderlandın (Hollandiyanın) ayrılması onun müflisləşməsinin 
başlanğıcı oldu. XVII əsrdə  İspaniya artıq ikinci dərəcəli ölkələr sırasına keçdi. İspan monarxiyası Fransadan 
fərqli olaraq mədəniyyəti öz qanadı altına ala bilmədiyindən rəssamlıq El Qreko, X.Ribyera, Surbaran, 
D.Velaskes, Murilyo və başqalarının simasında yüksək inkişaf səviyyəsinə çatdı. XVII əsrin sonunda 
incəsənətdə barokko üslubu bərqərar oldu.  

 
284
XVI  əsrin II yarısınadək ispan incəsənəti  əsasən  əyalət xarakteri daşıyıb. Rəngkarlıq  İntibah dövrü 
sənətkarlarının zəif təqlidindən ibarət idi. İspan rəssamlarının çoxu antik irsə ehtiyat və qəzəblə yanaşaraq onu 
xristian ustalarına heç nə öyrətməyə qadir olmayan, yad, bütpərəst mədəniyyət hesab edirdilər.  İspan 
rəngkarlığının fəaliyyəti inkvizisiya tərəfindən ciddi nəzarətdə saxlanırdı. Məsələn, çılpaq qadın bədəni çəkmək, 
Məryəm və digər müqəddəs qadınların təsvirlərində onların ayaqlarını göstərmək qadağan edilirdi.  
İspaniyaya  İtaliyadan keçən manyerizm üslubu geniş yayılmağa başladı, hətta qotika qalıqları da 
saxlanmışdı. XVI əsrin sonunda milli realist incəsənətin dirçəlişi başladı. Bu, öz əksini hər  şeydən  əvvəl 
rəngkarlıqda tapdı.  
II Filippin sarayında işləyən portretçi-rəssamlardan daha çox fərqlənənləri Sançes Koelyo və Pantoxa de 
la Krusdur. Kral ailəsindən olanların və əsilzadələrin portretlərini çəkməklə onlar ispan saray portretinin italyan 
və fransızlarınkından fərqlənən yeni tipini yaratdılar.  İspan  əsilzadələri öz süni ciddiliyi və lovğalığı ilə 
fərqlənirdi. Onlar gözəl təsvir olunmalarını tələb etmirdilər. Əksinə, özləri ilə öz olduqları kimi fəxr edirdilər. 
Eyni zamanda istəyirdilər ki, portret onların irqi ləyaqətlərini çox yüksək formada ifadə etsin.  
XVI-XVII əsrlərin ilk məşhur ispan rəsamı milliyətcə ispan olmayan El Qrekodur (1541-1614). Əsil adı 
Domeniko Teotokopuli olan bu rəssam əslən yunandır (buradan da – Qreko). Onun «Müq. Mavrikinin əzabları» 
əsəri II Filippin xoşuna gəlmədiyindən o, saray rəssamı olmur. Madrik sarayında müvəffəqiyyətsizliyə düçar 
olan rəssam  İspaniyanın keçmiş paytaxtı Toledoya gedir. Burada o, San-Tome kilsəsi üçün «Qraf Orqasın 
dəfni» adlı monumental əsərini işləyir. Məhz bu şəhərdə El Qreko təkrarolunmaz, qeyri-adi rəssama çevrilərək 
həmişəlik incəsənət tarixində qalır. Onun yaradıcılığını  hər hansı bir cərəyana aid etmək çətindir: son Renes-
sans, manyerizm, barokko, Bizans, qotika, erkən ekspressionizm və s. Müqəddəslərin təsviri həm bütövlukdə 
ispan rəngkarlığında, həm də El Qreko yaradıcılığında mühüm yer tutur. «Apostol Matvey və Fransisk Assizs-
ki» (1590-1595), «Apostol Pyotr və Pavel» (1614), «Müqəddəs ruhun enməsi» və s. bu qəbildəndir. El Qreko 
gözəl rəng ustası olub, işıq, perspektiv, anatomiya qanunlarını da yaxşı bilirdi. Onun məkan və kompozisiya 
quruluşu, obrazları digər ispan rəssamlarından fərqlənirdi. O, öz yaradıcılığında müasir ənənələrdən getdikcə 
daha çox uzaqlaşdığı üçün onun davamçısı, demək olar ki, yoxdur.  
Ribyera (1591-1652) XVII əsr Avropa rəngkarlığında realist üslubun nümayəndəsi, hətta Valensiya realist 
məktəbinin ilk nümayəndəsi Karavaconun davamçısı sayılır. Xusepe Ribyera yaradıcılığının ilk dövrlərində 
zindanlardakı adamların həyatına aid dramatik əsərlər yaradır. 20-ci illərin sonundan isə tamamilə rəngkarlığa 
keçir. Əsərlərinin mövzuları müxtəlifdir: antik tarix, Bibliya hadisələri, müqəddəslərin həyatından səhnələr, mi-
foloji süjetlər və s. Məşhur əsərləri «Müqəddəs Varfolomeyin iztirabları» (1639), «Müqəddəs İnessa» (1641), 
«Topal» (1642), «Filosof Diogen», «Apostol Varfolomey» və s.  
Surbaran (1598-1664) yaradıcılığının yetkin dövründə  əsasən monastırların sifarişi ilə müqəddəslərin 
həyatından olan süjetlərə monumental silsilələr işləyir. Belə  əsərlərdən biri – bizədək çatmayan «Akvianlı 
Fomanın müq. Bonaventuraya baş çəkməsi» (1629) tablosudur. Digər əsərləri: «Müq. Lavrenti» (1636), «Müq. 
Kasilda» (1640), «Dörd qabla natürmort» (1632-1634), «Məryəmin yeniyetməliyi» (1660) və s.-dir.  
Diyeqo Velaskes (1599-1660). Bu rəssamın  əsərləri XVII əsr  İspan rəngkarlığının zirvəsi hesab edilir. 
Əsas əsərləri: «Səhər yeməyi» (1617), o dövr ispan incəsənətitndə ilk çılpaq qadın təsviri olan «Venera güzgü 
qarşısında» (1650), «Saray xanımları» («Meninlər», 1656), «Toxucular» (1657) və s.-dir. Rəssam portretlərə 
daha çox üstünlük verirdi. Məs. «IV Filippin portreti», «İnfanta Ferdinandın portreti», «İnfanta Baltasura Karlo-
sun atlı portreti» (1635), «Papa X İnnokentinin portreti» (1650), «İnfanta Marqarita» (1660).  
Murilyo (1618-1862) janr rəngkarlığına daha çox fikir verirdi. Əsas əsərləri: «Oğlan itlə» (1650), «Meyvə 
satan» (70-ci illər) və s. Murilyonun ölümü ilə sanki ispan rəngkarlığı da öz fəaliyyətini dayandırdı.  
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin