(^T
®
" l
b o
' 9 9 '
в
' 9 9 '
8 * O b
' 9 Qa
а
mm g
' 9 0 °
a m o b
' 9 9 '
b o m в
' 9 9 '
b
O O
b
' 9 0
"
b o m g
' 9 0 a
b O o
b
"
0 1
*
a m m
*
"
0 9
'
в
m
о ь
" 0 0 "
" 0 0 "
в т о ь
° Q 9 '
b o m a
* 0 9 '
b o O b
" 0 0 "
ь
o ma f
" 0 0 "
b o o b
ŞəkU 32.
Dılubnd çarpazlaşınada homoloji və qeyri-homolojı xromosomlann dav
ranışım göstərən sxem (R.Quliyev. K.Əliyeva, 2002)
204
Şəkil 33.
Drozofildə ginandromorfizm (Sinnota, Dennə və Dobıjanskiyə görə). Sol
tərəf-dişi, sağ tərəf-erkək (R.Quliyev, K.Əliyeva, 2002)
205
c v .
a i- i
■ x'*-
i ' i '
'4%
V;'':
M
J * "'•• £ ■
■
V,
VI F Ə S İ L
QAN QRUPLARI VƏ BİOKİMYƏVİ POLİMORFİZM
«Həyal çox ciddi qayda ilə diiziilmiiş
fermenlativ proseslərin qarşılıqlı əlaqəsin
dən başqa bir şey deyildir.»
(R.Vilştetter, 1929)
6.1.
Qan qrupları. 1900-cü ildə avstriyalı həkim Karl Landşteyner
tərəfindən insanda qan qrupunun kəşf edilməsi və 1924-cü ildə Bernşteynin
onların
növbələşməsi
tipinin
mövcud
olmasını
müəyyən
etməsi
immunogenetik müayinələrinin əsas prioritet istiqamətləri üçün çox mühüm
zəmin yaratdı. 1936-cı ildə İrvin göyərçin hibridlərində antigenlərın
quruluşunu öyrənərkən ilk dəfə olaraq
«immunogenetika»
məvhumunu
tətbiq etmişdir. İmmunitetdən bəhs edən ımmunologiya elmi ilə genetikanın
qarşılıqlı dialektik vəhdət təşkil etməsi və onların birləşdirilməsi immuno-
biologiya elminin inkişafına və onun praktikada geniş istifadə olunmasına
olduqca böyük təkan verdi. Müasir dövrdə immunogenetika elmi mole-
kulyar biologiya, immunologıya və genetikanın ən yeni üsulları və
nailiyyətlərinə əsaslanan çox böyük sürətlə və geniş dıapozonlu dinamik
inkişaf edən ən mütərəqqi və kompleks bir elm sahəsinə çevrilmişdir
İmmunogenetika artıq hazırda orqanizmin ıınnıun cavabına, reaksiyasına
genetik nəzarəti, orqan və toxumaların transplantasiyası zamanı ımmun
qəbuletməməzliyi. antigen spesifikliyinin növbələşməsini. orqanizmlərin
somatik hüceyrələrinin çoxmilyonlu populyasiyalarının
genetik sabitliyinin
-
homeostazmm
sabit saxlanmasını və davamlı inkişafının təmin olunmasının
öyrənilməsi ilə məşğul olan
ən perispektivli və bəşəri əhəmiyyətli elm
sahəsidir. Qan qruplarının və biokimyəvi polimorfızmin elmi əsaslarının
öyrənilməsi də məhz ımmunogenetikasımn ən ümdə tədqiqat obyektidir.
Hələ 1900-cü üdə Erlix və Morgenrot keçilərin qanında fərdi uyğunsuzluğun
olmasını müəyyən etmiş. İrvin isə kənd təsərrüfatı heyvanları və quşlarının
immunogenetikasının əsaslı surətə öyrənilməsinin təşəbbüskarı olmuşdur
Sonralar isə elmin bu sahəsinin daha da inkişaf etdirilməsində Ferquson və
206
Stromontun çox böyük xidmətləri olmuş və onlar ilk dəfə olaraq
izoimmunizasiya
və
heteroimmunizasiya
üsulu ilə aldıqları
immunospesifik
serumun vasitəsilə iri buynuzlu heyvanların qanında 30-dan artıq antigen
qrupunun olmasını k əşf etmişlər.
Rus alimləri V.N.Tixonov, P.F.Sorokova,
V.P.Pavliçenko, Z.l.Vaqonis və b. da həmin antigen qruplarının öyrənilməsi
ilə məşğul olmuşlar. H azırda dünyanın bütün inkişaf etmiş ölkələrində
immunogenetika elminin öyrənilməsi genetika elminin ən prioritet sahəsinə
çevrilmişdir. H ər bir növün ayn-ayn fərdləri bəzi biokimyəvi genetik
determinasiya əlamətlərinə görə bir-birindən fərqlənirlər. Bu fərdləri isə
yalnız antigenlər sistemi formasında immunogenetik üsullarla aşkar etmək
mümkündür.
Antigenlər
- orqanizmə müxtəlif yollarla tətbiq olunduqda spesifik
immunoloji reaksiyalar törədən, genetik cəhətdən uyğun olmayan xüsusi
maddələrdən ibarətdir. Bir növə məxsus olan ayn-ayn fərdləri bir-birindən
fərqləndirən antigenlər
alloantigenlər
adlanır. Orqanizmdə antigenlərin təsiri
nəticəsində sintez olunan və zülallardan təşkil edilən spesifik maddələr
immunoqlobulinlər (ant it ellər)
adlanır. Heyvan və quşlann qan qrupunda
olan fərqlər eritrositlərin səthində mövcud olan antigenlərə əsasən təyin
olunur. Antigenləri bəzən də qan amilləri adlandırırlar.
Bir lokusla nəzarət
. olunan qan amilləri-antigenlər qan qruplarının genetik sistemi, bir fərdin bütiin
qan qruplarının məcmuu isə qanın tipləri adlanır.
K Landşteyner və onun
davamçıları müəyyən etmişlər ki, insanın eritrositlərində 2 qrup antigen
. (aqqlyutinogen) -A və В və qan zərdabında 2 qrup aqqlyutinin-anti-A və
anti-B-vardır. Bu amillərin müxtəlif formada birləşməsi nəticəsində qan
qrupları mövcud olur: 0(1), A(II), B(III) və ABO(İV). ABO sistemi üzrə
insanın qan qrupu aşağıdakı kimidir:
Eritrositlərin antigenləri-AB, А, В, O. Zərdabın izoaqqlyutininləri-
anti-A, anti-B, anti-AvəB yoxdur.
Antigen və antitellər fərdi növdaxili fərqə malik olduğu üçün onları
izoantigenlər
və
izoantitellər,
immunologiyanm bu istiqamətini öyrənən elm
sahəsi isə
izorelogiya
adlanır. İnsanda qanköçürmə zamanı donorun (qan
verənin) və resipiyentin (qan alanın) qan qrupu nəzərə alınmadan qan
köçürüldükdə eritrositlər bir-biri ilə yapışaraq (aqqlyutinasiya olunaraq)
resipiyentin ölümünə səbəb ohır. Qanköçürmə zamanı qan qrupunun nəzərə
alınması insan üçün həyati vacib məsələdir. Bu zaman köçürülən qanın
eritrositar antigeni resipiyentin qanındakı
aqqlyutininlə reaksiyaya
girməməlidir. ABO(IV-qrup) qan qrupuna malik olan adam lar universal
resipiyent olduğundan onlara istənilən qanı köçürmək olar. I-qrup (O) qanı
olan adamlar A və В antigeninə malik olmadığı üçün universal donorlar
sayılır və onların qanı istənilən resipiyentə köçürülə bilər. Qan qrupu
antigenləri irsi xarakter daşıyaraq nəsildən nəsilə keçir. İnsanın qan qrupu
A ,B ,0 adlanan genlərin nəzarəti altında olur və tənzimlənir. Son zamanlar
insanın qan qrupunu təyin etmək üçün izohemaqqlyutinasiya senımu
əvəzinə daha səmərəli və partativ monoklonal anti-A və anti-B quru
(liofilizasiya olunmuş) diaqnostiki soliklon antitelindən istifadə olunur.
207
Həmin antitel siçan xətlərinin hüceyrələrindən alınır, antigenlə 2,5 dəqiqəyə
aqqlyutinasiya reaksiyası əmələ gətirir. Soliklon anti-A və anti-B antiteli
ayn-aynlıqda
bir
damla
müayinə
edilən
qanla
qarışdırılır
və
aqqlyutinasiyamn əmələ gəlməsinə görə qan qrupu təyin olunur. Hər iki
dam lada aqqlyutinasiya reaksiyası mənfi olduqda qan 1(0), anti-A antiteli
ilə müsbət nəticə almdıqda-II(A), anti-B-ilə-HI(B) və hər iki antitellə (anti-A
və anti-B) aqqlyutinasiya alındıqda isə-IV(AB) qrupuna aid edilir. Solik-
lonun yararlıhq müddəti 3 ildir.
İnsanlarm patologiyasında K .Landşteyner və Biner tərəfindən (1940)
kəşf edilən
rezus-anulinin (Rh fa kto r)
olduqca böyük rolu vardır. Müıəlliflər
bu amili
rezus-makaka
meymununun qanım müayinə edərkən aşkar
etmişlər. Sonralar müəyyən edilmişdir, bu amil insanda rezus xəstəliyi əmələ
gətirir və körpə uşaqlarda ölümlə nəticələnən sardıq xəstəliyinə səbəb olur.
Bu xəstəliyin səbəbi ata və ananın genotipinin uyğunsuzluğu nəticəsində
yaranan
immunoloji ziddiyyət
(konflikt) sayılır. Belə ki, atanm eritrositinin
səthində müsbət rezus amili (Rh+), anada isə - mənfi (Rhr) olduqda ana
bətnində inkişaf edən embriona irsi olaraq atadan keçən Rh+ amili ananın
qanında antitel sintezinə səbəb olur və onlar ananın Rh- antigeni ilə dərhal
aqqlyutinasiya reaksiyasına girərək uşağın eritrositlərini parçalayır və he-
molitik sarılıq yaranır. Beləliklə, bu xəstəlik ananın qanındakı Rh- an-
tigeninə qarşı yaranan antitellə embrionun eritrositlərinin səthindəki atadan
ona verilən R h+ antigenləri ilə reaksiya əmələ gətirməsi nəticəsində baş verir.
Hamiləliyin son dövründə ananın qanında dölün R h + antigeninə qarşı sintez
olunan antitelin miqdarı çox artığından və titri yüksək olduğundan reaksiya
sürətlənir və embrion tələf olur. Rh-qanköçürmə zamanı da neqativ nəticə
törətdiyinə görə donorun və resipiyentin qanında qan qrupu ilə yanaşı onun
uyğunluğu da mütləq nəzərə alınmalıdır. Rezus amili nigah zamanı nəzərə
alınan ən əsas tibbi göstərici sayılır. Nigaha girən gənclərin hər ikisinin
qanında Rh ya müsbət (Rh+), ya da mənfi (Rh-) olmalıdır. Əks təqdirdə
ananın orqanizmində yaranan immun konflikt (ziddiyyət, antogonizm)
uşağın mütləq ölümü ilə nəticələnə bilər. Hazırda rezus-antigenlərin böyük
qrup sistemləri aşkar olunub. Onlardan R ho (D), R h (Ç), Rh (E) ilə ifadə
olunan antigenlər daha böyük əhəmiyyət kəsb edir. Lakin onlardan ən fəalı
Rho (D) antigeni sayılır. ABO və Rh qruplu antigen sistemi ilə yanaşı
eritrositlərin səthində çoxlu sayda digər antigen amilləri-M,N,P,X və s.-də
aşkar olunmuşdur. Lakin bunlara qarşı norm al antitellər sintez olunmur.
Buna baxmayaraq onlar irsi olaraq nəsildən nəsilə verilən immunoloji
göstərici olduğu üçün məhkəmə ekspertizası və antropologiya zam anı nəzərə
alınır. Heyvan populyasiyalannda doğulan hər bir yeni fərdin qan qrupu
heç vaxt dəyişilmir, genetik cəhətdən sabit saxlanmaqla, ona saxlan
ma,yemləmə şəraiti və xarici mühit amilləri neqativ təsir göstərmir. Qan
qruplarının genetik sistemləri və antigenlər latm əlifbası ilə hərflərlə (A,B,C
və s.) işarə edilir. Lakin heyvanlarda çoxlu sayda antigenlər olduğu üçün
onlar xüsusi işarələr (A, B, C və s.) və rəqəmlərlə (Aı, Аг, Аз və s.) ifadə
208
olunur. Bir çox qan qrupu antigenləri 10-a qədər antigendən təşkil olunan
müəyyən fenoqruplarda növbələşir.
Qan qruplarının növbələşməsi. Bütün növ heyvanlarda qan qruplarının
genetik sisteminin allelləri başlıca olaraq
kodominantlaşma,
yəni hetero-
ziqotda hər iki genin fenotipik baş verməsi yolu ilə növbələşir. Resessiv allel-
lər isə olduqca nadir hallarda müşahidə olunur. Kənd təsərrüfatı heyvanla
rında bütün qan qruplan sistemi autosom larda lokalizasiya olunur. Mü
rəkkəb qan qrupu sistemlərində (B və
C
qrupuna malik olan qaramalda)
antigen faktorları bəzi sublokuslarla nəzarətə alınır. C - qan qrupu sistemi
iki seriya allel genetik determinantdan (Cj, C2, Cı", C2" və Xı, X
2
,
O ,
Fıo)
təşkil edilir. C-sistemlərinin təhlili zamanı onlarda D N T-nin hissələrinin
uzunluğu 0,3 santimorqan (B-sistemdə isə - 0,7) təşkil edir. Q an qruplarında
növbələşmənin üç əsas qaydası mövcuddur:
- Hər bir fərd qan qrupu sistemində ata və anadan alman iki allelin
yalnız birini növbələşdirir;
- Valideynlərdən hər hansı birində müşahidə olunmayan antigenlərə
malik olan hər hansı bir fərd həmin valideyn cütlüyünün nəsli (törəməsi)
hesab edilmir;
- Bir antigenə görə homoziqot olan fərd (məsələn, F/F) əks istiqamətli
. antigenə malik olan homoziqot fərdin (v/v) törəməsi sayıla bilməz.
Qan qruplarım təyin etmək üçün reagentlərin alınması. Heyvanlarda və
quşlarda zülal antigenlərinin immunoloji spesifikliyi aşağıdakı üsullarla
təyin olunur:
- Polipeptid zəncirlərin amin turşularının ardıcıllığını müəyyən etməklə
(bəzən bir neçə amin turşusunun dəyişməsi antigeni dəyişdirə bilir);
- Zəncirin qurtaracaq (son ucu) amin turşusunu müəyyənləşdirməklə;
- Zəncirdə zülal molekulunun ikincili quruluşa malik olmasının
aşkarlanması ilə;
P o l i p e p t i d
z ə n c i r l ə r d ə
ə n
f ə a l
s ə t h i
s a h ə l ə r i n
-antigen
determinantlurının
a ş k a r o l u n m a s ı i l ə ( b i r a n t i g e n ç o x l u s a y d a d e t e r m i n a n t
q r u p a m a l i k o l a b i l ə r ) .
Antigenlər əsasən immunobioloji (seroloji) reaksiyalarla (antigen -
antitel) aşkar edilir. İri buynuzlu heyvanlarda və qoyunlarda antigen - anti-
tel əlaqəsi
hemoliz reaksiyası
(eritrositlərin stromasının parçalanması və he-
moqlobinin onlardan xaric olunması), donuzlarda isə -
tam va natamam
aqqlyutinasiya
(eritrositlərin yapışması) və
hemoliz
reaksiyası ilə təyin edilir.
Qan qrupu sistemləri. İmmunoloji reaksiyalar vasitəsilə kənd təsərrüfatı
heyvanları və quşlarında aşağıdakı m iqdarda qan qrupu sistemləri aşkar
olunmuşdur:
İri buynuzlu heyvanlarda - 1 2
Q o y u n l a r d a -
1 6
A t l a r d a -
9
D o n u z l a r d a -
1 7
İ t l ə r d ə -
7
Q u ş l a r d a -
1 4
209
Bu sistemlərdən ən mürəkkəbi iri buynuzlu heyvanlarda müxtəlif
kombinasiyalarda 500 allellər əmələ gətirən və 40 antigendən ibarət olan B-
qan qrupu sistemidir. Üçdən artıq allellərə malik olan qan qrupu sistemləri
poliallel sistemlar
adlanır. Həmin qrupa iri buynuzlu heyvanlara B-
sistemindən əlavə, həm də C, S, A, donuzların -E , L, M va q o y u n lara - B,
A, C sistemləri də aiddir. İri buynuzlu heyvanların J-qan qrupu sisteminin
insanın və donuzların A və qoyunların - R qrupu, В və C sistemlərinin
qoyunların eyni adlı, S-sisteminin isə M-sistemı ilə immunogenetik yaxınlığı
vardır. İri buynuzlu heyvanlarda J-qan qrupu sisteminin hemoqlobinin (Hb)
və В - laktoqlobulinin (B lq) lokuslan ilə əlaqəsi Mövcuddur. Heyvan və
quşlarda qan qrupu sistemlərinin əsas praktiki əhəmiyyəti bu sistemə əsasən
onların əcdadlarının təyin olunm asından ibarətdir. Heyvanlarda əcdadın
başqa empirik üsullarla təyin olunması zamanı ən azı 20% səhvə yol verilir.
Heyvan və quşların mənşəyinin təyin olunmasının etibarlılığına nəzarət
aşağıdakılara əsasən həyata keçirilir:
- Antigen amillərinin kodom inant növbələşməsinə;
- Ontogenez prosesi ərzində onların dəyişilməməsinə;
- M onoziqot əkizlər müstəsna olmaqla, praktiki cəhətdən növün iki
fərdində qan qrupunun çoxlu sayda kombinasiyalarının müxtəlif olmasına
əsasən (cədvəl 17).
Qan qrupuna görə atalığın təyini
Cədvəl 17.
Heyvanlar
Sistemlər
A
B
C
Qanın tipi
Törədici № 1
Törədici № 2
Ana
Buzov
A ı/D H
A ıH /D H
Аз/D
D H /D
B/hA'E'ıG'G"
A'BVBOı
В/ВОзА
АТУ/ВОзА
CıE/Xı
W/RWX
3
EWL/R
3
W/R3
Heyvanlar
Qan qrupları
F-V
J
L
M
S
Qanın tipi
Törədici № 1
Törədici № 2
Ana
Buzov
F /F
F/V
F/V
V/V
- 1 -
- / -
M / -
- / -
- / -
H / -
- / -
- / -
- / -
Buzovun atası 2 №-li törədicidir
Cədvəldən göründüyü kimi, bu təcrübədə buzovun atası 2 №-li törədici
olmuşdur. Həmin təcrübə zamanı inək birinci və ikinci dəfə müxtəlif törə
dicilərin sperması ilə mayalanmışdır. H ər iki törədicinin qan qruplarında
D H allelləri olduğu üçün buzovun atasının müəyyən olunması qeyri-
mümkündür. B-qan qrupu sistemində buzov anadan birinci BChA' (nəzərdə
tutulan atada bu allellər yoxdur) və 2 №-li atadan isə ikinci A'B' allellərini
(bu allellər l№-li törədicidə yoxdur) almışdır. Buna görə də belə qənaətə
210
gəlmək olar ki, buzovun atası məhz 2№-li törədicidir. Bu nəticə buzovda C-
sistemində W allelinin olmasını bir daha təsdiq edir. F -V sistemində də
törədici №-l F/F allelinə görə homoziqot və buzov V/V allelinə görə
homoziqot olduqlan üçün birinci törədici buzovun atası ola bilməz.
6.2. Əkizlərin immunoloji analizi.
Bir ziqotadan inkişaf edən əkizlər
monoziqot,
yaxud
biryumurtalı,
iki mayalanmış yumurta hüceyrəsindən
inkişaf edənlər isə
diziqot
və ya
ikiyumurtalı əkizlər
adlanır. Monoziqot
əkizlər həmişə eyni cinsiyyətli (hər ikisi erkək, yaxud dişi) olub, uyğun qan
qrupu sisteminə malikdir. Müxtəlif cinsiyyətli əkizlər isə həmişə diziqot
olub, müxtəlif qan qrupu sisteminə malikdir. İri buynuzlu heyvanların 2-3%-
i əkiz bala doğur, onların 50%-i isə iki cütlü cinsiyyətli olur (25%-erkək,
25%-dişi fərdlər). Ümumilitkdə əkizlərin sayının yalmz 10%-ni monoziqot
əkizlər (erkək və dişilərin sayı bərabər olur) təşkil edir. İri buynuzlu
heyvanların əkizlərinin qan damarlarının 90%-də
anastomoz
baş verərək, bu
zaman diziqot əkizlərdə epitrositlərin
ximeriznd (mozaisizmi)
müşahidə
olunur (şəkil 34). İki müxtəlif tipli eritrositlərin qarışması
eritrositar xime-
rizm
adlanır.
Qazanılmış immunoloji tolerantlıq nəzəriyyəsinin
əsasını qoyan
bu proses ilk dəfə olaraq 1945-ci ildə Ouen tərəfindən iri buynuzlu heyvanla
rın əkizlərində müşahidə edilmişdir. Em brional inkişaf zamanı qan dam ar
larının anostomozu nəticəsində genotiplərə uyğun olaraq iki tip eritrositlər
və antigenlər əmələ gəlir. Lakin ontogenezin başlanğıc mərhələsində
eritrositlərin mübadiləsi ilə əlaqədar olaraq əkizlərdə kənar antigenlərə qarşı
antitellər sintez olunmadığı üçün onların bütün həyatı boyu orqan və
toxumaların köçürülməsi mümkün hesab edilir və
immuntolerantlıq
adlanır.
İki cinsiyyətli əkiz buzovların 90%-də dam arların anostomozu nəticəsində
dölsüzlük -
frim artinizm
baş verir və onlar sürüdən çıxdaş olunur. Ximer
yumurtalıq hüceyrələrində XX-erkək cinsiyyət tipinin inkişaf etməsi
X Y
•hüceyrələri tərəfindən hazırlanan H - F antigenləri ilə müəyyən edilir. Qan
qrupu sistemlərinin köməkliyi ilə 98%-ə qədər diziqot cütləri aşkar etmək
mümkündür.
Eritrosithrin ximeriznd əsasan qoyunlarda, donuzlarda və çox
nadir hallarda isə insanlarda
aşkar olunur.
Qan qrupları və digər biokimyəvi polim orf sistemlərin köməkliyi ilə ev
heyvanları və quşlarının
təkamül tarixini, cinslərin qohumluq əlaqəsini
və
mənşəyini, genetik quruluşunu
və
cinsdaxili differensiasiyasını
(təfriqini),
plan
laşdırmanın aparılması və seleksiya prosesinə nəzarət
öyrənilməsi və s. həyata
keçirilir. Qərbi A vropanın hernsey cinsi müstəsna olmaqla, südünün yağlılıq
faizi yüksək olan bütün qaram al cinslərində müşahidə olunmayan (3-
allellərinə malik yeganə
cersey cinsli inəklər dünyanın ən yüksək yağlılıq faizi
olan
süd məhsuldarlığı ilə səciyyələnir. Cersey inək cinsinin qan qrupu
sistemində
Z!
- antigenlərinin nisbəti çox yüksək olur. Qan qruplan
vasitəsilə hollandiya və xolmoqor qaram al cinslərinin genetik qohumluq
əlaqəsini də müəyyənləşdirmək mümkün olmuşdur. Qan qruplan da digər
biokimyəvi polimorf sistemlər kimi ev heyvanlarının təkamül tarixinin,
Dostları ilə paylaş: |