Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə32/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

276

üzərində  adsorbsiya  olunma  xassəsinin  itirilməsinə  səbəb  olur.  Virusun 

anticisimlə  birləşməsi  onu  tamamilə  inaktivləşdirmir.  Belə ki,  fizioloji  məh­

lulda  durultm aq,  elektroforez  və  sentrifuqa  vasitəsilə virusu anticisimlərdən 

ayırmaqla  onun  fəallığım  bərpa  etmək  olar.  Hazırda  müxtəlif  üsullarla 

immun  serumdan  alman  immunoqlobulin  preparatında  anticisimlərin 

qatılığı çox olm aqla ondan bəzi virus xəstəliklərinin (Aueski xəstəliyi, dabaq 

və  s.)  müalicə  və  profilaktikasında  istifadə  edilir.  Antigen-antitel  reaksiyası 

onların  bir-birilə  qarşılıqlı  əlaqəsindən  ibarət  olmaqla,  əsasən  iki  fazadan 

(spesifik  və  qeyri-spesifik)  ibarətdir.  Spesifik  fazada  anticisimlər  antigenin 

səthinə  adsorbsiya  olunur.  Bu  proses  37°  C  temperaturda  bir neçə dəqiqə 

ərzində  tam am lanm aqla  nəzərə  çarpmır.  İkinci  faza  isə  asanlıqla  nəzərə 

çarpmaqla  aqqlyutinasiya  və  presipitasiya  ilə  nəticələnir.  Əvvəllər  güman 

edilirdi  ki,  anticisimlər virusa yalnız hüceyrədən  xaricdə təsir edir,  lakin son 

elmi  m əlum atlara  əsasən  anticisimlər  həm  də  hüceyrə  daxili  virus 

toplantılarının  yaranm asm a əks  təsir göstərir.  Bu  da  hüceyrə daxilində olan 

virusa  spesifik  anticisimlərin  təsiri  ilə  izah  edilir.  Viruslara  qarşı  yaranan 

spesifik  anticisimlərdən əlavə orqanizmdə öz kimyəvi və fiziki xassəsinə görə 

onlardan  fərqlənən  təbii  (normal)  anticisimlər vardır  ki,  bunlar  da  virusları 

zərərsizləşdirmə  xassəsinə malikdir (limfa  mayesi,  süd,  iltihab eksudatı və s. 

).  Bəzi virus infeksiyalannda qanda anticisimlərin çox olmasma baxmayaraq 

im munitetin  gərginliyi  zəif  olur.  Bu  da  onu  göstərir  ki,  anticisimlər 

orqanizmdə  virusa  başqa  müdafiə  amillərilə 

(faqositoz,  interferon, 

ingibitor  və  s.) 

birlikdə  təsir  göstərir.  Neyrotrop  virus  infeksiyalannda 

anticisimlərin  immunitetdə  rolu  o  qədər də  həlledici  hesab  edilmir.  Belə  ki, 

bu  infeksiyaların  törədici  sinir 

hüceyrələrində  daha  çox  toplanır, 

anticisimlər isə ən  çox  qan  serumunda  olur.  Ona  görə də qanda  virusa qarşı 

anticisimlərin  olmasına  baxmayaraq,  virusu  heyvanın  beyninə  inyeksiya 

etdikdə  xəstəlik  inkişaf edir.  Əgər  anticisimlər sinir sistemində və ya  onurğa 

beyin  mayesində  olarsa,  virusun  intraserebral  (beyin  daxilinə)  yeridilməsi 

• belə xəstəlik törətmir.

Spesifik  hüceyrə  amillərinin  də  immunitetin  yaranmasında  xüsusi  rolu 

vardır.  Bu  amillər  limfoid  sistemindən  ibarət  olub  mərkəzi  və  periferik  lim- 

foid  orqanlarına  bölünür. 



M ərkəzi  (birincili)  limfoid orqanlarına

 timus vəzi, 

quşlarda  Fabrisius  kisəsi  (bursa  of  Fağrisins), 

periferik  (ikincili)  limfoid 

orqanlarına

  isə  limfa  düyünləri,  dalaq  və s.  aiddir.  Anticisimlərin  sintezində 



immunokompotent  hüceyrələri

  də  xüsusi  rol  oynayır.  Həmin  hüceyrələr 

limfositlər,  plazmatik  hüceyrələr  və  köməkçi  hüceyrələrdən  (retikulyar 

hüceyrələr,  makrofaqlar,  eozinofillər  və.  s.)  ibarətdir,  lakin  immunitetin 

əmələ gəlməsində T və  В  hüceyrələri və plazmatiki hüceyrələrin rolu xüsusilə 

qeyd edilməlidir.



T  hüceyrələri  (limfositləri)

  timus  vəzində  hazırlanmaqla  sonralar  qana 

keçərək  ayn-ayn  antigenlərin  seçilməsini  təmin  edir,  onlarm  seçicilik 

xüsusiyyəti  isə  səthlərində  xüsusi  immunoqlobulin  reseptorlannm   (M 

qlobulinlərin)  olması ilə əlaqədardır.

277


Plazmositar hüceyrələr  V -

 limfositlərdən  yaranan  ixtisaslaşmış hüceyrə­

lərdən  ibarət  olmaqla  humoral  anticisimlərin  sintezində  iştirak  edir.  Bunlar 

antigenin  təsirindən  ixtisaslaşmış  hüceyrələr  olmaqla 



plazmoblast,  cavan

  və 


yetişmiş  plazmatik

  hüceyrələrə  bölünür.  Plazmatik  hüceyrələr  humoral 

anticisimlərin  sintezində iştirak edən əsas hüceyrələr hesab olunur.  Beləliklə, 

yuxanda  şərh  edilən  məsələlər  göstərir  ki,  virus  xəstəliklərinə  qarşı 

orqanizmin  davamlılığında  bir  sıra  amillər  iştirak  etməklə,  həmin  proses 

orqanizmin ümumi müdafiə reaksiyası nəticəsində həyata keçirilir.

Virus  xəstəliklərinə  qarşı  yaranan  immunitet  bəzi  səciyyəvi  xüsusiyyət­

lərinə  görə  antibakterial  immunitetdən  fərqlənir.  Belə  ki,  virus  xəstəlikləri 

zamanı  yaranan  immunitetin  gərginliyi  möhkəm  olmaqla  bəzən  ömürlük 

davam  edir.  Viruslar hüceyrədaxili  parazitlər  olduğu  üçün  onlarda  tam  fa- 

qositoz müşahidə olunmur.  Virus xəstəlikləri zamanı yaranan bəzi qeyri-spe- 

sifık  amillər,  xüsusilə  də  temperaturun  artması,  interferon  və  ingibitorlar 

immunitetin  əmələ  gəlməsində  mühüm  rol  oynayır.  Bundan  başqa  virus 

xəstəlikləri  zamanı  virusların  müxtəlif  yollarla  (tənəffüs  və  həzm  aparatı, 

sidik və başqa ifrazatlar vasitəsilə) orqanizmdən xaric olması da orqanizmin 

həmin xəstəliklərə qeyri-həssaslığını artırır.



278

IX  FƏSİ

İMMUNİTETİN  GENETİK ƏSASLARI 

(İMMUNOGENETİKA)

«Heç  zaman  biliyinizin  çatmamasını 

gizlətməyin,  elə düşünməyin ki,  siz  hər şeyi 

bilirsiniz.  Sizi  nə  qədər  yüksək  qiymətlən­

dirsələr  də  həmişə  özünüzdə  kişilik  cürəti 

tapıb  deyin:  mən  biliksiz  və  məlumatsı- 

zam».

( İ .P . P a v l o v ,   y e n i iş ə   b a ş la y a n   tib b  

h ə k i m lə r i  və  a lim lə r in ə   m ə k tu b u n d a n ) .

14  may  1796-cı  ildə  İngiltərənin  Qlosterşer  qraflığının  Berkli  kəndində 

adi  kənd  həkimi  işləyən  Eduard  Cenner  (1749-1823)  əllərində  inək  çiçəyinin 

pustulası  (suluqu) olan  sağıcı  Sara  Selmesi  müalicə etmişdir.  Həkim  Saranın 

pustula  mayesini  tamamilə  sağlam  8  yaşlı  Ceyms  Fips  adlı  oğlanın  çiyninin 

çərtilmiş  (skarifikasiya  olunmuş)  nahiyəsinə  sürtmüş  və  oğlan  çiçəklə 

xəstələnmiş,  lakin  14 gündən  sonra  xəstə tamamilə sağalmışdır.  Sağaldıqdan 

6  həftə  sonra  alim  həmin  oğlanı  xəstə  adamın  pustula  mayesi  ilə  yolux­

durduqda  o.  xəstələnməmişdir.  Beləliklə də  vaksinasiya  üsulu  ilə  peyvəndin 

və  vaksinoprofilaktikanın  təməli  qoyuldu.  Vaksinasiya  (latınca-  «vakka»- 

inək)-çiçəklə xəstə inəyin  pustulasmın  infeksiya  materialı  (mayesi)  ilə  insanı 

bu  xəstəlikdən  qorum aq  üçün  aparılan  peyvəndləmə  üsulu,  vaksin  isə  -  

insanı  çiçəklə  xəstələnmədən  qoruyan  spesifik  preparatdır.  Bu  peyvənd 

üsulu dərhal dünyanın digər ölkələrində də çox geniş vüsətlə tətbiq olundu və

E.Cenneri  dünya  şöhrətli  alim  etdi.  Napoleon  Bonapart  Cennerin  üsulunu 

eşidən  kimi  öz  ordusunun  bütün  əsgərlərinin  peyvənd  olması  barədə  əmr 

vermişdir  (Vlastimil  Mayer,  Milan  Kenda.  1981).  Genetik  aspektdə 

immunitet  orqanizmin  ən  həyati  vacib  bir  problemini-«yabançı»-«özünün- 

kü»  olmayan  maddələri  «özününkündən»  seçmək,  fərqləndirməkdən  (məsə­

279


lən,  kənar  zülalı  özününkündən  seçmək)  ibarətdir.  Orqanizmin  daxili 

(humoral-maye)  mühitinə  kənar  informasiyalarla  daxil  olan  maddələr 

(zülalların  və  polisaxaridlərin  makromolekullan)  onun  quruluşunu  və 

kimyəvi  tərkibini  tamamilə  dəyişir  və  «təhlükəyə»  «qorxuya»  səbəb  olur. 

Daxili  mühitin  (homeostazm)  kəmiyyət  və  keyfiyyət  sabitliyinin  dəyişikliyə 

məruz  qalması  orqanizmin  bütün  canlı  sistemlərində  özünü  tənzimləmə 

proseslərim təmin edir.

İmmunitet  orqanizmin  müdafiə  reaksiyalannm  məcmıiudur. 



Genetik 

cəhətdən immunitet homeostazm yaranmasından  və formalaşmasından ibarət­

dir.

  Bu  baxımdan  immunitet  bütün  canlı  aləmin-insan,  heyvanların,  bitkilə­

rin və bakteriyalann ən  səciyyəvi və onların  özlərinə məxsus olan xüsusiyyəti 

sayılır.  Anadangəlmə  immunitetin ən  başlıca xüsusiyyəti  onun  müvafiq gen­

lərlə nəzarət olunan  növbələşmə prosesidir.  Bu  baxımdan bir qrup  infeksion 

və  invazion  xəstəliklərə  qarşı  genetik  davamlılığına  dair  epizootoloji  və 

eksperimental  məlumatların  toplanmasının  çox  önəmli  əhəmiyyəti  vardır. 

HeyVanların  infeksiya  əleyhinə  genetik  davamlılığının  artırılmasına 

aşağıdakı təcrübə ən bariz bar misaldır.  Afrika və Asiyada  çox geniş yayılan 

və  qaramal  cinslərinin  yetişdirilməsində  istifadə  olunan  zebu  cinsləri  başqa 

ölkələrdən  gətirilən  heyvanlara  nisbətən  eyni  saxlanma  və  yemləmə 

şəraitində  gənələr  vasitəsilə  keçən  bəzi  xəstəliklərə  (teylerioz,  anaplazmoz, 

rikketsioz)  qarşı  olduqca  davamlıdırlar.  Həmin  xəstəliklərə  qarşı  genetik 

davamlılıq  birinci  nəsil  hibridləri  vasitəsilə  verilir.  Ağcaqanadlar  vasitəsilə 

keçən  infeksion  (viruslu)  ensefalomielitə qarşı  davamlılıq  yerli  at cinslərində 

yüksək,  başqa  ölkələrdən  gətirilən  atlarda  isə  olduqca  zəif olur.  Ağ  leqqorn 

cinsli  toyuqlar  pullorozla  təbii  yoluxmaya  daha  genetik  davamlılıq 

göstərdiyi  halda,  rod-ayland  və  ağ  viadot  cinslərində  analoji  hal  müşahidə 

edilmir.

Orqanizmin  müdafiə  reaksiyalarının  əksəriyyəti  həmişə  genetik  nəzarət 

altında olur.  Məsələn,  qanda lizosimin,  komplementin, properdinin və s. sin­

tezi  və  miqdarı 



poliqon növbələşmə

  ilə  tənzim  olunur.  Bəzi  genetik  defektlər 

neytrofıllərin faqositoz qabiliyyətinin itməsinə səbəb olur.  İnsanda müşahidə 

olunan Çediaka-Xiqasi sindromu buna tipik misaldır.  Bu sindrom həm də iri 

buynuzlu  heyvanlarda  (əsasən  buzovlarda  və  hereford  cinsində),  qunnduz- 

larda  və  siçanlarda  da  müşahidə  olunur  və  leykositlərin  sitoplazmasmda  iri 

qranullann  olması  albinizm,  işıqdan  qorxma,  infeksion  xəstəliklərə  həssas­

lığın  artması  və  s.  ilə  səciyyələnir.  Qunduzlarda  həmçinin  virus  etiologiyalı 



aleut

  infeksiyası  baş  verir.  Həmin  sindrom  heyvanlarda  autosom-resessiv 

əlamət  kimi  növbələşir və homoziqot  fərdlər  (aa)  xəstələnir.  İnsanda  və  itdə 

neytrofıllərin  genetik  defekti  (azalması).nəticəsində  mərhələli  neytropeniya 

baş verir və onlar cinsi yetişkənlik dövrünə çatmadan məhv olurlar.

280


9.1.  immunitet, immunogenetika və immunologiya anlayışları

İm m unitet-

 (yunanca, «imrnunitas»-«nədənsə azad olmaq»,  «insanın hər 

hansı bir günahının  bağışlanması»  və s.) mahiyyətcə  orqanizmin ona xas ol­

mayan,  qeyri-adekvat,  genetik cəhətdən yad (yabam)  olan yabançı maddələ­

rin, yoluxucu  (infeksion və invazion) agentlərin və neqativ mühit amillərinin 

təsirindən  qorunm aq,  mühafizə  olunm aq  üçün  verdiyi  mürəkkəb  və  kom­

pleks  cavab reaksiyaların məcmuundan,  eləcə  də genetik daxili mühitin (ho- 

moestazm)  sabit  saxlanması  məqsədilə  bütün  baryerlərin  bü  prosesə  cəlb 

olunmasından  ibarətdir.  Onun  əsas  məsələlərinin  öyrənilməsi 

ilə  mik- 

robioloqlar,  fızioloqlar,  immunoloqlar,  genetiklər  və  biokimyaçılar  məşğul 

olmuşlar.  Əgər  orqanizmin 



genetik  sabitliyinin-homeostazmın

  saxlanması 

üçün  səfərbər  olunan  həmin  fizioloji,  biokimyəvi,  genetik  və  molekulyar 

səviyyədə gedən proseslər olmasaydı,  canlı  materiyanın  heç  bir üzvü normal 

həyat fəaliyyətini,  yaşayışını davam  etdirə  bilməzdi.  Çünki canlı aləmi bütün 

endogen  (daxili) və  ekzogen  (xarici)  amillərin  neqativ,  məhv edici  təsirlərin­

dən qoruyan yeganə qoruyucu sistem məhz immun sistemdir. Müxtəlif pato- 

gen  amillər  (bakteriyalar,  göbələklər,  viruslar,  protozoalar,  helmintlər  və 

çoxhüceyrəli  parazitlər)  həssas  orqanizmə  daxil  olduqdan  sonra  sürətlə  ço­

xalır,  inkişaf edir və normal  fizioloji  proseslərin ahəngini  pozaraq  xəstəliklər 

•  törədir.  Lakin  orqanizmin  immun  sistemi  dərhal  mobilizasiya  olunaraq 

onların çoxalmasının və xəstəlik  törətməsinin qarşısını  alır.  Göründüyü kimi 



immun sistem

  bütün  canlı  aləmin  təkamülü  nəticəsində  yaranan,  formalaşan 

mürəkkəb,  çox  funksiyalı  sistem  olub,  «keşikçi»  rolu  oynayır,  orqanizmi 

patogenlərin  və  mühit  amillərinin  neqativ  təsirlərindən  qoruyur,  onun 

genetik sabitliyini təmin  edir və tənzimləyir. 

İmmun sistem

  orqanizmin gene­

tik sabitliyinin-homeostazın nisbətən daimi,  sabit saxlanmasını təmin etmək­

lə,  mərkəzi  və  periferik  orqanlardan  ibarətdir.  Mərkəzi  orqanlara  timus- 

çəngələbənzər vəzi, quşlarda fabrisius kisəsi-bursa və məməlilərdə analoji or­

qanlar  (peyer  yığımları,  badamvari  vəzilər,  sümük  iliyi),  periferik  orqanlara 

‘isə -  limfa düyünləri,  qan,  dalaq,  retikulohistiositar sistem  aiddir.  Lakin  im­

mun  sistemin  başlıca  icra  edici  və  immun  cavab  reaksiyasını  hazırlayan 

komponunti  T -  və  B-limfositlərdir.  T-limfositlər  limfoid  hüceyrələrinin  im- 

munokompetentliyini  təmin  edir,  B-sistemin  fəaliyyətini  tənzimləyir  və  hü­

ceyrə  immunitetinin  yaranmasında  iştirak  edir.  B-limfositlər  isə  plazmatik 

hüceyrələrə  transformasiya  olunaraq  spesifik  antitellər  sintez  edir  və  h u ­

moral  immuniteti  formalaşdırır.  Onun  Bİ  - populyasiyası  T-limfositin 

köməyi  olmadan,  B2-xelper  kimi  onun  köməkliyi  ilə,  B3-isə-killer 

(sitotoksik)  limfositlər  olmaqla,  antitellərlə  örtülən  mişen  hüceyrələr  üçün 

fəaliyyət  göstərir.  İmm un  sistemi  patogen  və  antropogen  amillərin  orqa­

nizmə  daxil  olma  yolları  və  fərqli  təsir mexanizminə  malik  olmasından  asılı 

olaraq müxtəlif cavab reaksiyaları hazırlayır.



İmmun  cavab

  -   yad  antigenlərə  qarşı  orqanizmin  verdiyi  cavab 

reaksiyası  olub,  mahiyyətcə  onun  genetik  sabitliyini  (homeostazı)  pozan 

təhlükə  qarşısında  qoyan  həmin  antigenləri  tanıması,  onları  eliminasiya

281


etməsi,  neytrallaşdırması  və  məhv  etməsindən  ibarətdir.  Spesifikliyinə  görə 

onun 2 tipi- humoral (antitellərin  əmələ gəlməsi) və hüceyrə-ayırd edilir.  Hər 

iki  cavab  reaksiyası  immunokompotent  (limfoid)  və  köməkçi  (makrofaqlar) 

hüceyrələrin 

kompleks 

iştirakı 

nəticəsində  yaranır. 

İmmun  cavab 

reaksiyasının  birincili-ilkin  (ilk  antigeııə  verilən  cavab)  və  ikincili  (təkrar 

daxil olan antigenin cavabı) formaları vardır.



İmmun  cavabın  genetik  nəzarəti.

  Orqanizmə  yabançı  maddələr  (anti- 

genlər)  daxil  olarkən  orqanizmin  verdiyi  spesifik  reaksiya 

immun  cavab, 

yaxud 


immunoloji reaktivlik

 adlanır.  Orqanizmin immun cavabında 2 məsələ 

vacib sayılır:

1.  Histoloji uyğunluğun əsas kompleksinin quruluş və funksiyası.

2.  Antitellogenezın genetik  nəzarəti.

2-ci məsələ əsasən  3 aspektdən öyrənilir:

1. 

İmmunoqlobilinlərin  sintezinin  genetik  nəzarəti  və  onların  təbiətinin 



müxtəlifliyi.

2.  İmmun cavabın gücünün genetik  nəzarəti.

3. 

İmmun  sistemin  ilkin  (anadangəlmə)  defektinin  genetik  nəzarəti 



(immunodefısit)

İmmun  cavabın  genetik  nəzarəti  təliminin  əsasını  müxtəlif  antigenlərə 

qarşı  heyvan  növü,  cinsi  və  xətlərinin  həssaslıq  və  davamlılıq  göstərməsi 

təşkil  edir.  Bu  məsələ  heyvanların  seleksiyasında  çox  böyük  nəzəri  və 

praktiki  əhəmiyyət  kəsb  edir. 

Orqanizmin immun cavabı

  həmişə  əsas  genetik 



sisxtmm-histoqəbuletməzUyin

  nəzarəti  altında  hazırlanır.  Bu  sistem  insanda

6-cı  xromosomla  əlaqədar  olan  HLA  (Human  Leucocyte  A-sistem). 

dovşanda  RLA.  itdə-DLA,  donuzda-SLA.  toyuqda  isə-B.B MHC  adlanır və 



İr  (İmmun response)

  genlərin  nəzarəti  altında  icra  olunur.  İr-genetik  sistemi 

immun  cavabın  gücünü  kodlaşdırmaqla,  orqanizmin  immunokompotent 

hüceyrələrində  baş  verir  və onun  lokusunda  yeni  nomenklaturaya  görə təkcə 

İr  alleli  deyil,  həm  də  5  sublokuslar  (İa-l-İa  5)  mövcuddur.  İr və  İa-genləri 

fərqli  genetik  sistemi  təmsil  etməklə  bir-birindən  xeyli  fərqlənir:  İr-  əsasən 

yalnız  T.  İa-isə  həm  T-.  həm  də  B-hüceyrələri  kodlaşdırır.  İmmun  cavabın 

yaranmasında  İr  sistemindən  əlavə,  onunla  əlaqədar  olmayan  Ç  və  V 

polıgen  sistem  genləri  də  iştirak  edir.  V.İ.Pokrovski  (1979)  antitellərin 

genetik  müxtəlifliyin əsasını  3  konsepsiya ilə izah edir:

1. 

Antitel  hasil  edən  hüceyrələrin  fenotipini  tənzimləyən  xüsusi  tam 



genlər dəsti  mövcuddur.

2. 


Antitellərin  müxtəlifliyi  onları  sintez  edən  somatik  hüceyrələrin 

mutasiyası  nəticəsində yaranır.

3. 

Нэг  iki  mexanizmin  vəhdəti  nəticəsində  müxtəlif  antitellər  sintez 



olunur.

Antitel  sintezinin  genetikası  immunologiyamn  elmi-metodiki  cəhətdən 

ən  mürəkkəb  və  perspektivli  prioriteti hesab olunur.

Orqanizmdə  immunitetin  yaranması,  immun  cavab  reaksiyasının  for­

malaşması  və  onun  xəstəliklərə  qarşı  rezistentliyinin  artması  prosesləri 

genetik  nəzarət  altında  icra  olunur,  tmmun  sistemin  təşəkkül  tapmasının  və

282


onun  genetik  aspektlərinin  (faqositozun,  T   və  В  limfositlərin,  immunoq- 

lobulinlərin  sintezinin və im raunokompotent sistemin genlərin nəzarəti altın- 

da  fəaliyyət  göstərməsi  və  s.)  öyrənilməsi  ilə  məşğul  olan ən yeni  elm  sahəsi 

immunogenetika-immunitetin genetikası

  adlanır. 



Immunogenetika

  -  molekul- 

yar  biologiya,  genetika,  gen  mühəndisliyi,  immunologiya  və  biotexnologiya 

elmləri  ilə  qarşılıqlı  əlaqədə  olmaqla,  onların  müasir  üsullarının  tətbiqi 

nəticəsində  təşəkkül  tapmış  və  fundamental-tətbiqi  xarakterli,  müasir  və 

müstəqil elm sahəsi kimi formalaşmağa başlamışdır.

İmmunitetdən  bəhs  edən,  olduqca  mürəkkəb,  bəşəri,  planetar  əhəmiy­

yətli  canlı  aləmin  mühafizəsi  üçün  müstəsna  əhəmiyyət  kəsb  edən,  dinamik 

inkişaflı  və  çox  perspektivli  yeni,  müasir  elm  sahəsi 

immunologiya

  adlamr. 

1971-ci  ildə  V aşinqtonda  keçirilən  im munoloqlann  Birinci  Beynəlxalq  kon­

qresində  im munologiya  sərbəst  elm  sahəsi  kimi  təsdiq  olunmuşdur. 



immunologiya

  biologiyanın  orqanizm  üçün  tamamilə  yad  olan,  onun  adap­

tasiya  olunm adığı  amillərin  təsirinə  qarşı  yaranan  kompleks,  cavab  reaksi­

yalarının  yaranm a  mexanizminin  hüceyrə  molekulyar  və  genetik  səviyyədə 

öyrənilməsi  ilə  məşğul  olan  ən  gənc  sahələrindən  biridir.  Bu mütərəqqi  elm 

sahəsi  orqanizm   üçün  genetik  cəhətdən  yad  olan 



substansiyaların-antigenlə- 

rin

  orqanizmdə  yaratdığı  qeyri-adekvat  reaksiyaların  qarşısının  alınmasına 

yönəldilən  spesifik  və  qeyri-spesifik  müdafiə  (adaptasiya)  reaksiyalarının 

mexanizmlərini  öyrənir.  Orqanizmin  yabançı  amillərə  qarşı  verdiyi  cavab 

reaksiyaları  əsasən  hüceyrə və humoral səviyyədə formalaşır,  tik  dəfə olaraq 

1796-cı ildə  E duard  Cenner çiçəklə xəstələnmiş  inəyin  suluqlannın (pustula) 

yerində əmələ  gələn  qaşmtını  sağlam  inəklərin  və insanın  dərisinə sürtməklə 

(skarifıkasiya)  həmin  inokulyasiya  nahiyyəsində  zəif  suluqlann  əmələ 

gəlməsinə  baxm ayaraq  onlarda  çiçək  xəstəliyinə  qarşı  ömürlük  immunitet 

yaranmışdır.  Beləliklə  də,  immunitet  təliminin  əsası  qoyulmuşdur.  Lakin 

E .

Cenner  bu  prosesin,  reaksiyanın  yaranma  mexanizmini  və  onun  elmi 



əsasını  açıqlaya  bilməmiş  və  bu  məsələ  qaranlıq  olaraq  qalmışdır. 

İmmunologiya  təliminin  elmi  əsasını  dünya  şöhrətli  fransız  alimi  Lui  Paster 

qoymuşdur.  O,  1880-ci ildə dövrün təhlükə mənbəyi,  bəlası sayılan qarayara, 

vəba  və  quduzluq  xəstəliklərinə  qarşı  spesifik  peyvənd  vasitəsi-vaksin 

hazırlayaraq,  onlan  eksperimental  olaraq  sınaqdan  keçirmiş  və  böyük 

uğurlara  nail  olmuşdur.  Alim  ilk  dəfə  vəba  ilə  xəstələnmiş  toyuqların 

patoloji  materiallarından  ayrılmış  və  qida  mühitində  xeyli  saxlanılmış 

kultura  ilə sağlam  toyuqları  yoluxdurduqda  onlar xəstələnməmişlər.  Həmin 

toyuqları  başqa  xəstələrdən  ayrılan  yüksək  virulentli  təzə  kultura  ilə 

yoluxdurduqda  onlar yenə  də  xəstəliyə  yüksək  davamlılıq  göstərmişlər.  Lui 

Paster  həmin  təcrübəni  qarayara  və  quduzluq  xəstəliklərinə  qarşı  da tətbiq 

etmişdir.  Beləliklə  də,  dünya  miqyasında  immunologiya  elminin  təməli 

qoyulmuş və dinamik yüksələn düz xətlə onun inkişafı, tərəqqisi başlamışdır. 

XVIII-əsrin  sonu

  və 


XX-əsrdən  indiyədək  (100  ildən  artıq)

  təbabət  və 

baytarlıq  təbabəti  üçün 

immunologiya  elnd  qədər  səmərə  verən  ikinci  elm 

sahəsi olmanuşdır.

  Məhz  bu elm  sayəsində insan,  heyvan və quşlar  arasında 

kütləvi  qırğın  törədən,  çox ağır fəsadlarla nəticələnən  infeksion  xəstəliklərin

283


(çiçək, qmlca, poliomielit, anaerob infeksiyalar,  difteriya,  göy  öskürək,  qara 

yara,  vəba,  quduzluq,  kolibakterioz,  salmonellyoz,  taun,  bradzot,  infeksion 

enterotoksesiya,  anaerob  dezinteriya,  infeksion  sarılıq  və  s.)  vaksino- 

profilaktikası  (spesifik  peyvənd  vasitələri)  hazırlanmış  və  onların  qarşısı 

alınmışdır.  Sonralar  isə  immunologiyada  geniş  tətbiq  olunan  və  uğurlu 

nəticələrə  zəmin  yaradan  daha  mütərəqqi  və  sürətli  (ekspres)  üsullar- 

immunodiaqnostika  və  immunoterapiya-yaranmağa  başladı.  Lui  Pasterin 

zəiflədilmiş  (attenuasiya  olunmuş)  vaksinlər  hazırlamasına  istinad  edərək 

həm  digər  xəstəliklərə  qarşı  yeni'  vaksinlər,  həm  də  süni  antigenlər 

hazırlanmaqla,  hazırda  tibbidə  və  baytarlıq  təbabətində  onlardan  geniş 

istifadə  olunur.  Süni  antigenlərin  hazırlanması  ilə  onların  genetik  daşıyıcısı 

olan  determinantlann  immunogenliyini  artırmaq  mümkün  olmuş,  xəstəlik 

törədən  komponentlər  sıradan  çıxarılmış,  orqanizmin  immun  reaksiyala­

rının  fenotipik  korreksiyası  (zəif  cavab  verən  fərdlərin  reaksiyasının 

güclənməsi,  güclü  reaksiyanın  isə  zəifləməsi)  problemi  öz  müsbət  həllini 

tapmışdır.  Jmmunologiya  elminin  qarşısında  duran  və  öz  müsbət  həllini 

gözləyən  əsas  məsələlərdən  biri  də  ekoloji  amillərin,  xüsusilə  qlobal  iqlim 

anomaliyalannın,  teratogen,  mutagen  və  insanın  antropogen  təsirlərinin  və 

orqanizmin  davamlılığının  artırılma  yollarının  öyrənilməsidir.  Həmin  baş­

lıca prioritetlərə aşağıdakılar aiddir:

-   İnsan  və  heyvanlar  arasmda  müşahidə  edilən  yoluxucu  xəstəliklərin 

diaqnostikası,  müalicəsi və profilaktikasında tətbiq  olunan  bioloji preparat­

ların  (vaksinlər,  immun  serumlar,  antigenlər  və  s.)  istehsal  spektirinin 

diapozonunun daha da genişləndirilməsi;

-   Patogen  agentlərin  ətraf  mühit  amillərində  (torpaq,  su,  hava) 

indikasiya  və  identifikasiya  olunması  üçün  ekspres  immunoloji  üsul  və 

testlərdən geniş istifadə edilməsi;

-   İnsan,  heyvan  və  quşlann  qan  qruplarının,  qan  qrupu  sistemlərinin, 

biokimyəvi polimorfizmin,  toxuma antigenlərinin, müxtəlif növ, cins və xəttə 

mənsub olan fərdlərin genetik qohumluğunun öyrənilməsi.

İmmunologiyanın  müasir  üsul  və  testləri  vasitəsilə  hazırda  təbabət, 

baytarlıq  təbabəti,  patologiya,  fiziologiya,  biokimya,  endokrinologiya, 

onkologiya,  məhkəmə  ekspertizası,  enzimologiyanın  ən  aktual  problemləri 

geniş  və  hərtərəfli  surətdə  öyrənilir. 



Orqanizmin  genetik  sabitliyini 

(homeostazı)  tənzimləyən ən başlıca sistem məhz immun sistemi saydır.

İmmun sistem

 -  orqanizmi genetik cəhətdən yabançı  olan,  qeyri-adekvat 

amillərin  təsirindən  qoruyan  kompleks  immunoloji  reaksiyaları  həyata 

keçirən  hüceyrə,  toxuma  və  orqanların  məcmuundan  ibarət  olan  çox 

mürəkkəb bir sistemdir.  Bu sistem canlı-aləmin  bütün üzvlərini-makro fauna 

və flora növlərini patogen agentlərin  təsirindən  qoruyur,  onların  ətraf mühit 

amillərinin  təsirinə  adaptasiyasını  və  davamlılığım  təmin  edir,  məhv  olmuş 

hüceyrələri  eliminasiya  edir-uzaqlaşdırır,  yaman  keyfiyyətli  şişlərə  qarşı 

immunitet  yaradır.  İmmun  sistem  və  onun  mərkəzi  icraçı  sistemi  sayılan 

limfositlər  orqanizmin  kənar  antigenlərə  qarşı  spesifik  reaksiyasını  təmin 

edir.  Bu  sistem  orqanizmin  digər  sistemləri  kimi  sərbəst  xüsusiyyətə-sinir,


Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin