284
endokrin tənziminə malikdir. Hazırda alimlər immun sistemin mahiyyətini
aşağıdakı kimi təsəvvür edirlər:
Normal köməkçi T-hüceyrələri öz reseptorlan vasitəsilə orqanizmə
parenteral yolla daxil olan kənar, yad cisimləri tanıyır. Normal fəallaşmış B-
hüeeyrələri dərhal plazmatik hüceyrələr hasil edir, onlar isə antitellərin
sintezinə başlayır. Beləliklə də orqanizmin immun sistemi yad cisimlərin-
«düşmənin» (virus mikrob, helmint, zülallar və s.) səthində olan reseptoru
tanıyır, T-və B-hüceyrələri daha da fəallaşdınr və onlan yad cisimlər üçün
əks hücuma hazırlayır, nəticədə həmin cisimlər tamamilə neytrallaşır və
orqanizm müdafiə olunur. İmmun sistem orqanizmin digər sistemlərindən
(həzm, tənəffüs, sinir, endokrin, sidik-cinsiyyət və s.) aşağıdakı xarakterik
xüsusiyyətləri ilə fərqlənir:
- İmmun sistem diffuz xarakter daşıyaraq bütün orqanizmdə intişar
tapmışdır;
- İmmün sistemin bütün hüceyrə və komponentləri qan və limfa dövram
vasitəsilə mütəmadı olaraq dövr edir;
- İmmun sistem orqanizmdə mövcud olan bütün limfoid orqanları və
hüceyrələrinin məcmuundan ibarətdir;
- İmmun sistem genetik cəhətdən orqanizm üçün yabançı olan bütün
antigenlərə, maddələrə, komponentlərə qarşı həddindən artıq, yüksək
həssaslığa, spesifikliyə və seçicilik xassəsinə malikdir.
- İmmun sistem-immunitetin ən aparıcı, icraedici tərkib hissəsi sayılan
komponentimn-immunoqlobulinlərin sintezi prosesini həyata keçirir.
İmmunoloji müdafiə reaksiyalarının məcmuundan ibarət olan immuni
tetin müxtəlif növ və formaları vardır. Mənşəyinə və formalaşmasına görə
immuniteti 2 əsas növə-anadangəlmə və həyatda qazanılan-təsnif edirlər.
9.2. Anadangelme (növ, irsi) immunitet.
Anadangəlmə immunitet
orqanizmin hər hansı bir patogen agentə, yaxud antigenə qarşı qeyri-
həssaslığmdan, genetik davamlılıq qabiliyyətindən ibarət cavab reaksiyası
olub, irsi xarakter daşıyır və nəsildən nəsilə ötürülür. İmmunitetin bu növü
orqanizmin müdafiə sisteminin daha mürəkkəb və təkmilləşmiş forması
sayılır və təkamül baxımından qədim tarixə malik olmaqla, sonralar onun
komponentlərinin bazasında qazanılmış immun sistem formalaşır. A nadan
gəlmə immunitetdə immun yaddaş və spesifiklik xassəsi yoxdur, bu zaman
orqanizmin hüceyrələri müxtəlif antigen molekulunu deyil, yalnız yabançı
molekullan qəbul edərək onlara qarşı müvafiq cavab reaksiyası verir.
İmmunitetin bu növü nisbi xarakter daşıyaraq orqanizm qeyri-adekvat,
əlverişsiz mühit şəraitinə düşdükdə biruzə verir. Lui Pasterin apardığı
eksperiment bunu bir daha təsdiqləyir. Belə ki, toyuqlarda qarayaraya qarşı
möhkəm anadangəlmə immunitet mövcud olduğuna baxmayaraq,
L.Paster
onların ayaqlarım buzlu suda saxladıqdan sonra onları süni surətdə yoluxdura
bilmişdir.
Bir qayda olaraq, bəzi heyvan növləri digərlərinə məxsus olan
xəstəliklərin törədiciləri ilə yoluxmur. Məsələn, qaramal cinsləri qoyunların
285
bradzot, infeksion enterotoksemiya,
quzulann anaerob dezinteriya,
blyutanq (göy dil) və s., qoyunlar isə qaramalın paratuberkulyozlu enterit,
K u isitməsi, emfızematoz karbunkul, yaman şiş və s. xəstəliklərinə tutulmur.
Quşlar isə qeyd olunan xəstəliklərin törədiciləri ilə heç zaman yoluxmur.
İnsanlarda heyvanlara məxsus olan bəzi yoluxucu (pasterellyoz, bradzot,
infeksion enterotoksesiya, emfızematoz karbunkul, yam an kataral isitmə və
s.) xəstəliklərə qarşı çox güclü genetik davamlılıq vardır. Analoji proses
heyvanlarda da mövcud olmaqla, onlar insanlara məxsuş olan
epidemiya
larla fdifteriya, sifilis, qızılca, sa çrçəyi, par ot it, vəba, CİÇS, poliomielit,
virusla hepatithr və s.)
qarşı çox davamlılıq göstərir və yoluxmurlar.
Anadangəlmə immunitetin amilləri insan və heyvan doğulan kimi onların
orqanizmində hazır formada peyda olur və antigenə qarşı mübarizə heç bir
hazırlıq görülmədən, dərhal başlayır.
Anadangəlmə immunitetin qeyri-spesifik müdafiə amilləri
fiziki və
fizioloji baryerlərdən-maneələrdən, iltihab amilləri, təbii killerlərin sitotok-
siki fəallığı və endositoz prosesindən ibarətdir. Lakin immunitetin bu növü
qeyri-spesifik və yaddaşdan məhrum olduğuna
görə patogen amillərə qarşı
immun cavab reaksiyası yaranmır. Fiziki (mexaniki) baryerlər ixtisaslaş
mamış müdafiə amilləri olmaqla patogen agentlər orqanizmə daxil olarkən
onların orqanizmin daxili mühitinə (homeostaza) keçməsinin qarşısını alır.
Məsələn, dəri örtüyü sıx epidermis hüceyrələrinə malik olduğu üçün
anatomik baryer yaradaraq patogenlərin orqanizmin qan və limfa
dövranına keçməsinə imkan vermir, yalnız müstəsna hal kimi çox cüzi
miqdarda antigenlər maye mühitinə keçə bilir. Orqanizmin örtük sistemi
olan dəri toxuması həm də tənəffüs, hərarətin tənzimlənməsi, sekretor,
ifrazat, reseptorlar vasitəsilə qıcıqlan qəbul etmə və ötürmə funksiyalannı
yerinə yetirməklə bərabər, həmçinin onun səthindəki tər və piy vəzilərinin
ifraz etdiyi süd və yağ turşuları turş mühit yaratmaqla bakteriosid və
bakteriostatik təsir göstərir, orqanizmi yoluxmadan xilas edir. Orqanizmin
selikli qişaları (mədə-bağırsaq sistemində), kırpikli epitelilər (tənəffüs
yollannda), göz yaşı və ağız suyu vəziləri (dilaltı, çənəaltı və qulaqdibi) də
patogen mikroorqanizmlənn maye mühitinə keçməsinin qarşısının alın
masında çox böyük rol oynayır. Dəri, həzm və tənəffüs sisteminin normal
mikroflorası də patogen mikroorqanizmlərlə ciddi mübarizə aparır, onlann
çoxalmasının qarşısını alır. Onurğasızlarda xarici skelet (mərcan polipləri,
buğumayaqlılar), xitin qatı (həşəratlar), selik (həlqəvi qurdlar, bağırsaq-
boşluqlar), sərtləşmiş-əhəngləşmiş çanaq (molyuskalar) fiziki baryer
funksiyasını yerinə yetirərək, onları mikroorqanizmlərlə yoluxmadan
qoruyur və mühafizə edici rol oynayır.
Fizioloji baryerlərə
(qeyri-spesifik
humoral amillər) lizosim fermenti, interferonlar, komplement sistemi, mədə
şirəsinin turşuluğu (p H = l,5-2,0), bədən temperaturu, transferrin, sekretor
immunoqlobulinlər və s. aiddir. Onlar orqanizmin bütün toxumalarında və
qanda olmaqla antimikrob təsirə malikdir, həm də immun sistemin digər
amillərini fəallaşdırır.
286
9.3.
Qazanılmış immunitet. Qazanılmış immunitet orqanizmin həyat
fəaliyyəti prosesində patogen mikroorqamzmlər və müxtəlif antigenlərlə
qarşılıqlı əlaqəsindən sonra yaranmaqla, başlıca olaraq limfositlərin iki əsas
populyasiyalan - В və T - limfositləri tərəfindən həyata keçirilir və irsi
xarakter daşımır. Həmin hüceyrələr immunoloji reaksiyalara spesifikliyə və
yaddaşa malik olmaları ilə xarakterlənir. В - limfositləri humoral, T-
limfositləri isə hüceyrə immunitetinin formalaşmasında iştirak edir.
İmmunitetin bu növü
tabii
və
süni
qazanılmış immunitetə bölünür.
Tabii
qazanılmış immunitetin özü də
faal
və
qeyri~faal
növlərə ayrılır. Orqanizm
hər hansı bir yoluxucu xəstəliyi keçirdikdən sonra yaranan immunitet
faal
immunitet
adlanır. Məsələn, insan, heyvan və quşlar çiçək virusu ilə yoluxub
sağaldıqdan sonra onlarda ömürlük immunitet yaranır. İnsanlar qızılca,
taun, su çiçəyi ilə yoluxduqdan sonra analoji hal baş verir. Fəal immunitetin
gərginliyi möhkəm və davamlı olur, lakin immun cavab reaksiyası tədricən
formalaşır.
Qeyri-faal (transplasentar)
immunitet embrional inkişaf prosesi zamanı
balaətrafı pərdə (ətənə - plasenta) vasitəsilə anadan balaya ötürülür və onun
formalaşmasında orqanizm bilavasitə iştirak etmir və gərginliyi qısa
müddətli (6-8 ay) olur. Postembrional dövrdə ananın ağız südü (7-10 gün
ərzində) vasitəsilə onun tərkibindəki immunoqlobulinlər balaya verilir və
onun həyatının ilk dövrlərində orqanizmin patogen agentlərdən qorun
masında müstəsna rol oynayır. K örpə uşaq və heyvanlar ağız südündən ilk
10 günlükdə məhrum olduğu təqdirdə onların orqanizmi yoluxucu agentlərlə
mübarizə apara bilmir və tez-tez xəstəliklərə məruz qahr.
1.
Süni qazanılmış immunitet. Yoluxucu xəstəliklərə qarşı hazırlanmış
bioloji preparat olan vaksin və hiperimm un serumlar (zərdablar) orqanizmə
parenteral yollarla tətbiq olunduqda yaranan immunitetdir. Onun d a
faal va
qeyri
-
faal
növləri mövcuddur.
Faal süni qazamlmış immunitet-
attenuasiya
olunmuş,
öldürülmüş,
inaktivləşdirilmiş
və
zəiflədilmiş
peyvənd
materialmın-vaksinlərin orqanizmdə yaratdığı immunitetdən ibarətdir. Bu
zaman peyvənd olunmuş orqanizmdə çox güclü immunobioloji reaksiyalar
baş verir, anticisimlər sintez olunur, Th və Ts-limfositlər həddindən artıq
fəallaşır.
Qeyri faal süni qazanılmış
immunqitet orqanizmə hazır spesifik
immum serum (antitellər) inyeksiya edildikdən sonra yaranır və gərginliyi
nisbətən qısa (15-20 gün) olur, immunitetin qısa müddətli olmasının başlıca
səbəbi orqanizmdə həmin antitellərin müəyyən hissəsinin parçalanması və
ondan xaric olunmasıdır. Bu cür immunizasiya əsasən botulizm, dovşancıq
(tetanus), difteriya, quduzluq, infeksion sarılıq (leptospiroz), bradzot, infek-
sion enterotoksesiya, quzuların anaerob dezinteriyası, insanın А,В hepa-
titləri və s. zamanı tətbiq olunur.
İmmunitet
yönəldiyi mikroorqanizmlərdən
asılı olaraq
antibakterial, antivirus, antimikoz, antiparazitar, antihelmint,
antitoksik, transplantasiya va şiş aleyhina immunitet formalarına
təsnif
olunur. İmmunitetin
steril
və
qeyri-steril
formaları da ayırd edilir. Steril im
munitet zamanı patogen agentlər orqanizmdən tamamilə elıminasiya (xaric)
287
olunur. Qeyri
-steril
(infeksion) immunitetdə isə analoji hal baş vermir,
törədici orqanizmdən kənarlaşdınla bilmir, yaxud onun kənar olmasmdan
sonra yox olmur. İmmunitetin bu forması brusellyoz, pasterellyoz, vərəm,
qızıl yel, sifilis və s. xəstəliklərdə müşahidə olunur.
9.4.
Qeyri-spesifik humoral immunitet amilləri.
İstiqanlı və
soyuqqanlı orqanizmlərin qan zərdabında yerləşən (humoral immunitetin
qeyri-spesifik amili sayılan)
komplement
-
qan zərdabının qlobulin
fraksiyasının 10%-ni təşkil etməklə 20-dən artıq termostabil və termolabil
komponentlərdən (C l, C2, C3, C4, C5 və s.) ibarətdir. Komplement
sisteminin ən başlıca funksiyası orqanizmə yad olan cisimləri, xüsusilə
mikroorqanizm hüceyrəsini osmotik lizisə uğratmaqdan ibarətdir. Onlann
C3a və C5a fraqmentləri xemotaksis təsirinə malikdir, C3a və C5a-isə
anafilatoksinlər olmaqla, tosqun hüceyrələrini və bazofılləri deqranulyasiya
prosesinə uğradır. Bu sistem əsasən insanda və hind donuzunda ətraflı öy
rənilib. Heyvanlarda onun miqdarı fərqli olmaqla, antigen-antitel kom
pleksinə fermentin təsirinə bənzər təsir göstərməklə spesifik antigeni lizisə
uğradır və parçalayır. Eritrosit+antitel+komplernent sistemində heyvanların
növü xüsusi rol oynayır. K om ponent sistemindən heyvanların bəzi
xəstəliklərinin (brusellyoz, qaramalın peripnevmoniya və s.) serodiaqnosti-
kasında istifadə edilir.
Komplement sisteminin faallaşması - klassik,
alternativ və lektin
yolla baş verməklə humoral immunitetin formalaş
masında xüsusi rol oynayır. Komplement sisteminin birinci komponentinin
(C l) antigen- antitel komplesi ilə birləşməsi klassik fəallaşma yolu ilə baş
verir. Alternativ yolla fəallaşmada antitellər heç bir rol oynamır və həmin
proses qram mənfi boyanan mikroblarda müşahidə olunur. Lektin yolla
fəallaşma prosesi də antilellərin iştirakı olmadan icra olunur.
Properdin
(latmca-«pro və perdere»-«parçalanmaya hazırlamaq»), yaxud properdin
sistemi heyvan orqanizminin təbii qeyri-spesifik davamlılığında çox böyük
rol oynayır. Təzə, normal qan zərdabında yerləşməklə, bakterisid və bəzi
viruslara neytrallaşdırıcı təsir göstərir. Vərəm, streptokokkoz, prevmoniya
və s. xəstəliklər və şüalanma zamanı onun miqdarı xeyli azalır. Properdin
komplementin 3-cü komponenti (C3) öyrənilərkən kəşf olunub. Onun
miqdarı insan qan zərdabında 4-8, hind donuzunda 1-2, buğada 10-12,
donuzda 8-12, siçovulda isə 25-50 TV (təsir vahidi) olur və bu göstəricilər
infeksiya zamanı mühüm əhəmiyyət kəsb edir. Properdin sistemi 3 əsas
tərkib hissədən properdin-zərdab zülalından, maqnezium ionlarından və
komplemtdən ibarətdir. Göründüyü kimi, properdin öz bakterisid və
virusneytrallaşdırıcı təsirini təklikdə (sərbəst) deyil, heyvanların qanında
yerləşən başqa amillər və komplementlə birlikdə göstərir.
Lizosim (miramidaza
) -ferment təbiətli antibakterial birləşmə olub, 129
amin turşusundan ibarətdir, molekul kütləsi 14 kD-dir. Mikroorqanizmlərin
hüceyrə divarında N-asetilmuramin turşusunun 1-ci karbon atom u və N-
asetilqlükozaminin 4-cü karbon atomunu birləşdirən qlükozid rabitəsini
288
parçalayaraq onlarda hüceyrə divannm sintezini pozur, mikxoorqanizmlər
sitoplazma ilə əhatə olunaraq protoplastlara və ya sferoplastlara çevrilir.
Lizozim həm də patogen mikroorqanizmləri lizisə uğratm a xassəsinə malik
olub, patogen m ikroblann əksəriyyətinə (qarayara, botulizul, brusellyoz,
vərəm, paratulerkulyoz, yaman şiş-qazlı qanqrenanın törədicilərinə, patogen
stafılokokk, streptokokk, Candida sinsinə məxsus olan göbələklər)
bakteriostatik və bakterisid təsir göstərir və spesifik antitellər və komple-
mentin iştirakı ilə onların lizisini gücləndirir. Lizosim pH-5,0-7,0 olan
mühitdə daha optimal təsir göstərir, qaynam a tem peraturunda 5 dəqiqə
müddətində parçalanır, pepsin fermentinin təsirindən denaturasiyaya
uğrayır. Başlıca olaraq yumurta zülalında, göz yaşında (qan zərdabından
100-160 dəfə artıq), ağız suyunda, süddə, bəlğəmdə, qan zərdabında, burun
sekretində və s. konsentrasiya olunur. Onun sintezi əsasən monositlər,
neytrofillər və m akrofaqlarda icra olunaraq, bu prosesdə sümük iliyi də
mühüm rol oynayır.
Transferrin
- qaraciyərdə sintez edilən, molekulları iki fəal mərkəzə m a
lik olan polipeptid zəncirdən ibarət qan zərdabının qlobulin fraksiyası ol
maqla, dəmiri birləşdirmək xassəsinə malikdir, norm ada üç valentli dəmirlə
(Без) 20-30% miqdarında doymuş olur, molekul çəkisi 76-80 min kD təşkil
edir (normada insanın qan zərdabında 2-3 q/l-dir). Onun əsas funksiyası
adsorbsiya olunmuş dəmiri hemoqlobin və tərkibində dəmir olan bütün
zülalların sintez olunduğu hüceyrələrə çatdırm aqdan ibarətdir. Bu zaman ilk
öncə transferrin retikulositlərin səthindəki reseptorlara absorbsiya olunur və
hüceyrəyə daxil olaraq dəmiri hemoqlobini sintez edən hüceyrələrə çatdırır.
Mikroorqanizmlər dəmir defisit olan hüceyrələrdə çoxalmır və onlarm
inkişafı dayandığından patologiya törədə bilmir. Ала südündə mövcud olan
transferrinin xüsusi növü-laktoferrin
də dəmiri birləşdirmək xassəsinə malik
olduğundan bakteriostatik təsir göstərir. Epizootoloji və epidemioloji
xəstəliklərin törədicilərinin ifraz etdikləri ekzotoksinlərin eritrositləri güclü
• lizisə uğratması orqanizmin rezistentliyini azaldır və həssaslığın artmasına
zəmin yaradır.
C-reaktiv zülal (C R Z )
- kəskin faza zülallarına məxsus maddələrdən
ibarət olmaqla, rezistentlik amillərinə aiddir, antitellər, immunokompetent
hüceyrələr, faqositlər və komplement sistemi ilə qarşılıqlı əlaqədə olub birgə
təsir mexanizminə malikdir. Onun bu cür adlanmasının əsas səbəbi
Ca++ionlarınm iştirakı ilə pnevmokokların hüceyrə divarındakı C-polisaxa-
ridləri ilə reaksiyaya girərək birləşmə xassəsinin olmasıdır. O, həmçinin
lesitin
və
sfinqomielini
də presipitasiya etmək xassəsinə malikdir. Bu zaman
onun əmələ gətirdiyi kompleks birləşmələrlə əvvəlcə immunoqlobulin C
(Cİq), sonra isə komplementin bütün komponentləri birləşir, onun fəallığı
80% azalır C R Z əsasən qanda toplanır. Qanm tərkibində olan kortizon, sali-
silatlar və adrenokortikotrop horm onu CRZ-nin m iqdarına təsir etmədifı
üçün onun kəmiyyəti dəyişilmir. Revmatizm, m iokard infarkti, heyvanın
boğazlıq, qadınların hamiləlik dövründə, eləcə də herpesvirus infeksiyasmda
onun kəmiyyət göstəricisinin dəyişilmə dinamikasına da xüsusi əhəmiyyət
289
verilir, istinad olunur. Son elmi məlumatlara görə bu zülalın əsas mənşəyi
neytrofillər, hepatositlər və m akrofaqlar hesab edilir.
Qeyri~spesifik humoral
immunitetin
formalaşmasında prostaqlandinlər, kininlər, sitokinlər, şiş
nekrozu amilləri və interferonun da böyük rolu vardır.
Prostaqlandinlər (R Q )
- immunokomponent sistemin hüceyrələrinin və
faqositlərin reseptorlarının formalaşmasını, keyfiyyətini, fəallığını və
funksiyalarını və həmin proseslərə genetik nəzarəti tənzimləyir. Onun sintez
olunmasında komplement sisteminin (C3b), faqositoz prosesində iştirak
edən mikroorqanizmlərin (PQE2) timus hormonlarının, antitellərin və s.
rolu çox böyükdür. Onlar pirogen fəallığa malikdir, neytrofıllərin
(qranulositlərin) iltihabı proses gedən toxumalara miqrasiya olunmasını və
onlann deqranulyasiyasmı təmin edir.
Kininlər
- qanın plazması və toxumalarda mövcud olan iri molekullu
zülallardan, xüsusilə kininogenlərdən kollikrein qrupu fermentlərinin
təsirindən qanın laxtalanması prosesinin fəallaşması və proteoliz zamam
sintez olunur. Onlar prostaqlandinlərin sekresiyasını gücləndirir, qanın
laxtalanma sistemini daha da fəallaşdırır, komplement sisteminin bəzi
komponentlərinin laxtalanma prosesində iştirakını, fəallaşan leykositlərin
fermentlər hasil etməsini təmin edir, qan damarlarının tonusunu artırır,
arterial təzyiqi aşağı salır. Kallikremlər xüsusi fermentlər olmaqla,
qranulosıtlərdə, bazofıllərdə və monositlərdə müşahidə edilir.
Sitokinlər
- immun sistem hüceyrələri tərəfindən sintez edilən kiçik
molekullu zülal təbiətli immunomediatorlar olub hüceyrələr arasında
qarşılıqlı əlaqənin yaradılmasını təmin edir. Orqanizmə yabançı maddələr,
xüsusilə antigenlər daxil olm adıqda onlar antigen sintezini stimullaşdır
dıqdan sonra onlarda sitokin genlərinin induksiyası və sitokinin sintezi
prosesi başlayır. Q uruluşuna və bioloji təsir mexanizminə görə qeyri-spesifık
humoral immunitetin sitokinlərinin bir-birindən fərqlənən bir neçə növü -
inter/eronlar (İFN ), şiş nekrozu amilləri (ŞN A), interleykinlər (İL ),
xemokinlər, klonstimullaşdmcı
amillər və s. mövcuddur. Həmin sitokinlərin
aşağıdakı ümumi səciyyəvi xüsusiyyətləri vardır:
- Sitokinlər hüceyrələrdə lokalizasiya etmir, yalnız müvafiq stimul
aldıqdan sonra sintez olunur;
- Sitokin siqnalım qəbul etmək üçün hüceyrələr ekspressiya edir və
sitokinlər arasında qarşılıqlı təsir əlaqəsi yaranır;
- Sitokinlər həm hüceyrələrə, həm də produsientin özünə təsir etmə
xassəsinə malikdir;
- Hüceyrənin hər hansı bir sitokinlə fəallaşması onun digər növünün
sintezinə zəmin yaradır və kaskard xarakterli tənzimləmə mexanizmi baş
verir;
- Sitokinlər qısa müddətli təsir göstərən mediatorlar olması, təsir effekti
nin yalnız onlann sintez olunduğu yerdə təzahür etməsi ilə endokrin sistemin
horm onlanndan kəskin tərzdə fərqlənir. Müstəsna hal kimi bəzi iltihab
sitokinləri (ŞNA-d, İL-1, İL-6 və s.) sistem xarakterli təsir etmə
mexanizminə malikdir. Limfositlərin sintez etdiyi sitokinlər
limfokinlər,
290
monosit və m akrofaqlannkı isə -
m onokinhr
adlanır. T-helperlərin (Th) əsas
sahibi - produsientləri limfokinlərin sintezini təmin edir. Onlar antigen sti
mulu aldıqdan sonra fəallaşaraq ilk öncə İL-2 sintez edir, sonra isə o, ix
tisaslaşır və T h l və Th2 limfositlərinə difTerensiasiya olunur, T hl limfositlər
interferon, IL2, Th2 limfositlərinə difTerensiasiya olunur, T hl limfositlər
interferon, İL2, Th2, ŞNA-isə İL-4,5,6,9,10,13 sintezini tənzimləyir. Yerinə
yetirdiyi funksiyalara görə sitokinlər aşağıdakı qruplara təsnif olunur
(Z . Qar ay ev, A. Qurbanov, 200):
1.
İmmun iltihaba qədərki m ediatorlar (İL-1, 6,12,1 -ŞNA);
2.
İmmun iltihab mediatorlan (İL-5, 9, 10, D - İFN);
3.
Limfositlərin proliferasiya (bölünmə) və difTerensiasiya tənzim
ləyiciləri (İL -2,4,13);
4.
Hüceyrələrin inkişaf amilləri və ya klonstimullaşdmcı amillər (İL-
3,7, Q M -K SA vəs.);
5.
Xemokinlər, yaxud hüceyrə xem oattraktantları (İL-8 və s.).
İnterleykinlər ərəb rəqəmləri ilə işarə edilməklə əsasən iki formada (dİL-
1 və p İL-1) təzahür edir. Onun sintezində monosit və makrofaqlarla bəra
bər, həmçinin endoteli hüceyrələri, təbii killerlər, neytrofıllər, fibroblastlar,
limfositlər və mərkəzi sinir sisteminin qanqlii hüceyrələri də iştirak edir. İL-1
çox geniş diapozonlu təsir spektrinə malik olub iltihab və immunoloji
reaksiyalarda daha da fəallaşaraq cavab reaksiyalarının başlandığına anti
gen stimulu haqqındakı məlumatm makrofaqlardan T-helperlərə ötürülmə
sində qeyri-spesifik siqnal kimi xüsusi rol oynayır. Yerli və sistem xarakterli
iltihabın formalaşmasında İL-çox mühüm əhəmiyyət kəsb edir, leykositlərin
iltihaba uğramış toxumaya emiqrasiyasını fəallaşdırır. lL2-nin əsas produ-
sienti T-helperlər, təsir hədəfi isə fəallaşmış
T
və В limfositlər və təbii killer
olmaqla, T-limfositlərin bölünməsini, ixtisaslaşmasını stimullaşdırır və
immunoqlobulinlərin sintezini sürətləndirir.
interferon (İFN)
- əsasən patogen virusların daxil olduğu və
repreduksiya olunduğu somatik və immunokompetent hüceyrələrdə sintez
olunan, spesifik humoral müdafiə amilidir. İnterferonu ilk dəfə Londondakı
Milli elmi-tədqiqat tibb institutunun əməkdaşları A.Ayzeks və C.Lindeman
(1957) kəşf etmişlər. Bəzi bakteriyalar, mikroorqanimzlər,
onların
antigenləri, göbələklər, mikroplazmalar və fitohemaqqlyutinin (FHA) tipli
qeyri-spesifik stimulyatorlann interferon sintezinin indikatoru olması da
istisna edilmir. Interferon spesifik zülal və n-RN T sintezinə təsir edir və vi
rusların hüceyrə daxilində replikasiyasını zəiflədir, orqanizmin toxu
malarının sağlam (yoluxmamış) hüceyrələrinin viruslarla yoluxmasının
qarşısını alır. Onlar virus infeksiyalannın başlanğıc mərhələsində sintez
olunur, hüceyrəarası boşluğa toplanır, qonşu hüceyrələrdə virusların
reproduksiyasına ingibitor təsiri göstərir, virusun orqanizmdə yayılmasını
məhdudlaşdırır və ilkin müdafiə baryeri yaradır. İnsanın hüceyrələrində
virusun təsirindən sintez edilən interferonlar heyvanmkından öz spesifikliyi
nə görə tamamilə fərqlənir və onunla qeyri-identikdir. İnterferonun sintez
olunduğu hüceyrədən və onun sintezini induksiya edən amillərdən asılı
Dostları ilə paylaş: |