315
(helperlərə) təqdim edə bilmir. Dünyanın məşhur immunobioloqlan,
genetikləri və immunogenetikləri belə qərara gəlmişlər ki, istər insan, istərsə
də heyvan orqanizminin immunokompotent sisteminin formalaşması,
inkişafı və immunoloji reaksiyaların baş verməsi yalnız mərkəzi, neqativ və
periferik sinir, endokrin və im mun sistemləri arasındakı qarşılıqlı əlaqə və
dialektik vəhdət formasında mövcud olur. Həmin proseslərin hamısı
mərkəzi sinir sisteminin bilavasitə iştirakı və nəzarəti altında icra olunur və
neyrohumoral yolla tənzimlənir
(şəkil 47).
İmmun sistemin fəaliyyətinə
neyrohumoral amillərin təsir spektrinin diapozonu isə həddindən artıq
genişdir
(cədvəl 27).
Lakin neyrohumoral amillərlə bərabər immunitetin
yaranmasına, formalaşmasına və səmərəli olmasına nəzarət genlərin nəzarəti
altında icra olunur. Bu baxım dan immunogenetika elminin dinamik inkişafı
hazırda alimlərin qarşısında duran ən prioritet istiqamət hesab olunur.
hipotalomus
katexolaınıııtəı
Şekil 47.
Sinir, endokrin və immun sistemləri arasında qarşılıqlı əlaqə.
316
C e d v e l 2 7
Neyroendokrin faktorların immun sistemin fealliyyətinə təsiri
Təsir effekti
Neyroendokrin faktorlar Təsir xüsusiyyəti
İmmun
sisteminə
ingibitor kimi
təsir edən
faktorlar
Kortikosteroidlər
Yetkin limfositlərin proliferasiyasmı zəiflədir,
onlann apoptozunu induksiya edir, T-hücey-
ralərinin diflerensiasiyasını və sümük iliyinə
miqrasiyasını gücləndirir, sitokinlərin və timus
hormonlarının sekresiyasını ingibirləşdirir
AKTH(adrenokor-
tikotrop hormon)
Birbaşa və kortikosteroidlərin sintezini sürət
ləndirməklə qan dövranında limfositlərin miq
darını və onların funksional aktivliklərini
azaldır
Katexolaminlər
(adrenalin və xüsusən də
noradrenalin)
Limfositlərin, xüsusilə T-helperlərin prolifera-
siyasım zəiflədir, lakin onlann differensiasiya-
smı və limfa düyünlərinə miqrasiyasını sürət
ləndirir
Androgenlər
Limfositlərin miqdannı və antigenə qarşı ak
tivliklərini azaldır, timusun yaşla əlaqədar
atrofiyasını sürətləndirir
Estrogenlər
Androgenlərlə oxşar təsirə malikdirlər, lakin
onlann təsir effekti nisbətən zəifdir. T-supres-
sorlann aktivliklərini zəiflədirlər
P-endorfın
Humoral cavabı zəiflədir, hüceyrə tipli reak
siyanı isə gücləndirir
Adrenergik sinir
stimulları
Katexolaminlərlə oxşar təsirə malikdirlər
Somatotropin
(böyümə hormonu)
T-hüceyrələrinin proliferasiyasmı və timus
hormonlannm sintezini sürətləndirir
immun
Insulin
T-hüceyrələrinin proliferasiyasmı sürətləndirir
sisteminə
stimulyator kimi
Tiroksin
Limfositlərin proliferasiya və
differensiasiyasmı gücləndirir
təsir edən
faktorlar
Prolaktin
Timusda hormonlann sintezini sürətlləndinr
Projesteron
Prolaktinlə eyni effektə malikdir
a-endorfm
Humoral cavabı gücləndirir
1
Xolinergik sinir
stimulları
Limfositlərin, xüsusən də timositiərin prolife-
rasiyasmı sürətləndirir
Təbii immunitetə nisbətən qazanılmış immun sistemi orqanizmlərin
müdafiə sisteminin daha təkmilləşmiş, ixtisaslaşmış və olduqca mürəkkəb bir
forması olub, təkamül prosesinin sonrakı mərhələlərində yaranmışdır. İm
munitetin bu növü təkamül prosesinin əny üksək ierarxiyasına məxsus olan
ali orqanizmlər, xüsusilə onurğalılar üçün daha səciyyəvidir. Çünki onur-
ğasız heyvanlarda qazanılmış immunitet ya tamamilə olmur, ya da nəzərə
çarpmayan səviyyədə inkişaf edir. Həmin immunitetin əsas komponentlə
rinin tam formalaşması və funksional fəaliyyəti quşlar və onlardan sonrakı
317
taksonomik qruplardan başlanır və onun əsas aparıcı hüceyrələri
tim fosithr
hesab edilir. İ.İ.Meçnikov limfositləri makrofaqlar adlandırmışdır. O nlar
faqositozu həyata keçirən xüsusi maddələr (opsoninlər, tropinlər) hasil edir.
Limfositlərin yaratdığı immunoloji cavab reaksiyalan özünün aşağıdakı
vacib xarakterik xüsusiyyətləri ilə təbii immünitetdən tamamilə fərqlənir:
- Qazanılmış immunoloji cavab reaksiya spesifik, təbii immunitetinki isə
qeyri - spesifik olur. Bunun əsas səbəbi isə limfositlərin çoxsaylı klonlara və hər
bir klonun hüceyrələrinin xüsusi antigentanıyan reseptorlara malik olmasıdır.
- Qazanılmış immunitet yalnız orqanizmə daxil olmuş yad antigenin özü
tərəfindən induksiya edilməsi ilə səciyyələnir. Bu zaman klonun hüceyrə
lərinin antigenlə qarşılaşması onların antigenlər tərəfindən fəallaşmasmın
induksiyasına, bölünüb çoxalmasına və ixtisaslaşaraq immunoloji cavabı
yerinə yetirən effektor hüceyrələrinə çevrilməsinə zəmin yaradır.
- Qazanılmış immunitet zamanı yaranan xüsusi yaddaş hüceyrələri antigenlə
ilk görüşün immunoloji yaddaşda saxlanılmasını təmin edir. Bu xüsusiyyət
müxtəlif yoluxucu xəstəliklərə qarşı peyvənd vasitələrinin (vaksinlərin) hazır
lanması texnologiyanın əsasını təşkil edir. Göründüyü kimi, limfositlər qazanılmış
immunitetin yaranmasında, formalaşmasında və səmərəliliyində ən ap an a
hüceyrələr kimi fəaliyyət göstərir. Müasir təsnifata əsasən limfositlərin sümük
iliyində ümumi limfopoetik kötük hüceyrələrindən əmələ gələn üç əsas
subpopulyasiyası - B, T-limfositləri və təbii killerlər (TK-hüceyrələri) ayırd edilir.
В və T limfositlər qazanılmış immuniteti yamdan ən başlıca amil sayılır, təbii
killerlər isə yalnız təbii immtra sisteminin yaranmasında iştirak edir. B-
limfositləri
əsasən
sümük iliyində (bone marrow), T-limfositləri kə -timus-
çəngəlvari vəzidə
inkişaf edir. В - limfositləri bir qayda olaraq
humoral (maye,
qan),
T-limfositləri isə
hüceyrə tipli
(adaptiv qazanılmış immunitetin
yaranmasında) iştirak edir. В -
limfositləri tərəfindən antigenə qarşı spesifik an-
ticisimlər (antitellər) sintez olunaraq humoral, T-limfositləri kə yad antigenlə və ya
mikroorqunizmlərlə, viruslarla yoluxmuş hüceyrə ilə birbaşa əlaqəyə (kontakta)
girərək hüceyrə tipU immunitet yaranır,
immunoloji reaksiyaların antigen
spesifikliyi məhz immun sistemin əsas hüoeyrələri sayılan limfositlər tərəfindən
yerinə yetirilir. Limfositlərin orqanizmin immun sistemindəki ap an a rolu yalnız
XX-əsrin 50-ci illərinin sonunda siçovullar üzərində aparılan eksperimental
təcrübələr nəticəsində aşkarlanmışdır. Bu məqsədlə genetik cəhətdən yaxın-
identik olan (inbred xətli) siçovullan radioaktiv şüalanmaya məruz qoyaraq,
onlann qanunda leykositləri və limfositləri, demək olar ki, məhv etmişlər. Həmin
siçovulların orqanizminə hər hansı bir patogen agent (virus, mikrob) inyeksiya
edildikdə onlar immunoloji cavab reaksiyasından məhrum olunduğu üçün dərhal
onlar məhv olmuşlar. Şüalanmaya məruz.qalmamış nəzarət (inakt) qrupunun
siçovullan arasında ölüm hallan müşahidə olunmamışdır. Şüalandınlmış
siçovullara patogen agentlərlə birlikdə sağlam siçovulların limfositləri tətbiq
edildikdə, onlarda humoral və hüceyrə tipli immunitet bərqərar olunduğundan
ölüm hafian müşahidə olunmamışdır. Həmin təcrübələrin nəticəsi orqanizmin
immunoloji cavab reaksiyasının yaranmasında limfositlərin müstəsna rol
oynamasım bir daha elmi dəlillərlə sübut etdi
(şəkü 48).
318
Bu təcrübə alimlərin limfositlərə maraq dairəsinin daha da artmasına
səbəb olmuşdur. Buna görədir ki, hazırda limfositlər onurğalı heyvanların
ən geniş və müfəssəl formada öyrənilmiş hüceyrələri hesab olunur.
Limfositlər genetik cəhətdən heterogen olmaqla, öz başlanğıcını ümumi bir
plüripatent hüceyrədən götürən müxtəlif tip hüceyrələrdən-populyasiya və
subpopulyasiyadan təşkil olunur. Onlar embrional inkişafın ilk mərhələlə
rində qısa zaman kəsiyində əvvəlcə ardıcıl olaraq sarılıq kisəsində,
qaraciyərdə, sonralar isə sümük iliyində inkişaf edir. Doğulduqdan sonrakı
(postnatal) dövrdə limfositlərin bütün növlərinin inkişafının ilkin mərhələləri
məhz sümük iliyində davam edir, onların bir qismi qan vasitəsilə timus
vəzinə miqrasiya edərək orada məskunlaşır, formalaşır və inkişafmın ən
mühüm, vacib hissəsini məhz həmin vəzidə davam etdirir. İmmunoloq
A.Royt (2000) timus vəzində formalaşan limfositlərin T-limfositləri ( Thymus-
dependent, timus asılı), öz inkişafım sümük iliyində və yalmz quşlarda
fabrisius kisəsində (bursada) davam etdirən limfosithri isə B-limfositləri
(bursa-dependent, bursa asılı) adlandmlmasım təklif etmişdir (şəkil 48,49).
T-prolimfositlerinin timusda inkişafı çox mərhələli va mürəkkəb bir
prosesdir
Şəkil 48.
Timusun hematomik baryeri
I-q a n damarı; I I - perivaskulyar sahə; III - timusun epitelial sahəsi: 1 ~
qan damarı; 2
—
endotelialhüceyrə; 3
-
makrofaq; 4 -m iqrasiya edən timosit;
5 - bazal membran; 6 - epitelial hüceyrələr; 7 - timositlər
319
Məməlilərdə B-limfositlərin funksiyasım onların analoqu olan hücey-
rələr-lifoepitelial törəmələr (bağırsaqların peyer yığımları, appendiks,
badamvari vəziləri və s.), həmçinin sümük iliyi və limfa düyünləri yerinə
yetirir.
Şəkil 49.
Quşlarda Fabrisius kisəsinin lokalizasiyası
Təbii killerlər isə nisbətən sonralar aşkarlanmaqla, onlar əvvəlcə sümük
iliyində, sonra isə dalaqda öz inkişaf mərhələlərini keçirir. В və T -
limfositləri klonal quruluşa malik olmaqla, çoxlu sayda-milyardlarla,
limfositlər nisbətən az sayda-milyonlarla-olan
ailaciklər-klonlar
əmələ
gətirir. K lonun hər biri yeganə unikal reseptoru olan hüceyrənin bölünüb
çoxalmasının məhsuludur və bir-birindən səthlərindəki reseptor funksiyasım
yerinə yetirən xüsusi molekulun quruluşuna görə fərqlənir, həm də yalnız öz
reseptorlanna uyğun olan antigen vasitəsilə əlaqəyə girir. Limfositlərin
təbiətdə mövcud olan bütün antigenlərin fərdi olaraq tanınması, seçilməsi,
tutulması funksiyasını icra etməsini məhz milyonlarla klonlar təmin edir və
tənzimləyir. K lonlar tərəfindən antigenlərin tutulması yalnız onların
fəallaşmasım-ekspansiyasmı və immunoloji reaksiyalarda iştirakı zəminində
təmin olunur, konkret bir antigenin tutulmasında bütün limfositlər deyil,
yalnız onların bəzi klonları iştirak edir, Limfositlərin klonlara bölünməsi
prosesi onlarm mərkəzi limfoid orqanlarda (sümük iliyi və timusda) inkişafı
mərhələsində baş verir. Fəallaşmamış В və T-limfositləri morfoloji cəhətdən
çox identikdir, dairəvi formaya malikdir, hüceyrələrinin əsas hissəsini girdə
və ellips formalı nüvə təşkil edir, onlar bölünmür, spesifik antitellər,
sitokinlər və s. sintez və ifraz etmirlər, özlərini yalnız səthlərindəki
reseptorlann qeyri-fəal daşıyıcısı kimi aparır. Onlar yalnız spesifik antigenlə
320
fəallaşdınldıqdan sonra В və T-limfositləri bölünüb çoxalır, ixtisaslaşır,
effektor və yaddaş hüceyrələrə çevrilir, mikroskopiya (təfriq) olunur və bir-
birindən əsaslı surətdə fərqləndirilir. Spesifik antitellər sintez edən В -
limfositlərin differensiasiyasmın son mərhələsinin hüceyrələri
plazmasitar
(plazmosithr) hüceyrələr
adlanır. Plazmositar В - limfositləri çox intensiv
sürətlə (2000 molekul/san) spesifik anticisimlər sintez və ifraz etdiklərinə
görə onlann sitoplazması qranulyar-dənəvər endoplazmatik şəbəkə ilə
zəngindir. İmmun şistemin hüceyrələrini, o cümlədən limfositləri bir-
birindən seçmək, fərqləndirmək üçün hazırda
hibridoma texnologiyası
işlənib
hazırlanmışdır. Həmin üsulla immun sistemin hüceyrələrinin müxtəlif
populyasiya və subpopulyasiyalanm onların səthində yerləşən
marker
(nişan) zülallarına
görə fərqləndirmək mümkün olmuşdur. Həmin marker-
zülallann bəziləri müxtəlif populyasiyalar üçün, digərləri isə yalnız müəyyən
populyasiya üçün səciyyəvi hesab olunur. Bu cür
marker zülallar CD (cluster
desination)
antigenləri adlanır və müvafiq rəqəmlərlə işarə olunur (CD-1-
dən CD-200-ə qədər) və onların sayı ildən-ilə get-gedə artır.
В - limfositləri - əsasən onların səthlərində yerləşən və əsasında
immunoqlobulin molekulu duran antigentanıyan xüsusi reseptorlann -
BCR antigen reseptorlannın olması ilə xarakterlənir. Onlar məhz həmin
. reseptor vasitəsilə antigeni tapır, onunla vəhdətdə olaraq fəallaşır və spesifik
(quruluşca ona oxşar) immunoqlobulin (anticism) molekullan ifraz edən
effektor-plazmatik hüceyrələrə çevrilir. Həmin anticism molekullarmm
sintezi və ifrazı В - limfositlərin immunoloji cavab reaksiyalarında iştirakını
təmin edir. İmmun sistemin digər hüceyrələri immunoqlobulin molekulu
sintez etmək funksiyasına malik deyillər. Quşlar müstəsna olmaqla, digər
orqanizmlərdə В - limfositlərin inkişafının bütün mərhələləri sümük iliyində
gedir, burada bölünərək çoxalır, seleksiyaya və differensiasiyaya məruz qalır
və yetkin immunokompotent В - hüceyrələrinə çevrilirlər. Sümük iliyində
inkişafı zamanı sintez olunan ilk immunoqlobulin (IqM) molekullan
• hüceyrənin səthi membranı ilə birləşərək antigen reseptoru funksiyasını icra
edir. Limfositlər periferik limfoid orqanlannda fəallaşdıqdan sonra həmin
immunoqlobulinlər qana keçir. Limfositlər özlərinə məxsus olan səciyyəvi
xüsusiyyətləri ilə səciyyələnir:
В - limfositlərinin immunoloji cavab reaksiyasuıdakı əsas funksiyası
orqanizmə daxil olmuş hüceyrəxarici parazit və digər antigeniərlə mübarizə
aparm aqdan ibarətdir. Bu zaman onların fəallaşdırılmış klonlanm n ifraz et
diyi anticismlər həmin antigeniərlə birləşərək onları zərərsizləşdirir, faqo-
sitoz və komplement sistem vasitəsilə neytrallaşmasına və məhv olunmasına
təkan verir, həmin prosesi xeyli asanlaşdırır.
В -limfositlərinin öz səthlərindəki ekspressiya olunmuş bəzi marker
zülallarının molekullarma və başqa xüsusiyyətlərinə görə bir-birindən fərqlə
nən iki subpopulyasiyası - (Bİ və B2) ayırd edilir. Qanın ümumi
limfositlərinin 20%-i B İ, 80%-i isə B2 - subpopulyasiyanm payına düşür.
B İ - limfositlərində əsasən İqM və İqA sinfinə mənsub olan İq molekullan,
321
B2-limfositəlrində isə əvvəlcə İqM , klonlann fəallaşmasmdan sonra isə İq D
müstəsna olmaqla digər siniflərə mənsub olan tq molekulları sintez edilir.
В
- limfositlərin inkişafı zamanı hər bir mərhələdə onların xarakterik
hüceyrə tipi formalaşır:
-
Qandoğuran kötük hüceyrəhri qanın bütün şəkilli elementlərinin
limfomielopoezin ümumi sələf hüceyrələri. O nlann əcdadı em brional
inkişafın ilk mərhələlərində böyrək nahiyəsində yaranan mezenxim
hüceyrələridir.
- В
və T -limfositlərinin və təbii kiüerlərin-limfopoezin sələf hüceyrələri.
O nlann səthində ümumi kötük hüceyrələrinə xas olan CD34 m arkeri
mövcuddur.
-
İlkin
В -
prolimfositləri-\\k
yaranan hüceyrələr olmaqla, onlarda Iq
molekullannın genləri xromosom üzərində əsasən seqmentlər formasında
yerləşir.
-
Son
В
-prolimfositləri
-
M-immunoqlobulinin (İqM )
formalaşmasını
təmin edir.
-
В
-pre-limfositləri-
artıq inkişaf etmiş hüceyrələr sayılır.
-
Qeyri yetkin
В
-limfositləri-
sümük iliyində öz inkişaf mərhələlərini
tamamlamış və səthində tam formalaşmış İqM molekuluna malik olan
hüceyrələrdir.
-
Yetkin
В
*
limfositlərinin
səthində İqM və İqD molekullan ekspressiya
olunur və antigenlə qarşılıqlı əlaqəyə tamamilə hazır olan hüceyrələrdir.
-
Plazmatik hüceyrələr(plazmositlər)-
yetkin p-limfositlərinin antigenlə
fəallaşmasmdan sonra yaranan ilk hüceyrələr olmaqla, onların effektor
forması hesab olunur, fəal hüceyrələrin bəziləri yaddaş hüceyrələrinə çevrilir.
İmmunoqlobulinlər B-limfositlərdən yaranan plazmatiki hüceyrələrdə sintez
olunur, 1 ədəd B-plazmatik hüceyrəsi bir saniyə müddətində 2000 immunoq-
lobulin molekulu sintez edir. Plazmatik hüceyrələr xüsusi reseptorlann
vasitəsilə antigenləri tanıyıb differensiasiya edir (seçir). Ona görə də spesifik
reseptorlann olması immunologiyanm ən qlobal və mərkəzi problemi sayılır.
Reseptorlann vasitəsilə hüceyrələr genetik olaraq
«özününkünü»
və
«yadı»
bir-birindən ayınr və seçir (tanıyır). Reseptorlann sintezi və spesifikliyi
genetik olaraq tənzim olunur.
T-limfositlər
- limfositlərin populyasiyası olub, onlann 70-80%-ni təşkil
edir, yaşlı orqanizmlərdə sayca daha çox olurlar. O nlann morfofunksional
xüsusiyyətlərinə görə bir-birindən fərqlənən subpopulyasiyaları mövcuddur.
T-limfositlərinin bir çox subpopulyasiyalan
В
-limfositlərindən fərqli olaraq
elektron mikroskopu ilə müayinə zamanı onlarda çox aydm və asanlıqla
müşahidə olunan xüsusi Qoll cisimcikləri (lizosomlarla əhatə edilən lipid
damlası) vardır. T-limfositlərin başlıca funksiyası hüceyrəyə daxil olmuş
patogen mikroorqanizmləri və virusları tapıb zərərsizləşdirmək və
В
-
limfositlərinə hum oral immunoloji cavab reaksiyasının yaranması prose
sində müvalıq köməklik göstərməkdir. Bu funksiya orqanizmin hüceyrə
lərinin səthində yad antigen fraqmentlərinin mövcud olub-olmamasını
yoxlamaqla icra olunur. T-limfositlərinin iki əsas subpopulyasiyası-T-helper
322
(CD4+) və T-sitotoksik (CD8+) - vardır. T-helper hüceyrələri antigen
fraqmentini-peptidini dendritli hüceyrələrin, makrofaqlann və В -
limfositlərinin səthində MHC molekulları ilə tanımaqla, çoxlu sayda
klonlara və reseptorlara malikdir. Həmin klonlann və reseptorlarm
formalaşması onların timusda inkişafı dövründə yaramr. H ər bir klon
yetişmiş periferik limfoid orqan və toxum alanna keçdikdən sonra özünün
spesifik TCR molekulları ilə yalnız müəyyən bir antigen peptidi (MHC
kompleksini) tanıyır. T - helperlərin (Th) iki subpopulyasiyası - T hl və Th2
- mövcud olmaqla onlar bir-birindən immunoloji cavab reaksiyasındakı
funksiyasına və sintez etdikləri sitokinlərə görə fərqlənirlər. Fəallaşmış T h l
hüceyrələri m akrofaqları aktivləşdirən y-interferon, Th2-isə В -limfositlərin
proliferasiyası üçün lazım olan İL-4 sintez edirlər. T-limfositlərin 90-95%-i I-
tip reseptorlara (a və p), 1%-ə qədəri isə И-tip reseptorlara (örtük
toxumalarda isə 10%-dən çoxu) malikdir.CD4 markerləri olan T-limfositlər
əsasən antigen haqqındakı müvafiq məlumatları qəbul edərək immun cavabı
induksiya prosesinə uğradır, onun gedişini tənzimləyir və immun cavab
reaksiyasını formalaşdırır. I-tip reseptorlar və səthlərində CD8 markerə
malik olan T-limfositlər sitotoksik fəallığa malik olmaqla T-kiIlerlər-T-
sitatoksik (Tı) limfositlər adlanır və T-limfosit populyasiyasının 25%-ni
təşkil edir. T-killerlər yalnız özləri üçün spesifik olan antigeni I-sinif MHC
molekuluna uyğun olduğu halda onu tanıya bilir rvə «doğma» hüceyrələri
«yad» hüceyrələrdən seçirlər. T-killerlər hədəf hüceyrələri özlərinin ifraz
etdiyi
perforin, qranizm
və
qranulizm
kimi toksiki substansiyalar vasitəsilə
lizisə uğradır. И-tip teseptorlara malik olan T-limfositlər ümumi limfoslt
populyasiyasının yalnız 1%-ə qədərini təşkil edir. T-limfositlərin bəziləri.’
orqanizm üçün yabançı olan hüceyrələri və patogen agentləri immunizasiya
edilmədən və spesifik reseptorlara malik olm adan onlan tanıyaraq, birbaşa
qarşılıqlı əlaqəyə girir və killings uğradır. Həmin limfositlər
təbii killerlər
(TK hüceyrələr) adlanmaqla bir qrup antigenlərə (şiş hüceyrələri, allogen,
singen, ksenogen) qarşı sitotoksik fəallığa malikdirlər. Onlar timus
(çəngəİvari) vəzidən asılı olmadan ixtisaslaşmaqla, morfoloji cəhətdən
limfositlər və bazofillər arasında keçid təşkil edir, interferon və İL2 üçün
reseptorlara və çox güclü litik və sitolitik fəallığa malik olması ilə fərqlənir
və hədəf hüceyrələrini parçalayırlar. TK-hüceyrələrin periferik qanda iki
növü-TK+ və T K - - olmaqla, onlar bir-birindən fenotipik cəhətdən fərqlənir:
TK + hüceyrələrin səthində CD2, 7-8, 16, 56 yüksək dərəcədə, TK-
-
hüceyrələrdə isə yalnız CD7 yüksək dərəcədə ekspressiya olunur. Kötük
limfosid
hüceyrələri timusa (çəngəİvari vəziyə) miqrasiya olunaraq T-
limfositlərə çevrilir. O nlar T-xelperlərin, T-supressorlann və T-killerlərin
subpopulyasiyasını əmələ gətirir. Ümumiyyətlə, B-sistemi əsasən bakterial
infeksiyalar, allergiyalar və autoimmun xəstəlikləri, T-sistemi isə-virus
infeksiyalan, vərəm, brusellyoz, tulyaremiya xəstəlikləri, şişlərə qarşı və
immunopatologiya zamanı immunitetin yaranmasını təmin edir.
323
|