1
1
шКШ
4
81
Beynəlxalq seminar, simpozium, konfrans və qurultaylarda iştirak etmişdir. O,
1969-cu il Daşkənd Biokimyaçılann 2-ci qurultayı, 1971-ci il Moskva Yaş fiziolo
giyasına aid X konfrans, 1982-ci il Moskva Patofizioloqlann 3-cü qurultayı, 1989-cu
il Bakı Qərb regionunun problemləri konfransı, 1989-cu il Bakı Morfoloqlann V
Zaqafqaziya konfransı, 1989-cu il Bakı Xəstəliklərlə mübarizəyə həsr edilmiş
konfrans, 1990-cı il Bakı I Respublika biokimya konfransı, 1993-cü il Bakı II Res
publika biokimya konfransı, 1994-cü il Bakı fizioloqlann 1-ci qurultayı, 1997-ci il
Bakı III
Respublika biokimya qurultayı, 2003-cü il Gəncə-Kars Baytarlıq
simpoziumu, 2004-cü il Kars XVIII Ulusal Kimya konqresi, 2005-ci il Bakı
Fizioloqlar cəmiyyətinin 3-cü qurultayının iştirakçısı olmuşdur.
R. Allahverdiyev Kənd təsərrüfatı heyvanlannın patoloji fiziologiyasına aid bir
sıra dərs vəsaitlərinin, proqramların və metodik vəsaitlərin (“Patoloji fiziologiyadan
təcrübə məşğələləri”, 1976, “Kənd təsərrüfatı heyvanlannın patoloji fiziologiyası”,
1984, “Kənd təsərrüfatı heyvanlannın patoloji fiziologiyası, 1985, “Kənd təsərrüfatı
heyvanlannın patoloji fiziologiyası”- toxuma patologiyası”, 1987, “Patoloji
fiziologiyadan metodik göstəriş”, 1989, “Ümumi patologiyanın əsaslan”, 1990,
“Kənd təsərrüfatı heyvanlannın xüsusi histologiyası”, 1991, magistratura proqramı,
1997) müəllifidir. Alim Kətd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası”
dərsliyinin (Bakı, 2010) və ekoloji patologiyaya aid elmi məqalələrin ilk müəllifdir.
O, 2000-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Fəxri
fərmanı” ilə təltif olunmuşdur, Respublikanın əməkdar müəllimidir. Yüksək elmi
elitaya, eridusiyaya və intellektə malik olması Rübail müəllimə xas olan ən
səciyyəvi parametrlərdir. Onun “Altı məzar,üstü bazar, “Dünya dəlilərin
şənlikevidir” və s. kitablan dəyərli və cox təsirli şerləri oxucular tərəfindən sevilə-
sevilə oxunur.
Hər kəsin müqəddəs ocaq sandığı,
Məktəb dediyimiz bir türbəsi var.
Şahın da, hökmün də arxalandığı,
Müəllim adlanan bir qibləsi var.
Müdrik müəllimin hər imtahanı
Aqil kürəyində qayğı əlidir,
Müəllim önündə diz çöküb hamı,
Böyük ehtiramla baş əyməlidir.
ANAMIN AĞ KƏLAĞAYI
Açılanda səhər idi,
Ömrümüzə nəmər idi,
Günəş üzə qəmər idi
Anamın ağ kəlağayı.
Buludlarla yarışardı,
Baxanda göz qamaşardı.
Anama çox yaraşardı
82
Anamın ağ kəlayı.
Qonaqlara hörmət idi.
Yad baxışa nifrət idi,
Namus ıdi.qeyrət idi.
Anamın ağ kəlağayı
Atam öldü uçdu qaya,
Hamı gəldi bu haraya,
Döndü qara kolağaya,
Anamın ağ kəlağayı.
Yetimliyim yaddaş olub,
İpəkliyə yad, daş olub,
Məzar üstə ağ daş olub,
Anamın ağ kəlağayı
(Rübail)
Tağıyev Sabir M əhərrəm oğlu
(1928)
Ölkəmizdə aqrar sahə mütəxəssislərinin (baytarlıq
təbabəti həkimləri və əczaçılan, zoomühəndislər və s.)
hazırlanmasında mühüm rol oynayan alimlərimizdən
biri də baytarlıq təbabəti famıokologiyası, əczaçılığı,
mamalığı və ginekologiyası sahəsində tanınmış alim,
ADAU-nun professoru Sabir Tağıyevdir. O, 1951-ci
ildə ADAU-nun Baytarlıq təbabəti fakültəsini bitirmiş,
1954-cü ildə "Mamalıq" kafedrasında ordinator vəzifə
sində işləmiş, 1961-ci ildə baytarlıq təbabəti elmləri namizədi alimlik dərəcəsini
almışdır. Alim 1962-cı ildə Baytarlıq təbabəti fakültəsinin nəzdində fəaliyyət
göstərən "Naftalan nefti üzrə problem laboratoriyasına baş elmi işçi vəzifəsinə
seçilmiş, 1970-ci ildə doktorluq dissertasiyasını tamamlamışdır. O. 1975-ci ildə
"Anatomiya, farmakologiya və patoloji anatomiya" kafedrasında dosent
vəzifəsində işləmiş, fakültə və universitetin Elmi Şurasının üzvü olmuşdur.
S.Tağıyev 1990-1997-ci illərdə "Anatomiya, farmakologiya, terapiya və
mamalıq" kafedrasının müdiri. 1997-ci ildən 2004-cü ilə qədər Zoobaytarlıq və
əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində çalışmış, 2004-cü ildə yenidən
"Anatomiya,
farmakologiya, terapiya və mamalıq"
kafedrasına müdir
seçilmişdir, 2009-cu ildən "Əczaçılıq və morfologiya" kafedrasının professoru
vəzifəsində çalışır. S.Tağıyev 15O-yə qədər elmi əsərin, o cümlədən, 20 dərslik,
dərs vəsaiti, monoqrafiya, kitabça və metodik göstərişin müəllifidir. Onun
"İnəklərin qısırlığına səbəb olan ginekoloji xəstəliklər7’, "Kənd təsərrüfatı
heyvanlarının qısırlığı və mübarizə tədbirləri”, "Baytarlıq mamalığı". "Naftalan
nefti və onun quşçuluqda tətbiqi", "Qaramalda rüşeymin transplantasiyası" və
83
Təhsil Nazirliyinin qrifləri ilə "Yeyinti məhsullarının kriminalistik ekspertizası"
və "Baytarlıq toksikologiyası" adlı kitabları tədris prosesində geniş istifadə
edilir.
Ram azanov Adil M irzə oğlu
(1936)
Ölkəmizdə baytarlıq təbabəti həkimləri və
zootexnik
kadrlarının
hazırlanmasında
böyük
xidmətləri olan alimlərimizdən biri də professor
kənd təsərrüfatı heyvanları və quşlannm anatomiyası
və
morfologiyasının
öyrənilməsi
sahəsində
ölkəmizdə və onun hüdudlannda tanınmış alım,
anatom, morfoloq Adil Ramazanovdur.
Kənd
təsərrüfatı heyvanları və quşlannm anatomiyasının
öyrənilməsində morfoloq Adil Ramazanovun apardığı fundamental tətbiqi
xarakterli elmi tədqiqatlar olduqca böyük nəzəri və elmi-praktiki əhəmiyyətə
malikdir. O, 1957-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq
təbabəti fakültəsinə, 1967-ci ildə "Anatomiya" kafedrasının əyanı aspiran
turasına qəbul edilmiş, 1972-ci ildə "Qaramal və camışlarda çanaq-bud
oynaqlarının qan damarları və əzələləri" mövzusunda dissertasiya müdafiə
edərək baytarlıq təbabəti elmlər namizədi elmi dərəcəsi almışdır Alim ADAU-
da ordinator, klinika müdiri, sex həmkarlar təşkilatının sədri, xalq nəzarəti
qrupunun sədri, partiya təşkilatının katibi, dekan müavini və idarəetmə üzrə
prorektor vəzifələrində işləmişdir. A.Ramazanov kənd təsərrüfatı heyvanları və
quşlannm anatomiyası üzrə 4 ali məktəb dərsliyinin, 2 fənn proqramının və
çoxlu sayda tədris metodiki və dərs vəsaiti, 13 şeir kitabının müəllifidir.
Respublika Ağsaqqallar Şurasımn üzvü, Əmək Veteranı və güləş üzrə SSRİ
idman ustasıdır. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasımn qəran
ilə 2010-cu ildə A.Ramazanova ADAU-nun professoru elmi adı verilmişdir. O,
beynəlxalq konfrans, konqres və simpoziumlarda kənd təsərrüfatı heyvanları və
quşlannm anatomiyası və morfologiyası kimi mürəkkəb və olduqca çətin sahə
üzrə maraqlı və elmi məlumatlarla zəngin olan elmi məqalələri və çıxışlan ilə
milli elmimizi mütəmadi olaraq təmsil edir, onu tanıtdınr, şərəfləndirir və
məşhurlaşdınr. Onun ən böyük xidmətlərindən biri də ölkəmizdə ilk dəfə
yaradılan anatomiya muzeyinin təşkil olunmasıdır. Kənd təsərrüfatı heyvanları
və quşlannm sklctləri və eksponatlarla çox zəngin olan həmin muzeyin demək
olar ki, analoqu mövcud deyil. Alim həm do oxuculann çox sevdiyi bir neçə
şeirlər kitabının müəllifidir
Yaşıl meşələrin seyrəlib yaman
,
Yox olub sərvətin olubdur (alan.
Niyə tapılmayır halına yanan?
Təbiət kükrəyib bir gün duracaq
84
Bütün qisasını bizdən alasaq.
Əliyev Elxan Allah verdi oğlu
(1938)
Elxan Əliyev (1938) - 1962-cı ildə ADAU-nun
baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə
bitirdikdən sonra 1964-cü ilə qədər Şamaxı rayonunun
Əlibayramov adına ətçılık-sudçülük sovxozunda baş
baytar həkimi, 1966-cı ildə Respublika Baytarlıq
Laboratoriyasında baş epızootik baytar həkimi və
direktor əvəzi vəzifələrində işləmişdir. O, 1966-cı ildə
Az ETBL-da baytarlıq mikrobiologiyası üzrə əyani aspiranturaya daxıl olub
1969-cu ildə “Zebulann brusellyozu” mövzusunda dissertasiya ışını müdafiə
edərək baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır 1968-1976-cı illərdə
Az ETBL-nun "Brusellyoz və qaramalın yoluxucu xəstəliklərim öyrənən
şöbə”də baş elmi işçi, 1976-1982-ci illərdə
"Brusellyoz” laboratoriyasının
müdiri, 1982-1987-ci illərdə isə həmin institutun direktor müavini və brusellyoz
laboratoriyasının müdiri vəzifələrində çalışmışdır 1980-cı ildə Azərbaycan KP
MK yanında Marksizm-Leninizm Universitetinin partiya quruculuğu fakültəsini,
1986- cı ildə isə Москл ada Aqrar-sənaye Kompleksini İdarəetmə Ali Məktəbini
bitirmişdir. 1987-ci ilin mayında Mockvada Ümumıttifaq Eksperimental
Baytarlıq
İnstitutunda
“Camışlann,
zebu
və
qovunların
brusellyozu”
mövzusunda baytarlıq elmləri doktoru
alimlik dərəcəsi üzrə dissertasiya
müdafiə
etmişdir.
E.Əlıyev
sabiq
SSRİ məkanında kənd təsərrüfatı
heyvanlarının brusellyoz xəstəliyinin öyrənilməsi sahəsində fundamental tətbiqi
xarakterli, çox böyük elmi praktiki və nəzəri əhəmiyyətli tədqiqatlar aparan
məşhur alimlərdən biri olmaqla, həııı də dünyada ilk dəfə olaraq bisteriozun
seroloji diaqnostikası üçün rəngli antıgenın ilk müəllifidir. Bu diaqnostika üsulu
tibbi təcrübədə də geniş istifadə olunur. O, 3 elmi ixtiranın, 2 monoqrafiyanın, 3
kitabın, bir elmi-populyar filmin və 60 elıııı əsərin və tövsiyyələrin müəllifidir,
1979-cu ildə XXI Beynəlxalq Baytarlıq Konqresinin iştirakçısı olmuş və
diploma layiq görülmüşdür. Alimin Azərbaycan zebusu və onun yüksək
məhsuldar qaramal cinsləri ilə mələzlənnm, ölkəmizdə yetişdirilən müxtəlif
qoyun cinslərinin və mələzlərinin eksperimental və təbii yoluxma şəraitində
brusellyoza davamlılıq istiqamətində apardığı unikal tədqiqatlar təhlükəli
yoluxucu xəstəliklərə davamlı yeni cins və mələzlərin yaradılmasında istifadə
oluna bilər. Onun alimlik təcrübəsi və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq
1987- ci ilin namunda Azərbaycan Respublikasının Dövlət Aqrar-Sənaye
Komitəsində Baş Elm və Təbliğat İdarəsində və sonra Elm və kadrlar idarəsində
rəis müavini vəzifələrinə təyin olunmuşdur. O, 1989-1991-cı illərdə Azərbaycan
KP MK-da aqrar məsələlər üzrə məsləhətçi və MK-nın birinci katibinin aqrar
siyasət üzrə köməkçisi vəzifələrində çalışmışdır. O. 1991-cı ilin sentyabrında
Respublika Prezidentinin Fərmanı ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı
təyin edilmiş və 1992-ci ilin iyun ayında başqa işə keçməsi ilə əlaqədar olaraq
85
həmin vəzifədən azad olunmuşdur. 1993-cü ilin mayından Respublika
Prezidentinin Sərəncamı ilə o, Nazirlər Kabineti yanında Dövlət Baytarlıq
Komitəsi sədrinin birinci müavini təyin edilmiş, 1995-ci ildən isə, Kənd
Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində
çalışmışdır. “Əmək igidliyinə görə” və “Tərəqqi” medalları ilə təltif edilmişdir.
Əzimov İlham Muqbil oğlu
(1934)
Baytarlıq elmləri doktoru, professor İlham Əzimov
1959-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin
baytarlıq təbabəti fakültəsini bitirib. O, Azərbaycanda
baytarlıq təbabəti mikologiyası sahəsində fundamental-
tətbiqi xarakterli elmi tədqiqat işləri aparan ilk alimdir
Alim 1959-1962-ci illərdə Respublika EA Neft-Kimya
Prosesləri İnstitutun bıoloj i-fəal maddələrin öyrənilməsi
kaboratoriyasında kiçik elmi işçi vəzifəsində işləyib. Bu müddətdə 100-dən çox neft
mənşəli preparatları heyvanlann müxtəlif xəstəliklərində sınaqdan keçirib. İ.Əzimov
1962-cı ildə “Şərəf Nişanı” ordenli Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna
aspiranturaya daxil olub, 1964-cü ildə namizədlik, 1996-cı ildə isə doktorluq
dissertasiyalarını müdafiə etmişdir. O. 1964-cü ildə İnctitutda baş elmi işçi, 1971-
1994-cü illərdə kaboratonya müdın, 1994-cü ildən institutun elmi işlər üzrə direktor
müavini. 2001-ci ildən isə Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət
İnstitutunda direktor vəzifəsində çalışır. Onun apardığı tədqiqatlar nəticəsində
respublikamızda bır çox göbələk xəstəlikləri, o cümlədən ın buynuzlu heyvanlann
aktinomikozu, quşlann aspergıllyozu, qoyunların aktınobasıllyozu, yenilərdə toksiki
göbələklərin yayılması və onlann verdiyi zəhərlənmələr öyrənilmiş və onlara qarşı
mübarizə tədbirləri hazırlanmışdır. İ.Əzimovun rəhbərliyi və iştirakı ilə quşlann
aspergillyoz,
pulloroz,
kolıbakterioz
xəstəliklərin
törədicilərinə
qarşı
dezinfeksiyaedici preparat (hıpoxlorit natri) təklif olunub. Heyvanlann trixofitiya və
mikrosponya xəstəliklərinin öyrənilməsində İ.Əzimovun xüsusilə böyük hörməti
olmuşdur. O, bütün növ (iri buynuzlu heyvan, camış, zebu, qoyun, qunduz, it və
pişiklərdə) heyvanlarda bu xəstəlikləri öyrənməklə, xəstəliyininsanlar arasında
yayılmasında heyvanlann rolunu müəyyənləşdirmiş, həmçinin bu xəctəliklərə qarşı
müalicə və profilaktika tədbirlərini hazırlamışdır. Alim dünyada ilk dəfə olaraq zebu
və camışlarda dəmırov xəstəliyini ətraflı öyrənmişdir. İ.Əzimov 110 elmi əsərin, o
cümlədən 2 kitab və 1 monoqrafiya, 4 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Onun əsərləri respublikamızda, həmçinin Moskva, Sankt-Peterburq, Kazan, Tbiisi,
Mahaçkala, Səmərqənd, Budapeşt və digər şəhərlərdə dərc olunmuşdur. Onun
rəhçərliyi ilə 5 nəfər elmlər namizədi, bir nəfər elmlər doktoru hazırlanmışdır,
hazırda 3 aspiranta rəhbərlik edir, Az. MEA-nın mikrobiologiya İnstitutunun
müdafiə
şurasının
sədr
müavinidir.
Onu
bəzi
Müstə-
86
qil Dövlətlər Birliyində də istedadlı mıkoloq kimi tanıyırlar.
Bayramov Səhman Yusif oğlu
(1967)
Səhman
Bayramov
(1967)
-
1991-ci
ildə
Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq
təbabəti fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən
sonra 1992-ci ilin fevral ayına qədər Xocalı rayonunun
baytarlıq idarəsində baytar həkimi, həmin ilin aprel
ayından isə Azərbaycan
Elmi-Tədqiqat Baytarlıq
İnstitutunun parazitologıya laboratoriyasında kiçik elmi
işçi vəzifəsində işləmişdir. O. 1993-cü ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq
İnstitutunda parazitologıya ixtisası üzrə qiy abi aspiraturaya daxıl olub, 1997-cı
ildə “Toyuqların askaridiozuna qarşı baldırğanın və onun antihelmint prepa
ratlarla qarışıqlarının işlədilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək
baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. Alim 27 mart 1998-ci ildən
2007-ci ilə kimi parazitologiya laboratoriyasında böyük və aparıcı clmı işçi
vəzifəsində çalışmış, 23 fevral 2007-ci ildən isə Kənd Təsərrüfatı Naziri
tərəfindən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktoru təyin
edilmişdir. S.Y.Bayramov 2004-cü ildən “Azərbaycanda quşların qarışıq
iııvaziyalarının yayılması, inkişafi, müalicə və profilaktika tədbirləri” adlı
doktorluq dissertasiyası üzərində işləyir. O, 1 elmi ixtiranın, 3 kitabın, 2
tövsiyənin, xaricdə və respublikamızda çap olunmuş 70-dən çox elmi əsərin
müəllifidir. Alımın parazitologiya sahəsində apardığı elmi tədqiqat işləri hazırda
respublikamızda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarında geniş tətbiq
olunmaqdadır. S.Bayramovun hazırda rəhbərlik etdiyi Azərbaycan Elmi-
Tədqiqat
Baytarlıq
İnstitutunun
alımlən
heyvandarlıq
və
quşçuluq
təsərrüfatlarında bütün yoluxucu (infeksıon və ınvazıon) və s xəstəliklərə qarşı
elmi-tədqiqat işlərini uğurla davam etdirirlər
Tağıyev A rif Əlirza oğlu
(1951)
Rusiya Federasiyasının Kənd Təsərrüfatı elmləri
doktoru, professor Arif Tağıyev 1975-ci ildə ADAU-
nun baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu
ilə bitirdikdən sonra 3 ıl ərzində Neftçala rayonunun Baytarlıq stansiyasında və
“Qaraqaşlı" broyler fabrikində baytar həkimi vəzifəsində işləmişdir 1978-ci
ildən etibarən 20 ilə yaxın müddət ərzində təhsil aldığı ADAU-nun “Baytarlıq
təbabəti” fakültəsinin "Zoologiya, zoogıgıyena və baytar-sanitar ekspertizası”
kafedrasında ordınator, assistent. baş müəllim və
dosent vəzifələrində işləyib, 1984-cü ildə Azərbaycan
Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını
bitirib və 1986-cı ildə K.İ.Skryabin adma Moskva
Baytarlıq Akademiyasında namizədlik dissertasiyasını
uğurla müdafiə etmişdir.
1999-cu ildə Moskva
baytarlıq təbabəti və biotexnologiya akademiyasında
“İsti iqlim şəraitində broyler əti istehsalının texnologi
yasının təkmilləşdirilməsi" mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən 2011-
ci ilə kimi Rusiya Dövlət Aqrar Universitetinin
“Anatomiya, fiziologiya və zoogigiyena” kafedrasında professor vəzifəsində
çalışmış, Moskva baytarlıq təbabəti və biotexnologiya Akademiyasında və
Rusiya Dövlət Aqrar Universitetində fəaliyyət göstərən
ixtisaslaşdırılmış
doktorluq dissertasiya şuralarının üzvü olmuşdur. Onun elmi fəaliyyəti quşlann
məhsuldarlığının və xəstəliklərə davamlılığının artırılması üçün vasitə, üsul və
yolların işlənib hazırlanması və elmi əsaslandırılması ilə bağlıdır, ıstı iqlim
şəraitində broyler əti istehsalının texnologiyasının təkmilləşdirilməsi üzrə
apardığı tədqiqatlarının nəticələri və təkliflər köhnə quş fabrıklənnm rekon
struksiyası və yenilərinin layihələşdirilməsi və tikilməsi zamanı geniş tətbiq
olunur. Alimin çoxillik tədqiqatlarının nəticəsi olaraq yerli resurs mənbələrinin
mineralları və bioloji fəal maddələrin əsasında yeni stressəleyhinə preparat
hazırlanıb istehsalata tətbiq edilmişdir.
A. Tağıyev baytarlıq və zoomühəndislik ixtisası üzrə bir çox mötəbər beynəlxalq
konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan və Rusiya elmini
layiqincə təmsil etmiş, 110 elmi əsərin, tədris və tədris - metodiki işlərin, “Kənd
təsərrüfatı heyvanlarının xüsusi gigiyenası” dərs vəsaitinin müəllifidir, elmi
tədqiqatlarının nəticələrinə əsasən 3 müəlliflik şəhadətnaməsi və səmərələşdirici
təklif almışdır. 1986-cı ildən Ümumdünya quşçuluq Assosiasiy asının, 2003-cü
ildən isə Dictologiya və Nutrisiologiy a Baytarlıq Assosiasiyasının üzvüdür,
2011-ci ildə Rusiya federasiyasının ali və elm Nazirliyinin tədrisdə etdiyi yeni
nailiyyətə görə
fəxn fərmanı
ilə təltif edilmişdir, apardığı elmi-tədqiqat
işlərinin nəticələri Rusiya Xalq nailiyyətləri sərgisində nümayiş etdirilmişdir.
Alim 2012-cı ildən Azərbaycan Dövlət Aqrar Universitetinin "Heyvandarlıq və
balıq məhsulları istehsalının texnologiyası” kafedrasında çalışır.
Nəsibov Famil Nəsir oğlu.
88
1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun baytarlıq təbabəti
fakültəsini fərqlənmə ilə bitirdikdən sonra 1983-1988-ci illərdə Rusiya Fedarasi-
yasının Krasnodar diyarının və Valadimir vilayətinin kolxoz və sovxozlarında
baş baytar həkimi işləmişdir. 1985-1988-cu illərdə akademik K.Y. Skryabin
adma Moskva baytarlıq akademiyasında aspiranturaya daxil olmuş, 1990-cı ildə
“inəklərdə
qaraciyərin
funksiya
pozğunluqlarının
diaqnostika
və
elektrorefleksoterapiyası” m övzusunda namizədlik dissertasiyasını müdafiə
etmişdir. 1991-2011-cı illərdə ADAU-da assistent, dosent vəzifələrində
işləmişdir. 2009-cu ildə Ural Dövlət Baytarlıq Təbabəti Akademiyasında
doktorluq dissertasiyasını müdafiə etmiş və 2011-cı ildə AR Prezidenti yanında
Alı Attestasiya Komissiyasında təkrar attestasiy adan keçmişdir. F.N.Nəsıbovun
elmi-pedaqoji fəaliyyəti çoxcəhətlidir. Kənd təsərrüfatı heyvanlarından inək və
düyələrdə qaraciyərin funksiy a pozğunluqları zamanı elektrorefleksoterapiyanm
tədbiqi, embrional itkilərin baş verməsinin əsas amilləri, reproduktiv funksiya
pozğunluqlarında,
həmçinin
embrionlann transplantasiyasında hormonal
pereparatlann və fıziotcrapeftik aparatların tədbiqinin öyrənilməsi F.Nəsıbovun
elmi axtarışlarının əsas istiqamətini təşkil edir. O, bytarlıq və heyvandarlığın
praktiki, metodiki və nəzəri problemlemlənnə həsr olunmuş 115-dən çox elmi
əsərin, o cümlədən, 1 monoqrafiya, 3 dərslik və 1 dərs vəsaitinin müəllifidir.
Xırda heyvanların xəstəlikləri“, - Bakı, 2008, Dərslik; “Südlük inəklərin
reproduktiv fəallıqlarının intensivləşməsinin biotexnikası”, Voloqda 2008, dərs
vəsaiti (rus dilində); Köıpə kənd təsərrüfatı heyvanlarının daxılı xəstəlikləri.
Bakı, 2009, Dərslik; Heyvanların daxili xəstəliklərinin klınıkı diaqnostikası” -
Bakı, 2011. Dərslik.
Alimin elmi əsərləri xarici ölkələrin apancı jurnallarında nəşr edilmişdir.
Çoxsaylı beynəlxalq konfranslarda, o cümlədən Podolsk şəhərinin Dubrovis
qəsəbəsində "Rusiyada heyvandarlığın inkişafinm müasir texnoloji və seleksiya
aspektləri" üzrə III Beynəlxalq Elmi-Praktiki konfransda iştirak etmişdir, hazırda
Azərbaycan Dövlət Aqrar universitetinin ‘Yoluxmayan xəstəliklər” kafedrasının
müdiri vəzifəsində işləyir, təhsildə xidmətlərinə görə 2010-cu ildə AR Təhsil
Nazirliyinin, 2011-ci ildə isə AR Kənd Təsərrüfatı Nazirliyinin Fəxri Fərmanlarına
layiq görülmüşdür. F.N.Nəsibov hazırda baytarlıq təbabətinin ən prioritet sahələrinə
həsr olunan elmi axtanşlar apanr.
Ələsgərov Z ahir Ə m ir oğlu
(1960)
Ələsgərov Zahir Əmir oğlu 1984-cü ildə ADAU-
nun Baytarlıq təbbabəti fakültəsini fərqlənmə diplomu
ilə bitimıiş, elə həmin ildə məzunu olduğu institutun
«Epizootologiya, Mikrobiologiya və Virusologiya»
kafedrasının nəzdində əyani təhsil üzrə məqsədli
aspiranturaya qəbul olmuşdur
1988-ci ildə «Çiçəyə qarşı peyvənd olunmuş
quşlann orqanizminin immunobioloji reaktivliyinə
89
stress faktorların təsın» mövzusunda dissertasiya işini müdafiə edərək, baytarlıq
elmləri namizədi alimlik dərəcəsini almışdır, 1988-ci ildə “Epizootologiya,
mikrobiologiya və Parazıtologıya" kafedrasında assistent, 1993-cü ildə isə həmin
kafedranın dosenti seçilib. 1996-1999-cu illərdə Zoobaytarlıq və Əmtəəşünaslıq
fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. 2002-2008-ci illərdə
«Qoyunların ınfeksıon xəstəlıkləri»ni öyrənən elmi-tədqiqat laboratoriyasının elmi
rəhbəri kimi fəaliyyət göstərmiş və bu problemlə əlaqədar olaraq məqsədyönlü elmi-
tədqiqatlar aparmaqda davam edir. O, 60-dan çox elmi əsərin, 3 dərslik, 2 dərs
vəsaiti və 2 monoqrafiyanın müəllifidir.
Z. Ələsgərovun elmi əsərlərinin bir qismi Türkiyə, Rusiya, Gürcüstan,
Belarus və Ukraynanın nüfuzlu elmi jurnal və külliyatlannda dərs edilmişdir,
heyvanların və quşların bəzi ınfeksion xəstəliklərinin profilaktikasına və onlara
qarşı mübarizə tədbirlərinə həsr olunmuş bir sıra elmi tövsiyələrin müəllifidir. O,
bir sıra xarici ölkələrdə (Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna və
Norveçdə) Bavtarlıq elminin və praktikasının aktual problemlərinə həsr olunmuş
beynəlxalq elmi konqres, simpozium, konfrans və seminarlarda elmi məruzələrlə
çıxış etmiş və müvafiq sertifikatlar almışdır, Respublikanın «Qabaqcıl təhsil
işçisi» döş nişanı ilə təltif edilmişdir.
Z. Ələsgərov "Azərbaycanda qoyun və quzulann Salmonellyozunun
öyrənilməsi və ona qarşı səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi»
mövzusunda doktorluq dissertasiyası işini yekunlaşdırmışdır.
O, 2011-cı ildən icrasına start verilmiş «Norveç Təbiət Elmləri Universiteti
ilə ADAU-nun birgə həyata keçirdiyi akademik layihə»nin bir istiqaməti olan
«K/t heyvanlarında brusselyozunun öyrənilməsi» layihəsinə rəhbərlik edir,
2000-ci ildən ADAU-nun “Epizootologiya. Mikrobiologiya və Parazıtologiya”
kafedrasının müdiri vəzifəsində çalışır
Məmmədli Ə şrəf Teym ur oğlu
(1939)
Məmmədli Əşrəf Teymur oğlu 1956-ci ildə
orta məktəbi “Gümüş” medalla bitirmiş və Gəncə
şəhərində H.Zərdabi
adına pedaqoji institutun
fizika-riaziyyat fakültəsinə daxil olmuş, bu institutda
bir il oxuduqdan sonra ADAU-nin baytarlıq təbabəti
fakültəsinə
kecəcək əvvəlcə ən yüksək dövlət-
Stalin, sonra isə Lenin təqaüdlərinə layiq görülmüşdür, hələ IV kursda oxuyarkən
“İmmunitetinin əmələ gəlməsində antibiotiklərin rolu” adlı elmi maqəlasi açıq
mətbuatda dərc olunmuşdur. Alim 1962-d ildə ADAU-nun baytarlıq təbabəti
fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1962-1964-cü illərdə müxtəlif kənd
90
təsərrüfatı sahələrində işlədikdən sonra 1964-cü ildə Azərbaycan Elmi-Tədqiqat
Baytarlıq İnstitutunda helmintologiya üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə
Gürcüstan respublikasının Zoobaytarlıq Elmi-Tədqiqat və Tədris İnstitutunda
müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-1972-ci illərdə
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sistemində müxtəlif
vəzifələrdə-Baş Baytarlıq və Otlaqlar idarələrində böyük və baş baytar həkimi və
Respublikanın Baytarlıq laboratoriyasının direktoru vəzifələrində çalışmışdır. O,
1972-ci ildə Kənd Təsərrüfatı Nazirinin əmri ilə Azərbaycan Elmi-Tədqiqat
Baytarlıq İnstitutuna baş elmi işçi vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə keçmiş
SSRİ-nin Ali Attestasiya Komissiyasının qərarı ilə “Baytarlıq Sanitariyası” üzrə baş
elmi işçi rütbəsi diplomuna layiq görülmüşdür. Ə.T.Məmmədli 1980-ci ildən
AzETBI-nin “Ekologiya, sanitariya, ekspertiza və yoluxmayan xəstəliklər”
laboratoriyasının müdiridir. Onun rəhbərliyi ilə göstərilən sahələr üzrə
laboratoriyada çox dəyərli, iqtisadi cəhətdən səmərəli və praktiki əhəmiyyətli
tədqiqatlar aparılmış və sanballı təkliflər verilmişdir. Laboratoriyanın apardığı geniş
miqyaslı elmi təfqiat işləri nəticəsində çox qiymətli tətqiqat işləri təsərrüfatlarda
həyata keçirilmişdi: “Yüksək keyfiyyətli südün alınma texnologiyası”, “İri buynuzlu
heyvanlann saxlanmasında optimal mikroiqlim parametrləri”, “Sağım avadan-
lıqlannın və süd qablarının hipoxlorit natrium məhlulu ilə yuyulub-dezinfeksiya
edilməsi”, “Camış saxlanan heyvandarlıq binalarında optimal mikroiqlim
parametrlərinin təmin olunması”, “Müasir heyvandarlıqda mastit xəstəliklərinə qarşı
kompleks tədbirlər konsepsiyası”, “İnəklərin mastit xəstəliklərinin diaqnozu,
müalicə və profilaktikasına dair təlimat”, “Qaramalın yelin xəstəlikərinə qarşı
kompleks tədbirlər sistemi” və s. Respublika heyvandarları və zoobaytar
mütəxəssisləri onu zəhmətkeş, yüksək intellektual səviyyəli və eridusiyalı, qayğıkeş
insan kimi tanıyırlarlar. Ə.T.Məmmədli 5 kitabın, 18 kitabçanın və broşuranın, 7
tövsiyənin, 3 metodiki göstərişin, 2 metodiki vəsaitin, 1 təlimatın, 150 -dən artıq
elmi məqalənin, çox saylı elmi-populyar məqalələrin,
vərəqələrin, buklet və
plakatların, 1 ixtiranın, 4 diaqnostik testin və 1 yerli sənaye məhsulundan hazırlanan
dezinfeksiyaedici preparatın müəllifidir. Hazırda ekologiya, sanitariya və
yoluxmayan xəstəliklər sahəsində laboratoriyada fundamental tədqiqat işlərinin
aparılmasına və həyata keçirilməsinə rəhbərlik edir və elmi axtarışlarım davam
etdirir.
1.4. Baytarlıq təbabəti genetikasının praktiki əhəmiyyəti
Müasir qloballaşma dövründə bəşəriyyətin davamlı inkişafına maneçilik
törədən və olduqca neqativ təsir göstərən ən başlıca amillərindən biri də dünyada
baş verən ərzaq çatışmazlığı problemidir. Hazırda dünyanın bütün inkişaf etmiş
ölkələrində, xüsusilə Çin, Hindistan, Pakistan, İndoneziya, Afrika ölkələrində və
s. taxıl, bitkiçilik və heyvandarlıq məhsulları çatışmazlığı mövcuddur. Bu
problemin yaranmasının əsas səbəbi isə planetimizin bütün regionlarında
fasiləsiz olaraq tüğyan edən, arealı gündən-günə genişlənən ekoloji böhranlar və
təbii fəlakətlərin (leysan yağışlar, sel, daşqınlar, sunnami, tomada, qasırğa və
torpaq sürüşmələri, zəlzələ, vulkan püskürmələri və s.) fəsadlarının kənd
Dostları ilə paylaş: |