Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26.66 Mb.
Pdf просмотр
səhifə6/55
tarix29.12.2016
ölçüsü26.66 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   55

57

baycanda kənd  təsərrüfatı  heyvanlarının  helmint  və  helmintozlann  zonalar  üzrə 

yayılması  və  helmintozlarla  mübarizənin  gücləndirilməsi  üçün  təkliflər'’ 

(S.M.Əsədov  və  b.,  1975),  "Zoonoz  helmintozlar"  (1981).  "Baytarlıq

parazitologiyası"  (1986,  H.H.Hacıyev  və  b )   kitablanı  göstərmək  olar 

A.Məmmədovun  elmi  kadr  hazırlığında  da  fəaliyyəti  diqqətəlayiqdir.  Onun 

rəhbərliyi  ilə  5  eımlər namizədi  hazırlanıb  Elmi  kadr hazırlığı məsələsində  onu 

17  doktorluq  və  çoxlu  namizədlik  dissertasiyası  işlərində  rəsmi  opponent  kimi 

çıxış  etməsi,  Azərb.ETBİ-nin  və  Zoologiya  institutunun  müdafiə  üzrə 

ixtisaslaşdırılmış  şuralarında  fəal  iştirak  etməsi,  80-dən  çox  dissertasiya 

avtoreferatlarına  rəy  verməsi  müsbət  cəhət  kimi  qeyd  edilməlidir.  1991-cı  ildə 

A.Məmmədov  "Azərbaycanda  kənd  təsərrüfatı  heyvanları,  quş  və  balıqların 

başlıca  parazıtar  xəstəliklərini  profilaktikasının  elmi  əsaslarının  işlənılmə  və 

tətbiqi"  adlı  fundamental  işlər  silsiləsinə  görə  bir  qrup  alimlə  birlikdə 

Azərbaycan Dövlət Mükafatına layıq görülmüşdür

Səttarzadə Rəhim X eyrulla oğlu

(1910-1976)

Professor  Rəhim  Xeyrulla  oğlu  Səttarzadə  ölkəmizdə  atçılığın  tarixinin  və 

inkişafı  yollarının  öyrənilməsi  ilə  məşğul  olan  ilk  tədqiqatçı  alim  olmuşdur. 

Onun  elmı-tədqıqat  işlərinin  və  yaradıcılığının  əsas  istiqamətini  Azərbaycanda 

yetişdirilən  “Qarabağ"  və  “Diliboz”  at  populyasıyalarının  genetik  və  bioloji- 

təsərrüfat xüsusiyyətlərinin,  onların yaxşılaşdırılması yollarının, bərpa olunması­

nın  və  təkmilləşdirilməsinin  elmi  əsaslarının  araşdırılması  təşkil  edir  Alımın 

rəhbərliyi  ilə  Ağdam  atçılıq  zavodunda  “Qarabağ”  at  cinsi  təkmılləşdırılərək 

onun  yeni  zavod  tipi,  Ağstafa  atçılıq  zavodunda  isə  təmizqanlı  minik  atı 

yetişdirilmiş,  Qafqaz  Qonuru,  Simmental,  Şvis,  Qonur  Latviya,  Kastroma və  s. 

qaramal  cinslərinin  məhsuldarlıq  xüsusiyyətləri  və  onların  artırılması  yollan 

öyrənilmişdir.  O,  Qonur Latviya və  Qırmızı  Səhra 

qaramal  cinslərini  Simmental  və  Şvis  cinsləri  ilə 

mələzləşdirməklə 

yeni 


məhsuldar 

cinsin 


yardılınasına  nail  olmuşdur.  Alim  1933-cü  ildə 

ADAU-nun  zootexniklik  fakültəsini.  1937-ci  ildə 

aspiranturanı  bitirmiş,  namizədlik  dissertasiyası 

müdafiə  etmiş,  1938-1948-ci  illərdə  zootexnik  fa­

kültəsinin  dekanı,  1949-1952-ci  illərdə  direktorun 

tədris  və  elmi  işlər  üzrə  müavini  işləmişdir.  O,

Moskvada 

Timirzayev 

adma 

Akademiyada 



“Azərbaycanın  yerli  və  mələz  atlannın  təsərrüfat- 

bioloji  xüsusiyyətləri və  atçılığın keyfiyyətcə yaxşılaşdınlması  yollan" mövzusu 

üzrə  doktorluq  dissertasiyasını  1958-ci  ildə  müdafiə  etmişdir.  1959-cu  ildə  isə 

ona professor  elmi  adı  verilmişdir.  R.Səttarzadə  1960-cı  ildə  Azərbaycan  Kənd 

Təsərrüfatı  Elmləri  Akademiyasının  həqiqi  üzvü  seçilmişdir.  R.Səttarzadə  2 

dərslik və  2  monoqrafiyanın müəllifi  olmaqla yanaşı  elmə böyük  səmərə  gətirən

58


60-dan  çox  elmi  əsər  də  yazmışdır.  Onun  "Atçılıq”  adlı  dərsliyi  hələdə  öz 

əhəmiyyətim  saxlayır  və  istifadə  edilir.  O,  iki  dəfə  “Şərəf  Nişanı”  ordeni, 

həmçinin  medallarla,  Azərbaycan  SSR  Ali  Sovetinin Fəxri  fərmanı  ilə,  ÜİKTN 

sərgisinin ıkı  döş nişanı  ilə təltif olunmuşdur.

T urabov T uran  M irzə oğlu

(1934-2001)

1957-cı  ildə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  Zootexniklik 

fakültəsini  bitirmiş, genetik,  kənd təsərrüfatı  elmləri doktoru,  professor Turabov 

Turan  Mirzə  oğlunun  bütün  nəzəri  və  praktiki  əhəmiyyətli  elmı-tədqıqat  işləri 

camışlann 

bioloji, 

genetik, 

morfoloji 

və 


təsərrüfat  xüsusiyyətlərinin

öyrənilməsinə  həsr  olunmuşdur.  O,  1964-cü  ildə  “Azərbaycan  camışlannın 

məhsuldarlıq-tıpolojı  xüsusiyyətlərinə  görə  qiymətləndirilməsi”  mövzusunda 

dissertasiya  işini  müdafiə  edərək kənd  təsərrüfatı elmləri namizədi  elmi  dərəcəsi 

almış,  1966-cı  ildən  etibarən  ADAU-nun  «Kənd  təsərrüfatı  heyvanlarının 

yetişdirilməsi  və  genetikası»  kafedrasında  dosent  və  professor  vəzifəsində 

işləmişdir.  Almı  1992-cı  ildə  "Qafqaz  camış  cinsinin  Azərbaycanda  südlük

istiqamətdə  yetişdirilməsinin  genetik  əsaslarının 

öyrənilməsi”  mövzusunda doktorluq  dissertasiyasını 

Sankt-Peterburq  Kənd  Təsərrüfatı  Heyvanlarının 

Yetişdirilməsi 

və 


Genetikası 

Elmi 


Tədqiqat

İnstitutunun 

Elmi 

şurasında 



müvəffəqiyyətlə

müdafiə  edərək  kənd  təsərrüfatı  elmləri  doktoru 

elmi  dərəcəsi,  az  sonra  ona  professor  elmi  rütbəsi 

verilmişdir.  T.Turabov  40  il  müddətində  həm 

pedaqoji  işlə,  həm  də  elmi  axtarışla  məşğul  olmuş, 

130-a  qədər  elmi  məqalə,  tədris-metodiki  vəsaitlər, 

kitabçalar,  «Biometriyamn heyvandarlıq təcrübəsində 

tətbiqi»  (1971).  «Qafqaz  camış  cinsinin  genetik  parametrləri  və  seleksiya  işində 

onlardan  istifadə»  (1971),  «Genetik  məsələlər  və  onların  həll  olunma  qay dası» 

(1980),  «Kənd təsərrüfatı heyvanlarının xüsusi genetikası»,  I və  II- hissələr (1982, 

1983),  «Qafqaz  camış  cinsində  seleksiya-damazlıq  işləri»  (1991),  «Kənd 

təsərrüfatı  heyvanlarının  genetikasından  praktikum»  (1994)  və  “Camışçılıqda da­

mazlıq  işi”  adlı  monoqrafiyasını  nəşr  etdirmişdir.  Alim  öz  konfey  müəllimləri 

Ağaxan Ağabəyli və Zülfüqar Verdiyevin elmi irsinin layiqli  davamçısı sayılır.

Əliyev Ağakərim  İmamqulu  oğlu 

(1922 -  2009)

Azərbaycanda  yüksək  ixtisaslı  kənd  təsər­

rüfatı 


kadrlannın 

hazırlanmasında 

biologiya 

elmləri  doktoru,  professor,  tanınmış  fızioloq,

59


məşhur  akademik  Abdulla  Qarayevin  yetirməsi  və  elmi  irsinin  ən  layiqli 

davamçısı Ağakərim İmanqulu oğlu Əliyevin böyük xidmətləri olub.  O,  1947- 

a  ildə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsinə 

daxil  olub,  1952-ci  ildə  həmin  fakültəni  fərqlənmə  diplomu  ilə  bitirmişdir.

1959-cu  il  namizədlik  dissertasiyası  müdafiə  edib.  1962-ci  ildə  -  kafedranın 

dosenti, 2003-cu ildə doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri 

doktoru  elmi  dərəcəsi  almışdır.  2009-cu  ildə 

Azərbaycan  Respublikası 

Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəran ilə anatomiya, farma­

kologiya,  terapiya  və  mamalıq  kafedrası  üzrə  professor  elmi  adı  verilmişdir. 

A Ə liyev  kənd  təsərrüfatı  heyvanları  və  quşlarının  fiziologiyası  fənni  üzrə 

damental-tətbiqi  xarakterli  monoqrafiyanın,  çoxlu  sayda dərslik,dərs vəsaitləri 

və  s.  müəllifidir.  Alimin  sonuncu  fundamental  dərsliyi  “Kənd  təsərrüfatı 

heyvanlarının fiziologiyası” hazırda ölkəmizin ali  məktəblərində geniş  istifadə 

edilir.

Xəlilov Ənvər M ahm ud oğlu



(1922 -1 9 3 3 ).

1939  -   1943-cı  illərdə  AKTİ-da  tələbə.

Azərbaycanda 

kənd 


təsərrüfatı 

kadrlarının 

hazırlanmasında 

baytarlıq 

təbabəti 

elmləri 


doktoru,  professor  Ənvər  Xəlilovun  olduqca 

böyük  xidmətləri  olmuşdur.  0 ,  1943-cü  ildə 

Azərbaycan 

Dövlət 


Aqrar 

Universitetinin 

baytarlıq  təbabəti  fakültəsini  fərqlənmə  diplomu 

ilə  bitirərək  həmin  ildə  aspiranturaya  daxil 

olmuş,  1946-cı  ildə  vaxtından  əvvəl  namizədlik 

dissertasiyasını  müdafiə  etmişdir.  Alim  1946-cı  ildən  etibarən  ADAU-nun 

“Patoloji  anatomiya və  hıstologıya” kafedrasının müdiri vəzifəsində  çalışmışdır 

1950-cı  ildə  Dosent,  patoloji  anatomiya,  patoloji  fiziologiya,  farmakologiya  və 

parazıtologiya  kafedrasının  müdiri.  O,  1965-ci  ildə  (VİEV)  Ümumıttıfaq 

Eksperimental  Baytarlıq  İnstitutunun  elmi  şurasında  “Qoynlann  lıstenozu” 

mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edərək  baytarlıq  elmləri  doktoru 

elmi  dərəcəsi,  1967-cı  ildə  isə  professor  elmi  adım  almışdır.  Ə.Xəlılovun 

rəhbərliyi  ilə  3  elmlər  doktoru  və  4  elmlər  namizədi  hazırlanmışdır  Alim 

ADAU-nun  yerli  komitəsinin  sədri  olmuş,  bır neçə  ictimai  vəzifələrdə  çalışmış 

və  dəfələrlə  təltif  edilmişdir.  Onun  elmi  əsərləri  Rusiya  Federasiyası  və  s. 

ölkələrin jurnallarında  və  külliyyatlarında  nəşr  olunmaqla,  beynəlxalq  konqres, 

konfrans,  simpozium  və  seminarlarda  elmi  və  praktiki  əhəmiyyəti  olan 

məruzələrlə çıxış etmişdir  1984 -   1989 -cu  illər  fakültə dekanı

60


Əhmədov Əmir M əm m ədbağır oğlu 

(1 9 2 6 -....)



il

Məşhur alim,  baytarlıq təbabəti  və  biologiya 

elmləri  doktoru,  professor  Əmir  Əhmədovun 

milli  kənd  təsərrüfatı  və  biologiya  elmimizin 

inkişafında  çox  böyük,  təqdirəlayiq  xidmərləri 

olmuşdur.  1944  -   1946-ci  illərdə  AKTI  -  tələbə. 

O. 

1944-cü  ildə  Azərbaycan  Dövlət  Aqrar 



Universitetinin  baytarlıq  təbabəti  fakültəsinə 

qəbul  olmuş və II kursu bitirdikdən  sonra  1946-cı 

ildə  akademik  K.I.Skryabin  adma  Moskva  Bay­

tarlıq  və  Biotexnologiya  Akademi} asının  ba\1ar- 

lıq təbabəti  fakültəsində təhsilini  uğurla davam  etdirərək  1947  -   1949-cu illərdə 

(Moskva Baytarlıq tələbə  Akademiyası)  1949-cu  ildə  həmin fakültəm  fərqlənmə 

diplomu  ilə  bitirmiş  və  əyani  aspiranturay a daxil  olmuşdur.  Alim namizədlik və 

doktorluq  dissertasiyalarını  müdafiə  etdikdən  sonra  ADAU-nun  baytarlıq 

təbabəti  fakültəsinin  “Baytar -   sanitar ekspertizası”  kafedrasımn  müdiri  vəzifə­

sində  çalışmış  və  həmin  fənn  üzrə  ilk  ali  məktəb  dərsliklərinin  müəllifi 

olmuşdur.  Sonralar əmək fəaliyyətini  Bakı  ali  məktəblərində davam etdirən alim 

yenidən  doğma  Gəncə  şəhərinə  qayıdaraq  ömrünün  sonunadək  Azərbaycan 

Texnologiya  Universitetində  kafedra  müdiri  vəzifəsində  işləmişdir 

Ə 

Əhmədovun  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər  namizədi  və  doktorları  hazırlan­



mışdır.  Onun  fundamental  xarakterli  elmi  əsərləri  Rusiya  Federasiyasının 

jurnallarında  və  elmi  külliyatlannda  nəşr  olunmuşdur.  1949  -   1951-cı  illərdə 

Moskva  Baytarlıq  Akademiyada  aspirantura.  1951-ci  ildə  Namizədlik  disserta­

siyası,  1952-cı  ildə AKTİ-da assıstent,  1954-cü ildən dosent,  1958-cı  ildə  doktor 

müdafiə  edib.  1960-ci  ildə  Qıda gigiyenasına  aid  beynəlxalq  kompresdə  iştirak 

edib.  1952  -   1961-ci  illərdə  AKTİ-da  Mikrobiologiya  və  baytarlıq  sanitariya 

ekspertiza kafedrasının müdiri  1961-ci  ildə  Özbəkistan KTİ kafedrasının müdiri

_____________________   (Səııı  KTİ).  17  may  1961-ci  ildə  kafedranın

professoru.

M ustafayev M ustafa Ağa oğlu 

(1926-1974)

wfea

7

Ölkəmizdə 

baytarlıq  təbabəti 

kadrlarının 

hazırlanmasında 

biologiya 

elmləri 

doktoru, 

professor  Mustafa  Mustafayevin  çox  böyük 

xidmətləri  olmuşdur.  1943  -   1948-ci  ildə  AKTİ  -  

tələbə.  O,  1948-ci  ildə  Azərbaycan  Dövlət  Aqrar 

Universitetinin 

baytarlıq 

təbabəti 

fakültəsini 

fərqlənmə  diplomu ilə  bitirərək həmin  ildə  patoloji 

fiziologiya 

fənni 


üzrə 

universitetin 

əyani 

aspiranturasına  daxil  olaraq  1951-cı  ildən  AKTİ-



61

nin  patfıziologiya,  patanatomiya kafedrasında assistent  1952-cı  ildə  namizədlik 

dissertasiyasını  müdafiə  etmiş  və  biologiya  elmləri  namizədi  elmi  dərəcəsi 

almışdır.  1952  -   1954-cü  illərdə  ADAU-nun  "Patoloji  anatomiya  və  patoloji 

fiziologiya”  kafedrasında  assistent,  29  fevral  1956-ci  ildə  Fiziologiya, 

patfıziologiya  və  farmakologiya kafedrasının  dosenti  elmi  adı.  1954  -   1973-cü 

illərdə  isə dosent vəzifəsində çalışmışdır. Alim  15  dekabr  1970-cı  ildə doktorluq 

dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  edərək  biologiya  elmləri  doktoru  elmi 

dərəcəsi  almış  və  kafedranın  professoru  vəzifəsində  işləmiş,  1971-ci  ildə 

baytarlıq  təbabəti  fakültəsinin  dekanı  seçilmişdir.  M.Mustafayev  ADAU-nun 

baytarlıq təbabəti  fakültəsində  kənd təsərrüfatı  heyvanları  və  quşlarının  patoloji 

fiziologiyası  fənninin tədrisi  ilə  məşğul  olan  ilk  alim  olmuşdur.  Onun  baytarlıq 

təbabətinin  aktual  problemlərinə  aid  elmi  əsərləri  Rusiya  Federasiyasının 

mərkəzi jurnallarında və  külliyyatlarında nəşr  olunmuşdur.  7  iyul  1973-cü  il  -  

AKTİ-nin  Elmi  Şurasının  qəran  ilə  patanatonomiya,  patfıziologiya  və 

parazitologiva kafedrasının professoru.

Quliyev Hacı Cəbrayıl oğlu 

(1925-1982)

Azərbaycanda  baytarlıq  təbabəti  kadrlarının 

hazırlanmasında  olduqca  önəmli  xidmətləri  olan 

məşhur  alim  və  pedaqoq,  baytarlıq  elmləri  doktoru, 

professor  Hacı  Quliyev  1941-ci  ildə  Gəncə  şəhərində 

fəaliyyət göstərən  2  illik  Pedaqoji  İnstituta daxil olub, 

1943-cü  ildə  həmin  institutu  fərqlənmə  diplomu  ilə 

bitirərək  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 

baytarlıq  təbabəti  fakültəsinə  qəbul  olmuş  və  1943  -  

1948-ci  illərdə  AKTİ  tələbə. 

1948-ci  ildə  əla 

qiymətlərlə  təhsilini  başa  çatdırmışdır.  O,  1948-ci  ildə  baytarlıq  təbabəti 

fakültəsində  "Kənd  təsərrüfatı  heyvanlarının  cərrahiyyəsi”  kafedrasında  həmin 

ixtisas  üzrə  aspiranturaya  daxil  olub,  1949  -   1951-ci  illərdə  aspirantura 

(vaxtından  əvvəl) müdafiə  edib.  1951-cı  ildə kafedrasında assistent.  1951-ci  ildə 

namizədlik  dissertasiyasını  müdafiə  etmiş  və  baytarlıq  elmləri  namizədi  elmi 

dərəcəsi  almış,  1951-ci ildə  “Anatomiya və hıstologiya”,  1952 -   1954-cü  illərdə 

“Cərrahiyyə  və  mamalıq” kafedrasında assistent,  18 may  1954 -   1964-cü  illərdə 

isə  dosent  vəzifələrində  işləmişdir.  H.Quliyev  25  oktyabr  1964-cü  ildən  həmin 

kafedranın  müdiri  vəzifəsində  çalışmış,  1969-cu  ildə  Xarkov  Baytarlıq 

İnstitutunun  elmi  şurasında  doktorluq  dissertasiyasını  müdafiə  edərək  baytarlıq 

elmləri  doktoru  elmi  dərəcəsi,  19  iyun  1970-ci  ildə  Ali  Attestasiya  komitəsi 

qəran  ilə  Baytarlıq elmləri  doktoru,  19 mart  1971-ci ildə isə  kafedrada professor 

elmi  adını  almış,  uzun müddət baytarlıq təbabəti  fakültəsinin dekanı  vəzifəsində 

işləmişdir.  Onun  baytarlıq  təbabətinin  aktual  problemlənnə  həsr  olunan  elmi 

əsərləri  həm  nəzəri,  həm  də  prakriki  cəhətdən  xüsusi  əhəmiyyətə  malikdir.  23 

fevral  1980-ci ildən -   1982-ci ilədək fakültə dekanı.

62


Əliyev Sadıq Yusif oğlu 

(1927-1997)

1943-1948-cı  illərdə  AKTİ-da tələbə.  Yüksək 

intellektual  səviyyəyə,  erudisiyaya  və  elmi  elitaya 

malik  olan,  məşhur  alim  Sadıq  Əliyevin  milli 

baytarlıq  təbabəti,  biologiya,  parazitologiya  və 

zoologiya  elmimizin  inkişafında  və  kadrların 

hazırlanmasında  böyük  və  çox  önəmli  xidmətləri 

olmuşdur.  O,  1948-ci  ildə  Azərbaycan  Dövlət 

Aqrar  Universitetinin  baytarlıq  təbabəti  fakültəsini 

fərqlənmə  diplomu  ilə  bitirdikdən  sonra  "Cərra­

hiyyə”  kafedrasının  assistenti  kimi  saxlanılmış, 

1948  -   1949-cü  illərdə  assıstent,  ordınator.  1949  -   1954-cü  illərdə  əvvəlcə 

Samux  rayonunun  Baytar  həkimi  zoobaytarlıq  sahəsinin,  sonra  isə  Azərbaycan 

Respublikası 

Kənd 


Təsərrüfatı 

Nazirliyinin 

rayonlararası 

baytarlıq 

laboratoriyasının  müdiri  vəzifəsində  işləmiş,  1954-cü  ildə  ADAU-nun  əyani 

aspiranturasına  daxıl  olub,  1954  -   1957-ci  illərdə  AKTİ-nin  aspirantı.  1957-ci 

ildə  namizədlik  dissertasiyasını  müdafiə  etmiş  və  universitetin  təkmilləşmə 

kursunun rəhbəri  təyin  edilmişdir.  1957  -   1958-ci  illərdə  AKTt -  İxtilas  artırma 

kursunun  müdiri.  1958-ci  ildən  biologiya  elmlər  namizədi.  Alım  1959-cu  ildə 

ADAU-nun tədris  şöbəsinin  müdiri,  1959  -   1961  -cı  illərdə  AKTI  Tədris  hissə 

rəisi.  1961-ci  ildən  “Zoologiya,  baytar  -   sanitar  ekspertizası  və  parazitologiya” 

kafedrasının  dosenti  vəzifəsində  çalışmış.  1961  -   1968-ci  illərdə  AKTİ  -  

Zoologiya,  parazitologiya  və  baytarlıq  sanitar  eksprertıza  kafedrasının  dosent 

1968-ci ildə isə Azərbaycan  Dövlət Pedaqoji  Universitetinin  dosenti  seçilmişdir 

1968  -   1972-ci  illərdə  ADPİ-nin  Zoologiya  kafedrasının  dosenti  1971-ci  ildə 

doktorluq  dissertasiyası  müdafiə  edərək  biologiya elmləri  doktoru  elmi  dərəcəsi 

aldıqdan  sonra  1972-cı  il  professor 

1972  -   1976-cı  illərdə  ADPİ-nin 

kafedrasının  müdiri  1973-cü  ildə  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin 

professoru,  1976-cı  ildə  isə  “Zoologiya"  kafedrasının  müdiri  vəzifəsində 

çalışmışdır.  S.Əliyev  sonralar  yenidən  Gəncə  şəhərinə  qayıdaraq  ADAU-nun 

tədris  işləri  üzrə  prorektoru  vəzifəsində  işləmişdir.  1990-ci  ildən  AKTI 

parazitologiya və baytarlıq sanitariya eksperıza kafedrasının müdiri.

Əliyeva Nəcibə Abbas qızı 

(1927-2006)

Əliyeva 


Nəcibə 

Abbas 


qızı 

1948-ci 


ildə 

Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  baytarlıq 

təbabəti  fakültəsini  bitınb,  1949-cu  ilin  mayına  kimi


Tak-Muğal  Zoobavtar  məntəqəsində  baytar  həkimi  vəzifəsində  işləmiş,  1949- 

1956-cı  illərdə  Azərbaycan  Bioloji  Kombinatında  müxtəlif  vəzifələrdə  çalış­

mışdır.  1956-cı  ildə  SSRİ  “Xalq  təsərrüfatı  nailiyyətləri  sərgisi”nin  iştirakçısı 

olmuş və  sərginin bürünc medalı ilə təltif olunmuşdur.  1956-cı  ildə  Az.ETBİ-da 

kiçik  elmi  işçi  vəzifəsinə  təyin  edilmiş,  1957-ci  ildə  isə  aspiranturaya  qəbul 

olmuşdur.  1960-cı  ilin  may  ayında  ADAU-nun  elmi  şurasında  namizədlik 

dissertasiyasını  müdafiə  etmiş  və  baytarlıq  elmləri  namizədi  alimlik  dərəcəsinə 

layiq  görülmüşdür.  1960-cı  ildə  institutun  “Mikrobiologiya  və  virusologiya” 

laboratoriyasında  baş  elmi  işçi  vəzifəsində  çalışmışdır.  1962-ci  ildə  Keçmiş 

SSRİ  Ali  Attestasiya  Komissiyasının  qəranna  əsasən  ona  “Baytarlıq 

mikrobiologiyası”  ixtisası  üzrə  Baş  elmi  işçi  diplomu  verilmişdir.  1963-83-cü 

illərdə  o,  ‘'Ümumi  virusologiya."  1983-1991-ci  illərdə  isə  “Ümumi  virusologiya 

və  “Dabaq”  laboratoriyalarının  müdiri  vəzifəsində  işləmişdir.  1991-ci  ildən 

institutun  Epizootologıva,  mikrobiologiya,  virusologiya,  ımmunologiya  və 

mikologıya" laboratoriyasında baş elmi  işçi vəzifəsində çalışmışdır.  1974-cü  ildə 

N .E.Bauman  adma  Kazan  Dövlət  Baytarlıq  İnstitutunda  “Azərbaycanda 

buzovların 

adenovirus  infeksiyasınm 

öyrənilməsinə 

dair 


materiallar”

mövzusunda  baytarlıq  elmləri  doktoru  alimlik  dərəcəsi  adı  almaq  üçün 

dissertasiya  mühafizə  etmişdir.  1978-ci  ildə  Respublikada  baytarlıq  elminin 

inkişafında  xidmətlərinə  görə  Alı  Sovetin  Fəxri  Fərmanı  ilə  təltif  edilmişdir. 

N. A.Əliyeva  104  elmi  əsərin  müəllifidir,  Moskva,  Kiyev,  Kazan,  Vladimir, 

Tiflis vo  s.  şəhərlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

Şirinov Fəxrəddin Behbud oğlu 

(1930-2004)

Şirinov  Fəxrəddin  Behbud  oğlu  1953-cü 

ildə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 

baytarlıq  təbabəti  fakültəsini  bitirdikdən  sonra 

1953-1960-cı  illərdə  Ağstafa  rayonlararası 

laboratoriyanın  müdiri  vəzifəsində  işləyib.

1960-cı 


ildə 

Azərbaycan 

Elmi-Tədqiqat 

Baytarlıq 

İnstitutunda 

“Quş 


xəstəlikləri” 

laboratoriyasının  aspiranturasına  daxil  olub,

1963-cü  ildə  namizədlik  disertasiyasının  müdafiə  etmişdir.  1961-1971—cı 

illərdə  həmin  laboratoriyada  aparıcı  elmi  işçi  işləyib.  1971-cı  ildən  ömrünün 

sonunadək  “Quş  xəstəlikləri”  laboratoriyasının  müdiri  vəzifəsində  çalışmış, 

1978-ci ildə doktorluq disertasiyasını müdafiə etmiş  və baytarlıq elmləri doktoru 

elmi  dərəcəsim  almışdır.  O,  baytarlıq  virusologiyası,  mikrobiologiyası  və

64


epızootologiya  sahəsində  görkəmli  alim  olmaqla  heyvan  və  quşların  ınfeksion 

xəstəliklərinin  və  onlara  qarşı  2  (27  AŞ  və  "Bakı"  ştammlan),  kolıbakterioza 

qarşı  formol  vaksinin  hazırlanması  və  istehsalata  tətbiqinin,  qaramal  və  camış- 

ların  pasterellyozuna  qarşı  formolvaksinin  (Az ETBİ)  təkmilləşdınlməsinin  və 

tətbiqinin  elmi  rəhbəri  və  müəllifi  olmuşdur  Azərbaycanda  və  xaricdə  dərc 

edilən  85  elmi  məqalənin,  2 elmi  ixtiranın  və  2  kitabın  müəllifidir.  Hindistanda, 

Macarıstanda  və  ABŞ-da  elmi  ezamiyyətdə  olub,  1979-cu  ildə  Ümumdünya 

Baytarlıq  konqresində  məruzə  ilə  çıxış  edibdir.  MDB  ölkələri  üzrə  quş 

xəstəlikləri  sahəsində  əlaqələndirmə,  müdafiə,  elmi-texniki  şuraların  üzvü  olub, 

"Şərəf nişanı”  ordeni  və  beynəlxalq  sərgilərin  medalları  ilə təltif olunub  və  ona 

əməkdar baytar həkimi  adı  verilib.

Eyubov İkram  Ziyəddin oğlu 

(1925-2011)

Eyubov  İkram  Ziyəddin  oğlu  doğulduğu  və 

rəfaət etdiyi  illər  1938-40-cı  illərdə  Qazax  Müəllim­

lər  seminariyasında  təhsil  almış,  bir  müddət  Tovuz 

rayonunun  Şamlıq  orta  məktəbində  müəllimlik 

etmişdir.  O,  1945-cı  ildə  Azərbaycan  Dövlət  Aqrar 

Universitetinin  baytarlıq  təbabəti  fakültəsinə  daxıl 

olmuş,  1951-  ci  ildə  onu  fərqlənmə  diplomu  ilə 

bitirmişdir.  Elmə,  elmı-tədqıqat  işlərinə  böyük  ma­

rağı  olduğuna  görə  onu  institutda  müəllim  saxla­

mışlar.  İnstitutda  elmi-tədqiqat  işləri  istiqamətində 

gənc  alim kimi  onun  qarşısında  yeni  perspektivlər, 

geniş  imkanlar açılır.  Bu  imkanlar  baytarlıq rentgenologiyası  mövzusunda daha 

geniş  olur.  Bu  mövzu  İkram  Eyubovda  böyük  maraq  doğurur.  O,  institutda 

baytarlıq rentgenologiya  kabinəsi  yaradan  və  baytarlıq rentgenologiyası fənnini 

tədris  edən  ilk  müəllim  olmuşdur.  İ.Eyubov  bu  istiqamətə  apardığı  elmi 

tədqiqatların  nəticəsi  kimi,  həmin  mövzuda  yazdığı  elmi  işi  (dissertasiyanı) 

uğurla  müdafiə  edərək  1958-ci  ildə  baytarlıq  elmləri  namizədi  elmi  dərəcəsi 

almışdır.  Həmin  ildən etibarən  alimin  taleyi  “Şərəf  nişanı”  ordenli Azərbaycan 

Elmi-Tədqiqat Baytarlıq İnstitutu  ilə bağlanır.  O, bu elm  məbədinə baş elmi işçi 

kimi  dəvət  alır.  1970-  ci ildə  professor İkram  Eyubov  “Ətraf  mühit amillərinin 

təsiri  ilə  qoyunlarda əmələ  gələn  endemik  xəstəliklər  (anemiva,  ur,  ataksiya)  və 

bunların  profilaktikası”  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edərək 

baytarlıq  elmləri  doktoru  elmi  dərəcəsini  alır.  Bu  əsər öz  əhəmiyyəti,  aktuallığı, 

elmi  dəyərinə  görə  tək  Azərbaycan  elminin  deyil,  həm  də  dünya  elminin  ən 

dəyərli 


nümunələrindəndir. 

Alim 


1972-1994- 

illərdə 


Az.ETBİ-nıın 

“Yoluxmayan  xəstəliklər” 

laboratoriyasına  rəhbərlik  etmiş,  1994-  cü  ildə 

Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  Qazax  filialında  kafedra  müdiri 

vəzifəsində  çalışmış,  2005-  ci  ildə  isə  yemdən  Az.ETBİ-na 

qayıtmışdır.

65


İ.Eyubov 

150-  yə  qədər  elmi  əsərııı.  5  kitabın,  5 

səmərələşdirici  təklifin 

müəllifidir.  Onun müəllifi  olduğu  baytarlığa  aid  qurğular ötən  əsrin  70-80-ci 

illərində  SSRİ  ‘ Xalq təsərrüfatları nailiyyətləri  sərgisi"’ nin  qızıl medalına  lajiq 

görülmüşdür.  Alimin  elmi  əsərləri  ABŞ  -m   Florida  ştatından,  Polşadan, 

Macarıstandan  istifadə  üçün  tələb  olunmuşdur.  Biotexnologiya  və  embrionun 

transplantasiyası  sahəsində  fundanental  tədqiqatlar  aparan  ilk  alimlərimizdən 

sayılır.

Xəlilov Bəhman Bəhram  oğlu 

(1930-2012)

Ölkəmizdə  yüksək  ixtisaslı  aqrar  sahə  müt­

əxəssislərinin  hazırlanmasında  və  ADAU-nun  inki­

şafında  onun  məzunu  olmuş,  biologiya  elmləri 

doktoru,  professor,  ƏEX  Bəhman  Bəhram  oğlu 

Xəlilovun  çox  böyük  və  təqdirəlayiq  xidmətləri 

olmuşdur.  Onun  elmi-tədqiqat  işlərinin  əsas 

qayəsini  entomozlann  genetik  və  bioloji  xassə­

lərinin  öyrənilməsi  və  onlarla  müvafiq  mübarizə 

tədbirlərinin  metodikasının  hazırlanması  təşkil 

edir.  O,  elmi-pedaqoji  fəaliyyəti  ilə  yanaşı  1973- 

1983-cü  illərdə  ADAU-nun  rektoru  olmuşdur.  Bitki  mühafizəsi  üzrə  tanınmış 

alim  həm  də  Rusiya  Aqrar  Elmi  Akademiyasınm  həqiqi  üzvü  olmuşdur.  Onun 

rektor işlədiyi  müddətdə  instituta tələbə  qəbulu xeyli  artırılmış,  yeni kompleksin 

inşası  üçün  Azərbaycan  KP  MK,  SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyi  və 

Azərbaycan  SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 

bir  sıra  tikinti  işləri  aparılmışdır.  Ulu  öndər  Heydər  Əliyevin  böyük  diqqət  və 

qayğısı  nəticəsində  1978-ci  ildə  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  «Azər­

baycan Kənd  Təsərrüfatı  İnstitutunda kadr hazırlığının  daha da yaxşılaşdın İması 

və  onun  tədı is-maddi  bazasının  möhkəmləndirilməsi  tədbirləri  haqqında»  birgə 

qəran  qəbul  olundu.  Bu  qərarda  tədris  prosesinin,  elmi  tədqiqatlann,  təlim- 

tərbiyə  işlərinin  keyfiyyətinin  daha  da  yaxşılaşdırılması  proqramı  nəzərdə 

tutulmuşdur.  Həmin  qərarın  tələblərinə  uyğun  olaraq  Gəncə-Göygöl  şəhərləri 

arasında 300 hektarlıq sahədə  ADAU-nun böyük kompleksinin tikilməsi  planlaş- 

dınlmışdı.  1979-cu  ildən  bu  işlərə  ciddi  şəkildə  başlanıldı,  xeyli  tikintilər  və 

kommunikasiya  işlən  həyata  keçirildi,  yataqxanalar,  qazanxanalar  tikildi,  bir 

neçə  tədris  korpusunun,  dendroloji  parkın,  ippodromun  əsaslan  qoyuldu.

B.Xəlilov  SSRİ Ali  Soveti  Rəyasət  Heyətinin  16  may  1979-cu  il  tarixli  fərmanı 

ilə  yüksək  ixtisaslı  mütəxəssislər  hazırlanmasında  və  kənd  təsərrüfatı  elminin 

inkişafında xidmətlərinə görə  «Şərəf nişanı»  ordeni  ilə təltif edilmişdir.  O, çoxlu 

sayda  dərslik  və  dərs  vəsaitləri  hazırlamışdır. 

Onun  rəhbərliyi  ilə  bir  neçə 

namizədlik və  doktorluq dissertasiyalan hazırlanmışdır.

66


Əsgərov Ələddin A bdulla oğlu

(1925-2013)

Azərbaycanda milli  kənd  təsərrüfatı  kadrlarının hazırlanmasında çox böyük 

xidmətləri  olan,  geniş  diapozonlu  elmi  elitaya  və  intellektə  malik,  korifey 

alimimiz,  təbiətin  və  ətraf mühitin  mühafizəsi  üzrə  ilk  ali  məktəb  dərsliklərinin 

müəllifi,  baytarlıq  elmləri  doktoru,  professor,  Əməkdar  Elm  Xadimi,  Prezident 

Təqaüdçüsü (2010), akademik  Həsən Əliyev adma Ekologiya Mükafatı Laureatı, 

məşhur  mikrobioloq,  sanitar-gigiyenist,  ekoloq,  zooloq  Ələddin  Abdulla  oğlu 

Əsgərovun  biologiya,  ekologiya,  təbiəti  mühafizə  və  baytaarlıq  təbabəti, 

ümumilikdə  isə kənd təsərrüfatı elmimizin inkişafında olduqca böyük  və  önəmli 

xidmətləri  vardır.  Alimin  apardığı  fundamental-tətbiqi  xarakterli  elmi-təd­

qiqatların  müəyyən  hissəsi  heyvan  və  quşların  pasterellyoz  xəstəliyi  zamanı 

ayrılan  P.  multocida  ştammlannın  genetik  xüsusiyyətlərinin,  əlamət  və  xas­

sələrinin,  dəyişkənliyi,  həssaslığı  və  davamlılığının  və  mübarizə  tədbirlərinin 

öyrənilməsinə  həsr olunmuşdur.  Onun  rəhbərliyi  ilə  20-yə  qədər elmlər  nami­

zədi və  1  elmlər doktoru hazırlanmışdır. Alim  1951-ci ildə  Azərbaycanda quşlar 

arasında tüğyan  edən  xolera (pasterellyoz) xəstəliyinə  qarşı  peyvənd  materialı  -  

yarım maye  formal  vaksin  hazırlayaraq  onun səmərəsi  mövzusunda namizədlik 

dissertasiyası  müdafiə  etmişdir.  O,  1965-ci  ildə  baytarlıq  elmləri  doktoru  elmi 

dərəcəsi  və  professor  elmi  adını  almışdır.  1965-ci  ildə  onun  təşəbbüsü  ilə 

Azərbaycan Dövlət Aqrar Universitetində  «Zoolo­

giya,  gigiyena  və  baytar-  sanitar  ekspertizası» 

kafedrası  yaradılmış  və  2009-cu  ilin  sentyabr 

ayına  kimi  ona  rəhbərlik  etmişdir.  Ə.Əsgərov 

1976-1981  və  1991-1995-cı illərdə baytarlıq təbabəti 

fakültəsinin  dekanı  vəzifəsində  işləmişdir.  O,  600- 

dən artıq müxtəlif səpkili əsərlərin,  o cümlədən 400 

elmi  xarakterli  və  200-dəıı  artıq  ıctımaı-sıyasi  mə­

qalənin  müəllifidir.  Onun  müxtəlif  sahələrə  həsr 

edilmiş 


60-dan 

artıq 


kitabı 

(dərsliklər, 

monoqrafiyalar,  dərs  vəsaıtlən,  elmi-bədii  kitablar) 

nəşr  edilmişdir.  O,  təbiəti  və  təbii  sərvətləri 

mühafizə,  ətraf mühitin  mühafizəsinə  aid,  eləcə  də  «Müasir  ekologiya»  (I  və  II- 

hissələr,  2004,  2007)  və  «Davamlı  İnsan  Tnkişafi»  (2009)  fiındamentalali  məktəb 

dərsliklənnm  ilk  müəllifidir  Ə.Əsgərovun  milli kənd təsərrüfatı,  xüsusilə  baytarlıq 

təbabəti,  zootexniya,  ətraf mühitin mühafizəsi, təbiəti  və təbii  sərvətlərin  mühafizə, 

ekologiya  və  Davamlı  İsan  İnkişafı  sahəsindəki  xidmətləri  elm  və  təhsilimizin 

tarixinə qizıl hərflərlə yazılıb

Babayev Adil Namazalı oğlu 

(19 39-2004)

67


Yüksək intellektual  səviyyə  və  geniş  diapozonlu  elmi  elitaya malik  olan,  mükəmməl 

elmi-pedaqoji  fəaliyyəti  və  dərin  biliyi  ilə  səciyyələnən,  mahir  pedaqoq,  morfoloq, 

anatom biologiya elmləri namizədi, dosent Adil  Babayevin ölkəmizdə aqrar sahə üzrə 

yüksək  ixtisaslı  kadrların  hazırlanmasında  xüsusi  xidmətləri  olub.  O,  1957-ci  ildə 

AIMU-nun  baytarlıq  təbabəti  fakültəsinə  daxil  olmuş,  1962-ci  ildə  isə  həmin 

universiteti qırmızı diplomla bitirdikdən sonra ilk əmək fəaliyyətinə Gədəbəy rayonunda 

baş  baytar  həkim  kimi  başlamış,  1969  -   1979-cu  illətdə  Şuşa  Kənd  Təsərrüfatı 

Texnikumunda  müəllim  işləmişdir.  Texnikumda  yerli  komitənin  sədri  vəzifəsində 

çalışmış, mütəmadi olaraq şerləri çap olunmuşdur. 0 , 1967 -  1968-d illərdə ADAU-nun 

“Anatomiya fiziologiya və histologiya” kafedrasında aspiranturaya daxil olub, məşhur 

professor  R B.Rüstəmovun  rəhbərliyi  ilə  “Camışlann  barmaq  və  diz  əzələ  qollan 

hissəsində  maqistral  arteriyaların  yaş  xüsusiyyətləri”  mövzusunda  elmi  tədqiqatlar 

apararaq,  1973-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

A.Babayev  1972-ci  ildən  ADAU-nun  “Anatomiya,  fiziologiya  və  histologiya” 

kafedrasında assistent, sonra isə dosent vəzifəsində çalışmışdır. Alimin 30-dan çox elmi 

əsərləri,  elmi  metodik göstərişləri,  dərslikləri  və  dərs vəsaitləri  (“Heyvan  anatomiyası 

terminləri  lüğəti”,  rusca-azərbaycanca-labnca,  1991;  “Camışçılığm  əhəmiyyəti”,  1986; 

“Heyvan” anatomiyasının sümük bəhsi”, 2001  və s.) vardır. Onun elmi əsərləri Rusiya 

Federasiyasının  nüfuzlu  mərkəzi  jurnallarında,  elmi  külliyadannda  nəşr  olunmaqla 

dünya anatomlannın diqqətini cəlb etmişdir.

A.Babayev  sabiq  SSRİ-nin  bir  çox  Respublikalarında,  mərkəzi  şəhərlərdə 

(Moskva,  Kiyev,  Sankt-Peterburq,  Səmərqənd,  Alma-Ata və  s.)  keçirilən  elmi- 

praktiki  konfranslarda,  konqreslərdə,  simpoziumlarda  və  seminarlarda  kənd 

təsərrüfatı  heyvanlarının,  xüsusilə  iri  buynuzlu  heyvanların  anatomiyasına  dair 

çox zəngin və  maraqlı  elmi  məruzələrlə  çıxış  etmiş,  dünya alimlərinin  rəğbətini 

qazanmışdır.  O,  2003-cü  ildə  Gəncədə  keçirilən  Gəncə-Qars  baytarlıq 

simpoziumda çox maraqlı mövzuda çıxış  etmişdir.  Zəngin biliyi  ilə  seçilən alim 

həm  tələbələrin,  həm  də  bütün  universitet  kollektivin  böyük  rəğbətini 

qazanmışdır.  Alimin  elmi  pedaqoji  irsi  sanki  genetik  olaraq  qızı  tərəfindən 

davam  etdirilib.  Pürhani  Tamara  Adil  qızı  2011-ci  ildə  “Camışlarda  baş 

skeletinin  ekoloji  və  yaş  xüsusiyyətləri”  mövzusunda  dissertasiya  müdafiə 

edərək  biologiya  elmləri  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almışdır.  Tamara 

xanımın  həyat  yoldaşı  professor  Pürhani  Səfər  Həsən  oğlu  iqtisad  elmləri 

doktoru  və  professorudur.  Respublikamızda  informatika  və  avtomatlaşdırma 

üzrə  məşhur  alimdir,  hazırda  Milli  Aviasiya  Akademiyasında  kafedra  müdiri 

vəzifəsində  çalışır.  O,  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali 

Attestasiya  Komissiyasında  Ekspert  Şurasının  üzvü,  Beynəlxalq  Ekologiya  və 

Həyat  fəaliyyətinin  təhlükəsizliyi  Akademiyasının  həqiqi  üzvüdür,  Azərbaycan 

Müəllimlərinin  I  qurultayının  və  YAP-ın  I  qurultayının  nümayəndəsi  olub. 

Dəfələrlə  Təhsil  Nazirliyinin  Azərbaycan  həmkarlar  təşkilatlan  Konfedera­

siyasının fəxri fərmanları ilə təltif edilib.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   55


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə