22
və təqdirəlayiq xidmətlərini nəzərə alaraq onların elmi-tədqiqatlarının prioritet
istiqamətləri və yaradıcılığı haqqındakı məlumatlar müvafiq fəsillərdə şərh
olunmuşdur. Güman edirik ki, xalqımızın gələcəyi olan gənclərimiz,
tələbələrimiz, şagirdlərimiz və bütün oxucular milli genetika elmimizin
sələflərinin, korifey alimlərimizin yaradıcılığı, elmi axtarışları və nailiyyətləri ilə
tanış olduqdan sonra müvafiq nəticə çıxaracaq, onların keçdiyi çox şərəfli elmi
irsi örnək kimi qəbul edəcək, yollarını davam etdirəcək və bu elmə böyük maraq
göstərəcəklər. Çünki bütün bioloji, tibbi, baytarlıq təbabəti və aqrar təmayüllü
elmlərin əsas məsələləri, məhz hüceyrə, xromosom və gen səviyyəində öyrənilir.
İstər tibbi, istərsə də baytarlıq təbabəti həkimləri hazırda bütün patologiyaları
yalnız genetik səviyyədə öyrənirlər. Baytarlıq təbabəti genetikasının əsas
müddəalarını bilmədən heç bir patologiya ilə mübarizə aparmaq, onun
qarşısını almaq qeyri-mümkündür. Yüksək ixtisaslı, səriştəli həkim olmaq
üçün baytarlıq təbabəti genetikası elmini, onun başlıca qanunauyğunluqlarını
və prinsiplərini dərindən, mükəmməl və ətraflı öyrənmək lazımdır. Əks
təqdirdə məşhur Hippokrat andına sadiq qalmaq qeyri-mümkündür.
Həkim
bilməlidir ki, bütün xəstəliklər, patologiyalar məhz hüceyrə səviyyəsində baş
verir, hər bir dəyişikliyin əsasını genetik amillərin (xromosomlar, genlər) arxi-
tektonikasımn normal strukturunun pozulması, mutagenezə uğraması və modi-
fikasiyası təşkil edir. Atalar sözümüzdə çox qiymətli və müdrik bir kəlam vardır:
«Nə var dövlət, nə də şan şöhrət insanı xoşbəxt edə bilməz Yalnız sağlamlıq
insanın ən böyük sərvəti və xoşbəxtliyidir». Sağlamlığın rəhni isə təmiz torpaq,
su, hava və ekoloji cəhətdən
sa f və keyfiyyətli yeyinti məhsullarıdır. «Qafqaz
dünyanın zəngin təbiət muzeyidir.
Onun bir parçası olan Azərbaycan misilsiz
gözəlliklər diyarıdır. Burada Yerin altı
tükənməz xəzinə, üstü isə canlı
muzeydir» (akademik Həsən Əliyev).
«İşdə Qafqaz... səfalı bir məna.
Allah-Allah nədir bu abi-hava?
Nə qədər şairanə bir xilqət
Yerə enmişdir adətən cənnət»
(Hüseyn Cavid)
Əlbəttə, bu canlı muzeyin ən qiymətli bioloji varlığı insandır, xalqımızdır.
Tibb və baytarlıq təbabəti həkimləri isə bu canlı muzeyin ən başlıca qoruyucusu və
keşikçisi olmalı, dahi Hippokratın tarixi və bəşəri andına sadiq qalmalıdır. Dahi
filosof şairimiz N.Gəncəvi məşhur «Xəmsə»-sində təbabəti yalnız insan
sağlamlığı kimi deyil, bütün bəşəriyyətin sağlamlığı kimi təsvir etmişdir. Dahi
M.Füzuli də təbabətə analoji mövqedən yanaşmışdır.
«Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib,
Eyləmə rüsvay özün, həm qəlbimi qan, ey təbib!
Olmaq istərsən əgər asudə qoy rahət məni,
Dərdimin yox çarəsinə çünki imkan, ey təbib!
23
Sən qan almaqla yəqin bir fayda verməzsən cana,
Şövqi-ləlin gəl çıxar mümkünsə candan, ey təbib!
Məqsədim açmaq deyildi dərdimi əsla sənə,
İstədim pünhan edim, səndən nə pünhan, ey təbib!»
(Məhəmməd Füzuli)
Gənclərimiz təbabətin və baytarlıq təbabətinin bazasını təşkil edən genetika
elminin böyük perspektivə malik bioloji elm sahəsi olduğunu nəzərə alıb,
sələflərimiz olan korifey alimlərimizin
elmi irsində boşluğun yaranmasına yol
verməməli və onlann davamçıları olmalıdır. Genetika olduqca çətin, mü
rəkkəb, fundamental, zəngin, lakin perspektivli və maraqlı elm sahəsidir.
Gənclərimiz onun çətinliklərindən qorxmamalı və korifey alimlərimizdən sonra
yaranan böyük bir yarğanın əmələ gəlməsinin qarşısını almalı və onunla ciddi
mübarizə aparmalıdır. Bu boşluq artıq yaranıb, onun radiusu və diapozonu isə
get-gedə daha da dərinləşir, genişlənir və keçilməz sədd yaradır.
Bu isə milli
elmimizin inkişafı, tərəqqisi üçün ciddi maneçilik törədə bilər. Çünki ölkəmiz
hazırda insan həyatının bütün sferalarında dünya ölkələri arasında çox böyük və
dinamik sürətlə inkişaf edən bir ölkəyə çevrilib. Milli elmimizin bütün sahələri,
o cümlədən genetika elmi də bu inkişafın axınına qoşulmalı, ölkəmizin ümumi,
davamlı və dayanıqlı inkişafı ilə uzlaşmalı və həmahəng olmalıdır. Dünya
şöhrətli, dahi filosof K.Marks
yazmışdır:
«Elmdə şahraq yol yoxdur. Bu yol daşlı-kəsəkli, tikanlı-kollu, enişli-yoxuşlu,
dərəli-təpəli, nahamar, çətin bir yoldur. Ancaq bu yol özfl üçün, gec-tez mütləq bir
çıxış yolu, hamar ağır tapacaqdır». «Elm və tərəqqinin ən xarakterik cəhəti bizim
dünyagörüşümüzə tədricən yeni-yeni sahələr və üfüqlər bəxş etməsidir» (Lui Paster).
Əminliyimizi, məmnuniyyətlə bildiririk ki, tezliklə ölkəmizdə gənclərdən ibarət olduqca
böyük bir genetiklər ordusu yetişəcək və beləliklə də elmimizdə boşluğun, fasilənin
qarşısı mütləq alınacaqdır. Müəlliflər isə böyük məmnunluq və nikbinlik hissi ilə
genetiklərdən ibarət gənc alimlər ordusuna yalnız və yalnız uğurlar, yeni elmi kəşflər
arzulayır. Elmi estafet və söz indi onlara verilir, vətənpərvərlik estafeti də məhz onlara
xas olan xüsusiyyətlər kimi dəyərləndirilir. Ulu öndər Heydər Əliyev həmişə ziyaldan,
alimləri və elmi çox yüksək dəyərləndirmiş və qiymətləndirmişdir:
«Xalq həmişə öz
ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanmır. Görkəmli şəxsiyyətlər xalqın zəkasını,
elmini, mədəniyyətim, mənəviyyatını dünyaya nümayiş etdirir».
«Edəməm tərk, Füzuli, səru-kuyin yarın,
Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətinim!»
(Məhəmməd Füzuli)
«Yarat bir əsər ki, adın ucalsın
Sən ölüb gedərkən yadigar qalsın».
(Ə. Cami)
«Min Qazaxda köhlən ata
Yalmanman yata-yata
At qan tərə bata-bata,
24
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy-gölə bax».
(Səməd Vurğun)
«Ürəyimdə o qədər sevgi varımdır Vətənə,
Necə ki, bülbül olur aşiq çəmənə».
{Əliağa Vahid)
«Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı»
(Məmməd Araz)
«Biliyi olmayan kəs,
Suda batan gəmidir...
Bu günün tələbəsi,
Sabahın müəllimidir!»
(Şair, BDU-nun alim-bioloqu Anar Məmmədov)
Ölkəmiz, xalqımız isə Vətənimiz üçün öz sələflərinin elmi irsini ləyaqətlə
davam etdirən, yüksək intellektual səviyyəli, eridisiyalı gənc alim potensialının
yolunu gözləyir. Çünki elmi intellektə və elitaya malik olan xalq Davamlı İnsan
İnkişafının əsas təminatçısı hesab edilir və dayanıqlı tərəqqi yolunu uğurla
davam etdirir.
«Cəmiyyət təhsilsiz inkişaf edə bilməz- Biz çalışmalıyıq ki, gənclərimiz
xalqına xas olan mənəvi, mili ənənəhr əsasında tərbiyə edilsin. Təhsil ocaqla
rında xalqımızı mənəvi dəyərlər əsasında tərbiyələndirərək, mənəvi cəhətdən
sa f tərbiyələndirmək məsələsi mühüm yer tutmalıdır».
(Heydər Əliyev)
«Ən böyük resursumuz insanların biliyidir, təhsilidir
» .
(İlham Əliyev)
1.2. Genetikanın üsulları
İrsiyyət və dəyişkənliyin molekulyar, submolekulyar, hüceyrə, orqanizm,
mikroorqnizm və populyasiyalar səviyyəsində öyrənilməsi üçün aşağıdakı əsas
üsullardan istifadə olunur:
Hibridoloji üsul -
genetikanın əsas üsulu olub, orqanizmin irsi əlamət və
xassələrini öyrənmək üçün çarpazlaşma sisteminə istinad olunmasına əsaslanır.
Bu üsulla əvvəlcədən seçilmiş, bir-birindən bir neçə alternativ əlamət və
xassələrə görə fərqlənən fərdlərin (valideynlərin) çarpazlaşmasından alman
törəmələr öyrənilir. Rekombinativ üsul adlanan həmin üsul birinci, ikinci,
üçüncü və sonrakı nəsillərdə alman hibridlər müfəssəl analiz olunmaqla, bu
zaman krossinqover hadisəsinə müvafiq olaraq birinci meyozun profaza
25
mərhələsində xromosomlann xromatidləri arasında homoloji hissələrin mübadilə
olunma prosesi gedir. Bu üsul ilk dəfə olaraq Qreqor Mendel tərəfindən (1856-
1863) noxud bitkisində əlamətlərin nəsildən nəsilə keçməsini öyrənmək
məqsədilə tətbiq edilməklə, hazırda bitki və heyvanların seleksiyası işlərində
geniş istifadə olunan başlıca hökmran üsul sayılır.
Geneoloji üsul
- əlamətlərin nəsildən nəslə ötürülməsinin və irsi xəstəliklə
rin qanunauyğunluqlarının öyrənilməsi üçün qohumluğa və genetik yaxınlığa
istinad olunmasından ibarətdir. Bu üsuldan əsasən insanın və tədricən nəsil
verən heyvanların irsiyyətinin öyrənilməsində istifadə olunur və hibridoloji
üsulun bir variantı sayılır.
Sitogenetik (sitoloji) üsul
- xromosomlann quruluşunu, replikasiyasını,
funksiyasını, miqdanmn dəyişilməsini öyrənmək üçün tətbiq edilir. Sitogenetika
üsulla xromosomlann quruluşunun pozulması və onların sayının dəyişilməsi ilə
əlaqədar olan müxtəlif xəstəliklər və anomaliyalar öyrənilir. Bu üsulda əsas
təcrübə obyekti kimi bitki, heyvan hüceyrələrindən, virus və mik-
roorqanizmlərdən istifadə olunur. Hazırda smaq şüşələrində somatik hüceyrələri
süni qida mühitlərində
(in vivo) yetişdirməklə onlann çoxaldılması
istiqamətində elmi axtanşlar apanlır. Bu zaman xromosomlann və DNT-nin
daşıyıcılanmn-orqanoidlərin (ribosomlar, mitoxondrlər, plazmidlər və plastidlər)
öyrənilməsinə önəm verilir.
Populyasiotı - statistika üsulu-
çarpazlaşmanın nəticələrinin işlənməsi,
əlamətlər arasındakı əlaqənin öyrənilməsi, populyasiyalann genetik quruluşunun
təhlili, populyasiyalarda genetik anomaliyalann yayılmasının öyrənilməsi,
müayinə zamanı alman rəqəmlərin biometrik təhlili məqsədilə işlədilir.
Populyasiya üsulu ilə əsasən ayn-ayn əlamətləri müəyyən edən resessiv və do
minant allellərin, heteroziqot və homoziqot orqanizmlərin tezliyi, populya
siyalarda mutagenezin, seçmənin və təcrid olunmanın təsirindən baş verən
genetik quruluşun dinamikasının dəyişilmə mexanizmi öyrənilir.
İmmunogenetik üsul
- orqanizmlərin qan qrupları, rezus amili, qan zərdabı
və toxumaların, zülalların, fermentlərin və hormonlarının öyrənilməsi üçün
seroloji, immunoferment, immunoelektroforez və s. müayinələrin aparılmasına
əsaslanır. Bu üsulla orqanizmin immunoloji uyğunsuzluğu, immun-çatışmazlıq,
əkizlərin mozaisizmi (genetik fərqlərin mövcudluğu) və s. ətraflı öyrənilir.
Ontogenetik üsul
- müxtəlif mühit şaritində ontogenezdə genlərin təsirini
təhlil etmək üçün tətbiq edilir. İrsiyyət və dəyişkənliyi öyrənmək üçün biokim-
yəvi, fizioloji və s. üsullara da istinad olunur.
Fonogenetik üsul
- ontogenez zamanı xarici mühit amillərinin və genlərin
orqanizmlərin əlamətlərinin dəyişilməsinə təsir dərəcəsini müəyyən etmək
məqsədilə tətbiq olunur. Qida zəncirinin və mühitin dəyişilməsi orqanizmlərin
dəyişilməsinə zəmin yaradır.
Biometrik üsul
- bir qrup riyazi üsullardan ibarət olub, bütün üsulların
tərkib hissəsini təşkil edən statistik analizlərin nəticəsi hesab olunur. Analizlərin
nəticələrinin ehtimallılıq dərəcəsinə əsasən təcrübə və nəzarət qruplan
arasındakı fərqin düzgünlük dərəcəsi müəyyən edilir.
26
Mutasion üsulla
- mutagen amillərin təsirindən orqanizmin hüceyrələrində
xromosomlann, DNT-nin, ümumilikdə genetik aparatın xassələrinin dəyişilmə
dinamikası müəyyənləşdirilir. Bu üsuldan bitkilərin və ipək (barama) qurdlarının
seleksiyasında, bakteriyalann yeni ştammlannın alınmasında hazırda geniş
istifadə olunur.
Əkizlər üsulu
- bir, iki, üç və daha artıq yumurta hüceyrələrinin mayalan
ması zamanı əmələ gələn əkizlər üzərində xarici mühit amillərinin orqanizmə
təsirini və onların genotiplə vəhdətinin öyrənilməsində istifadə edilir.
Monosom üsulu
- genlərin yerləşdiyi xromosomu və onların xromosomda
yerləşdiyi yeri təyin etmək məqsədilə istifadə olunur.
Modelləşdirmə üsulu
- başlıca olaraq molekulyar biologiyada, gen mühən
disliyində və biotexnologiyada geniş istifadə edilən müasir üsuldur. Bu zaman
populyasiyalarda kəmiyyət (miqdar) əlamətlərinin nəsildən nəsilə keçməsini və
aparılan seleksiya işlərində istifadə olunan üsulların səmərəliliyini müəyyən
etmək məqsədilə kompyuter proqramlarından və internet şəbəkəsindən istifadə
olunur.
1.3. Genetika elminin inkişaf tarixi
Başqa elmlərə nisbətən genetikanın tarixi o qədər də qədim deyildir. XVIII-
əsrin ortalarında alman alimi İ.Kelreyter 54 növ bitki hibridləri üzərində təcrübə
aparan zaman onlarda müxtəlif cinslilik və əlamətlərin nəslə keçməsinin bəzi
qanunauyğunluqlarını aşkar etmişdir. Alman alimi A.Qartner, fransız alimləri
O.Sajre və Ş.Noden, ingilis alimi Q.Nayt bitkilərdə növlərarası və növdaxili
çarpazlaşma apardıqda əlamət və xassələrin kompleks formada nəslə keçməsi
barədə məlumat versələr də, ayn-ayn əlamətlərin valideynlərdən onların törəmə
lərinə keçməsini nəzərə almamışlar. Lakin Çarliz Darvin (1809-1882) «Növlərin
mənşəyi» və s. əsərlərində ilk dəfə olaraq irsiyyət və dəyişkənliyi öyrənən bütün
alimlərin aldığı nəticələri ümumiləşdirərək hər iki hadisənin təbii seçmənin və
təkamülün hərəkətverici amili olmalarını elmi əsaslarla sübut etmişdir. Lakin bu
elmin əsas banisi çex alimi İohan Qreqor Mendel olmuşdur. Genetika elminin
inkişafında aşağıdakı əsas mərhələlər
ayırd edilir:
-
1900-1912-ci illəri əhatə edən birinci mərhələ
genetikanın klassik
mərhələsi adlanmaqla, əsasən Q.Mendelin noxud bitkisi üzərində apardığı
fundamental təcrübələrlə əlamətlərin nəsildən nəsilə keçməsi və onların növ-
bələşməsinin sübut olunması ilə səciyyələnir. Bu dövrdə Danimarka alimi
Vilhelm Lyudviq İohansen (1857-1927) «gen», «genotip» və «fenotip»
termin
lərini təklif etmiş, populyasiya və təmiz xətlər təlimini yaratmışdır.
-
ikinci mərhələ (1912-1925)
- amerika alimi Tomas Çent Morqanın öz
tələbləri A.Stertevant, K.Bridces və Ç.Müllerlə birlikdə drozofil milçəkləri
(Drosophila melanoqaster) üzərində apardıqları fundamental təcrübələrlə
xromosomlan kəşf etmələri və bu nəzəriyyəni yaratması ilə səciyyələnir. Onlar
müəyyən etmişlər ki, orqanizmin irsiyyət amilləri - genlər hüceyrələrin
27
nüvəsində yerləşən xromosomlarda cəmləşir. T.Morqan və onun tələbələri ilk
dəfə olaraq genetik xəritənin tərtib edilmə üsulunu və onun mexanizmini
müəyyən etmiş, həmçinin cinsiyyətin təyin olunmasında xromosomlann rolunu
elmi əsaslarla aşkarlamışlar. Xromosom nəzəriyyəsinin kəşfi genetikanın sərbəst
elm kimi inkişafina böyük təkan vermiş və molekulyar biologiyanın təşəkkül
tapmasma zəmin yaratmışdır.
-
üçüncü mərhələ 1925-1940-cı ildən başlayaraq
müasir genetika mərhələsi
adlanır və irsiyyətin molekulyar səviyyədə öyrənilməsi ilə xarakterlənir. Bu dövrdə
F.Krik, C.Uotson tərəfindən DNT molekulunun quruluşu, F.Krik, M.Nirenberq,
C.Oçoa, D.Mettey tərəfindən genetik kod kəşf olunmuş, Q.Korana tərəfindən isə
kimyəvi yolla gen sintez edilmişdir. Hazırda genin bir orqanizmdən digərinə
köçürülməsinə əsaslanan genetika mühəndisliyi elmi, mikroorqanizmlərin,
virusların, göbələklərin, ibtidailərin genetikasının molekulyar səviyyədə öyrənilməsi
istiqamətində fundamental elmi-tədqiqatlar apanlmaqla, çox böyük uğurlar əldə
olunmuşdur. Rus alimlərindən N.Koltsov, U.Filipçenko, N.Vavilov, Q.Nadson,
Q.Filippov süni yolla mutasiya almış, N.Vavilov isə irsiyyət dəyişkənliyinin
homoloji sıralar qanunu kəşf etmişlər.
-
dördüncü və müasir mərhələ
molekulyar biologiyanın, molekulyar
genetikanın, immunogenetikanın, gen mühəndisliyi və biotexnologiya kimi
bəşəri əhəmiyyətli, mütərəqqi və dinamik yüksələn düz xətlə inkişaf edən elmi
prioritetlərin yavranması və təşəkkül tapması ilə səciyyələnir.
Hazırda həmin elm sahələrinə əsaslanaraq, biologiyanın, kənd təsərrüfatının,
sənayenin, təbabətin, baytarlıq təbabətinin, ümumilikdə isə molekulyar
biologiyanın ən aktual və qlobal miqyaslı problemləri ətraflı öyrənilir, bu
istiqamətdə elmi axtarışlar davam etdirilir və böyük elmi-praktiki əhəmiyyətli
uğurlar əldə olunur. S.Çetverkov populyasion genetikanın, akademik L.Emst isə
baytarlıq təbabəti genetikasının yaradılmasında çox böyük işlər görmüşdür.
Azərbaycanda genetika elminin yaranmasında, formalaşmasında və inkişafında
milli təbiətşünaslıq elmimizin banisi H.Zərdabinin, akademiklər
F.Məlikov,
M.Sadıqov, A.Qarayev, H.Həsənov, Ş.Tağıyev, M.Musayev, H.Əliyev,
Ə.Quliyev, A.Ağabəyli, İ.Mustafayev, V.Tutayuk, M.Qəniyev, N.Şirinov,
Y.Hacıyev, C.Əliyev, U.Ələkbərov, M.Salmanov, S.Məmmədova, professorlar
Y.Səfərov, Ə.Əsgərov, RQədimov, R.Ağabəyli, E.Axundova, C.Axundov,
E.Əliyev, Z.Verdiyev, RMehdiyev, T.Turabov, A.Məmmədov, M.Axundov,
Q.Mustafayev, Z.Qarayev, C.Nəcəfov, M.Babayev, R.Quliyev, A.Quliyev,
Q.Abdullayev, E.Ağayeva, İ.Əzimov, E.Əliyev, R.Səfərov və b. olduqca böyük
xidmətləri olmuşdur. Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının və bitkilərinin
genetik fondunun, seleksiyasının və yetişdirilməsinin öyrənilməsi və təkmilləş-
dirilmə sinin əsas elmi mərkəzi ADAU olmuşdur. Bu təhsil ocağında elmi-
pedaqoji fəaliyyəti ilə fomalaşan və məşhurlaşan korifey sələflərin irsi, yolu
onların xələfləri tərəfindən nəinki təkcə baytarlıq təbabəti və zootexniya elmləri
sahəsində, eləcə də aqronomluq, meyvə-tərəvəzçilik, bitki mühafizəsi
və başqa
sahələrdə də uğurla davam etdirilir. Akademik Siddiqə Məmmədova,
professorlar Bəhmən Xəlilov və ibrahim Cəfərov entomologiya, Amin Babayev
28
ekoloji kənd təsərrüfatı, Zaur Həsənov yeni və yüksək məhsuldar meyvə, Şikar
Əliyev tərəvəz, Famil Şərifov üzüm sortlarmın seleksiyası, Qəmbər Abdullayev
endemik qoyun cinslərinin yetişdirilməsi, Rübail Allahverdiyev ekoloji
patologiyaların öyrənilməsi Nazim Yusifov yem bitkilərinin biokimyasımn və
səmərəliliyinin artırılması, Vaqif Novruzov, Zaur Hümbətov bitki örtüyünün
botaniki tərkibi və genefondunun, Elman Mövsümov ekoloji kimyanın
genetika ilə əlaqəsinin və qida kimyasının öyrənilməsi, Hasil Fətəliyev heyvan
və bitki mənşəli yeyinti məhsullarının genetik və keyfiyyət aspektlərinin,
genetik modifikasiya olunmuş məhsulların neqativ fəsadları, dosentlər
Firudin Qurbanov yeni qarğıdalı sortunun yetişdirilməsi, Nizami Seyidəliyev
pambıqçılıq sahəsində fundamental-tətbiqi və mühüm təsərrüfat
əhəmiyyətli
elmi axtarışlar apararaq uğurlu nəticələrə nail olmuşdur. Dərslik tərtib olunarkən
müəlliflər təbiətşünaslıq, biologiya, təbabət, baytarlıq təbabəti, tibbi biologiya,
genetika,
seleksiya,
mikrobiologiya,
viınsologiva,
biotexnologiya
və
immunologiya elmlərininin inkişafında çox böyük, misilsiz xidmətləri olan
klassik və müasir dünya və vətən alimlərinin, eləcə də onların xələflərinin elmi
irsi, yaradıcılıqları, keçdikləri şərəfli, çətin və mənalı həyat yolu barədə
tələbələrə və oxuculara qısa və lakonik bıoqrafık məlumat verməyi
məqsədəuyğun hesab etdi. Onların elmi irsi gənclərimiz, oxucularımız və
gələcək nəsillər üçün nümunə və başlıca həyat amalı olmalıdır
«Tariximizin hər
səhifəsi bizim üçün əzizdir. Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və
qiymətləndirmək lazımdır».
«Tariximiz bizim üçün dərs olmahdır. Tarix heç
nəyi silmir. Xalq gərək daim öz kökünü xatırlasın». (Heydər Əliyev)
Johann Q reqor M endel
(1822-1884)
Genetika elminin banisi, Çexiya təbiətşünas
alimi Johann Qreqor Mendel 1843-cü ildə
Olmyutsa Universitetinin nəzdində fəlsəfə sinfim
bitirib, həmin il Bryunna kilsəsinin dinləyicisi
olub. O, 1849-1868-ci illərdə orta məktəbdə
təbiətşünaslıq müəllimi işləyib; 1851-1853-cü
illərdə Vyana Universitetində fizika, riyaziyyat,
zoologiya, fitopatologiya, ümumi paleontologiya
və entomologiya elmlərinin öyrənilməsi ilə
məşğul olub Q.Mendel 10 il müddətində (1853-1863) 27.225 noxud bitkisi
(Pisum sativum) üzərində analiz aparmış, 1865-ci ildə Brunna təbiətşünaslıq
cəmiyyətində aldığı nəticələr haqqmda mənizə etmiş və 1866-ci ildə
"Təbiətşünaslar cəmiyyətinin əsərləri" jurnalında "Bitkilərin hibridləri üzərində
təcrübələr" adlı ilk elmi məqalələrini dərc etdirmişdir. Genetikanın 3 əsas
qanununu (1-ci qanun - dominamlıq - nəslin eyniliyi, 2-ci qanun - əlamətlərin
29
parçalanması, 3-cü qanun - sərbəst kombinasiya olunma) kəşf etməklə
genetikanın inkişafında misilsiz xidmət göstərmişdir. O, toxumları sarı və yaşıl
rəngli olan noxud bitkilərini çarpazlaşdırmış (monohıbrid çarpazlaşdırma) və Fı
nəslində bütün bitkilərin rəngi san olduğundan, yəni sarı rəng yaşıl rəng
üzərində dominantlıq (ağalıq) etdiyi üçün bu hadisəni dominantlıq (latınca
«domine»-«ağa»), alternativ əlaməti isə resessivlik (latınca «recessus»-
«uzaqlaşma», «kənarlaşma») adlandınnışdır (1-ci qanun). Sonra alim 1-ci
nəsildə alman bitkiləri öz aralannda çarpazlaşdırdıqda 1-cı nəsildə gizli qalan
yaşıl rəng 2-ci nəsildə parçalanma nəticəsində üzə çıxmış və üstünlük təşkil
etmişdir (2-ci qanun). 2-ci nəsildə (F2) dihibrid çarpazlaşma nəticəsində
əlamətlər (genlər) bir-birindən asılı olmayaraq sərbəst paylanır (3-cü qanun).
Onun yaratdığı mendelızm təliminin əsas mahiyyəti orqanizmlərin əlamətlərinin
inkişafını və onların gələcək nəsillərə verilməsini təmin edən ırsıvvət amillərinin
diskretliyindən bəhs edir. Q.Mendelin kəşf etdiyi qanunlar yalnız 35 ildən sonra
(1900) Q.dc Friz (Hollandiya), К Korrens (Almaniya) və E.Çermak (Avstnya)
tərəfindən bir-birindən xəbərsiz müxtəlif bitkilər (lalə, qarğıdalı, noxud)
üzərində sübut olunmuşdur. Məhz bundan sonra mendelizm genetika və
biologiya elminin aparıcı nəzəriyyəsi kimi tanındı və məşhurlaşdı
Tomas Gent M orqan
(1861- 1945)
Müasir biologiya elminin banilərindən biri, dünya
şöhrətli məşhur Amerika bioloqu, Nobel Mükafatı
Laureatı Tomas Gent Morqan 1886-cı ildə Keııtikk.
1891-ci ildə
isə Baltimoredəkı
Cons Xorkiııs
universitetini bitirmişdir. O, irsiyyətin xromosom
nəzəriyyəsinin əsasını qoymuş, ayn-ayrı əlamətlərin
və
onların
kombinasiyasının
növbələşməsinin
öyrənilməsi üçün
genetika elminin tarixində
ilk
dəfə ən əlverişli bioloji model olaraq meyvə (drozofil)
milçəyindən təcrübə obyekti kimi istifadə etmişdir. Bu üsula sonralar da genetik
tədqiqatların aparılmasında çox istinad olunmuşdur. T.C.Morqan drozofil
milçəyi üzərində fundamental elmi-tədqiqat işləri apararaq (1910) müəyyən
etmişdir ki. irsiyyətin maddi əsasını təşkil edən genlər məhz xromosomlarda
yerləşir. İrsi əlamətlərin nəsildən-nəsilə keçməsində xromosomlann rolunu ilk
dəfə olaraq T.Moıqan sübut etmiş, bununla da genetikanın ikinci mərhələsi
başlanmışdır. Alim üç şagirdi (A.Stertevant, K. Bridces və Q. Müller) ilə
birlikdə sübut etmişdir ki, irsiyyətin əlamətlərinin təminatçısı olan irsi amillər -
genlər hüceyrə nüvəsinin xromosomlarında yerləşir və cəmləşir, irsi əlamətlərin
nəsildən nəsilə ötürülməsi Q.Mendelin qanunları çərçivəsindən çıxaraq, ona tabe
olmayaraq, cinsiyyət hüceyrələrinin yetişməsi və
mayalanma zamanı
xromosomlann taleyi ilə müəyyən olunur. Həmin nəticələr bir-birindən asılı
30
olmayan iki üsulla-hibridoloji və sitoloji- apanlan eksperimental təcrübələr
nəticəsində aşkar edilmişdir. Q.Morqan və şagirdləri ilk dəfə olaraq genetik
xəritənin tərtib edilməsi üsulunu müəyyən etmiş və cinsiyyətin təyin olunma
sında xromosom mexanizmini aşkar etmişlər. Genetika elminin sonrakı
nailiyyətlərinin hamısı və bu elmin inkişafı məhz Q.Morqanm irsıyyətin
xromosom nəzəriyyəsi ilə əlaqədar olmuş və təşəkkül tapmışdır. Alimin bu nəzə
riyyəsi sıtologiya, embriologiya, biokimya, təkamül təlimi və biologiyanın ən
yem sahələri olan molekulyar biologiya, molekulyar genetika, genetika
mühəndisliyi və biotexnologiyanın dinamik və sürətli inkişafı üçün müstəsna rol
oynamışdır. Ümumilikdə Q.Morqanm xromosom nəzəriyyəsi bütün biologiya
elimlərinin dinamik yüksələn düz xətlə inkişafı üçün çox mühüm zəmin
yaratmışdır.
Vavilov Nikolay İvanoviç
(1887-1943)
Məşhur rus alimi, genetik, seleksiyaçı, akade
mik. genetika elminin ən başlıca qanunlarından bin
sayılan irsiyyətli dəyişkənliyin homolojı sıralar
qanununun banisi(1919) Nikolay ivanoviç Vavilov
müasir
seleksiyanın
elmi
əsaslannı,
mədəni
bitkilərin mənşəyi və onlann coğrafi arealının
yayılması haqqında təlimin təməlini qoymuşdur.
Onun rəhbərliyi ilə 300 mindən çox müxtəlif növə mənsub mədəni bitki
nümunəsi olan zəngin dünya herbari kolleksiyası yaradılmışdır. O, həm də
texniki bitkilərdə yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması təliminin
və bitki ımmunogenetıkasmm banisi sayılır. N.İ.Vavilovun rəhbərliyi ilə
bitkilərin genetikası, seleksiyası və mühafizəsinə həsr olunmuş çoxlu sayda
monoqrafiyalar hazırlanmış, namizədlik və doktorluq dissertasiyaları müdafiə
edilmişdir. Alim ona qarşı bır neçə dəfə sovet imperiyası rəhbərlərinin təzyiqlər,
təqiblər göstərməsinə, müxtəlif şantaj xarakterli sanksiyalar və diskriminasiyalar
tətbiq etməsinə, hətta həbs olunmasına baxmayaraq seleksiya və genetika elmləri
sahəsində elmi axtarışlarını səylə davam etdirmiş, elmi, praktiki və nəzəri
əhəmiyyətli nəticələrə nail olmuşdur. N.İ.Vavilovun elmi axtarışlarının məntiqi
nəticəsi olaraq hazırda bitkilərin seleksiyası, genetikası və yeni yüksək
məhsuldar taxıl, şəkər və yem çuğunduru, yonca, qarğıdalı və s. sortların
yetişdirilməsi üçün onun təklif etdiyi üsullara çox böyük önəm verilir və
onlardan geniş istifadə olunur. Hazırda genetika, seleksiya, immunogenetika,
molekulyar genetika və biologiya, gen mühəndisliyi və biotexnologiya elmləri
üzrə elmi axtarışların aparılması prosesində N.İ.Vavilovun tədqiqatlarına çox
önəmli yer verilir və onlara geniş istinad edilir.
31
Lui P aster
(1822-1895)
Dünyada mikrobiologiya elminin əsasını qoyan,
dünya şöhrətli məşhur fransız alimi, akademik Jan
Jozef Lui Paster ilk elmi tədqiqatlarım kimya və
kristalloqrafiya elmlərinin bəzi məsələlərinin öyrə
nilməsinə həsr etməsinə baxmayaraq,
sonralar
qıcqırma prosesinin mexanizminin və mıkroorqa-
nizmlərin dəyişkənliyinin aşkar olunması və mıkro-
bioloji proseslərin öyrənilməsi ilə məşğul olmuşdur.
Alim o zamanlar Y.Libixin hökmran olan spirtli qıcqırma təlimim təkzıb edərək
sübut etmişdir ki, bu kimyəvi deyil, bioloji proses olub, yalnız maya
göbələklərinin inkişafı nəticəsində yaranır (1857). O, həm də yağturşulu
qıcqırmanı-anaerobioz
prosesini
(mıkroorqamzmlərin
oksigensız-anaerob
şəraitdə inkişafını) kəşf etmişdir. Lui Paster 1865-cı ildə çaxırın xarab olmasının
qarşısını almaq üçün ilk dəfə olaraq pastenzasıya üsulunu təklif etmiş, sonralar
isə mikroorqanimzlərm spesifikliyinin - epızootologiya və epidemiologıyasının
öyrənilməsinin əsasım qoymuşdur Alim həm də ipəkqurdlannm nebrina,
flyaseriya epizootiyasmın xarakterik xüsusiyyətlərini ətraflı öyrənmiş, onlann
ləğv edilməsi tədbirlərini hazırlamış (1870), virusların və mikroorqanızmlərin
attenuasiyasım (laboratoriya heyvanlarının orqanizmindən passaj etdikdə onlann
xassələrinin, xüsusilə virulentlik, patogenlik və imunogenlıyının dəyişilmə
dinamikasını) kəşf etmiş, qoruyucu peyvəndlər üçün (qarayaraya, quduzluğa,
donuzlann qızıl yelinə, quşlann pasterellyozuna qarşı) vaksinlər hazırlamışdır.
O, heyvanlann qarayara ilə yoluxmasının əsas səbəbinin onun sporlannın həzm
traktina düşməsi olmasını eksperimental olaraq sübut etmişdir. L.Pasterin
təşəbbüsü ilə 1888-ci ildə Paster İnstitutu yaradılmış və alimin özü onun ilk
direktoru olmuş, dövrün məşhur rus alimlərini də (İ.İ.Meçnikov, İ.F. Qamaleya,
B.L. Jakimov, M.İ.Romanoviç, D.S. Rııjensev, A.A.Rayevski. L.S. Senkovski,
İ.İ.Sueviç və b.) həmin institutda işləməyə dəvət etmiş və onlarla birgə elmi-
tədqiqatlar aparmış, elmi əməkdaşlıq nəticəsində çox böyük uğurlu axtarışlara
nail olmuşdur.
Dəri emalçısının 13 yaşlı oğlu L.Paster portretləri çəkməsi və məktəbdə
günəş saatı düzəltməsi (həmin saat bu gün də məktəbdə saxlanılır) ilə hamını
heyran etmiş, 27 yaşında Strasburq universitetinin professoru və 32 yaşında Lui
universitetinin təbiətşünaslıq-tarix fakültəsinin dekanı olmuşdur. Həmin illərdə
qızı Jannanm tifdən vəfat etməsi onu çox sarsıdır və mikrobiologiyaya marağını
daha da artınr. 6 iyul 1885-ci ıl dünya təbabəti tarixinə L.Pasterin tarixi kəşfi ilə
daxil olur. Quduz itin 14 diş yarasına məruz qalmış 9 yaşlı Iosef Meysterin anası
təbiblərin məsləhəti ilə Pasterə müraciət etmiş, hazırladığı vaksını həmin
xəstənin üzərində ilk dəfə sınaqdan keçirmiş və nəticədə uşaq tamamilə
sağalmışdır. Onun hazırladığı həmin vaksin sonralar dünya miqyasında tətbiq
edilməyə başlamışdır. Tibbi həkimlərin «həkimlərin hansısa kimyaçının
32
məsləhətinə ehtiyacı yoxdur» deməsinə baxmayaraq, L.Paster öz tədqiqatlarını
uğurla davam etdirmişdir. Alimin dostları ona kömək məqsədilə «fəxri hər aylıq
təqaüd» təsis etmiş və ailəsinə müvafiq köməklik göstərmişlər. Olduqca gərgin
iş rejimi 1868-ci ildə onun beyin insulti və sol tərəfinin iflic olması ilə
nəticələnmişdir. Alimə gələn məktubların birində ünvan əvəzinə bu sözlər
yazılıb:
«Möcüzələr yaradıcısın a»...
R obert Кох
(1843-1910)
Mikrobiologiya elminin əsas banilərindən biri,
dünya bakteriologiya elminin yaradıcısı, professor,
Nobel mükafatı laureatı, dünya şöhrətli, məşhur alman
alimi Robert Koxun biologiya, təbabət və baytarlıq
təbabəti elmlərinin inkişafında müstəsna xidmətləri
olmuşdur. O, 1866-cı ildə Cettingen Universitetini
bitirərək, 1872-cı ildə Volştcyn şəhərində sanitar
həkimi vəzifəsində işləmiş və primitiv laboratoriya
təşkil edərək qarayaranın sporları ilə ağ siçanları yoluxdurmuş, ilk dəfə olaraq
mıkroorqanizmləri yetişdirmək üçün bərk qida mühitindən (ıclatin və buğanın
qan serumundan ibarət) istifadə olunmasını təklif etmişdir. Alim 1878-ci ildə
yara infeksiyalarının etiologiyası haqqında ilk elmi əsərini dərc etdirərək burada
Henle-Kox üçlüyünü - trıadasım ətraflı şərh etmişdir. Bu triadanın başlıca
müddəaları - baktenoskopıya, mikroorqanizmlərin süm qida mühitlərində
yetişdirilməsi və bioloji sınağın qoyulmasından ibarətdir. RKoxun ən böyük
xidmətlərindən bin də 1882-ci ildə vərəmin, sonralar isə vəbanın (1884)
törədicisini kəşf etməsidir. O, Berlində təşkil edilən R Kox adma Infeksıon
Xəstəliklər İnstitutunun ilk direktoru olmuş (1891-1904) və burada fundamental
elmi - tədqiqat işlən aparmışdır. Alimin təşəbbüsü ilə bakterıolojı texnikada ilk
dəfə olaraq anılın boyalanndan, immersiya (yağ) sistemindən və Abbe
kondensatorundan istifadə olunmuş və diaqnostıkı tuberkulın preparatı
hazırlanmışdır. R.Kox dünya bakterioloqlar məktəbinin banisi olmaqla böyük
bakterioloqlar ordusu yaratmışdır (E. Berinq, F.Lefler, R.Pfeyfer və b ). Alimin
ən böyük səhvi İ.İ.Meçnıkovun kəşflərini, xüsusilə faqositoz təlimini tamamilə
inkar etməsi və onunla heç bır elmi əməkdaşlığa razılıq verməməsi olmuşdur
33
Meçnikov İlya İliç
(1845-1916)
Məşhur rus alimi, dünya şöhrətli bioloiq, im-
munobioloq. bakterioloq, patoloq, təkamül embrıo-
logiyası, immunitet, faqosıtoz, müqayisəli patologiya
təlimlərinin banisi, akademik İlya İliç Meçnikov hələ
17 yaşında ikən ibtidailərin, parazit qurdlann biologi
yasının öyrənilməsinə böyük maraq göstərmişdir.
Sonralar isə alım A.O Kovalevski ilə birlikdə onur-
ğasızlar və onurğalıların fılogenetik qohumluğunu kəşf etmiş(1865-1866),
heyvanat aləminin fılogenetik inkişafının müxtəlif dövrlərində faqositoz
prosesinin təkamülünün öyrənilməsi ilə məşğul olmuşdur Onun faqosıtar
nəzəriyyəsi «İnfeksion xəstəliklərdə qeyri-həssaslıq»(1901) adlı fundamental
əsərinin nəşrindən sonra dövrün alimləri tərəfindən qəbul olunmağa başladı və
daha da məşhurlaşdı. Alim öz tələbəsi P.Erlix ilə birlikdə) 1908) faqositozun
fılogenetik olaraq daha qədim ımmun reaksiyası olmasını, antıtellərin əmələ
gəlməsinin heyvanat alənundə müdafiə funksiyalarının sonrakı mərhələlərində
baş verməsini sübut etdiklərinə görə Nobel mükafatına layıq görülmüşlər. İn
sanın qocalması və ölümünün səbəblərinin öyrənilməsi alimin elmi-
tədqiqatlarının əsas qayəsini təşkil etmişdir O, «ortobioz» - «həyatın tam və
təbii ölümlə qurtaran mərhələsi» nəzəriyyəsini kəşf etmiş və bu məsələni
«İnsanın təbiəti haqqında etüdlər»
(1903) və
«Optimizmin etüdləri» (1907)
əsərlərində geniş şərh etmişdir. İnfeksion xəstəliklərin etiologiyası və epıde-
miologiyasının öyrənilməsi həmişə alimin maraq dairəsində olmuş, vəba, taun,
qarın yatalağını öyrənmiş və ilk dəfə olaraq Emil Runun maliyyə dəstəyi ilə
insanabənzər meymunları
eksperimental
olaraq
sifilisin törədicisi
ilə
yoluxdurmuş, bununla da venerologıya elminin vcnı dövrünün başlanğıcının
təməlini qoymuşdur. İ.İ.Meçnikov insanın patoloji qocalmasının və vaxtından
əvvəl ölümünün profilaktikası üçün orqanizmin öz-özünü zəhərləməsinin
qarşısını almaq məqsədilə yeyinti məhsullarının sterilizasıyasını, ətdən az
istifadə edilməsini, süd turşulu məhsullarla qidalanmağa daha çox önəm
verilməsini, bağırsağın çürüdücü mikroflorasının antoqonistı kimi laktobatsillın
təklif etmişdir. İ.İ.Meçnikov biologiya, genetika, təbabət və baytarlıq təbabəti
tarixində ilk dəfə olaraq immunitetdə hüceyrə təliminin əsasım qoymuşdur. O,
fundamental-tətbiqi xarakterli faqositoz təlimi ilə sübut etmişdir ki, leykositlərin
xüsusi növü olan faqositlər-neytrofillər orqanizmə daxil olaraq patoloji proseslər
törədən patogen agentləri -mikroorqanizmləri və s. faqositoza uğradaraq
(udaraq) onları zərərsizləşdirir, neytrallaşdırır, beləliklə də patoloji prosesi
ləngidir, onun inkişafım dayandırır və orqanizmin xəstəliklərə qarşı
davamlılığını artırır. Bu kəşf immunogenetikanın inkişafında çox böyük rol
oynamışdır. Lakin alimin bu tarixi kəşfi o dövrün məşhur alimlərinin hamısı
tərəfindən heç də birmənalı qarşılanmamış və mübahisələrə səbəb olmuşdur.
Rusiyanın çinovnikləri katoliklərin təkidi ilə dəfələrlə onu işlədiyi universitetdən
34
xaric etdiyinə, ona qarşı çox güclü təzyiqlər və təqiblər göstərdiklərinə, elmi
yaradıcılığına ciddi maneçiliklər törətdiklərinə görə o, doğma ölkəsini tərk
etməyi qərara almışdır. Alim hazırladığı mikroskopık yaxmaları ilə birlikdə
Almaniyaya gedərək o dövrün üç məşhur alimlərindən biri olan Robert Коха öz
kəşfi barədə məlumat verməsinə və yaxmalarını ona nümayiş etdirməsinə bax
mayaraq, alman alimi onun elmi kəşfini tamamilə təkzib və inkar etmişdir.
Lakin, bunun əksinə olaraq, dövrün ən məşhur alimi Jozef Lui Paster
İ.Meçnikovun kəşfi ilə tanış olmuş, onu ürəkdən alqışlamış, Parisdəki Paster
institutuna dəvət edərək onunla 25 il birgə elmi-tədqiqatlar aparılmışdır.
İ.İ.Meçnikov və həyat yoldaşı Olqa Meçnikova Parisdəki Paster institutunun
həyətində dəfn edilmişlər.
İvanovski Dmitri İvanoviç
(1864-1920)
Virusların ilk kəşfi dünya şöhrətli, məşhur rus
alimi D.İ.İvanovskinın adı ilə bağlıdır. Onun bu tarixi
kəşfindən sonra virusologiya elminin əsası qoyulmuş
və bunun nəticəsində də bir sıra xəstəliklərin
törədiciləri müəyyən edilmişdir. 1891-1892-ci illərdə
Krımın Nikitin botanika bağında D.İ.İvanovski və
V.V.Polovsev diplom işini hazırlamaq məqsədilə
tütünün mozaika xəstəliyini
öyrənərkən sübut
etmişlər ki, xəstə tütün bitkisinin yarpağından alınmış şirə (ekstrakt) Zeys,
Berkefeld və Şamberlanın bakterial süzgəclərindən keçirildikdən sonra da
sağlam tütün bitkisinin yarpaqlarında mozaika xəstəliyini törədir. 1892-ci il
fevralın 12-də 28 yaşlı D.l.İvanovski Rusiya Akademiyasının elmi şurasında
apardığı tədqiqatların nəticələri haqqmda çıxış etməklə virusologiyanm təməlini
qoymuşdur. D.l.lvanovskinin 1892-ci ildə yazdığı «Tütün bitkisinin iki xəstəliyi
haqqmda» əsən namizədlik və 1902-ci ildə yazdığı «Tütünün mozaika xəstəliyi»
əsəri isə doktorluq dissertasiyası kimi qiymətləndirilmişdir. D.l.İvanovski
sonralar həmin «yoluxucu amilin» çox kiçik olan, bakterial süzgəcdən keçən,
qida mühitində yetişməyən və adi mikroskoplarla müşahidə olunmayan
mikroorqanizmlər olduğunu göstərməklə bunlan virus adlandırmışdır. Bəzi qərb
alimləri virusologiyanm tarixini təhrif etməklə səhvən onu Hollandiya alimi
M.Beyerinkinin adı ilə bağlayırlar. Halbuki, o özü, virusun ilk dəfə
D.I.İvanovski tərəfindən kəşf edildiyini etiraf etmişdir. Virusologiyanm müstəqil
elm sahəsi kimi çox dinamik sürətlə inkişaf etməsi bəzi infeksion xəstəlikləri
törədən virusların aynlması və onların xüsusiyyətlərinin öyrənilməsi üçün zəmin
yaratmışdır. Hazırda molekulyar biologiyanın, genetikanın, gen mühəndisliyinin,
biotexnologiyanın, bioetikanın və s. qlobal problemlərinin öyrənilməsi
prosesində viruslardan geniş istifadə olunur.
35
Həsən bəy Zərdabi
(1837-1907)
Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq,
aqrokimya elminin, milli mətbuatımızın, teatr-
şünaslığımızın,
ölkəmizdə torpaq
islahatının
banisi. Moskva universitetinin fizika-riyaziyyat
fakültəsinin təbiətşünaslıq şöbəsini bitirmiş, ilk
Azərbaycan qəzeti «Əkinçi »nin təsisçisi və
redaktoru,
dahi
mütəfəkkir.
ensiklopedik
şəxsiyyət, millət fədaisi Həsən bəy Səlim bəy
oğlu Zərdabinin (Məlikovun) müstəsna xidmətləri
olmuşdur. Bu ensiklopedik alimin maarifçilik, fəlsəfə, biologiya, əkinçilik,
aqrokimya, torpaqşünaslıq, bitkiçilik, meyvəçilik, baytarlıq təbabəti, təbabət,
anatomiya,
fiziologiya,
meşəçilik,
coğrafiya,
astronomiya,
geologiya,
paliontologiya, heyvandarlıq, quşçuluq, seleksiya, kimya, iqtisadiyyat və s.
elmləri bilməsi və nailiyyətləri onu təkcə Azərbaycanda deyil, həm də dünya
miqyasında tanıtdırmış və məşhurlaşdırmışdır. «O,
bizim mənəvi atamız idi»
(M.Ə.Sabir).
O, yaradıcısı olduğu «Əkinçi» qəzetində ilk dəfə olaraq ölkəmizin
heyvandarlarına yüksək məhsuldar qaramal, camış və qoyun cinsləri yaratmaq
məqsədilə süni seçmə üsulundan geniş istifadə etməyi tövsiyə etmişdir. Alim
görkəmli seleksiyaçı kimi, müəyyən etmişdir ki. yeni yüksək məhsuldar heyvan
cinslərinin yaradılması üçün süni seçmə zamanı əlamətlər nəsildən nəslə
verilərkən güclənir və yeni cinslər yaratmaq mümkün olur. H Zərdabi irsiyyəti
təbiətşünaslıq elminin ən başlıca qanunu hesab etməklə onun bəzi qanunauy
ğunluqlarının - düz istiqamətli, qayıtması dolayı (müəyyən amilin təsirindən
yaranan), dominant (hökmran, güclü) və resessiv (zəif) irsiyyət növlərinin-
mövcud olmasını şərh etmişdir Alim hibridioloji üsulu (çarpazlaşdırmanı)
heyvandarlıqda süni seçmə aparılarkən ən səmərəli üsul kimi dəyərləndirərək
bəzi mütərəqqi fikirlər-damazlıq üçün yüksək məhsuldar yerli heyvan gene-
fondundan geniş istifadə olunması, yerli cır heyvanların yaxşılaşdırılması
məqsədilə xaricdən törədicilərin gətirilməsi-irəli sürmüş və onlara xüsusi önəm
verilməsim heyvandarlara məsləhət bilmişdir. O. «Heyvanların rəngi» adlı
əsərində heyvanların eksteryerinin (xarici əlamətlərinin) seçmə zamanı nəzərə
alınmasının xüsusi əhəmiyyətə malik olduğunu və onun nəzərə alınmasını, eləcə
də ekoloji amillərin roluna fikir verilməsini ən prioritet istiqamət kimi
dəyərləndirmişdir.
Zəmanəsinin elmi-təcrübi nailiyyətlərinə dərindən bələd olan materialist
alim "Əkinçi". "Kaspi", "Həyat" və s. qəzetlərdəki, '"Dəbistan" jumalındakı
silsilə məqalələrində ailə-məişət qayğılarının asanlıqla, elmi qaydalarla aradan
qaldındmasından tutmuş təsərrüfatın müxtəlif sahələrini səmərəli üsullarla
inkişaf etdirməyədək çox şey barədə faydalı məsləhətlər verirdi. Bu yazılar bir
yerə toplanıb çap olunsa, qalın bir kitab alınar. Həsən boy sonralar bu
fəaliyyətini sistemli şəkilə salaraq bir neçə elmi-kütləvi əsər də yazmış, onları
36
ayrıca kitabça şəklində xalqa çatdırmaq istəmişdi. "Torpaq, su və hava",
"Həvasi-xəmsə" (Beş hiss üzvü) adlı əsərlər "Həyat" qəzetində 1905-ci ildə
hissə-hissə çap olunsa da, mükəmməl gigiyena vəsaiti olan "Bədəni salam at
saxlamaq düsturüləm əli" müəllifin sağlığında nə mətbuatda, nə də aynca kitab
şəklində çap olunmamışdır. Həsən bəyin ölümündən sonra bu gərəkli işi
Kiyevdə təhsil alan azərbaycanlı tələbələr həyata keçirmişlər. Nəşriyyat
qrupunun rəhbəri gənc Yusif Vəzir Çəmənzəminli ilk nəşrin girişində yazmışdır:
"Mərhum Həsən bəy Məlikzadə tərəfindən qələmə bir çox elmi əsərlər alınıb,
lakin indiyədək onlar camaatımızın himməşsizliyindən çap olunmayıb qalırdı.
"Kiyev islam tələbələrinin nəşriyyat heyəti" bu əsəri Həsən bəyin möhtərəm
zövcəsinin (Hənifə xanım Abayeva-Zərdabi) razılığı ilə nəşr etməyə şüru etdi.
Əvvəl "Torpaq, su və hava" ünvanlı kitabça təb olunub, indi isə oxucularımıza
"Bədəni salamat saxlamaq düstürüləməli"ni təqdim edirik. Bu kitaba "heyət"
tərəfindən haşiyə olaraq bəzi şeylər artırılıb, bir də bir neçə sözün dərci
namünasib görüldüyündən bilmərrə ötürülüb, yerləri nöqtələr ilə nişanə olunub,
qalanı isə mərhum Həsən bəyin əlyazılanndan yazılıb eynən dərc olunur.
Student: Y usif Vəzirov". Kitab Bakıda İ.Aşurbəyovun "Kaspi" mətbəəsində
1912-ci ildə «N 2», 1914-cü ildə «N 3» işarəsi ilə təkrar çap olunmuş və böyük
uğur qazanmışdir. Təəssüf ki, sonrakı illərdə bu qiymətli əsərin tirajının
kütləvilə şdirilməsi davam etdirilməmiş, Sovet hakimiyyətinin ilk 40 ilində isə
kitab bir dəfə də nəşr olunmamışdır. İ Stalinin ölümündən və "şəxsiyyətə
pərəstişin pislənməsi" prosesindən sonra millətçi damğası vurulmuş Həsən bəy
Zərdabinin irsi də bəraət almış, onun fəaliyyəti geniş tədqiq olunmağa
başlanmış, əsərləri çapa hazırlanmışdır. Bu işdə professorlar Ziyəddin
Göyüşovun, Mirəli Axundovun, Abbas Zamanovun, İzzət Rüstəmovun
gördükləri işlər zərdabşünaslıq üçün möhkəm özül olmuşdur. «Bədəni salamat
saxlamaq düstürüləməli» əsərinin indiki nəşri mərhum Ziyəddin Göyüşovun
tərtib və qeydləri ilə 1960-cı ildə "Azəməşr"də işıq üzü görmüş "Həsən bəy
Zərdabı, seçilmiş əsərləri" kitabından götürülmüşdür və ötən 46 ildə ilk belə
təşəbbüsdür. Alimin «Natural gigiyena» adlı biliklər sistemi insanların təbiət
qanunları ilə yaşamasını əsas götürərək aşağıdakı 9 şərti əhatə edir:
1-təmiz hava, 2-saf su, 3-Günəşlə təmas, 4-təbii qidalar, 5-fəal hərəkət, 6-az
yemək və aclıq, 7-istirahət və yuxu, 8-düz qamət, 9-ağıl və sağlam ruh. Şərtlər
müxtəlif kitablarda fərqli sıralansa da sağlam yaşamaq qaydalarına verilən
tələblər dəyişməz olaraq qalır, təbiətdən güc almaq, təbiət qanunlarına
uyğunlaşmaq kimi əsas məsələləri əhatə edir. 1980-ci ildə Hənifə xanım öz
mənzilində məktəb açaraq yetim və kasıb uşaqların təhsil alması ilə məşğul
olmuşdur. 1901-ci ildə H.Zərdabi və Hənifə xanımın səyi və H.Z. Tağıyevin
maliyyə dəstəyi ilə Bakıda ilk rus-müsəlman məktəbi açılır, Hənifə xanım isə
onun direktoru təyin olunur. H.Zərdabi çar məmurları tərəfəindən dəfələrlə həbs
olunmuş, onların təqibləri nəticəsində Bakını tərk edərək 16 il doğma Zərdabda
yaşamış, hətta bəzən təndirdə gizlənməli olmuşdur. Onun oğlanları Sifət, Mitəd
və qızı Qəribsoltan xanım da repressiyaya məruz qalmışlar. H.Zərdabi dahi rus
yazıçısı Lev Tolstoyla yaxın dostluq və əməkdaşlıq etmişdir. H.Zərdabinin
Dostları ilə paylaş: |