FƏ X R Ə D D İN M U STA FA Y EV , ELDA R H ÜSEYN O V
MƏMMƏD SALMANOV
BAYTARLIQ TƏBABƏTİ
GENETİKASI
Ali məktəblər üçün dərslik
I HİSSƏ
Azərbaycan
Respublikası
Təhsil
Nazirinin
01.10.2010-cu il tarixli, 1275 saylı əmri ilə ali
məktəblər üçün dərslik kimi təsdiq edilmişdir.
BAKI - “ELM” -2 0 1 3
Elmi redaktor: Ramiz Səfərov -
Baytarlıq elmləri doktoru, professor
R edaktor: Rübail Allahverdiyev -
ADAU-nunprofessoru
Rəyçilər: Ələddin Əsgərov
-
ADAU-nun professoru, baytarlıq
elmləri doktoru, əməkdar elm xadimi
Pənah Muradov -
AMEA-nın müxbir üzvü,
biologiya elmləri doktoru
Məcnun Babayev -
BDU-nun «Təkamülün genetikası» kafedrasının
professoru, biologiya elmləri doktoru,
Canbaxış Nəcəfov -
ATU-nun «Tibbi biologiya və genetika»
kafedrasının müdiri, biologiya elmləri
doktoru, professor
Nizami Seyidəliyev
- ADAU-nun elm və texnika üzrə
prorektoru, biologiya üzrə fəlsəfə doktoru,
dosent
Səhman Bayramov -
Azərbaycan Elmi Tədqiqat Baytarlıq
İnstitutunun (Az.ETBİ) direktoru,
baytarlıq üzrə fəlsəfə doktoru
M ustafayev F, Hüseynov E, Salmanov M. Baytarlıq təbabəti genetikası. Ali
məktəblər üçün dərslik. Bakı: «Elm», 2013, səh.
Dərslikdə genetikanın pıedmeti, məqsəd və vəzifələri, əhəmiyyəti, qısa inkişaf tarixi,
tədqiqat üsulları, qanunları, irsiyyətin maddi əsaslan, xromosom nəzəriyyəsi, irsiyyət və
dəyişkənlik, ontogenezin, cinsiyyətin, populyasiyanın, immunitetin genetikası, genetik kod və
informasiyalar, onların saxlanması, ötürülmə və realizasiya olunması mexanizmi, dəyişilməsi
geniş və ətraflı şərh olunmuşdur. Mkroorqanizmləıin və virusların genetikası, heyvan və quşların
anomaliyalan, irsi və teratogen xəstəliklər, qan qruplan və biokimyəvi polimorfizm, heyvanların
ümumdünya genetik resurslarının müasir durumu, ekopatologiyalar və s. məsələlər də dərslikdə öz
əksini tapmışdır. Dərslik ADAU-nun
baytarlıq təbabəti, əzcaçıhğı, zootexnik, aqronomluq,
biologiya, ekologiya, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasları üzrə təhsil alan tələbələr,
magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur. Həmçinin digər universitetlərin tibb,
biologiya, tibbi biologiya ixtisaslarında oxuyan tələbələr, magistrlər, ali məktəblərin müəllimləri,
baytarlıq təbabəti, tibb və biologiya, genetika, biotexnologiya, mikrobiologiya, aqronomluq
sahəsində çalışan elmi işçilər, mütəxəssislər, orta məktəblərin biologiya müəllimləri və şagirdləri
də istifadə edə bilərlər. Mikrobiologiya, virusologiya, molekulyar biologiya, gen mühəndisliyi və
biotexnologiyanm elmi-texniki tərəqqisinin ən yeni nailiyyətlərinin əsərdə geniş təsvir olunması
oxucu kütləsinin arealının daha da artması üçün əsash zəmin yaradır.
© “Elm” nəşriyyatı, 2013
ELMİ REDAKTORDAN
Müasir qloballaşma dövrü elmi-texniki tərəqqinin dayanıqlı və davamlı
inkişafa inteqrasiyasının sürətlə davam etməsi və bütün elmlərin, o cümlədən
biologiya, təbabət, baytarlıq təbabəti, molekulyar biologiya, gen mühən
disliyi və biotexnologiya sahəsində fundamental-tətbiqi xarakterli tədqi
qatların diapozonunun çox genişlənməsi ilə səciyyələnir. Lakin bütün bioloji
elmlərin, xüsusilə təbabət və baytarlıq təbabətinin dinamik tərəqqisi və inki
şafının əsasında genetika elmi durur. Məhz genetika elminin yeni elmi
nailiyyətləri bioloji elmlər, o cümlədən təbabət, baytarlıq təbabəti, tibbi bio
logiya, Baytarlıq təbabəti biologiyası mikrobiologiya, immunologiya, viruso-
logiya, bioetika, gen mühəndisliyi və biotexnologiya sahəsində yeni və
səmərəli nailiyyətlər qazanıla bilər. Molekulyar biologiyanın ən yeni, müasir
sahələri olan gen mühəndisliyi və biotexnologiya genlər səviyyəsində
öyrənilir və bu üsulla həm aqrar sahənin, həm də sənayenin, xüsusilə tibbi və
baytarlıq sənayesinin sürətli inkişafı təmin olunacaqdır. Qeyd edilənlər
genetika, molekulyar genetika, immunogenetika və ekoloji genetika elmi
istiqamətlərinin daha sürətlə inkişaf etməsi bütün dünya ölkələrində Davamh
İnsan İnkişafımn təmin olunmasında müstəsna əhəmiyyətə malik olduğunu
bir daha təsdiqləyir. Bu baxımdan ölkəmizdə ilk dəfə olaraq tərtib edilən
«Baytarlıq təbabəti genetikası» adlı ali məktəb dərsliyini biologiya, baytarlıq
təbabəti, təbabət, biotexnologiya, gen mühəndisliyi, tibbi biologiya, elm
lərinin ən böyük elmi-pedaqoji nailiyyəti kimi dəyərləndirmək lazımdır.
Müəlliflərin uzun müddətli elmi-pedaqoji fəaliyyəti, təcrübəsi, yüksək elitar
elmi eridusiya və intellektual səviyyəyə malik olması və həmin dərsliyin
hazırlanması üçün 14 ildən artıq çox gərgin işləməsi, böyük əmək sərf etməsi,
fundamental-tətbiqi və xüsusi elmi, nəzəri-praktiki əhəmiyyətli ali məktəb
dərsliyinin müasir dünya təhsilinin tələblərini ödəyən səviyyədə tərtib
olunmasına zəmin yaratmış və böyük stimul vermişdir.
Dərslik klassik və müasir dünya ədəbiyyatı, eləcə də vətən alimlərinin
məlumatları və ədəbiyyatlarına istinad olunmaqla, mövcud ali məktəb dərs
likləri və «Baytarlıq təbabəti genetikası» fənninin tədris proqramı əsasında
tərtib edilmiş, elmi yeniliklərlə çox zəngin və olduqca maraqlı, ensiklopedik
xarakterli, fundamental bir əsərdir. Dərslikdə genetikanın məqsədi, vəzifələ
ri, inkişaf tarixi, elmin inkişafında dünya və vətən alimlərinin xidmətləri,
genetikanın müayinə üsulları, irsiyyətin sitoloji və molekulyar əsasları, xro-
mosom nəzəriyyəsi, cinsiyyətin, ontogenezin, populyasiyaların, mikroorqa-
nizmlərin, virusların genetikası, immunogenetikanın əsasları, qan qrupları
və biokimyəvi polimorfizm, kənd təsərrüfatı heyvanları və quşların genetik
anomaliyaları, xəstəliklərə irsi davamlılıq və həssaslıq, mühit və ekoloji amil
lərinin təsiri, heyvanların ümumdünya genetik rezurslarının müasir durumu,
qlobal ekoloji böhran və kataklizmlərin genetik aspektləri və s. elmin həm
klassik, həm də yeni, son və müasir nailiyyətləri və inkişaf etmiş dünya
ölkələri alimlərinin məlumatları əsasında geniş və müfəssəl şərh olunub.
Şərh olunan bütün mövzular bir-birini tamamlayır, onların arasında
qarşılıqlı dialektik və fəlsəfi vəhdət təşkil edir. Ayrı-ayrı mövzularda heyvan
və quşların endemik növlərinin genefondunun qorunub saxlanmasına və
mühafizə olunmasına, çoxlu sayda rəngli və rəngsiz foto təchizatına xüsusi
önəm verilməsi dərsliyin daha da qiymətli və oxunaqlı olmasına ümdə zəmin
yaradır. Genetika, molekulyar biologiya, gen mühəndisliyi və biotexnologi
yanın yeni, son elmi-praktiki əhəmiyyətli nailiyyətlərinin şərh olunmasına
kitabın bütün fəsillərində olduqca önəmli yer verilmişdir. Hər bir fəslin
bişlanğıcmda və ayrı-ayrı mövzuların mətnində dünya şöhrətli, korifey
alimlərin və tarixi şəxsiyyətlərin dəyərli kəlamlarının, qiymətli sözlərinin,
fikirlərinin şərhinə geniş yer verilməsi həm yenilik, həm də dünya elminə,
təhsil sisteminə inteqrasiya kimi dəyərləndirilməklə, müəlliflərin kəşfi hesab
edilməlidir. Əsərdə nəinki baytarlıq təbabəti və heyvanların genetikasının
əsas məsələləri, eləcə də ümumi genetika, biologiya və təbabətin qlobal prob
lemləri, insan və hər bir ailə üçün ümdə sayılan aspektlər (gen pozğum
luğunun törətdiyi sindromlar, cinsiyyətin genetikası, rezus amili və qan
qrupu ilə bağlı olan məsələlər və s.) şərh olunduğu üçün o, bütün oxucularda
böyük maraq doğuracaq və oxucular ondan çox bəhrələnəcəkdir. Güman
edirik ki, ölkəmizdə ilk dəfə olaraq tərtib olunan həmin dərslik baytarlıq
təbabəti və onunla qırılmaz vəhdət təşkil edən bioetika, biologiya və təbabət
sahəsində yüksək ixtisaslı kadr potensialının hazırlanmasına pozitiv təsir
göstərəcəkdir. Dərslik hazırlanarkən 200-dən artıq dünya, xüsusilə Rusiya
Federasiyası və vətən alimlərinin klassik və müasir dərslik, dərs vəsaiti,
monoqrafiya, kitab və elmi məqalələrinə istinad olunması onun fundamen
tal və olduqca dəyərli, oxunaqlı bir əsər olmasına çox böyük zəmin yaradır
və maraq dairəsini daha da artırır. Dərslik təkcə «Baytarlıq təbabəti və əcza
çılıq» fakültəsinin tələbələri üçün deyil, həm də Tibb Universiteti və
kolleclərinin və bioloji təmayüllü bütün ali məktəb fakültələrinin müəllimləri,
tələbələri, magistrlər, doktorantlar və ümumilikdə isə geniş oxucu ictimaiy
yəti, yeni ailə qurmağa səy göstərənlər və gənc reproduktiv ailələr və şagird
lər üçün də çox qiymətli və dəyərli töhfə olacaqdır. Güman edirik ki, müasir
dünya, xüsusilə Qərb və Avropa dövlətlərinin elmlərinə inteqrasiya edən hə
min dərslik ölkəmizin elmi elitar ictimaiyyəti arasında olduqca böyük maraq
doğuracaq, rəğbətlə qarşılanacaq, yüksək dəyərləndiriləcək və sevilə-sevilə
oxunacaqdır.
Ramiz Səfərov
Baytarlıq elmləri doktoru,
professor
ÖN SÖZ
«Elm sərvətdən daha qiymətlidir. Çünki
sərvəti sən qoruyursan, amma səni elm qo
ruyur».
Həzrəti Əli
«Siz həmişə özünüzdən soruşmalısınız:
mən öz təhsilim və Vətənim üçün nə etmişəm?
Yorulmadan oxuyun və işləyin, onda xoş
bəxtlik Sizin üzünüzə güləcək və bəşəriyyətin
gələcəyi naminə mütərəqqi nəsə edəcəksiniz.
Əgər bu uğurlara nail ola bilməsəniz də mən
bacardığımın
«hamısını
etdim»
sözünü
deməyə haqqınız olsun».
Lui Paster (27 dekabr 1892-ci ildə
Fransa akademiyasının məşhur Sorbonnı
zalında 70 illik yubileyindəki çıxışından)
«İnsanın sağlamlığı, ekoloji vəziyyət,
udduğumuz hava, içdiyimiz su - bütün bunla
ra biz çox böyük diqqət göstərməliyik».
İlham Əliyev
XXI əsr bəşəriyyətin tarixinə mədəniyyətlərarası sivilizasiyaların dialoqu,
elmi-texniki tərəqqinin dinamik düz xətlə yüksələn inkişafı və bütün dünya
ölkələrinin Davamlı İnkişafa inteqrasiyası əsri kimi daxil olmuşdur.
İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT), internet
şəbəkəsi və kompyüter sisteminin, robot texnikasının, nanotexnologiyanın
insanın həyatının bütün sferalarında tətbiq olunması bəşəriyyətin Davamlı
İnkişafının intensiv xarakter almasına çox böyük zəmin yaratmış və təkan ver
mişdir.
Nanotexnologiya -
XXI əsrin ən mütərəqqi, yeni texniki tərəqqisi
olmaqla,
İnformasiya Cəmiyyətinin
formalaşması üçün müasir elmi nailiy-
yətldərdən və texnologiyalardan istifadə olunması nəticəsində daha sadə, kiçik
ölçülü, partativ, yüksək dəqiqliyə malik olan cihaz və telekommunikasiya
vasitələrinin yaradılmasından və onların geniş istifadə olunan sahələrinin, o
cümlədən aqrar, biologiya, baytarlıq təbabəti və təbabət elmlərinin intensiv və
çox sürətli inkişafı üçün də geniş yol açmışdır. Biologiyanın yeni və elmi-
praktiki cəhətdən ən səmərəli sahəsi olan molekulyar biologiya təbabətin və
baytarlıq təbabətinin qlobal və prioritet problemlərinin radikal həlli yollarının
işlənib hazırlanmasını təmin etmiş, olduqca uğurlu nailiyyətlərə və nəticələrə
nail olunmuşdur.
6
Molekulyar biologiya bəşəriyyət üçün fundamental-tətbiqi və nəzəri
əhəmiyyətli, geniş diapozmlu və mütərəqqi elm sahəsi olmaqla, hazırda onun
aşağıdakı müasir və prioritet sahələri formalaşmışdır:
- Molekulyar genetika
- Molekulyar sitologiya
- Molekulyar fiziologiya
- Molekulyar biokimya
- Molekulyar mikrobiologiya
- Molekulyar virusologiya
- Molekulyar biofızika
- Molekulyar immunologiya
- Molekulyar immunogenetika
- Molekulyar enzimologiya
- Genetika (gen) mühəndisliyi
- Biotexnologiya
- Vaksinologiya və s.
Əlbəttə, bu elm sahələrinin hamısının əsasında hüceyrə, onun orqanoidləri,
xüsusilə xromosom dəstləri (yığımları) və genlər durmaqla onlar molekulyar
biologiyanın əsas maddi bazasını və tədqiqat obyektini təmin edir. Həmin elm
sahələri bir-biri ilə qarşılıqlı dialektik vəhdət təşkil edir, onların arasında
qırılmaz bağlılıq vardır. Bunun başlıca səbəbi isə həmin elmlərin tədqiqat
obyekti kimi məhz hüceyrədən, onun orqanoidlərindən və digər kom
ponentlərindən genetik marker
formasında istifadə olunmasıdır. Materiyanın
bütün canlı aləminin (mikroflora, makroflora, mikrofauna, makrofauna)
mövcudluğu, onların həyat fəaliyyəti, öz nəsilləri və populyasiyalarının
dayanıqlı, davamlı inkişafı yalnız hüceyrədə gedən metabolizm prosesi
(maddələr mübadiləsi) və onun formaları olan anabolizm (assimilyasiya prosesi)
və katabolizm (dissimilyasiya prosesi), dezoksiribonuklein (DNT) və
ribonuklein (RNT) turşuları, orqanoidlər və s. hesabına təmin olunur. Lakin canlı
aləmin nəslinin, populyasiyalarının, morfoloji və funksional xüsusiyyətlərinin,
irsiyyətinin, cins və növlərinin, cinsiyyətinin saxlanmasının əsas apancı
komponenti və daşıyıcısı məhz xromosomlar və genlərdir. Xromosomlar, genlər,
onların quruluşu, morfofunksional xüsusiyyətləri, o cümlədən təminatçısı olduğu
irsiyyət, dəyişkənlik, ontogenez, hüceyrədə baş verən bütün proseslərin
molekulyar mexanizmi məhz genetika elmi vasitəsilə öyrənilir və tədqiq olunur.
Genetika - bütün biologiya elmlərini birləşdirən, onları istiqamətləndirən,
materiyanın canlı aləminin mütəşəkkilliyinin mövcud olan səviyyələrində
(molekulyar, submolekulyar, hüceyrə, toxuma, orqan, orqanlar, üzvlər sistemi,
orqanizm və populyasiya), onun iki başlıca prioritetinin-irsiyyət və dəyişkən
liyin, eləcədə ontogenezin, cinsiyyətin, çoxalmanın fəlsəfi, dialektik qanunlar
əsasında və onunla dialektik vəhdətdə öyrənilməsi ilə məşğul olan bəşəri,
planetar əhəmiyyətli, mütərəqqi düzxətlə yüksələn, dinamik sürətlə inkişaf
edən, fundamental-tətbiqi və nəzəri xarakterli elm sahəsidir.
Əgər genetika
elminin əsas tədqiqat obyektləri-hüceyrə, onun orqanoidləri və komponentləri,
7
xüsusilə xromosomlar və genlər olmasaydı, canlı materiyanın və onun
amillərinin mövcudluğu heç bir vəchlə mümkün olmazdı. Çünki canlıların bütün
həyat fəaliyyəti, çoxalması, böyüməsi, inkişafi, fizioloji və biokimyəvi
prosesləri, nəslin davamı, əlamət və xassələrin gələcək nəsil törəmələrinə
keçməsi, populyasiyalann dayanıqlı inkişafi və s. məhz genetikanın əsas tədqiqat
obyekti sayılan hüceyrə, xromosom və genlər vasitəsilə təmin və icra olunur.
Genetika elminin molekulyar biologiyanın, seleksiyanın, təbabətin, baytarlıq
təbabətinin,
bitkiçiliyin,
heyvandarlığın,
gen
mühəndisliyinin,
biotexnologiyanın,
tibbi biologiyanın,
ekologiyanın
və
ətraf mühitin
mühafizəsinin, ekoloji genetikanın, təkamülün öyrənilməsinin inkişafi və tərəq
qisində çox böyük rolu vardır. Bütün qeyd edilənlərə baxmayaraq, genetika
elminin başlıca prioriteti irsiyyət, dəyişkənlik, ontogenez, onlann yaranma
mexanizmi və dinamikasının öyrənilməsindən ibarətdir. Baytarlıq təbabəti
genetikası isə daha geniş diapozona malik planetar, regional və lokal
problemlərin-bütün növ heyvanların, quşlann, anların, balıqlann genetik
aspektlərinin fəlsəfə və təbabət elmləri ilə qarşılıqlı, qınlmaz bağlılıq formasında
öyrənir. Müasir genetika elminin aşağıdakı istiqamətləri vardır:
- Heyvanlann ümumi genetikası və biometriya
- Tibbi genetika
- Baytarlıq təbabəti genetikası
- Aqronomluq genetikası (bitkiçilik genetikası)
- Molekulyar genetika
- İmmunogenetika
- Fizioloji genetika
- Ekoloji genetika
- Biokimyəvi genetika
- Populyasiya genetikası
- Genetika mühəndisliyi
- Riyazi genetika
- Ontogenezin genetikası
- Mutagenez
- Sitogenetika
- Genetik bioetika
Materiyanın canlı aləminin təkamülünü təmin edən başlıca amillər irsiyyət
və dəyişkənlik hesab olunub. İrsiyyət - genetik informasiyaların nəslə
verilməsi, nəsil və populyasiyalar arasında maddi və funksional varisliyi, onto-
genezi təmin edən, nəsildə valideyin fərdlərə məxsus olan səciyyəli xüsusiy
yətlərin (əlamət və xassələrin) formalaşmasını təmin edən hadisədən ibarətdir.
İrsiyyət həm də müxtəlif nəsil törəmələrində mövcud olan fərqli xüsusiyyətləri
saxlayan hadisə sayılır. Dəyişkənlik - canlı aləmin irsiyyətinin qeyri-stabil
olmasını xarakterizə etməklə genlərin dəyişilməsindən, ontogenez zamanı
genlərin dəyişilmiş formasından ibarət olan mürəkkəb prosesdir. Genetik
informasiyalar ümumiləşmiş formada aşağıdakı prinsip əsasında ötürülür:
8
DNT
I tNT — zrHal sintezi. Məşhur çex alimi, avqust kilsəsinin rahibi
(Bmo şəhəri) İohan Qreqor Mendel noxud bitkisi (Pisum sativum) üzərində
apardığı təcrübələrlə genetika elminin elmi əsasını qoymuş, De-Friz, K.Korrens
və E.Çermak 35 ildən sonra onun kəşfini təsdiq etmiş, Tomas Çent Morqan və
onun tələbələri isə irsiyyətin xromosom nəzəriyyəsini yaratmışdır. Həmin tarixi
kəşflər genetikanın sonrakı inkişafına çox böyük təkan və stimal vermişdir.
Genetika canlı aləmi tədqiq edən, geniş və ətraflı öyrənən ən mürəkkəb, çox
şaxəli, eləcə də olduqca maraqlı elmdir. Erkək və dişi fərdlərin doğulması,
törəmələrin bəzi əlamətlərə görə əcdadlarına oxşaması, qadından uşaq, inəkdən
buzov, qoyundan quzu, toyuqdan cücə, bal arısından yalnız bal arısının və s.
törəməsinin səbəblərini yalnız genetika elmi araşdırır və aşkarlayır. Genlərin
ciddi nəzarəti olmadan canlı aləmin ayn-ayrı fərdlərinin orqanizmdə heç bir
fizioloji, biokimyəvi, metabolik, çoxalma və s. proses icra oluna bilməz. Lakin
bütün proseslər, o cümlədən ontogenez yalnız ətraf mühitlə dialektik vəhdət
fomasmda baş verə bilər. Dünya şöhrətli, dahi filosoflar K.Marks və F.Engelsin
«Alman ideologiyası»,
F.Engelsin «Təbiətin dialektikası»
adlı klassik
əsərlərində qeyd edilmişdir ki, «tarixin salnaməsi təbii əsaslardan və insanın
təbiətə təsirindən yaranan dəyişikliklərdən başlayır, hər bir iqtisadi-sosioloji
təhlillə müəyyən edilir».
K.Marks yazır ki, «təbiət çox səxavətli olmaqla
insanın əlindən uşaq kimi tutub aparır, onun şəxsi inkişafını təmin edir».
Təbiətlə orqanizmlərin dialektik vəhdəti klassik alman fəlsəfəsinin baniləri
Hegel və Feyerbax tərəfindən də əsaslı təhlil olunmuş və konsepsiyalarında
özünün müfəssəl əksini tapmışdır. Ümumiyyətlə, genetika elminin bütün
prioritet aspektləri fəlsəfənin, dialektik materializmin mövcud qanunları və
qanunauyğunluqlarına uyğun olmaqla onlarla qınlmaz vəhdət təşkil edir, fəlsəfi
müstəvi çərçivəsində öyrənilir və təhlil olunur. Genetika, immunogenetika,
ekoloji genetika, genetik bioetika və molekulyar genetikanın qlobal problemləri
məhz fəlsəfənin «Əksililiklərin vəhdəti və mübarizəsi», «İnkarı inkar»,
«Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi»
və s. qanunları
və müvafiq kateqoriyaları baxımından və onlann bazisində öyrəinlir. Bu
baxımdan baytarlıq təbabəti genetikası, ümumilikdə isə genetika fəlsəfə ilə
olduqca böyük dialektik vəhdət təşkil edir. Çünki bu elmlərin əsas məqsədi,
məhz
canlı
materiyanın öyrənilməsi və populyasiyalann irsiyyətinin,
mövcudluğun davam etdirilməsindən ibarətdir.
Genetikanın üsullarının tətbiqi sayəsində molekulyar biologiyanın sonuncu
mütərəqqi elm sahələri-gen mühəndisliyi
və biotexnologiya
çox dinamik sürətlə
inkişaf
etməyə
başlamışdır.
Molekulyar
genetikanın,
sitologiyanın,
mikrobiologiyanın, virusologiyanın, biokimyanın, biofizikanın, elektronikanın
və s. elmlərin inkişaf etməsi sayəsində biotexnologiya daha sürətlə inkişaf
etməyə başladı. Planetimizdə əhalinin sürətlə artması və bununla da təbii ehtiyat
mənbələrinin tədricən azalması xammal, kənd təsərrüfatı və xalq təsərrüfatı
məhsulları emal edən müəssisələrin iş şəraitinin yenidən qurulmasını tələb edir.
Biotexnoloji proseslər dedikdə istehsalda kompleks proseslər, biokatalizatorlar,
həmçinin müxtəlif bioloji sistem (bitki, heyvan, toxuma hüceyrələri və s.)
Dostları ilə paylaş: |