98
Katabolizm
- hüceyrələrdə sintez olunan mürəkkəb maddələrin son məh
sullara qədər parçalanması, çevrilməsi, mübadilənin son məhsullarının isə
onlardan ifrazat orqanları vasitəsilə xaric olunmasıdır. Metabolizm bütün sonrakı
proseslərin-böyümə, inkişaf, çoxalma, qidalanma, tənəffüs, həyat fəaliyyəti
məhsullarının xaric edilməsi, hərəkət, xarici mühitin dəyişilməsinə verilən
müvafiq cavab reaksiyası-həyata keçirilməsi üçün əsaslı zəmin yaradır. Bu
proseslər zamanı yaranan aralıq və son məhsullar hüceyrə tərəfindən istifadə
olunmayaraq böyrəklər, mədə-bağırsaq sisteminin selikli qişası, ağız suyu,
mədəaltı və digər vəzilərin sekretləri, dəri və tənəffüs orqanları vasitəsilə
hüceyrələrdən xaric olunur. Tənəffüs zamanı karbon qazı, tərlə isə- su, sidik
cövhəri və mineral duzlar orqanizmdən ixrac edilir. Lakin hücyrədən aralıq və
son metabolizm məhsullarının ixrac olunması, yəni ifrazat funksiyası başlıca
olaraq, böyrəklərin vasitəsilə həyata keçirilir. Bu proseslər böyrəyin əsas aparıcı
funksional vahidləri sayılan nefronların
vasitəsi ilə icra olunur. Qaramalın bir
böyrəyində 4, qoyunda-1, donuzda isə-1,5 milyon nefron vardır. Qeyd
olunanlardan belə nəticəyə gəlmək olur ki, həm insan, həm də heyvan və
quşlann orqanizmində baş verən bütün fizioloji, biokimyəvi və digər həyat üçün
vacib olan proseslərin hamısı məhz hüceyrələrdə baş verir və onlar ən aparıcı,
mərkəzi funksional vahid sayılır. Buna görə də hüceyrənin quruluşuna və
funksional fəaliyyətinə daha önəmli yer verilməsi, geniş və ətraflı şərh olunması
daha məqsədəuyğundur. İrsiyyətin sitoloji əsaslan da məhz hüceyrə və onun
komponentləri, xüsusilə nüvə ilə əlaqədardır.
Dünyanın məşhur bioloq, morfoloq, sitoloq, histoloq, genetik və fi-
zioloqlan elmi cəhətdən bir araya gələrək birmənalı surətdə hazırda hüceyrənin
tərifinin aşağıdakı kimi şərh olunmasını daha məqsədəuyğun hesab edirlər.
«Orqanizmlərin metabolizm-maddələr mübadiləsi proseslərini (anabolizm-
assimilyasifa və katobolizm-dissimilyasiya) icra edən, xaricdən sitoplazmatik
membranla əhatə olunan, çoxalma, dəyişkənlik, irsiyyət və qıcıqlanmaya
cavab reaksiyası vermə xüsusiyyətlərinə və mürəkkəb quruluşa malik olan,
yalnız mikroskopla müşahidə olunan bioloji vahid hüceyrə adlanır».
Bütün
canlı orqanizmlər milyardlarla hüceyrələrdən təşkil olunmaqla, onlann hamısı öz
başlanğıcını ata-erkək cinsiyyət hüceyərsi (spermatozoidin) ana-dişi cinsiyyət
hüceyrəsi
(yumurta
hüceyrəsi)
ilə
qarşılıqlı
assimilyasiyasından,
mayalanmasından başlayır. Bu iki hüceyrənin mayalanmasından ziqota əmələ
gəlir və embrional (bətndaxili, ana bətni) dövr başlayır. Embrional dövr ana
bətnində embrionun inkişafı və doğuma qədər olan mərhələdir. Cinsiyyət
hücerələri meyoz, ziqota isə mitoz bölünmə yolu ilə davam edir. Embrional
dövr postembrional (bətndən xarici) dövrlə əvəz olunur və bu mərhələlərdə ilk
günlərdən başlayaraq postnatal (doğumdan sonrakı)
dövr ayn-ayn orqanların,
toxumaların böyüməsi, mürəkkəbləşməsi, formalaşması, inkişafı ilə səciyyələnir
və bu dəyişikliklər müəyyən qanunauyğunluqlar üzrə baş verir. Böyümə və
inkişaf qarşılıqlı
vəhdətdə
olmasına baxmayvaraq
bir-birindən
fərqli
proseslərdir. Böyümə-hüceyrə
və toxumaların sayınm çoxalması, onlann
ölçülərinin həcmcə böyüməsi, yəni kəmiyyət dəyişkənliklərindən ibarətdir.
99
İnkişaf-isə
keyfiyyət dəyişkənliklərindən, hüceyrə və toxumaların fizioloji
funksiyalarının mürəkkəbləşməsi, differensiallaşması və təkmilləşməsindən
ibarət olan prosesdir. Orqanizm inkişaf etdikcə mürəkkəb qruluş kəsb edir,
müxtəlif funksiyaları yerinə yetirən toxuma və orqanlar formalaşır. Orqanizmin
müxtəlif funksiyaları yerinə yetirən, qan damarları və sinirlə təchiz olunan,
toxumalardan təşkil edilən hissəsi orqan
adlanır.
Morfoloji və funksional
cəhətdən oxşar olan müxtəlif orqanların məcmusu orqanlar sistemi,
quruluşu,
funksiyası və inkişaf dərəcəsi ilə bir-birindən fərqlənən ayrı-ayn orqanların,
yaxud orqanlar sisteminin məcmusu isə aparat
adlanır. Quşlar, qurbağalar və
eukariotlann bəzi növlərində fərdlər bir cinsiyyət hüceyrəsindən inkişaf edir
(partenogenez). Hüceyrələrin nəsli informasiyası maddi əsaslara malik olmaqla
sitogenetika (hüceyrə, onun quruluşu, ayrı-ayrı hissələrinin funksiyasından bəhs
edən sitologiya və genetikanın birləşməsi haqqında) elmi tərəfindən öyrənilir.
Sitogenetika hüceyrələrin irsi quruluşunun miqdar (kəmiyyət) və keyfiyyətcə
dəyişilməsindən bəhs edən elmdir.
Sitogenetik müayinələrin aparılması üçün
hər şeydən əvvəl bioloji və təsərrüfat xüsusiyyətlərinə görə bir-birindən
fərqlənən heyvan hüceyrələrinin quruluşu, çoxalma və bölünmə yollan və
genetik quruluşu ətraflı öyrənilməlidir.
Canlı m ateriya - üzvi aləm uzun müddət 2 əsas qrupa (bitkilər və
heyvanlar) bölünürdü. Hazırda isə alimlər bir araya gələrək üzvi aləmi 4 çarlığa
bölürlər: prokariotlar
(nüvəsiz hüceyrələr-göy və yaşıl yosunlar), viruslar
(həyatın yüksək molekulyar və genetik səviyyəyə malik olan qeyri-hüceyrəvi
forması), eukariotlar,
yaxud birhüceyrəli orqanizmlər (mikroorqanizmlər,
protozoalar və göbölöklər) və çoxhüceyrəli orqanizmlər
(ali bitkilər və
heyvanlar). İlk orqanizmlər hüceyrə quruluşunda olmayan canlılardan yaranan
birhüceyrəli orqanizmlər-eukariotlar olmuşdur. Sadə canlılar içərisində ilkin (3,5
miliyard il əvvəl) canlılar yaşıl qamçılılar və amöblər hesab edilirdi. Tədricən
həyat şəraitinə uyğunlaşan bu bəsit orqanizmlər canlılara (bitki və heyvanlara)
başlanğıc verir və inkişaf edir. Hər iki ibtidai orqanizmdən divergensiya
(aralanma, haçalanma) yolu ilə digər canlılar yaranır, inkişaf edir (sxem 2 ).
100
Sxem 2.
Margelis və Şvaısa görə canlı orqanizmlərin təsnifatı (1982)
Hüceyrənin struktur elementləri (komponentləri) çox kiçik olduğuna görə
onların morfolojı xüsusiyyətləri öyrənilərkən müxtəlif ölçü vahidlərindən
istifadə olunur (cədvəl 1). Hüceyrə canlı bioloji vahid kımı müxtəlif kimyəvi
birləşmələr və elementlərdən təşkil olunur (cədvəl 2,3).
101
Hüceyrə komponentlərinin ölçü vahidləri
Cədvəl 1.
Ölçü vahidi
Hərfi mənası
Metr hissələri
Millimetr
Mm
Mində
bir,
10'3
m,
Mikrometr
Mkm, həmçinin pm
kimi də işarə olunur
yaxud milyonda bir, 10'6m
Nanometr
nm
millimetrin mində biri
Mikron
mk
Miliyardda
bir,
10'9
m
yaxud mikrometrin mində biri
1 mk=0,001 mm
Anqstrem
A°
1 A°=0,0001 mk və yaxud
0,0000001 mm
1 nm=1000 mk
1000 mk=10000000 A°
Cədvəl 2.
Hüceyrədə kimyəvi birləşmələrin miqdan (Z.F.Qarayev və b. 2002)
Birləşmələr, %-lə
Qeyri-üzvi
Uzvi
Su
70-80
Zülallar
10-20
Karbohidratlar
0,2-2,0
Yağlar
1,0-5,0
Qeyri-üzvi
maddələr
1,0-1,5
Nuklein turşuları
1,0-2,0
ATF və digər kiçik
molekullu maddələr
0,1-0,5
102
Cədvəl 3.
Hüceyrədə kimyəvi elementlərin miqdan (Z.F.Qarayev və b. 2002)
Elementlər
Miqdarı,%-lə
Elementlər
Miqdarı,%-lə
Oksigen
65-75
Kalsium
0,04-2,00
Karbon
15-18
Maqnczium
0,02-0,03
Hidrogen
8-10
Natrium
0,02-0,03
Azot
1,5-3,00
Dəmir
0,01-0,015
Fosfor
0,2-1,00
Sink
0,0003
Kalium
0,15-0,4
Mis
0,0002
Kükürd
0,15-0,2
Yod
0,0001
Xlor
0,05-0,1
Flüor
0,0001
2.2. Heyvan hüceyrəsinin quruluşu və fknksiyaları
Molekulyar səviyyədə apanlan mikroskopik müayinələrə əsasən ayn-ayn
fərdlərin həyat fəaliyyətində apancı
rol oynayan hüceyrələr müəyyən
komponentlərdən, xüsusilə orqanoidlərdən (ribosomlar, mitoxondrilər, lizosomlar,
Holci kompleksi, endoplazmatik - tor-şəbəkə, hüceyrə mərkəzi-sentrosom),
sitoplazma, nüvə və hüceyrə membranından ibarətdir (şəkil 1). Bu komponentlərin
hamısı hüceyrə qişası, təbəqəsi - membranı (bioloji qat) ilə əhatə olunmaqla
hüceyrənin tamlığı, ətraf mühitlə, eləcə də digər hüceyrələrlə qarşılıqlı əlaqəsi
təmin olunur.
Hüceyrə membranı (sitoplazmatik membran
)-onun bütün komponentlərini
xaricdən əhatə edən, formasının sabit saxlanmasına zəmin yaradan,
zədələnmə sinin qarşısım alan xüsusi qişa olub 3 nazik təbəqədən (iki zülal və
onların arasında yerləşən bir lipid qatından) ibarətdir. Membranın malik olduğu
külli miqdarda fermentlər müxtəlif maddələrin hüceyrəyə mübadilə olunmasını
təmin etməklə çox mühüm funksiyanı yerinə yetirir. Sitoplazmatik membran
yüksək seçicilik və keçiricilik xassəsinə malik olmaqla hər maddənin hüceyrəyə
və əksinə, ondan mühitə keçməsinin qarşısını alır, beləliklə də onun normal
funksiyasını təmin edir.
Sitoplazma -
hüceyrədaxili maye olmaqla, onun əsas kütləsini təşkil edir,
zülalların biosintezini və hüceyrələrin həyat fəaliyyətinin bütün proseslərini
yerinə yetirir. Onun tərkibinin 85%-ni su, 10%-ni zülallar, 5%-ni isə başqa
maddələr təşkil edir. Heyvan hüceyrələrinin sitoplazması kolloid maddə olub,
qatılığına görə bir-birindən fərqlənən iki təbəqədən-duru endoplazma və qatı
ektoplazmadan ibarətdir. Bütün orqanoidlər (piqmentlər, qlikogen, zülal
kristalları, hüceyrə törəmələri, yağ damlaları) də sitoplazmada yerləşir və
metabolizm prosesləri də burada icra olunur.
103
Şəkil 1.
Heyvanı
mənşəli
hüceyrənin
ultraımkroskopık quruluş sxemi: I-sitozol
,
2-
plazmatik membran; 3-mitoxondri; 4-sentriol; 5-
endositoz qovuqcuq; 6-lizosom; 7-pereksisoma; 8-
nüvə; 9-ribosom; 10-Holci kompleksi: 11-
mikrofılament; 12-mikroborucuq; 13-eksositioz
qovuqcuq; 14-dənə\:ər endoplazmatik şəbəkə; 15-
hamar endoplazmatik şəbəkə (C.Xəcəfov və b.,
2010
)
Ribosomlar -
sitoplazmada səpələnmiş formada yerləşən iki qeyri-bərabər,
bəzən isə dəstə halında poliribosom olan kiçik hissəciklərdən ibarət olub
hüceyrədə zülalların bıosintez prosesində çox mühüm rol oynayır və zülal
«fabriki» adlanır. Ribosomlann ümumi ölçüləri 150-350 A" (anqstrem) olmaqla
əsas funksiyası nüvənin nəzarəti altında zülal sintez etməkdən ibarətdir Onların
tərkibində hüceyrənin 80-90% rRNT-si (ribosomal) və zülal olur. Zülal sintezi
zamanı mRNT (məlumat) ilə birləşmiş bır neçə ribosomdan təşkil olunan
polisom yaranır (şəkil 2).
104
Şəkil 2.
Ribosomlar:
1-sitosel; 2-endoplazmatik şəbəkə; 3-sərbəst ribosom; 4-
endoplazmatik şəbəkə üzərində olan ribosom; 5-ribosomun böyük subvahidi; 6-riboso-
mun kiçik subvahidi (C.Nəcəfov və b„ 2010).
M itoxondrilər
-
hüceyrələrdə
energetik
prosesləri
tənzimləyən
adenozintrifosfat turşusunun (ATF) sintezini yerinə yetirməklə müxtəlif forma
(sap şəkilli, girdə, uzunsov) və ölçüdə (0,5-5 mkm) olur və hüceyrənin eneıji
mənbəyi-«stansiyası» adlanır Onların üzəri ikiqat membran (xarici hamar və
daxili daraqşəkilli qat-krist) ilə örtülü olmaqla onların arasında
xüsusi maye-
matriks
toplanır. Matriksdə olan çoxlu sayda fermentlərin təsirindən hüceyrədə
metobolizm prosesi zamanı yaranan enerji bioloji eneıjiyə çevrilir və
adenozintrifosfat (ATF) sintez olunur. ATF tərkibindəki fosfat turşusu
molekulunu itirərək adenozindifosfata (ADF) və adenozinmonofosfata (AMF)
çevrilir və hüceyrənin bütün energetik funksiyaları təmin edilir. Mitoxondrilər
yağ turşuları, fosfolipidlər və zülalların (az miqdarda) sintezində də iştirak
etməklə, onların tərkibində 25-30% lipid, 65-70% zülal və cüzi formada DNT və
RNT olur.
Holçi kompleksi
müxtəlif (çən, qabarcıq, vakuol) formalı orqanoid olmaqla,
əsas funksiyası metabolizm prosesinin aralıq məhsullarım və ətraf mühitdən
daxil olan kimyəvi maddələri hüceyrələrdən təcrid və xaric etməkdən ibarətdir.
Bu kompleks nüvənin yanında yerləşərək hüceyrə mərkəzini əhatə etməklə ilk
dəfə olaraq Nobel Mükafatı Laureatı Kamillo K.Holçi (1898) tərəfindən
neyronlarda müşahidə edilməklə, eritrositlər və yetişmiş spermatozoidlərdən
başqa bütün hüceyrələrdə mövcuddur, hüceyrənin sekretor və ifiazat
funksiyasını icra edir.
Lizosomlar
- kiçik (0,4-08 mkm) ölçüyə malik olan və hidrolitik
fermentlərlə dolu kisəciklərdən ibarətdir. Onların əsas funksiyası hüceyrələrin
həzm fəaliyyətini təmin etməkdir. Onlar heyvan və göbələklərin hüceyrələrinin
orqanoidi olmaqla Holçi kompleksində əmələ gəlir. Bitki hüceyrəsində mövcud
deyil, bir qat membrandan ibarətdir, tərkibindəki fermentlər hüceyrəyə daxil
olan markomolekulyar birləşmələri hidrolizə uğradır. Lizosomlar müdafiə
funksiyasına malik olmaqla hüceyrəyə daxil olan DNT genomalı virusları öz
fermentləri ilə neytrallaşdıraraq onları parçalayır.
Endoplazmatik şəbəkə
(tor) - hüceyrələrdə olan kiçik borulardan ibarət, tor
şəkilli ikiqat membranla təşkil olunmaqla hüceyrənin müxtəlif elementlərinin və
sitoplazma daxili proseslərin qarşılıqlı əlaqəsini tənzimləyir. Bu şəbəkənin iki
tipi-qranulyar (membrana çoxlu sayda ribosom birləşən) və aqranulyar (yalnız
membranlardan təşkil edilən) vardır. Qranulyar şəbəkənin səthində zülallar,
aqranulyannkında isə karbohidratlar və lipidlər sintez olunur. Hücyerənin apancı
sistemi adlanan bu şəbəkə onun bütün orqanoidləri və nüvəsi ilə qarşılıqlı
əlaqədə olur.
Hüceyrə mərkəzi
- (sentrosoma) kiçik dairəvi qranullardan-sentriollardan
və sitoplazmanın ixtisaslaşmış sahəsindən-sentrosferadan ibarət olub hüceyrənin
əsas hərəki (dinamik) mərkəzi kimi onun bölünməsini və çoxalmasını həyata
keçirir. Sentrosoma həm də axroma tin iylərin vasitəsilə xromosomlann qütblərə
105
çəkilməsini, onların əmələ gəlməsini və sentnollann qütbülərə hərəkət etməsini
təmin edir
Nüvə
- hüceyrənin genetik ınforomasıyaları daşıyan başlıca komponenti
kimi əsasən iki vəziyyətdə - sakit (ınterfaza) və bölünmə (mitoz, yaxud meyoz)
mərhələsində olur. Interfaza mərhələsində nüvə xromatin adlanan zülalı
maddədən təşkil olunur. Xromatitinin iki tıpı-adi mikroskopla görünən
heteroxromatın və yalnız elektron mikroskopu ilə görünən euxromatın
mövcuddur. Onların hər ikisi hüceyrədə zülalların biosintezinə genetik nəzarət
edir. Nüvə hüceyrənin bütün funksiyalarını idarə etməklə dairəvi, yaxud
ellipsvan formaya malik olub, əsasən (70-90%) zülallardan, DNT və RNT-dən
ibarətdir. Onun daxili boşluğunda xüsusi şirə-karioplazma, yaxud nukleoplazma
toplanmaqla, burada həm də bir, bəzən isə bir neçə dairəvi cisimciklərə-
nüvəciklərə təsadüf olunur, həmçinin çoxlu miqdarda zülallar və RNT. az
miqdarda isə DNT vardır. Nüvəciyin başlıca funksiyası
ribosomları
formalaşdırmaqdan və ribosomal RNT-nin (rRNT) sintezini təmin etməkdən
ibarətdir. Nüvəınn membram xüsusi məsamələrə malikdir ki, onlar da nüvə və
sitoplazma arasındakı maddələr mübadiləsini tənzimləyir. Nüvənin tərkibindəki
ən vacib komponent xromosomlar hesab olunur. Onun membram zədələnərkən
onda regenerasiya (bərpa) olunma prosesi getmədiyi üçün sitoplazma və
karioplazma qarışır, hüceyrənin normal funksiyası tamamilə pozulur və distrofık
dəyişikliklər baş verir. Elektron mıkroskopiyası zamanı heyvan hüceyrələrinin
nüvəsinin struktur elementləri daha aydın görünür (şəkil 3, 4).
106
Şəkil
3. Nüvənin quruluşu: 1-nüvə, 2-nüvəcik, 3-xromatin, 4-daxili membran, 5-
xarici membran, 6-niivə porası (məsamə), 7-pnralar kompleksi, 8-ribosom, 9-dənəvər
endoplazmatik şəbəkə (C.Nəcəfov və b., 2010).
H ü c e y » m ı m b ıı ıl.
V“k u « 1 N üva
Şəkil 4.
Eukariot (məməli) hüceyrənin quruluşu. Nüvənin orqanellası-nüvəcik aydın
müşahidə olunur (F.Ayala, C.Kavger, 1987).
Xromosomlar.
Xromosom (yunanca «xroma»-rəng, «soma»-bədən) termım
biologiya elminə ilk dəfə V.Valdeyer (1888) tərəfindən daxil edilmişdir. Onların
forması, morfologiyası və sayı hüceyrənin mitoz bölünməsi zamanı (metafaza və
anafaza mərhələlərində) öyrənilir (şəkil 5).
107
Н
! M
'v?ri
Г?гб
Şəkil 5. 1971-ci il Paris nomenklaturasına müvafiq olan insan xromosomlarmm
sxematik görünüşü (M.Babavev, 2006).
Xromosomlan anilın boyaları ilə boyadıqda onların bəzi sahələri
(heteroxromatin sahə) boyanı intensiv qəbul etdiyi halda, digər sahələri
(euxromatin) çox zəif boyanır. Heteroxromatin sahə genetik cəhətdən qeyrı-fəal
(genlərə malik olmadığı üçün), euxromatin sahə isə əksinə çox fəal (genlərə
malik olduğu üçün) olur. Rentgen - struktur analizinə əsasən hər bir xromosom
çoxlu
sayda
(60-64)
30A°-diametrli
xromonemlərdən
təşkil
olunur
Xromosomlann eni 0.2-1.5 mk, uzunluğu isə 2-50 mk olmaqla, onların kimyəvi
tərkibi əsasən (90-92%) nukleoproteidlərdən və nisbətən azlıq təşkil edən RNT,
Fe. Mq, Cavə s. ionlardan ibarətdir
Hüceyrə nüvəsinin elektron mikroskopu ilə müayinəsi göstərir ki. xro
mosom 2 ədəd çox nazik saplardan-xromatiddən təşkil olunub. Hüceyrənin hə
min
quruluş elementləri
irsiyyətin
maddi
bazası
hesab
olunur.
Dezoksıribonuklein turşusu (DNT) biopolimer birləşmə olmaqla, onun molekulu
ardıcıllıqla düzülən dezoksiribonukleotidlərdən (monomerlərdən) ibarətdir.Hər
bir monomerin tərkibi purin, (adenın, quanin), yaxud pirimidin (sitozin, tınıin)
əsasından, dezoksiribozadan və fosfat turşusunun qalığından təşkil olunur. DNT-
nin molekulu iki polinukleotid spiral şəklində birləşən, ardıcıl düzülmüş azot
əsasından, dezoksiribozadan və fosfat turşusu qalığından ibarət zəncirdən
ibarətdir. Zəncirin birinin adenini digərinin timini (A-T), quanıni isə sitozin ilə
(Q-S) birləşir, həm də zəncirlə qarşılıqlı olaraq biri digərini tamamlayır ki. bu da
kom plem entarlıq adlanır. Xromosomlann tərkibində az miqdarda olan RNT-
nin tərkibi də DNT-də olduğu kimi 4 azot əsasından (adenin, sitozin, alanin,
urasil) təşkil olunmaqla, timin urasil ilə, dezoksiriboza isə riboza ilə əvəz olunur.
RNT yalnız bir zəncirdən ibarətdir. Hər bir fərdin genetik informasiyası məhz
108
xromosomlarda yerləşir. Hüceyrələrin nüvəsində müxtəlif sayda dairəvi
cisimciklər - nüvəciklər yerləşir. Nüvəciklərdə ribosomal ribonuklein turşusu
(rRNT) və nüvə zülalları (histonlar) sintez olunur. Xromosomun rRNT sintez
olunan sahələri nüvəciyin təşkilatçısı adlanır. Məsələn, donuzlarda nüvəciyin
təşkilatçısı 8 və 10-cu xromosomlarda müşahidə olunur. Donuzların nüvəcik
əmələ gətirən xromosomlannda baş verən dəyişiklik müxtəlif xəstəliklərin
(ataksiya, hərəkət koordinasiyasının pozulması sindromu və s.) baş verməsi üçün
zəmin yaradır.
Məşhur genetiklər (S.Q.Navaşin, M.S.Navaşin, L.N. Delone, Q.A.Levitski
və b.) isbat etmişlər ki, xromosomlann mikroskopik müayinəsi zamanı onlar
müxtəlif forma və ölçülərdə müşahidə olunur və fərdi quruluşa malikdirlər.
Lakin xromosomlarda ümumi morfoloji əlamətlər də mövcuddur. Xromosomlar
əsasən iki teldən - paralel yerləşən xromatid və bir nöqtədə birləşən
sentromerdən-ibarətdir. Xromosomlann qurtaracaq hissəsi xüsusi spesifik
quruluşa malik olub, telomerdən sentromerə (xromosomlan iki çiyinə ayıran
xüsusi sahə) qədər olan hissəsi onun çiyini adlanır və hər bir xromosomun iki
çiyini olur. Çiyinlərin uzunluğundan və sentromerin yerləşdiyi yerdən asılı
olaraq xromosomlar dörd tipə bölünür (şəkil 6):
-
Metasentrik
-
çiyinləri bərabər olan xromosomlar;
-
Submetasentrik
-
çiyinləri bərabər olmayan və biri digərindən nisbətən
qısa olan xromosomlar;
-
Akrosentrik
xromosomlar - çiyinlərindən biri digərindən çox qısa olan və
aydın seçilməyən xromosomlar;
-
Telosentrik
xromosomlann çiyinlərindən biri ya tamamilə görünmür, ya
da olduqca çətin müşahidə edilir.
Xromosomlann kimyəvi müayinəsi göstərir ki, onlarda iki əsas komponent
- dezoksiribonuklein turşusu (DNT) və histon tipli zülallar, yaxud protaminlər
(cinsiyyət hüceyrələrində) mövcuddur. Xromosomlann hər birində xromonem
adlanan bir tel vardır, xromonemin özü isə bir DNT molekulundan ibarətdir.
K ariotip, onun növ xüsusiyyətləri. Heyvan və bitki hüceyrələrinin xromo-
som müayinəsi nəticəsində irsiyyət və dəyişkənliyin bir sıra ümumi qanu-
nauyğunluqlan elmi əsaslarla ətraflı öyrənilmiş və müəyyən edilmişdir ki, bir
növə mənsub olan müxtəlif toxumaların hüceyrələrində xromosomlann sayı eyni
olur. Məsələn, siçanlann sümük iliyi, dalaq, limfa düyünləri, qara ciyər, böyrək,
qalxanabənzər vəzi, bağırsaq epitelisi, peyer yığımı və s. hüceyrələrində eyni
forma və ölçülü 40 xromosom vardır. Xromosomlar xarici quruluşuna və
funksiyasına görə bir birindən fərqlənməklə irsi xüsusiyyətləri hüceyrələrin bir
generasiyasından digərinə keçir və valideynlərdən gələcək nəslə verilməsini
təmin edir. Somatik hüceyrələrdə xromosomlar cüt və xromosom yığımı diploid
(2n) olur. Formasına və böyüklüyünə görə eyni olan xromosom cütlüyü
homoloji xromosomlar
adlanır.
Dostları ilə paylaş: |