109
Şəkil 6. Xromosomların formaları:
A-metasentrik; B-submetasenlrik; C-akrosentrik; D-telosentrik
1-mikro şəkillər; Il-sxematik görünüşü (R. Əliyev, C. Nəcəfov və b., 2008)
Erkək və dişi fərdlərdə xromosom yığımları yalnız bir cüt xromosoma -
X
(iks) və
Y
(iqrek) - görə bir birindən fərqlənir Cinsiyyətə görə fərqlənən həmin
xromosomlar cinsi xromosom. yaxud
qonosom,
müxtəlif cinsiyyətli fərdlənn
hüceyrələrində olan eyni xromosomlar isə
autosomlar
adalımr. Müxtəlif
növlərin xromosom yığımının təhlili zamanı müəyyən olunmuşdur ki,
xromosomlar sayma və quruluşuna görə bir-birindən fərqli olur. Növün diploid
xromosom yığımının miqdar və quruluş xüsusiyyətlərinin məcmusu
kariotip
adlanır. S.Q.Navaşinə görə kariotip - növün özünə məxsus səciyyəvi
formulasıdır. Kariotipdə hər bir fərdin genetik informasiyalarının dəyişməsi
nəticəsində orqanizmlərin və onlann nəslinin əlamət və funksiyalarının
dəyişilməsi prosesi əks olunur.
Sinir hüceyrəsi və onun xüsusiyyətləri.
Orqanizmin hüceyrələrinin ümumi identiklıyə malik olmasına baxmayaraq,
onlann bəziləri formasına, quruluşuna və funksıyalanna görə bır-bınndən xeyli
fərqlənir. Bəzi hüceyrələr öz fəaliyyəti zamanı sekretlər ifraz edir, digərləri-
yığı lmanı-təqəllüsü təmin edir, başqa bır qrup ısə-sınır ımpulslanm keçirir
Lakm
buna baxmayaraq
onlann
hamısının
quruuşunda
ümumi
bir
qanunauyğunluq mövcuddur. Belə ki, bütün hüceyrələrin hamısı xancı mem-
brana, sıtoplazmaya, nüvəcik və xromosomlara malik olan nüvəyə, rıbosomlara,
mıtoxondrilərə, lızosomlara və s. malikdir. Hiss üzvlərinin reseptor hüceyrələri
membranmın səthində xüsusi törəmənin olması, sinir və böyrək hüceyrələri isə
özünün spesifik funksional quruluşa malik olmasaı ilə digər hüceyrələrdən
110
fərqlənir.
Sinir hüceyrələri (neyronlar)-
uzun və qısa çıxıntılan-şaxələri ilə bir
likdə sinir sisteminin başlıca prioritet morfoloji və funksional bioloji vahidi sayı
lır. Sinir toxuması mərkəzi sinir sisteminin əsas materialı kimi neyronlardan və
neyroqliyadan təşkil olunur. Heyvanların orqanizmində orta hesabla 50 milyarda
qədər neyron vardır. Neyronlar sinir sisteminin hüceyrə elementlərinin 1-15%-ni
təşkil edir. Onlar formasına görə piramidəbənzər, dairəvi, ulduzvari, oval formada
olur, ölçüləri isə 5-150 mkm-ə bərabərdir. Hər bir neyron cisim (soma, perikarion),
dendritlərdən (latmca-«dendrom>-ağac) və aksondan (latınca-«axon» - ox) ibarətdir,
(şəkil 7). Çıxıntılarının sayma görə neyronlar:
unipolyar
(tək çıxıntılı),
bipolyar
(iki çıxıntılı)
və multipolyar
(çox çıxıntılı) qruplara bölünür. Onurğalılarda
əsasən bipolyar və multipolyar neyronlara təsadüf olunur.
Dendritlər
adətən
çoxlu sayda,
akson
isə tək olur.
Neyronlar nüvəsinin iri, mitoxondrilərin çox və
neyrofibrillərin olması, torlu aparatın güclü inkişaf etməsi, beyinin bəzi
şöbələrində isə sekretor fəaliyyət göstərməsi ilə somatik və cinsiyyət
hüceyrələrindən fərqlənir.
Sekretor neyronlar mukoproteid və qlikoproteid
təbiətli sekıet ifinz edir. Neyronlann əsas funksiyası reseptorlardan və başqa
sinir hüceyrələrindən siqnalları qəbul etməkdən, informasiyaları hazırlamaqdan
və impulslan sinir, əzələ və sekretor hüceyrələrə ötürməkdən ibarətdir.
Neyronlar 3 əsas qrupa bölünür:
1.
H issi (sensor, afferent, affektor,)
neyronlar - daxili və xarici mühitdən
siqnalları qəbul edir.
2.
Assosiativ
(aralıq, vasitəçi) neyronlar-müxtəlif sinir hüceyrələrini
əlaqələndirir.
3.
Hərəki
(efferent, effektor, motor) neyronlar - siqnalları mərkəzi sinir
sisteminin yuxan şöbələrindən aşağı şöbələrə, yaxud irsi orqanlara ötürür. Ney
ronlar bir-biri ilə müxtəlif tipli
sinapslarla
əlaqələnir və onlar astronomik
rəqəmlərlə ifadə olunur (1015-1016). Sinapslann əsas hissəsi neyronun
dendritlərində, nisbətən az hissəsi-somada, ən az hissəsi isə-aksonda yerləşir.
Yerləşməsindən asılı olaraq sinapslar 3 qrupa -
aksodendritik (dendritlərdə
yerləşən),
aksosomatik
(somada-cisimdə
yerləşən)
və
akso-aksonal
(aksonlarda yerləşən)-bölünür.
Heyranlarda oyanma yalnız bir istiqamətdə-
dendritlərdən somaya və aksona doğru nəql olunur. Başqa toxumalardan fərqli
olaraq sinir toxumasında neyronlardan başqa digər hüceyrələr də mövcuddur.
Neyroqliya
-sinir toxumasının əsas kütləsini təşkil
edən qlial elementlərdən
(hüceyrələrdən) ibarət olub, neyronlar arasındakı bütün boşluğu doldurur və
köməkçi funksiyaları yerinə yetirir. Anatomik cəhətdən onlar 2 qrupa-
oliqodendritlər
və
astrositlər
(beyində neyronun cismi ilə kapilyarlann arasında
yerləşir) və
Şvannov hüceyrələri
(periferik sinir sistemində yerləşir, millin
əmələ gətirən qlial hüceyrələrdən əmələ gəlir)-bölünür. Bunların hər ikisi
birlikdə aksonlann ətrafında möhkəm millin qişasını əmələ gətirir. Neyronlardan
fərqli olaraq astorositlər və digər qlial hüceyrələr bölünmə xassələrinə malikdir.
Qliya
-mərkəzi sinir sistemində dayaq və müdafiə funksiyalarını yerinə yetirir.
Neyron və neyroqliya arasında 15-20 nm uzunluğunda yarıqlar vardır ki, onlar
da maye ilə dolu olan interstisial boşluq əmələ gətirir. Neyronlararası mərkəzi
111
sinapslarda təsir potensialı postsinaptik neyronda yaranır, həm oyadıcı, həm də
tormozlayıcı xüsusiyyətə, həmçinin kimyəvi, elektrik və qarışıq keçiricilik
mexanizminə malikdir. Müəyyən funksiyanı yerinə yetirən və onu tənzimləyən
neyronlar qrupu sinir mərkəzi
adlanır və oyanmanın ləng nəql edilməsi, ritminin
və gücünün transformasiya olunması, sıx qıcığa seyrək və əksinə cavab verməsi,
daimi tonusa malik olması, irradiasiya (impulsların neyronlara paylanması),
oyanmanın yalnız bir istiqamətdə-afiferent neyrondan aralıq ncyron vasitəsilə
efferent ncyrona nəql olunması və s.-xassələri ilə səciyyələnir.
Sinir sistemi orqanizmin fəaliyyətini onun genetik homeostazı və xarici mü
hitlə əlaqəsi formasında idarə edir, daimi nəzarətdə saxlayır və tənzimləyir.
Onun əsas aparıcı elementi sayılan ncyronlann fizioloji funksiyaları və beyinin
keçirici sistemlərinin sxemi əvvəlcədən genetik olaraq proqramlaşdınrlır.
Həm
hüceyrədaxili proseslər, həm də neyronlar arasındakı əlaqə hüceyrələrin genetik
ixtisaslaşması ilə müəyyənləşdirilir. Məsələn, görmə aparatının ncyronları yalnız
özünün ikinci neyronları ilə əlaqəyə girir. Onlar eşitmə və s. sistemin ncyronları
ilə heç bir əlaqəyə girmir. Bu hal beyinin bütün şöbələrinin və orqanların
neyronlan üçün spesifik xarakter daşıyır və çox böyük əhəmiyyətə malikdir.
Genlərin dəsti (yığımı) inkişafda olan sinir hüceyrələrinin hansı tipə və sinir
kələfinə aid olacağını əvvəlcədən müəyyənləşdirir. Neyronların hansı quruluşa,
formaya, xassələrə malik olması də genetik determinasiyaya uyğun olaraq for
malaşır. Sinir kələflərinin 3 genetik determinasiya olunmuş tipi-ierarxik, lokal
və divergent
-
ayırd edilir.
lerarxik sinir kələfləri (toru)-
neyronlararası əlaqə yaradan sensor və
lokomator liflərdə mövcuddur. Bu zaman sinir sisteminin yuxan şöbələrinə
daxil olan impulslar orada sintez və analiz olunduqdan sonra əvvəlcə birinci,
sonra isə ikinci, üçüncü və s. neyronlara, oradan isə onurğa
beyinin spesifik motor-hərəki neyronlan ilə işçi orqana-əzələyə ötürülür.
Beləliklə, informasiyalann işçi orqana ötürülməsi ierarxik səviyyədə-yuxan
hökmran sisteminin (baş beyinin) neyronlanndan aşağı-ona tabe olan liflərə
ötürülməsi üçün konkret komanda-əmr verilir və onlar əzələlərin müəyyən qrup
hüceyrələrinə ötürülür. Bu sistem informasiyalann çox dəqiq və çevik
ötürülməsini təmin edən ən fəal determinasiya olunmuş neyron qrupu sayılır.
Həmin prosesdə konvergensiya
(bir səviyyənin bir neçə neyronu digər
səviyyənin həmin sayda neyronları ilə əlaqəyə girir), yaxud divergensiya
(bir
səviyyənin neyronunun digərinin çoxlu sayda ncyronları ilə əlaqəyə girməsi)
nəticəsində informasiyalar filtrasiya olunur (süzülür) və siqnallar çox güclənir.
Neyronlann yaralanmalar, xəstəliklər, insult, şişlər zamanı informasiyaları
keçirmə qabiliyyəti itdikdə, yaxud çox zəiflədikdə konvergensiya və
divergensiya onların «köməyinə çataraq» bəzi şanslar verir. Belə ki, bir
səviyyənin neyronlan nisbətən məhv edildikdə, zədələnmiş hüceyrələr fəallaşır
və onlann da funksiyalanm öz üzərlərinə götürürlər. İerarxik sistemi təkcə
sensor və motor liflər üçün deyil, həm də başqa sistemlər üçün də müvafiq
köməklik göstərir və onlarla ittifaqa (alyansa) girir.
112
Lokal k əh fltor)-
neyronlann aksonlannın qısa olması nəticəsində elektrik
ionlan istənilən səviyyədə paylana bilmir və neyronlann təsir sferasının zəif
olması, işçi orqanlara gedən neyronlara ləngidici, yaxud oyanma təsiri
göstərməsi ilə səciyyələnir.
Divergent sinir toru
-
bir neyronun çoxlu sayda neyronlara vahid çıxış yolu
ilə əlaqə yaratması və divergensiyanm kulminasiya həddinə çatması ilə
xarakterlənir. Bu qrupa mənsub olan neyronlar və sinir toru orta beyində və
beyin kötüyündə yerləşir. Bunların ən üstün cəhəti çoxlu neyronlara dərhal təsir
etmək və onlann əksəriyyəti ilə əlaqə yaratmaqdan, «təşkilatçı» «rejissor»
rolunu icra etməkdən ibarətdir. Həmin keyfiyyətlərinə baxmayaraq divergent
genetik determinasiyalı sinir torları orqanizmdə mövcud olan sinir torlarının çox
cüzi hissəsini təşkil edir.
Nefronlar
-
böyrəklərin funksional vahidi olub, qabıq maddəsində yerləşir,
olduqca mürəkkəb, lakin həyati vacib ifrazat (sidik ifrazı) prosesini yerinə
yetirir. Hər bir neffonda içərisində malpigi yumaqcığı olan Şumlyanski-Boymen
kapsulası, toplayıcı və çıxancı kanalcıqlar sistemi vardır. Şumlyanski-Boymen
kapsulası visseral (damar torunun üstünü örtən) və parietal (kubşəkilli)
vərəqlərdən ibarətdir. Neffon çox mürəkkəb quruluşa malik olmaqla, onun
aşağıdakı hissələri vardır:
-Birinci cərgə (dərəcəli) - proksimal-qıvnm kanalcıqlar (böyrəyin qabıq
qatında yerləşir);
-Henli ilgəyinin qalxan və enən dizləri;
-İkinci cərgə (dərəcəli)- distal qıvnm kanalcıqlar;
-Yukstaqlomerulyar (hüceyrələr) kompleks (qabıq və beyin maddəsinin
sərhəddində yerləşir, renin və prostoqlandin hormonu ifraz edir). Bu kompleks
malpigi yumaqcığını əmələ gətirən gətirici və aparıcı damarlar zonasında
yerləşən mioepitelial mənşəli hüceyrələrdən ibarətdir. İnsanın böyrəyində 1,25,
qaramalda-4, donuzda-1,5, qoyunda isə - 1 milyon nefron vardır. Üzvi
maddələrin və duzlann mübadiləsi nəticəsində əmələ gələn son məhsullar,
yabançı maddələr və suyun artıq hissəsi məhz nefronlar vasitəsilə ifraz
(ekskresiya)
olunan sidiklə orqanizmdən ixrac olunur. 6-10 litr qandan 1 litr ilk
(provizor) sidik, 90 litr ilk sidikdən isə 1 litr son sidik əmələ gəlir. Plazmadan
fərqli olaraq ilk sidikdə zülallar və qanın şəkilli elementləri olmur. İnəkdə 1
sutkada 540-1800 litr ilk sidik filtrasiya olunur, 15 litr son sidik üçün
böyrəklərdən 18.000 litr qan keçməlidir.
2.3. Çoxalmanın sitoloji və genetik aspektləri
Hazırda planetimizdə mövcud olan bütün heyvanat aləminin, o cümlədən
məməlilərin irsiyyətinin, nəslinin, genetik fondu və populyasiyalannın dayanıqlı
davam etməsinin dialektik əsasım çoxalma prosesi təmin edir və tənzimləyir.
Çoxalma-reproduktiv funksiya
- olduqca mürəkkəb bioloji proses olub,
heyvanların nəsil verməsi və növünün, onun xarakterik əlamət və kefiyyətlərini
saxlayan şərtsiz leflektor reaksiyaların məcmuundan ibarətdir, heyvanlann çoxalma
113
qabiliyyəti onların təsərrüfat əhəmiyyətini xarakterizə edən ən başlıca göstəricidir.
Ali heyvanlar cinsi yolla çoxalır. Bu zaman erkək və dişi cinsiyyət hüceyrələrinin
birləşməsindən (qameüərdən) ziqota
əmələ gəlir. Ziqotadan isə embrional inkişaf
nəticəsində yeni oıqasüzm-embrion
inkişaf edir. Cinsiyyət hüceyrələrinin əmələ
gəlməsi və sonrakı proseslərin hamısının dinamikası çoxalma- reproduktiv
üzvləri
vasitəsilə həyata keçirilir və dişi fərdlərdə cinsiyyət tsikli, mayalanma, boğazlıq,
doğuş və doğumdan sonrakı dövrlə
müşayət olunur. Çoxalma prosesi bütünlükdə
bilavasitə genlərin iştirakı, daimi nəzarəti ilə həyata keçirilir və neyrohumoral yolla
tənzimlənir. Bu proseslərin hər biri genetik xarakter daşıdığı üçün ayn-ayn heyvan
növlərində kəmiyyət və keyfiyyət əlamətlərinə görə bir-birindən fərqli olur.
Laktasiya prosesi-südün əmələ gəlməsi (laktopoez) və ixrac olması reproduktiv
çoxalma ilə bilavasitə qarşılıqlı əlaqədə olan proses sayılır. Çoxalmada ən vacib
amillər sayılan erkək və dişi qametlərin heyvanların postnatal inkişafının nisbətən
əvvəlki cinsiyyət yetişkənliyi dövründə əmələ gəlir. Spermatogenez və ovogenez
ümumi bioloji xüsusiyyətlərə malik olsalar da, öz fərqli xüsusiyyətləri ilə
səciyyələnir. Yaxşı yemləmə və bəsləmə şəraitində heyvanlarda ilk cinsiyyət
reaksiyaları başlayır ki, bu dövr cinsiyyət yetişkənliyi
adlanır. Bu zaman erkəklərdə
cinsiyyət orqanlan tam inkişaf edir, yumurtalıq və toxumluqlarda cinsiyyət hücey
rələri əmələ gəlir, heyvanda cinsiyyət əlamətləri (oyanma, cinsiyyət refleksləıi və s.)
yaranır, hormonlar ifraz olunur, dişilərdə isə cinsiyyət yollarında dəyişikliklər
başlayır.
Cinsiyyət yetişkənliyi
zamanı cinsiyyət aparatının morfoloji və funksional
cəhətdən formalaşması, erkəklərdə dişiləri mayalandırma, dişilərdə isə ziqotanı
yaratma və boğazlıq qabiliyyətinin olmasından ibarət prosesdir, təsadüfi və
qəflətən xarakter daşımır, orqanizmin fərdi inkişafi nəticəsində yaranır və tam
irsi və növdaxili xarakter daşıyır. Bu proses zamanı cinsiyyət orqanlan tədricən
inkişaf edir, böyüyür, formalaşır və ikinci cinsiyyət əlamətləri yaranır. Cinsi
yetişkənlik müddəti heyvanın növündən, genetik statusundan, cinsindən,
yemlənmə, saxlanma şəraitindən və iqlim amillərindən asılı olaraq müxtəlif olur.
Dişi heyvanlarda cinsiyyət yetişkənliyinin müddəti (aylarla) aşağıdakı kimidir:
dəvədə (mayada)-9-12
düyədə-6-9
dayçada-16-18
qoyn və keçidə-5-8
donuzda-5-8
itdə-6-8
pişikdə və dovşanda-4-5
eşşəkdə-12-15
Erkəklərdə də cinsiyyət yetişkənliyi təxminən həmin yaşlarında başlayır.
Cinsi yetişkənlikdə hipofizin-follikulastimullaşdıncı (FCH) və lyuteinləşdirici
(LH) hormon
əsas rol oynayır. Bu prosesdə mərkəzi sinir sistemi
(hipotalamusun preoptik nahiyəsi, badamvari nüvəsi və beyinin limbik sistemi)
də iştirak edir. Cinsiyyət yetişkənliyi orqanizmin fizioloji cəhətdən tam inkişaf
etməsindən əvvəl başlayır, vaxtından əvvəl cütləşmə nəticəsində həm ananın,
114
həm də embrionun normal inkişafı ləngiyir, balasalma müşahidə edilir, zəif
bala doğulur.
Bu baxımdan heyvanların
fizioloji yetişkənlik
dövründə
cütləşməsi reproduktiv çoxalmada ən vacib şərt sayılır və xüsusi təsərrüfat
əhəmiyyəti kəsb edir.
Fizioloji yetişkənlik -
cavan erkək və dişi heyvanlarda həmin növ cinsə
mənsub olan yaşlı fərdin diri kütləsinin 70-75%-ni təşkil etdiyi və ona məxsus
əlamətlərin formalaşdığı dövr hesab olunur. Yetişkənliyin bu növü heyvanların
yaşma, diri kütləsinə və cinsiyyət orqanlarının inkişaf dərəcəsinə görə təyin
edilir və heyvanlarda onun müddəti aşağıdakı kimidir (aylarla):
dəvədə
- 40
dayçada - 36
düyədə - 16-18
qoyun və keçidə - 12-18
donuzda 9-12
it və pişikdə 10-12
dovşanda - 4-8
eşşəkdə 30-32
Cinsiyyət tsikli- cinsi yetişkən dişi heyvanlarda çoxalma ilə əlaqədar olaraq
əmələ gələn mürəkkəb neyrohumoral reflektor və periodik olaraq təkrar olunan
kompleks morfoloji, fizioloji və biokimyəvi dəyişikliklər kompleksindən ibarət
olub, çərəaxıtma, ümumi cinsi oyanma, hövrəgəlmə və ovulyasiya ilə
xarakterlənir və 2 qrupa bölünür: 1. Politsiklik-(çox dövrlü) cinsiyyət tsikli
(boğazlıq əmələ gəlmədikdə bütün il boyu vaxtaşırı fasiləsiz olaraq davam
etməklə madyan, inək, camış, qoyun, keçi, donuzda müşahidə edilir); 2.
Monotsiklik (tək dövrlü) cinsiyyət tsikli ildə
1, bəzən isə 2 dəfə olur (it, pişik və
vəhşi heyvanlarda baş verir). Bu dövr dişilərin cinsiyyət orqanlarında,
ümumilikdə isə bütün orqanizmdə bir oyanma dövründən digərinə qədər olan
dəyişikliklərlə xarakterlənir və 3 mərhələ -oyanma,tormozlanma və müvazinət
ilə müşayət olunur. Oyanma dövrünün özü isə 4 fenomen- çərəaxıtma, cinsiyyət
oyanması (ümumi reaksiya), hövrəgəlmə, follikulalann yetişməsi
və
ovulyasiya
ilə növbələşir. Oyanma
mərhələsində bütün reflekslərin hamısı
cinsiyyət refleksinə tabe olur. Çərəaxıtma-
cinsiyyət yollarının epiteli
hüceyrələrinin və balalığın borulu-alveolyar vəzilərinin fəaliyyətinin güclənməsi
nəticəsində cinsiyyət orqanlarında selikli mayenin axmasından ibarətdir.
Cinsi oyanma
cinsiyyət hormonlarının sinir sisteminə təsiri nəticəsində
narahatlığın, iştahasızlığın, məhsuldarlığın azalmasının, südün duzlu olmasının,
çürüməsinin və ağız südünü xatırlamasının baş verməsidir. Hövrəgəlmə
- dişi
heyvanın erkək heyvana qarşı müsbət cinsiyyət reaksiyasının yaranması, onun
erkək fərdə yaxınlaşması, cinsiyyət aktı vəziyyəti alması ilə səciyyələnir.
Erkək heyvanlarda cinsiyyət orqanlarına
toxumluqlar (didimis, erkək
cinsiyyət vəziləri), toxumluq (xaya) artımları (epididimis), toxumaparan
kanallar, toxum kisəcikləri, əlavə cinsiyyət vəziləri (qovuğabənzər, soğanaq,
kuper-prostat vəziləri) və erkək cinsiyyət üzvü (penis) aiddir. Xayalar cüt orqan
olub öz artımı ilə birlikdə xaya torbasında yerləşərək spermatozoidlərin və
115
hormonun hazırlanmasına xidmət edir,
müdafiə
və termorequlyasiya
funksiyalarını yerinə yetirir, çoxlu sayda qıvrım kanalcıqlara malikdir. Yaşlı
qabanın bir xayasında həmin kanalcıqların uzunluğu 3000 m-dir. Cinsi
yetişkənlik dövründə mütəmadi olaraq xayalarda spermiyalar hazırlanır. Onlar 6-
8 gün xaya artımında yerləşərək burada yetişir və toxumaparan kanalın
divarındakı
əzələlərin
yığılması
nəticəsində
həmin
kanala
keçir.
Spermatogenezin davam etmə müddəti aşağıdakı kimidir (günlərlə):
buğada - 54
qoçda - 49
donuzda (qabanda)- 34
ayqırda - 42
dəvədə - 56
dovşanda - 41
xoruzda - 25
Spermanın-erkəklərdə cinsiyyət aktı zamanı ifraz olunan mayenin hidrogen
ionlarının koesentrasiyası - pH=6,5-6,9 olur.
Kənd təsərrüfatı heyvanlarının dişi cinsiyyət üzvlərinə
yumurtalıqlar,
yumurtalıq boruları, balalıq, balalıq buynuzları
və dəhlizi (vagina), xarici
cinsiyyət orqanları (cinsiyyət dodaqları, klitor) aiddir. Mayalanma yumurta
borularında, dölün inkişafı isə-balalıq buynuzlarında gedir. Yumurtalıqlar
mürəkkəb orqan olmaqla follikulalardan və sarılıq cisimlərindən ibarət olan
qabıq (follikulyar) və beyin (damarlı) maddələrə ayrılır. Ovogenez prosesi
follikulalarda
baş
verir,
yumurtalığın
qabıq
maddəsində
ooqoniya
hüceyrələrindən oositlər, onlardan isə yumurta hücyerələri formalaşır.
Cinsiyyət aktı (koitus)-
şərti və şərtsiz reflekslərin mürəkkəb kompleksi
olub, spermanın
əlavə cinsiyyət vəziləri sekretlərinin erkəklərin cinsiyyət
aparatından
ixrac
edilməsi
və
onlann
dişilərin
cinsiyyət
aparatına
yeridilməsindən ibarətdir və 4 əsas refleksdən - ereksiya, qucaqlama
,
birləşmə
və eyakulyasiya
təşkil olunur. Bu reflekslərin hamısı qeyri-şərti reflekslərə
aiddir. Bütün şərtsiz reflekslərin məcmuu hər bir normal orqanizmin tabe olduğu
və təkamül nəticəsində qazandığı bioloji qanundan ibarət olmaqla, cinsiyyət
yetişkənliyi ilə eyni dövrdə yaranan cinsiyyət instinktindən
ibarətdir. Dişi
fərdlərdə cinsiyyət instiktinti follikulalann yetişməsindən əvvəl, erkəklərdə isə
spermogenezin başlaması dövründə yaranır. Orqanizmin cinsiyyət hormonlarına
qarşı reaksiyası cütləşmə
formasında təzahür edir. Cütləşmə yalnız təbii
mayalanmaya aid olmaqla, süni mayalanma ilə heç bir əlaqəsi yoxdur, çünki bu
proses iki müxtəlif cinsiyyətə malik olan fərdlərin qarşılıqlı münasibətindən
ibarət olan bir prosesdir. Bu zaman görmə, eşitmə, hiss etmə və taktil oyanmaları
cinsiyyət aktı reflekslərinin yaranmasına başlıca zəmin yaradır.
Ereksiya refleksi
-
müvazinət halına nisbətən qan damarları ilə penisə bir
neçə dəfə artıq qanın gəlməsi və onun mağaralı cisminin və venoz kavemalı
sahəsinin qanla çox güclü təchiz olunması və möhkəmlənməsinin tədricən baş
verməsi ilə səciyyələnir.
Dostları ilə paylaş: |