Homerin “İliada” və “Odisseya” poemaları yalnız savad və musiqi təlimində didaktik material olmayıb, həm də yeniyetmələri həyati münasibətlərlə tanış edir, onları əxlaq ənənələrinə daha da yaxınlaşdırırdı.
Musiqi məktəblərində təlim sinkretik xarakter daşıyırdı. Yəni Homerin poemalarının hekzamentləri musiqinin müşayiəti ilə uzada-uzada söylənilirdi. Oğlanlar 13-14 yaşlarında palestra adlanan məktəblərdə oxumağa davam edir, fiziki təmrinlərlə ciddi məşğul olurdular. Orada onlara beş bacarıq-qaçmaq, hoppanmaq, güləşmək, ox atmaq, üzmək öyrədilirdi. Bütün bunlar gələcək döyüşçü üçün vacib şərtlər idi.
“İdeal vətəndaşlıq məktəbini”- kifara (musiqi) va palestranı (gimnastika) bitirənlər üçün təhsilin növbəti pilləsi-gimnasi (sonralar gimnaziya) hesab olunurdu. Afinada qadın təhsili və tərbiyəsinin məzmunu və vəzifələri olduqca sadə idi. Afina tərbiyə sistemində qızların ailə qurana qədər evdə tərbiyə alması nəzərdə tutulurdu. Onlar ailədə sadə oxu və yazı vərdişlərinə yiyələnir, musiqi təlimi keçirdilər.
Qızlar adamlar arasında çox nadir hallarda, məsələn, dini mərasinlərdə görünərdilər. Onlar yalnız ev işləri ilə məşğul olur- dular. Spartada olduğu kimi, Afinada da qullar “danışan alət” ad- landırılırdı. Afina ilə Sparta təhsil sisteminin arasındakı bir fərq odur ki, spartada tərbiyə müəssisələri dövlətin əlində olduğu halda, Afinada qrammatika, kifara və palestra məktəbləri xüsusi adamların ixtiyarında idi. Spartada tərbiyə daha çox hərbi-fiziki xarakter daşıdığı halda, Afinada isə əksinə, zehni və estetik tərbiyəyə üstünlük verilirdi. Afina məktəblərində özünütəkmilləşdirmə amillərinə üstünlük verilirdi. Afina təhsil sistemi hərtərəfli şəxsiyyət kimi fiziki cəhətdən sağlam, zahiri və daxili gözəlliyi özündə birləşdirən adamlar yetişdirməyi bir vəzifə kimi qarşıya qoymuşdu. Bu vəzifənin yerinə yetirilməsində Afina dramı mühüm rol oynamışdır.
Afina dramları şəxsiyyətin intellektual və mənəvi inkişafına müsbət təsir göstərmişdir. Dramlarda dövrün əsas idealı-quldarlıq dövrünün azad vətəndaşı, polisin siyasəti və etikasının müdafiəçisi, onun mənəvi sərvətlərinin daşıyıcısı obrazı öz əksini tapmışdır. Dramlardakı qəhrəmanlar öz vətənləri yolunda canından keçməyə hazır olan vətənpərvərlərdir. Bu da Afina təhsil sisteminin müsbət məziyyətlərindəndir.
Dostları ilə paylaş: |